Doktor Emerson Eqqerix
SEVGİ VƏ HÖRMƏT
Mən 1973-cü ildən etibarən ona sadiqəm.
İndi də ona sadiqəm.
Həmişə də sadiq olacağam.
GİRİŞ.
Yalnız məhəbbət kİfayət deyİl
Bitlz qrupunun oxuduğu bu mahnını xatırlayırsınızmı: «Yalnız məhəbbət, yalnız məhəbbət...» Mən bu sözlərlə qətiyyən razı deyiləm. Bu gün on nikahdan beşi boşanma ilə bitir, çünki
Ərimlə birlikdə sizin təşkil etdiyiniz «Sevgi və hörmət» konfransınızda iştirak etdik. Sizin konfransa bir neçə gün qalmış biz növbəti dəfə Çıxılmaz dövrəyə daxil olduq və qərara aldıq ki, daha bəsdir və buna birdəfəlik son qoymaq lazımdır. Bizim hər ikimiz üçün çətin və ağrılı vaxt idi, hər ikimiz incimiş və məyus vəziyyətdə idik. Yeri gəlmişkən, bizim hər ikimiz imanlı idik və mən bir məbədin xidmətçisi idim. Sizin bu barədə açıqlamanızla tanış olmamışdan əvvəl, biz artıq ailə və nikah üzrə bir məsihçi məsləhətçisinin qəbulunda olmuşduq. Lakin düzünü deyim ki, sizin konfransınız yalnız bizim nikahımızı xilas etməklə kifayətlənmədi. O, həmçinin, məsləhətçinin bizə verə bilmədiyi məlumat və strategiya ilə təmin edərək hərtərəfli kömək etdi. Ərim artıq bizə nəyinsə kömək edəcəyinə inanmadığından heç bir addım atmaq istəmirdi, lakin buna baxmayaraq, sizin konfransınız bizim üçün sonuncu cəhd idi. Bu konfrans zamanı Allahın bizə açdığı həqiqətlər nə qədər sadə və eyni zamanda nə qədər dərin idi...Bu həqiqətlər bizim nikahımızda şəfa və dəyişlmə prosesini başladı. Əgər bu həqiqətlər otuz il öncə bizə açılmış olsaydı, indiyə qədər yaşadığımız bir çox ağrılardan yan keşmiş olardıq.
Sadəcə demək istəyirəm ki, konfransın bitdiyi şənbə günü biz bir-birimizlə son illər yaşamadığımız ən gözəl gün və gecə keçirdik. Biz yenidən özümüzü gənc və bir-birinə yenicə vurulmuş aşiqlər kimi hiss etməyə başladıq. Cənab Emerson, düzünü deyim ki, ərim üçün hörmətin bu qədər həyati vacib və əhəmiyyətli olduğunu təsəvvür edə bilməzdim.
Axı, bu cütlük bizim konfransımızda nə eşitmişdi? Bu qadının nikahını dəyişən nə idi? Artıq cümə günü böşanmağa qərar vermiş bu iki insanı, şənbə günü özlərini iki gənc aşiq kimi aparmağa nə vadar etmişdi? Bu cütlüyün sevgi və hörmət barədə aldığı həmin açıqlama məhz indi sizin əlinizdə tutduğunuz kitabdır. Onların hekayəsi, öz nikahlarındakı münasibətlərinə fərqli yanaşdıqları zaman ər və arvad arasında baş verə biləcək dəyişikliklər barədə bizə göndərilən minlərlə məktubun, namənin və şifahi şəhadətin biridir.
Siz sülhdə yaşamaq istəyirsinizmi? Öz yarı bədəninizlə yaxınlıq və əsl birlik hiss etmək istəyirsinizmi? Anlaşma istəyirsinizmi? Allahın iradəsinə uyğun bir nikahda yaşamaq istəyirsinizmi? Onda öz həyatınıza sevgi və hörməti daxil etməyə çalışın.
Bu kitab hamı — ailə həyatında çətinlik yaşayanlar, boşanmağa hazır olanlar, ikinci nikahda olan kişilər və qadınlar və həmçinin, xoşbəxt nikahını qoruyanlar üçün nəzərdə tutulub. Bu kitab imanlı olmayanla nikahda olanlar, boşanmışlar və şəfa axtaranlar üçündür. Bu kitab tənhalar, hər şeydən qorxan kişilər və nikahdan kənar münasibətlərdə azıb qalmış insanlar üçündür. Bu kitab həyat yoldaşının xəyanətindən əzab çəkənlər, nişanlı olanlar, nikahı xilas edə biləcək vəsaiti arzulayan pastorlar və məsləhətçilər üçündür.
Mən çox şey vəd etdiyimi bilirəm. Lakin söylədiklərimin həqiqətən təsirli olduğuna inanmasaydım, sizə bunları təklif etməyə cürət etməzdim. Ər və arvad sevgi və hörmət barədə açıqlamanı mənimsəyərək, hər gün bu prinsiplərə uyğun yaşadıqları təqdirdə vəziyyətin necə dəyişməsinə dair bir neçə misal göstərmək istəyirəm.
Sevgi və hörmət konfransında iştirakımızdan artıq bir il keçib. Ərimlə mən nikahı dəyişdirə biləcək həqiqətləri ilk dəfə bu konfransda eşitdik. Biz konfransın keçirildiyi bir neçə ecazkar gün ərzində eşitdiyimiz prinsipləri daima istifadə edirik. Biz vaxtaşırı divanda əyləşərək, yenidən bu açıqlamalara nəzər salır və harada səhvlərə yol verdiyimizi araşdırırıq. Biz Allahın təyin etdiyi yolla getməyə çalışdığımız zaman ağlagəlməz sevinc hiss edirik və Onun bizə necə xeyir-dua verdiyini görürük.
Bir neçə gün əvvəl ərimə necə hörmət etdiyimi ona söyləmək qərarına gəldim. Bu sözləri ona söyləmək nə qədər qəribə olsa da, mən bunu etdim və o, buna həddən artıq təəccübləndi. Ərim ona nə üçün hörmət etdiyimi soruşdu. Mən onun xasiyyətindəki bir neçə cəhətləri sadaladım və sonra onun davranışının necə dəyişdiyini müşahidə etdim.
İyirmi iki il nikahda yaşadıqdan sonra kişilərin hörmətə nə qədər ehtiyacı olduğunu hələ indi öyrəndiyimə görə çox kədərlənirəm. Mən ərimə necə hörmət etdiyimi bildirmək üçün ona iki məktub yazdım. Onun öz cavablarında necə mülayimlik göstərdiyini müşahidə etmək heyrətamiz idi. Ərimin məni sevməsi və mənimlə məhəbbət dilində danışması üçün illərlə dua etmişdim. Lakin mən onun dilində danışmağa başladığım zaman uzun illər gözlədiyimi əldə etdim.
İndi oxuduğunuz məktub — bu kitabın təməl həqiqəti üçün Müqəddəs Kitabdan götürdüyüm ayə vasitəsilə müdriklik əldə etmiş insanlardan mütəmadi olaraq aldığım məktubların sadə bir nümunəsidir. Arvadının bir şəxsiyyət kimi ona ikrah hissi ilə yanaşdığına əmin olan heç bir kişi, öz ürəyində arvadına sevgi və bağlılıq hiss edə bilməz. Nə qədər kədərli olsa da, qadının məhəbbətə olan ən dərin ehtiyacı, məhz onun ərinə olan hörmətsizliyi nəticəsində cavabsız qalır.
Xahiş edirəm, məni düzgün başa düşəsiz. Mənim sizinlə bölüşmək istədiyim şeyləri «sehirli çubuq» hesab etmək olmaz. Bəzən evli cütlüklərin bizim konfransımızda əldə etdikləri sevinc bir neçə gün ərzində yoxa çıxır. Və onlar əvvəlki problemlərə, həmin Çıxılmaz dövrəyə geri qayıdırlar. Sevgi və hörmətin gücü haqqında öyrənən bütün evli cütlüklərə yarım aylıq testi keçmələrini məsləhət görərdim. Bu müddət ərzində onlar bu istiqamətdə nə qədər irəli getdiklərini və hələ nə qədər getməli olduqlarını görə bilərlər.
Xoşbəxt və kamil nikaha səyahət heç zaman sona çatmır. Lakin otuz il ərzində kişi və qadınların məsləhətçisi olduğum zaman, istənilən ailə münasibətlərini dəyişdirə, möhkəmləndirə və yaxşılaşdıra biləcək nəyinsə olduğunu dərk etdim. Mən bunu sevgi və hörmətin ahəngi adlandırıram və biz həyat yoldaşım Sara ilə birlikdə bu açıqlamanı bütün Amerikaya yayırıq. İnsanlar Müqəddəs Kitabın nikah üçün olan bu məqsədinə səmimi qəlbdən tabe olduqları zaman, Allahın necə möcüzəli şəkildə onların həyatında işlədiyinin şahidləri oluruq. Biz bunun bizim nikahımızda necə işlədiyini çox yaxşı görürük. Buna görə də bir-birimizlə ünsiyyət qurmağa kömək edən sevgi və hörmət ahənginin istifadəsi prosesində bütün yeni xeyir-dualar bizim üçün açılmağa davam edir.
Əgər siz öz ailənizdə sevgi və hörmət ahəngini təcrübi olaraq yaşasanız, kamillik üçün potensialınız hüdudsuz olacaq. Bir qadın belə yazır:
Demək istəyirəm ki, MƏNDƏ HƏR ŞEY ALINDI! Allah bu açıqlamanı icra etmək üçün mənə güc verdi və mən ərimə hörmət etməyə başladım... Bu açıqlama mənim həyatımda hər şeyi — mənim yanaşmamı, münasibətimi, Allahla olan münasibətimi və ərimi dəyişdirdi. Başa düşdüm ki, bütün problem məndə imiş.
Bir çox cütlüklər üçün sevgi və hörmət həqiqətən də çətin bir tapmacanın cavabı hesab oluna bilər. Oxuyun və mən sizə nə demək estədiyimi izah edəcəyəm.
BIRINCI HISSƏ.
Çıxılmaz dövrə
Mən bu kitabı sonradan ruhlanmaya çevrilən məyusluq hissi ilə yazmışam. Bir pastor kimi bir çox ailə cütlüklərinə məsləhət verməymə baxmayaraq, onların problemləri həll olunmayaraq qalırdı. Qadınların müraciət etdikləri əsas problem, ərlərinin onlara sevgi göstərməməsi idi. Qadınlar sevgi üçün yaradılıb. Buna görə də onlar sevmək və sevilmək istəyirlər. Lakin bir çox kişilər arvadlarına sevgi göstərməyi bacarmırlar. Mən Müqəddəs Yazıları araşdırmağa davam edir, cütlüklərə məsləhət verirdim. Və nəhayət, bu bərabərliyin digər yarısını görməyə başladım. Kişilər bu barədə demək olar ki, danışmasalar da, arvadlarının onlara hörmət etmədiyini düşünürlər. Kişilər hörmət edilmək üçün yaradılıb. Buna görə də onlara hörmət edilməsini istəyirlər və özlərini buna layiq sayırlar. Bir çox qadınlar ərlərinə hörmət etməyi bacarmırlar. Nəticədə isə, on nikahdan beşi boşanma ilə bitir (məsihçi ailələr də daxil olmaqla).
Bu problemi araşdırmağa çalışarkən, nəhayət, bir şeyi başa düşdüm: kişi tərəfindən məhəbbət görməyən qadın ərinə hörmət göstərməyəcək; arvadı tərəfindən hörmət görməyən kişi onu sevməyəcək. Bu, arasıkəsilməyən prosesi mən Çıxılmaz dövrə adlandırıram. Bu dövrəyə minlərlə cütlük düşür. İlk yeddi fəsildə bu dövrəyə necə düşməyimiz və ondan necə azad ola biləcəyimiz barədə danışacağıq.
FƏSİL 1.
NİKAH MÜNASİBƏTLƏRİNİN KAMİLLƏŞMƏSİNİN SADƏ SİRRİ
«Mən ərimi sevdiyim qədər, onun da məni sevməsi üçün nə etməliyəm?» Mən daim inkişaf edən bir məbədin iyirmi illik pastoru olaraq, məsləhət verdiyim qadınlardan ən çox eşitdiyim sual bu idi. Mənə öz həyatları barədə danışan qadınların göz yaşlarını gördükcə, ürəyim parçalanırdı. Qadınlar necə də zərifdirlər. Çox vaxt mən də onlarla birgə ağlayırdım. Və eyni zamanda mən onların ərlərinə qarşı qəzəbləndiyimi hiss edirdim. Məgər onlar öz arvadlarını necə incitdiklərini görmürdülər? Ərlərinin onlara daha çox sevgi göstərməsi üçün bu qadınlara necə kömək edim?
Özüm də uğursuz bir ailədə dünyaya göz açdığım üçün, bu mövzuya dərin kədər hissi ilə yanaşırdım. Mənim bir yaşım olduğu zaman valideynlərim boşanmışdı. Beş yaşım olanda onlar birləşdilər və sonra yenidən ayrıldılar. Mən üçüncü sinifdə oxuyanda onlar yenidən birlikdə yaşamağa cəhd etdilər. Mənim bütün uşaqlığım qışqırıq, fəryad və əsəb gərginliyi ilə dolu idi. Mən daim qəlbimdə ağrı yaradan şeylər eşidir və görürdüm. Çox vaxt gecələr göz yaşları içində yuxuya gedirdim. Necə kədər hissi keçirdiyimi çox yaxşı xatırlayıram. On bir yaşıma qədər yatağımı isladırdım. On üç yaşında məni hərbi məktəbə göndərdilər və mən məktəbi bitirənə qədər orada qaldım.
İndi geriyə nəzər salarkən, onların problemlərinin kökünü görürəm. Anamın məhəbbət çatışmamazlığı üzündən ağladığını, atamın isə hörmət çatışmamazlığı üzündən məyus olduğunu başa düşmək heç də çətin deyil.
Anam akrobatika, rəqs və üzgüçülük dərslərindən yaxşı məvacib aldığı üçün atamın maddi dəstəyindən asılı olmayaraq yaşaya bilərdi. Atam anamın onun köməyi olmadan da çox gözəl həyat sürə biləcəyini hiss edirdi və anam da vaxtaşırı bunu ona hiss etdirirdi. Anam atamla məsləhətləşmədən maddi qərarlar verirdi və nəticədə atam özünü çox aciz hiss edirdi. Atama elə gəlirdi ki, anamın gözündə onun heç bir dəyəri yoxdur. Bu, onu o qədər incidirdi ki, o da hər vasitə ilə anama qarşı sevgisizlik nümayiş etdirirdi. Atam anamın ona hörmət etmədiyinə tam əmin idi. Dəqiq yadımda qalmasa da, atamın müəyyən hadisələrə əsəbiləşdiyini xatırlayıram. Onda anam çox məyus olaraq otaqdan çıxırdı. Mənim bütün uğaqlığım və yeniyetməliyim boyu bu cür davranış onların münasibətlərində ən adi vəziyyətə çevrilmişdi.
Yeniyetmə yaşlarımda Allahın məni sevdiyi barədə Müjdəsini eşitdim. Mən Allahın mənim həyatım üçün planı olduğunu bildim. Buna görə də günahlarıma görə Ondan bağışlanma diləməli və əbədi həyata malik olmaq üçün İsa Məsihi öz Xilaskarım kimi qəbul etməli idim. Mən belə də etdim. Məsihçi olduğum zamandan bəri bütün həyatım dəyişməyə başladı.
Hərbi məktəbi bitirdikdən sonra, Allahın məni xidmətə çağırdığına əmin olduğum üçün Uitona qəbul oldum. Mən birinci kursda oxuyarkən anam, atam, bacım və onun əri İsa Məsihi öz Xilaskarları kimi qəbul etdilər. Ailəmizdə dəyişikliklər başladı, lakin yaraların izləri tezliklə sağalmadı. İndi valideynlərim göylərdədir və mən onların əbədi xilası üçün Allaha minnətdaram. Artıq mənim ürəyimdə heç bir yara yoxdur, sadəcə bir az ağrı və kədər var. Uşaq vaxtı valideynlərimin bir-birindən müdafiə olunduğunu sadəcə hiss edirdim, lakin indi bunu çox aydın dərk edirəm. Bütün problem onların bir-birini çox asanlıqla incidə biləcəklərindən ibarət idi. Lakin onların əlində bu müharibəni kiçik dəyişikliklər sayəsində sona çatdıra biləcək vasitələr yox idi.
Uitonda oxuyarkən, daxil olduğu hər yerə işıq saçan həyatsevər və şən bir qızla tanış oldum. Sara başqalarını fikirləşməyi bacaran, pozitiv, dostsevər və çox ünsiyyətcil qız idi. O, İndiana ştatının Bun əyalətində miss «Simpatiya» mükafatına layiq görülmüşdü. O, saf və təmiz idi. O, Rəbbi çox sevirdi və yeganə arzusu Ona xidmət etmək idi. O, yəqin ki, valideynlərinin boşanmasından sonra qəlbində ağır bir yük daşıyırdı. Lakin bu yükün onun ruhunu çirkləndirməsinə icazə vermirdi. Əksinə, o daha da irəli getməyə qərar vermişdi. Mən yalnız onun gözəlliyinə deyil, həmçinin hər səhər yanında oyana biləcəyim əsl dost olduğuna əmin idim.
Biz hələ kollecdə oxuduğumuz vaxt mən Saraya evlənmə təklifi etdim və o razılaşdı. Lakin hələ nişanlı olduğumuz zaman ər və arvadın heç nəyə görə mübahisə edə biləcəklərini başa düşdük. Tanışlığımızın ilk Milad Bayramında Sara mənim üçün cins gödəkçə tikmişdi. Mən gödəkçəni qutudan çıxararaq ona minnətdarlığımı bildirdim.
— Məncə, bu sənin xoşuna gəlmədi – deyə Sara dilləndi.
Mən ona təəccüblə baxaraq dedim:
— Niyə, xoşuma gəlir.
O qəti şəkildə cavab verərək dedi:
— Xeyr, xoşuna gəlmədi. Sən heç sevinmirsən.
Mən təəccüblənərək kobudcasına təkrar etdim:
— O, mənim çox xoşuma gəlir.
O, yenidən sərt cavab verərərk dedi:
— Xeyr. Əgər o, sənin xoşuna gəlsəydi, sevinərdin və dayanmadan təşəkkür edərdin. Bizim ailədə belə deyirlər: «Aaaa, neçə vaxtdır məni bunu arzulayırdım!» Amma mən səndə heç bir sevinc hissi görmürəm. Milad – sevinc vaxtıdır və biz bu sevinci gizlətmədən göstərməliyik.
Beləliklə, biz, Sara və Emersonun hədiyyəyə necə müxtəlif münasibətə göstərdiyini öyrəndik. Əgər hədiyyə Saranın həqiqətən xoşuna gələrsə, o, buna görə dəfələrlə öz minnətdarlığını bildirir. Buna görə də mən tərifli sözlər yağdırmayaraq, sadəcə nəzakətlə minnətdarlıq bildirdiyim üçün, Sara mənim bu gödəkçəni kasiblar üçün əşyalar toplayan Xilas Ordusunun nümayəndələrinə vermək istədiyimi düşünürdü. Sara onun etdiyini qiymətləndirmədiyimə və ona qarşı heç bir minnətdarlıq hissi keçirmədiyimə əmin idi. Mənə gəlincə isə, bu vəziyyətdə layiqincə davranmadığıma görə özümü çox təqsirkar hiss edirdim. Mən özümü imtina olunmuş hiss edirdim. Gödəkçə ilə bağlı bütün bu söz-söhbətlər məni tamamilə çaşdırmışdı.
Həmin vaxt nə baş verdiyini anlamasaq da, cins gödəkçə ilə bağlı bu hadisədə Sara özünü sevilməyən, mən isə hörmətsizliyə məruz qalan tərəf kimi hiss etmişdik. Saranın məni sevdiyinə əmin idim, lakin digər tərəfdən, onun məni sevdiyi qədər mənim onu sevdiyimə Sarada əminsizlik yaranmışdı. Sara hədiyyəyə görə sevinc hissimi bildirmədiyim üçün belə münasibət göstərdiyi zaman, mən də belə olduğum üçün onun xoşuna gəlmədiyimi düşünmüşdüm. Biz bunu sözlə ifadə etməsək də, sevgisizlik və hörmətsizlik hissi tədricən bizim hər birimizin qəlbinin dərinliklərinə nüfuz edirdi.
1973-cü ildə Uilton aspiranturasında qarşılıqlı münasibətlər üzrə magistraturada oxuduğum zaman biz evləndik. Biz oradan xidmət üçün Ayovaya yola düşdük və mən Dyubuk seminariyasında ilahiyyat üzrə magistr dərəcəsi aldım. Ayovada bir pastorla bərabər məsləhətxana mərkəzi təşkil etdik. Bütün bu vaxt ərzində qadın və kişi psixologiyasındakı fərqlilikləri ciddi-cəhdlə araşdırmağa başladım. Qadın və kişi psixologiyasındakı fərqliliklərə görə fərdlər arasında yaranan problemlərlə Sara ilə mən də üzləşmişdik. Ona gərə də məsləhətxanamıza gələn insanların ağrılarını çox yaxşı başa düşürdüm.
Məsələn, mənimlə Saranın insanlarla münasibət qurma tərzimiz tamamilə fərqlidir. Sara çox qayğıkeş və diqqətlidir. İnsanlarla müxtəlif mövzular haqqında danışmaq onun çox xoşuna gəlir. İnsanlarla ünsiyyətdən sonra o, ruh yüksəkliyi hiss edir. Mən təhliledici düşüncə tərzinə meyilliyəm və düşünmə prosesində xüsusi emosionallıq nümayiş etdirmirəm. Mən bir neçə saat təklikdə vaxt keçirdiyim zaman güc alıram. Mən insanlarla ünsiyyət qurduğum zaman şəfqət və məhəbbət göstərə bilirəm, lakin Sara qədər deyil.
Bir dəfə kiçik qrupda Müqəddəs Kitab araşdırmasından evə qayıtdığımız zaman, Sara bir neçə həftə ərzində daxilinə yığılmış emosiyaları çox coşğun şəkildə biruzə verdi.
— Sən bu gün məşğələdə çox darıxdırıcı idin, — o, çox incimiş vəziyyətdə dilləndi. — Sən öz susqunluğunla insanları qorxudursan. Lakin danışdığın zaman isə çox yersiz danışa bilərsən. Sənin yeni ailə qurmuş cütlüyə söylədiyin sözlər yolverilməz idi.
Mən təəccüblənsəm də, özümü müdafiə etməyə çalışdım.
— Sən nə danışırsan? Mən insanlara qulaq asmaq və onların nə dediyini başa düşməyə çalışırdım.
Cavab verərkən Saranın səsi bir az da yüksəyə qalxdı:
— Sən insanların rahatlıq tapması və özlərini yaxşı hiss etməsi üçün onlara kömək etməlisən. (Onun səsi get-gedə yüksəlirdi). Sən onlara kömək etməlisən! (Sara bu dəfə demək olar ki, qışqırırdı). Həmişə özünə qapanmaq olmaz!
Mən yalnız onun sözlərinə görə deyil, danışıq tərzi və səsinin tonuna görə özümü alçalmış hiss etdiyim üçün bir müddət susdum. Nəhayət, cavab verərək dedim:
— Sara, sən əslində haqlı ola bilərsən, lakin səsinin tonuna görə haqlı deyilsən.
Maşında olan həmin söhbətin Sara üçün dönüş nöqtəsi olduğunu o, çox yaxşı xatırlayır. Ola bilsin ki, o, insanlarla olan münasibətimi çox düzgün qiymətləndirmişdi. Lakin onun qiymətləndirməni ifadə etmə tərzi məhvedici idi. Biz hər ikimiz o zaman çox yaxşı dərs aldıq. İndiyə qədər bəzən bir-birimizə xatırladırıq: «Bilirsən, bəlkə də sən haqlısan, lakin səsinin tonu düzgün deyil». Necə olmasa da, mən belə hesab edirəm ki, Sara həmin söhbətdən sonra çox dəyşilib. Yeri gəlmişkən, keçən həftə Sara mənim bir insanla daha nəzakətli davranmağımı xahiş etdi. Və unutmayın ki, mən otuz ildir xidmət edirəm!
Ailə həyatımızın başlanğıcında baş vermiş həmin hadisə bizim evlilik həyatımıza bir çox məlumat toxumları səpdi ki, mən onları sonradan müəyyənləşdirə və izah edə bildim. Mən Saranın məni sevdiyini bilirdim və onun qəzəb partlayışı mənə kömək etmək istəyi ilə əlaqədar idi. O istəyirdi ki, mən onun qayğısını qiymətləndirim və bütün bunları mənə olan sevgisinə görə etdiyini başa düşüm. Lakin nəticədə mən özümü çox alçalmış, günahkar hiss edirdim və özümdən asılı olmayaraq, müdafiə olunmağa çalışırdım. Biz uzun illər eyni problemlə üzləşməyə davam edirdik. Diqqət etməli olduğum şeyə layiqincə diqqət yetirmədiyim üçün Sara səsinin tonunu qaldıraraq öz təlaşlarını bildirirdi. Məsələn: «Sən filan telefon zənginə cavab verdinmi?» «sən filan məktubu yazdınmı?» və s.
Mən bacaqdığım qədər düzəlməyə çalışırdım. Lakin zamanla hər şey yenidən təkrar olunur və Sara onun mənə kömək etmək cəhdlərini qiymətləndirmədiyim üçün özünü pis hiss edirdi.
Bir neçə il keçmişdi və Saranın doğum gününü keçirmək vaxtı idi. Sara onun doğum gününü necə təbrik edəcəyimi təsəvvür edir və ümumiyyətlə, həmin günü xatırlayıb-xatırlamayacağımı düşünürdü. O, adətən, hər ad gününü yaxşı xatırlayır. Lakin mənim üçün bu, heç vaxt xüsusi əhəmiyyət daşımayıb. O düşünür ki, məni həddindən artıq çox sevdiyi üçün heç vaxt ad günümü unuda bilməz. Hər dəfə onun doğum günü yaxınlaşdığı zaman, mənim bu bayramı necə keçirəcəyimi xəyal edirdi. O düşünürdü: «Görəsən, o, mənim qəlbimdə yer tutduğu kimi, mən də onun qəlbində xüsusi yer tuturammı?»
Sara xırdalıqlara vardığı üçün belə düşünmürdü. O, ümumiyyətlə məni və kişiləri başa düşməyə çalışırdı. O, unutqanlığın çox yayılmış bir problem olduğunu bilirdi və buna görə də onun üçün maraqlı idi. Bunu sınaqdan keçirmək üçün o, həmin günlərdə təbrik üçün onun poçt ünvanına gələn bütün təbrik açıqcalarını gizlətmişdi. Heç bir yerdə bu təntənəli günü xatırlada biləcək heç bir işarə yox idi. Mən isə, mənə maraqlı olan mövzuları araşdırmaqla məşğul olaraq öz aləmimdə idim. Saranın doğum günü mənim bir dostumla görüşüm var idi. Axşam evə qayıdıb şam yeməyi yediyimiz zaman Sara yumuşaq səslə məndən soruşdu: «Siz bu gün Royla mənim doğum günümü qeyd edirdiniz?»
Həmin an insan orqanızmində nələr baş verdiyini sizə heç cür izah edə bilmərəm. Mənə elə gəldi ki, qan sürətlə ürəyimdən çıxaraq ayaqlarıma axdı və oradan da sürətlə sifətimə qalxdı. Mən nə deyəcəymi bilmirdim. Mən burnumun altında nəsə söyləyərək, bu davranışıma heç bir tutarlı bəhanə tapa bilmədim. Mənim unutqanlığım sevgimin az olduğunu sübut edirdi və bunun Saranı necə incitdiyini görürdüm. Lakin eyni zamanda məndə qəribə hisslər oyanmağa başladı. Hə, mən öz unutqanlığımla düzgün hərəkət etməmişdim, lakin Saranın doğum gününü qəsdən unutmamışdım. Mən yenidən onun tərəfindən mühakimə olunduğumu və alçaldığımı hiss edirdim ki, bu da çox təbii idi. Həmin vaxt keçirdiyim hissləri «hörmətsizlik» adlandıra bilmirdim. Feministlərin (qadınlara kişilərlə bərabər huquq verilməsini tələb edən qadın hərəkatı) öz qələbələrini bayram etdiyi həmin dövrlərdə, kişilər qadınlar tərəfindən hörmətsizliyə məruz qaldıqları barədə danışmırdılar. O zamanlar kişilərin belə danışması lovğalıq hesab olunurdu. İmanlıların içərisində isə siz qürurlu bir insan kimi günahlandırıla bilərdiniz.
İllər ötür, mən vəz edir, pastor xidməti aparır və ailələrə məsləhətlər verirdim. Biz Sara ilə birlikdə bir-birimizi tanıdıqca, ailə münasibətlərində kamilliyə doğru getməyə can atırdıq. Çox vaxt bir-birimizlə əla vaxt keçirirdik. Lakin bu xoş anlarla yanaşı, xoşəgəlməz anlar (başqa sözlə desək, deyişmələr) da çox olurdu. Düzdür, belə vəziyyətlər çox uzun sürmürdü və biz həmişə bundan sonra bir-birimizdən və Rəbdən bağışlanma diləyərək birlikdə dua edirdik. Lakin bütün bunlar nə demək idi? Bizim nikahımız hara gedirdi? Axı, mən «yaxşı» pastor olduğum üçün mənə maaş ayırırdılar. Mənim boş şeylərə görə yol verdiyim bu kiçik səhvlərimə necə bəraət qazandırmaq olardı?
Kiminsə söylədiyi kimi, problem ondan ibarətdir ki, həyat hər gündən ibarətdir. Sara ilə mən, hələ də azad ola bilmədiyimiz köhnə vərdişlərimiz ucbatından, demək olar ki, hər gün bir-birimizi qıcıqlandırırdıq. Mənim köhnə vərdişlərimdən biri yaş dəsmalı yatağın üstündə unutmaq idi. Heç olmasa ayda bir dəfə Sara buna görə əsəbləşirdi. Və yaxud təxminən hər üç aydan bir mən köhnə vərdişimə görə, evdə görülməli bəzi məsuliyyətlərimə biganə yanaşaraq başqa işlərlə məşğul olur və Saranın bəzi xahişlərini unudurdum. O, görmədiyim işləri mənə xatırlatdıqca gərginlik artır, mən onu günahlandırmağa başlayır və ya özümə bəraət qazandırırdım.
Hələ evliliyimizin ilk illərindən etibarən, dua etdiyimiz zaman Sara daim boğazındakı qıcıqlanmanı dəf etmək üçün öskürür və bu da həmişə məni özümdən çıxarırdı. Bu, qeyri-ciddilikdir! Biz göylərdə olan Atamıza dua etdiyimiz zaman, Saranın özünə sahib olmaması məni narahat edirdi. Bəzən isə mənim əhval-ruhiyyəm olmayan anlarda, Sara mənə Allahı izzətləndirməyi tövsiyyə edirdi. Düzünü desəm, belə vaxtlarda həmişə Allahı izzətləndirmək istəmirəm. Məgər belə etmədiyimə görə daha zəif imanlı hesab olunuram? Məgər onun əhval-ruhiyyəsi olmayanda mən ona Allahı izzətləndirməyi məsləhət görürəm? Bəlkə mən daha az mühakimə edir və bəzi insanlardan daha ruhaniyəm?
Münasibətlərdəki gərginlik, insanın özünü dərk etməsini təhrif edir. Münasibətlərdəki toqquşmaların yükü altında mənə elə gəlirdi ki, heç vaxt layiqli bir insan ola bilməyəcəyəm. Ailə konfliktlərinin yükü altında Saraya da elə gəlirdi ki, ondan heç vaxt yaxşı ana və yaxşı həyat yoldaşı ola bilməyəcək. Digər ailələrdə olduğu kimi, toqquşmaları yaradan bütün xırdalıqlar, bir ailə cütlüyü kimi bizim də çiyinlərimizə yüklənirdi. Həqiqətən də həyat «hər gündən» ibarətdir.
Sara səyahət etməyi, araşdırmağı və öyrətməyi o qədər də sevmir, çünki bu, onun ənamı deyil. Lakin buna baxmayaraq, bizim xidmətimiz naminə o, bunu çox böyük həvəslə edir. Mən isə evdə xarab olmuş əşyaları təmir etməyi sevmirəm, çünki bu sahədə bacarığım yoxdur. Ona görə də mənə nəyisə düzəltmək tapşırılanda və xüsusilə də, o şey düzəlməyəndə çox deyinirəm.
Bizim tam kamilliyə çatmış bir ailə mövqeyindən danışmadığımızı biləsiniz deyə, sizinlə ailə «sirlərimiz» barədə bölüşürəm. Biz çox şey yaşamışıq, çox mübarizə aparmışıq və hələ də mübarizə aparmağa davam edirik. Sadəcə olaraq indi, qələbə çalacağımızı dərk etmək uğrunda mübarizə gedir. Bütün bu illər ərzində yavaş-yavaş da olsa, bizim üçün dönüş nöqtəsi olan «sirri» dərk etdik (digər evli cütlüklər kimi).
İyirmi il ərzində vəzçi xidmətini icra edə bilmək üçün, həftə ərzində otuz saat Müqəddəs Kitabı arşdırmaq şərəfinə malik idim. Həmçinin mənim ailə münasibətləri sahəsində doktorluq diplomum və ünsiyyət sahəsində magistrlik dərəcəm var. Mənim çox böyük formal təhsil ehtiyatım var. Lakin 1998-ci ildə, Müqəddəs Yazılardakı bu açıqlama qəlbimdə və düşüncəmdə partlayış etdiyi zaman heyrətdən özümü itirmişdim. Mən sözün əsl mənasında nida edərək «Şükür Rəbbə!» demişdim. Nəhayət ki, elmi araşdırmaların da təsdiq etdiyi Müqəddəs Yazıdan aldığım bu əminliyim, Sara ilə daimi mübahisələrimizin səbəbini ortaya çıxartdı. Atamın sözlərindən və davranışlarından ağrı çəkən anam kimi, Saranın da nə üçün mənim sözlərimdən və davranışlarımdan ağrı çəkdiyini, nəhayət ki, çox aydın görə bildim. Anamın sözlərindən və davranışlarından özünü pis hiss edən atam kimi, mənim də bəzən Saranın sözlərindən və davranışlarından nitqim tutulurdu.
Bəs sirr nədən ibarət idi? Əslində bu, sirr deyil. Müqəddəs Yazılardakı bu ayə, artıq iki min ildir ki, bizə məlumdur və bizim hər birimiz ona müraciət edə bilərik. Efeslilərə Məktubun beşinci fəslinin otuz üçüncü ayəsində belə yazılıb: «Sizə gəlincə, qoy hər kəs öz arvadını özü kimi sevsin, arvad isə ərinə ehtiram (rus dilindən tərcümədə “qorxsun”) etsin».
Əlbəttə, mən bu ayəni dəfələrlə oxumuşdum. Hətta, nikah mərasimlərində bu mövzuda vəz də edirdim. Lakin nədənsə, buradakı sevgi ilə hörmət arasındakı əlaqəni heç vaxt görməmişdim. Kişilərin hörmətə, qadınların isə sevgiyə ehtiyacı olduğu barədə Pavel çox aydın danışır. Sonra mən bu sirri öz vəzlərimdə, daha sonra seminarlarda və konfranslarda bölüşməyə başladım. Sonra insanlar mənə yaxınlaşaraq deyirdilər: «Emerson, izah etdiyin sevgi və hörmət əlaqəsi bir az qəribə səslənir. Bu nəysə bir nəzəriyyə deyil ki? Bizim – maddi, seksual, uşaqların tərbiyəsi ilə bağlı real problemlərimiz var...»
Bütün bu kitab boyunca, sevgi və hörmət əlaqəsinin nikahdakı istənilən problemə açar olduğunu sizə göstərməyə çalışacam. Bu, sadəcə olaraq Müqəddəs Kitabdan bir neçə ayə əlavə etdiyim gözəl nəzəriyyə deyil[1]. Sizin necə bir ailə quracağınız
Lap əvvəldən, uğursuz ailə cütlüklərinə və eləcə də öz ailəmə kömək etmək imkanı axtararkən, heç vaxt sevgi və hörmət əlaqəsinə müraciət etməmişdim. Mən Efeslilərə Məktubun beşinci fəslini araşdırarkən, bu əlaqə gözlərim önündə canlanmağa başladı. Mən bu barədə düşündüyüm zaman xəyalımda belə bir obraz canlanmağa başladı: «Qadın ərinə hörmət etmək barədə Allahın əmrinə tabe olmasa da, ər Allahın arvadlarımızı sevmək barədə əmrinə tabe olmalıdır. Eləcə də ər arvadı sevmək barədə Allahın əmrinə tabe olmasa da, qadınlar öz ərlərinə hörmət etməlidirlər».
Deməli, belə... Sonra mən düşünməyə davam etdim: «Ər, ona hörmət etməyən arvadına, qadın da onu sevməyən ərinə hörmət göstərməyə çağırılıb». «Arvadım mənə
Həmin an mən hələ də sevgi və hörmətin əlaqəsini görə bilmirdim. Allah nikahdakı sevgi və hörmət arasındakı güclü əlaqəni açmağa davam etdikcə, gözlərim önündə daha aydın təsvir yaranmağa başlayırdı. Sevməyin və hörmət göstərməyin nə üçün bu qədər çətin olduğunu anlamağa başlayırdım. Kişi özünə qarşı hörmətsizlik gördüyü zaman onun üçün sevmək çox çətin olur. Eləcə də qadın, sevilmədiyini hiss etdiyi zaman, ərinə hörmət göstərməkdə çətinlik çəkir.
Həmin an mənim, həm də bir çox insanlar üçün xüsusi əhəmiyyət daşıyan açıqlama aldım. Ərin ona edilən hörmətsizliyə göstərdiyi təbii reaksiyası, arvadının özünü sevilməyən hiss etməsinə səbəb olur. Bəlkə də məhz buna görə sevmək kişiyə əmr olunmuşdur! Arvad sevilmədiyini hiss etdiyi zaman göstərdiyi təbii reksiya nəticəsində ər özünə qarşı hörmətsizlik hiss edir. Bəlkə də məhz buna görə ərinə hörmət etmək əmri qadına verilmişdir!
Müqəddəs Yazılarda sevgi və hörmət əlaqəsi çox aydın şəkildə təsvir olunduğu kimi, bu əlaqənin dağılması təhlükəsi də aydın təsvir olunur. Və bu zaman mənim təhlükəli adlandırdığım an gəlib çatır: əl tətiyə uzanır və atəş açılır. Sevgi almayan qadın özünü hörmətsiz aparacaq. Hörmət görməyən ər özünü sevgisiz aparacaq və bütün bunlar daimi olaraq dövr edir. Beləliklə də, Çıxılmaz dövrə yaranır (çıxılmaz dövrənin şəkilinə bax).
Bu mövzuda bölüşdüyüm hər yerdə kişilər və qadınlar məni tez başa düşürdülər. Onlar çox yaxşı dərk edirdilər ki, əgər daim dövr edən bu vəziyyəti idarə edə bilməsələr, sona qədər bu dövrənin içərisində fırlanacaqlar. Heç kim bunun necə və nə vaxt qurtaracağını bilmir.
Qısaca desək, mən bu kitabın səhifələrində cütlüklərə aşağıda sadalananları etməyə kömək edəcəm:
• Bu ağılsız vəziyyəti ələ alaq (Çıxılmaz dövrə);
• Bir-birimizi sevgi və hörmətlə dolduraq (Energetik dövrə);
• Uğurlu nigahın bəhrələrindən zövq alaq (Qələbə dövrəsi).
Çıxılmaz dövrəyə düşmək çox asandır. Çox asan olmasa da, lakin bu dövrəyə düşdüyünüzü etiraf etmək və onun dəlicəsinə firlanan təsirindən uzaq durmağı öyrənmək tamamilə mümkündür. Bu, ər və arvad bir-birinin sevgiyə və hörmətə olan vacib ehtiyaclarını necə ödəmək lazım olduğunu öyrənmək istədikləri təqdirdə mümkündür. Çox vaxt məndən soruşurlar: «Kişinin ən vacib ehtiyacının hörmət, qadının ən vacib ehtiyacının sevgi olduğuna necə bu qədər əmin ola bilərsiniz?» Mənim cavabım iki hissədən ibarətdir.
Hər şeydən əvvəl, bu həqiqəti mənim bir məsləhətçi və ər kimi qazandığım təcrübə təsdiq edir. Yalnız qadın: «Görəsən, ərim məni mən onu sevdiyim qədər sevirmi?» düşünə bilər. Qadın ərini sevdiyinə
Ərin ən böyük ehtiyacının hörmət, qadının isə ən böyük ehtiyacının sevgi olması barədə ən böyük təsdiqi isə biz Efeslilərə Məktubun beşinci fəslinin otuz üçüncü ayəsində tapırıq. Ər öz arvadını özü kimi
Müqəddəs Kitabdakı digər bir müəllif, arvadların ərlərinə hörmət göstərməsi barədə Paulun toxunduğu məsələ ilə razılaşır. Həvari Peter qadınlara yazaraq deyir ki, hətta ərlər Allahın Kəlamına itaət etməsələr belə, qadınlar özlərini layiqli aparsınlar və: «siz arvadların
Siz etmək istəmədiyiniz bir şeyi etdiyiniz zaman, öz iradənizin əksinə gedirsiniz. Ona görə də bu ayəni imanla icra etmək lazımdır. Allah qadınlara ərlərinə hörmət göstərməyi əmr edir. Çünki, O, bu vasitənin köməyilə ərlərin diqqətini Özünə cəlb edə bilər. Öz ruhunu Allah üçün açan ər, deməli, onu arvadı üçün də açacaq. Arvadı tərəfindən olduğu kimi qəbul edilmədiyini görən kişi, arvadına qarşı heç bir bağlılıq hiss etməyəcək. Kişidə arvadına qarşı sevgi hissi formalaşdırmağın açarı – şərtsiz hörmət göstərməkdədir.
Nikah haqqında yazılmış bir çox kitabın əsas mövzusu ərlərin arvadlarına sevgi göstərməsi barədədir. Lakin əlinizdə tutduğunuz bu kitabın əsas xüsusiyyəti, arvadların ərlərinə şərtsiz hörmət göstərməsi ilə bağlıdır. Mənim aldığım açıqlama o qədər sadə və həmçinin o qədər güclü oldu ki, 1999-cu ildən etibarən, pastorluq xidmətini buraxaraq, bütün vaxtımı bu sevgi və hörmət həqiqətinin öyrənilməsinə həsr etdim. Həmin vaxtdan etibarən Sara ilə birlikdə bu xəbəri minlərlə evli cütlüklərə ötürməkdə davam edirik. Hər dəfə də düzgün yolda olduğumuz barədə təsdiq alırıq. Bizim görüşdüyümüz hər bir qadın istəyir ki, onların ərləri arvadları tərəfindən necə sevildiklərini bilsinlər. Onlar həmçinin, ərləri tərəfindən sevildiklərini də hiss etməyi arzulayırlar. Bizim sizə çatdırmaq istədiyimiz xəbər də məhz bundan ibarətdir ki, ərinə sevgi göstərməyin ən yaxşı yolu, onun üçün vacib olan hörməti nümayiş etdirməkdir. Bu cür hörmət görən ər, arvadının sevgisini hiss edəcək və onda arvadına qarşı sevgi reaksiyası yaranacaq.
Bu kitab şərtsiz sevginin və şərtsiz hörmətin gücünü göstərəcək. Siz öz həyat yoldaşlarınızla bərabər bu səmərəli üsullardan istifadə etməyə başlasanız, onda öz nikahınızı qeyri-səmimilikdən, darıxdırıcılıqdan, gizli ağrıdan və inciklikdən xilas etmiş olacaqsınız. Əgər siz xoşbəxt ailə qurmağa nail olmusunuzsa, onda bu kitab onu yeni xoşbəxtlik anlayışları ilə dolduracaq. Bizim Sara ilə münasibətlərimiz, sizinlə bölüşdüyümüz bu sadə sirri bilməzdən əvvəl də yaxşı idi. Lakin indi bizim nikahımız
Nə qədər əladır? Məgər biz nikahdakı xoşbəxtliyin zirvəsinə çatmışıq və yaxud tam bəxtiyarlıqda yaşayırıq? Əlbəttə yox. Biz yenə də əvvəlki kimi bir-birimizə hirslənir və bir-birimizə qarşı sevgisizliyin və hörmətsizliyin təzahürlərini görürük. Bəzən biz də digər ailə cütlükləri kimi Çıxılmaz dövrəyə düşürük. Lakin biz, bütün həyatımızın gedişatını yaxşılığa doğru dəyişən qərar qəbul etdik. Kaş ki, mənim atamla anam da bu sirrə malik olardılar! İndi Sara ilə biz, gözlənilmədən Çıxılmaz dövrəyə salan vəziyyətlərdən qaçmağın yollarını bilirik. Buna görə də çox vaxt mübahisələr başlalamış onları bitiririk.
Bəs, bizim Sara ilə qəbul etdiyimiz bu həyati vacib qərar nədir? Mən, Saranın həmişə mənə qarşı həqiqi hörmət və ehtiram hissi bəslədiyinə və heç vaxt qəsdən hörmətsizlik nümayiş etdirmədiyinə
Sara yumurta qayğanağı istiotlu xoşlayır. Mən isə sevmirəm. Onun fikrincə qayganağı qara rəng olana qədər istiotlamaq lazımdır. Sara mənim yumurta qayğanaqda istiotu sevmədiyimi bildiyi halda, bütün ailə həyatımız boyu mənim üçün istiotlu yumurta hazırlayıb. Lakin mən düşünmürəm ki, o bunu məni incitmək məqsədilə və ya mənim fikrimi saymadığı üçün edir. Mən onun qəlbini tanıyıram. Bir dəfə onun dodaqaltı deyindiyini eşitdim (yumurtanı istiotladıqdan sonra): «Axı, bu yumurtanı istiotlamasan, onun
Yumurtanın daim istiotlanması, Saranın mənim pisliyimi düşünməsi və ya məni qıcıqlandırmağa cəhd göstərməsi demək deyil. Onun beyninin bütün günü müxtəlif şeylərlə məşğul olduğunu bilirəm. O yumurtanı qeyri-ixtiyari istiotlayır. Mən ona yüz dəfə demişəm: «Xahiş edirəm, mənim yumurtama istiot vurma!» Əgər o, mənə hörmət göstərsəydi, mənə qulaq asardı? İstiotlanmış yumurtanı gördüyüm zaman qəzəbdən partlamağım çox təbii olmazdımı? Məgər belə vəziyyətdə mənim onu hörmətsizlikdə günahlandırmağa ixtiyarım yox idi? Yumurtada olan istiot kimi digər hadisələri də yada salmağa haqqım var idi. Bütün bunlar mənim onun həyatında heç bir dəyərim olmadığınımı göstərirdi? Bu həqiqətənmi belədir?
Lakin mən Saranın davranışlarına, yuxarıda sadalandığı kimi mənfi tərəflərdən baxmaya da bilərəm. Çünki, onun bunu qəsdən və ya hörmətsizlik məqsədilə etmədiyinə inanmağa qərar vermişəm. Mənim kimi başqa kişilər də belə bir qərar verə bilər. Bir kişi mənə yazaraq deyir:
Arvadımın mənə qarşı ən xoş niyyətlər güddüyünü və həqiqətən söylədiyi kimi bütün qəlbi ilə məni sevdiyini düşünmək məni çox rahatlaşdırdı. Çox təəssüf ki, mən əvvəllər onun qəlbini pis başa düşmüşəm. Bir çox şeylər barədə anlayışsız idim. Məsələn, onun doğuşdan sonra depressiya yaşadığını bilmirdim. Bu və digər anları dərk etmək mənim qəlbimi xeyli yumşaltdı. Mən düşündüm ki, yəqin o da, mənim ona qarşı olan bütün xoş niyyətlərimə və həqiqi sevgimə baxmayaraq, ona olan sevgimi görmür.
Bu ər sirri anlamışdı. O, arvadı ilə bağlı düzgün qərar vermişdi və siz də bunu edə bilərsiniz.
Mən yaş dəsmalı hara gəldi qoyuram. Çörəyi açıq vəziyyətdə stolun üstündə qoyub gedirəm. Mətbəx dolablarının qapılarını açıq saxlayıram. Oxuduğum kitabı qonaq otağının döşəməsinə qoyaraq orada unuduram. Əlbəttə, mənim beynim çox şeylərlə məşğul olduğu üçün özümə bəraət qazandıra bilərəm. Saranın dediyi kimi, «mən həmişə düşünürəm». Bəzən mən özüm də etdiyim və etmədiyim şeylərə görə təəccüblənirəm. Mətbəx dolabının qapılarına baxdığım zaman, demək olar ki, onların hamısının açıq olduğunu görürəm. Öz-özümə deyirəm: «Nə üçün bütün qapıları bağlamamışam. Nə düşünürdüm ki?» Və yaxud, yaş dəsmalı hamama aparamaq əvəzinə, yataq otağının döşəməsində niyə saxlamışam? Yeri gəlmişkən, məhz dəsmal məsələsi ortaya çıxandan sonra biz hər şeyə daha sadə gözlə baxmağa başladıq və bu da bizim üzərimizdəki gərginliyi xeyli azaltdı. Sara yaş dəsmalı mənim gözlərim qarşısında silkələdiyi zaman mən gülərək deyirəm: «Təsadüfə bax! Elə mən də dəsmalı hamama aparmaq istəyirdim!»
Xahiş edirəm, məni düzgün başa düşün. Mən pinti adam deyiləm. Məsələ burasındadır ki, Sara həddindən artıq səliqəli və təmizkar qadın nümunəsidir. O, vasvası deyil, lakin məntiqi mühakimə yürüdür. Əgər hamamda dəsmalı asmaq üçün asılqanlar varsa, dəsmalı çarpayının üstünə və ya döşəməyə atmaq nəyə lazımdır? Əgər mətbəxdəki dolabların qapıları xarab deyilsə və yaxşı açılıb-örtülürsə, onları açıq saxlamaq nəyə lazımdır? Kitabı onun üçün təyin olunmuş rəfə qoymaq üçün cəmi bir neçə saniyə lazım olduğu halda, onu döşəmədə saxlamaq nəyə lazımdır?
Lakin bütün bunların nəticəsində Sara onu qəsədən qıcıqlandırdığımı düşünmür. O, mənim çox fikirli gəzdiyimi və bütün bunları qeyri-ixtiyari etdiyimi bilir. O, mənə min dəfə deyir: «Xahiş edirəm, götürdüyün şeyləri yerinə qoy». Bəlkə o: «Əgər sən məni sevsəydin, mənə qulaq asardın» desəydi, daha yaxşı olardı? Onun qəzəbdən partlaması normal olmazdımı? Mənim xoş niyyətimə şübhə ilə yanaşmaqda haqlı olmazdımı? Bəlkə, bir az əvvəl yuxarıda sadaladığım kimi, o da mənim kimi, mənim bir çox mənfi vərdişlərimə diqqət yetirərək yadında saxlamalıdı? Axı, bütün bunlar mənim öz arvadıma həqiqətən dəyər vermədiyimi sübut edir.
Lakin Sara mənim davranışlarıma müsbət tərəfdən baxmağı bacarır. Çünki o, mənim bunları qəsdən, ürəkdən və axmaqcasına etmədiyimə inanmağa qərar verib. Digər qadınlar da Sara kimi qərar verə bilərlər. Əri ilə otuz il birlikdə yaşayan bir qadın belə yazır:
Dönüb geriyə baxdığım zaman, ərimə qarşı necə hörmətsiz davrandığımı anlayıram. O, təbiətcə çox xeyirxah, qayğıkeş və çox ünsiyyətcil insandır. Onda xidmət ənamı var (mənim xahiş etdiyim hər bir şeyi etməyə həmişə hazırdır). O, xoş niyyətli və yümşaq ürəklidir. Və təbii olaraq bizim hər birimiz kimi günahsız deyil. Mən indi başa düşürəm ki, bəlkə də mən ona qarşı çox yüksək tələblər qoymuşam.
Digər bir qadın yazır:
Ailə həyatımızın lap başlanğıcından bəri ərim mənim fikirlərimlə maraqlanmadan məni idarə etməyə çalışırdı. Həmin vaxtlar onun hansı hisslər keçirdiyini anlamırdım. Mən də əvəzində bütün acı sözlərimi onun üzünə yağdırardım. Indi mən onun ürəyini görməyə başladım və öz sözlərimlə onu necə incitdiyimi başa düşdüm.
Bu qadınlar sirri anlamışdılar. Onlar öz yanaşmalarını dəyişməyə qərar vermişdilər və siz də öz həyat yoldaşlarınıza qarşı belə qərar verə bilərsiniz.
Bəli, Sara ilə mənim çatışmayan cəhətlərimiz var. Çıxılmaz dövrə hər zaman bizi özünə tərəf çəkməyə hazırdır. Lakin biz sevgi və hörmət əlaqəsini xatırlayaraq vəziyyəti nəzarətdə saxlamalıyıq. Biz bu əlaqənin necə işlədiyini yaxşı bilirik. Ona görə də bu prinsipin işi barədə sizinlə bölüşməli sözümüz çoxdur.
Bu prinsipi başa düşmək üçün ilk pillə, kişi və qadının necə ünsiyyət qurmasını öyrənmək olacaq.
FƏSİL 2.
ÜNSİYYƏT QURMAQ ÜÇÜN GİZLİ ŞİFRƏNİ TAPMAQ LAZIMDIR
Əgər ər və arvad sevgi və hörmət əlaqəsini anlamaq istəyirlərsə, onda onlar şifrələnmiş dildə danışdıqlarını dərk etməlidirlər. Problem bundan ibarətdir ki, onlar bir-birinə ötürdükləri məlumatın şifrəsini düzgün açmırlar.
Bir cütlüyün evlilyinin on illiyi yaxınlaşırdı. Qadın bu vacib günün əri tərəfindən xatrlanıb-xatırlanmayacağı barədə düşünürdü. Bu on il ərzində onun əri dəfələrlə bu tarixi unutmuşdu. Bu tarixi xatırlamaq üçün ona heç bir işarə, heç bir kiçik və böyük tapmacalar kömək etmirdi. Lakin evliliyin on illiyini o, heç bir işarə və tapmaca olmadan xatırlamışdı! O, açıqcalar satılan Hallmark mağazasına daxil olaraq, mənalı və ifadəli sözlər yazılmış saysız-hesabsız açıqca sıralarını gəzməyə başladı. Birdən onun diqqətini çox parlaq bir açıqca cəlb etdi. O, orada yazılmış sözləri oxudu və bu, onun çox xoşuna gəldi! O fikirləşdi: «Bu açıqca xüsusilə onun üçün düzəldilib!» O, açıqcanı rəfdən götürdü və pulunu ödəyərək gözəl bir gecə keçirmək məqsədilə evə tələsdi. Nəhayət ki, o, bu tarixi unutmamışdı və onlar xüsusi bir gün keçirəcəkdilər.
O, evə gəldiyi zaman açıqcanı başqa otağa apardı, yazdı və tez zərfin üzərinə arvadının adını yazdı. O hətta, arvadının adının üstündə bir neçə ürəkçik şəkli də çəkdi. Sonra o, otaqdan çıxaraq zərfi arvadına təqdim edərək onu təbrik etdi. Onun sifəti gülüşdən nur saçırdı. O, özünü necə də xoşbəxt hiss edirdi. Nəhayət ki, onun əri bu günü xatırlamışdı! O, zərfi açdı və oxumağa başladı...Birdən onun üzünün ifadəsi dəyişməyə başladı. Xoşbəxtlikdən parıldayan gözlər, birdən- birə buz kimi oldu. Şən əhval-ruhiyyə birdən-birə məyusluğa və kədərə çevrildi.
— Nə olub? – deyə ər soruşdu. O, çox həssas oğlandı və belə şeyləri tez hiss edir.
— Heç nə.
— Yenə də, nə olub?
— Yox,
— Axı, mən görürəm, nə baş verir?
— Elə bir şey yoxdur, sadəcə bu açıqca
Hadisənin sonrakı gedişatını təxmin etmək olar.
— Nə danışırsan? – deyərək ər arvadının əlindəki açıqcanı almağa çalışır. – Bu necə ola bilər... inanılmazdır!
— Yox, sən inanılmazsan!
Ər arvadının gözlərində həqiqi nifrət görür. O, bunu düşünərək etməmişdi. Bu, bir təsadüf idi. Axı, o, bu günü xatırlamışdı. O, hədiyyə və onunla birlikdə açıqca almışdı.
— Əzizim, mən səhv etmişəm, bağışla.
— Bağışlamaq? Təsədüfən? Bu, təsadüfi səhv deyil, çünki sənin
Ər eşitdiklərinə inana bilmir. O, günahkarlıq hissindən heyrət hissinə keçir. Bayram əvəzinə dəhşətli sürətlə böyüyən mübahisə ilə üzləşir.
— Ey, qulaq as, mən bunu qəsdən etməmişəm, başa düşürsən? Hər şeyə niyə bu qədər dərindən yanaşırsan?
— Sən doğum gününə aid açıqca alırsan və on illiyimiz münasibətilə onu mənə təqdim edirsən və hələ hirslənməməyimi də istəyirsən? Heç nə almasaydın daha yaxşı olardı!
Ər özünə bəraət qazandırmağa çalışır, lakin indi onun ürəyi dəli bir sürətlə döyünür. O, öz sevgisini izhar etməyə çalışırdı, lakin arvadı isə cavabında bacardığı qədər kobud və ağrıdıcı sözlərlə onu incidirdi.
— Bilirsən, nə var?! Sənə doğum günü açıqcası almaqda yaxşı etmişəm! — Ər belə parlaq bir sonluqla qapını çırparaq otaqdan çıxır.
Açıqcanın təqdim olunması təxminən iki dəqiqə çəkdi. Həqiqətən bir-birini sevən bu iki insan evə gələrək, birlikdə gözəl və romantik bir axşam keçirmək istəyirdilər. Lakin bunun əvəzinə hər kəs evin bir küncünə çəkilərək, gecənin qaranlığında çaşqınlıq içərisində düşünürdülər: «Bu necə baş verdi. Bizim etdiyimiz bu şey sadəcə olaraq ağılsızlıqdır!»
Bu, real baş vermiş hadisədir və Sara ilə mən məsləhət verdiyimiz ailələr içərisində buna bənzər hadisələrlə tez-tez rastlaşmışıq.
Ər öz arvadına diqqətsiz və sevgisiz yanaşdığı və arvad da əvəzində öz ərinə hörmət etmədiyini təsdiqləyən acı sözlərlə münasibət göstərdiyi zaman söz davası başlayır. O niyə ərinə hörmət etməlidir? Bu kütbeyin hörmətə layiq deyil!
Daha bir nümunə. Ər həftəlik məzuniyyətdən evə qayıdır. Təyyarə yerə endiyi zaman, o, yataqda arvadı ilə romantik vaxt keçirəcəyi ümidi ilə evə tələsir. O, evə daxil olduğu zaman arvadından eşitdiyi ilk söz bu olur:
— Niyə belə tez qayıtmısan? Lap yaxşı, onda uşaqları məktəbdən gətir. Bu gün axşam müəllimlərlə görüş təyin etdiyimizi unutma. Həm də mən səninlə Billi haqqında danışmalıyam. Bu gün onun müəlliməsi zəng vurub deyir ki, o, özünü məktəbdə çox ərköyün aparır və uşaqların diqqətini yayındırır. Yeri gəlmişkən, məktəbdən qayıdanda mənim paltarlarımı kimyəvi təmizləmədən götürməyi unutma. Az qala unutmuşdum. Bu gün şam yeməyi bir az gec olacaq, çünki bir azdan bacımı çay içməyə dəvət etmişəm.
Uşaqlardan, kimyəvi təmizləmədən və arvadının bacısından sonra əhəmiyyət kəsb edən bu qəhrəmanın başlanmamış romantik gecəsi beləcə sona çatır. O, arxa qapıya yaxınlaşaraq çiyninin üstündən istehza ilə arvadına baxaraq deyir:
— Bir həftəlik ayrılıqdan sonra görüşməyimizə şad oldum!
Ərinin istehza dolu səsi onu narahat etsə də, telefon zəng çaldığından məsələni ayırd etməyə imkan olmur. Sonra müəllimlərlə görüş zamanı, qadın ərinin hələ də hirsli olduğunu hiss edir. Lakin evə qayıdarkən yol boyu ona heç nə demir. O, bütün həftə ərzində ora-bura qaçmaqdan yorulub. Bundan əlavə, əri ondan həftəni necə keçirdiyini, bütün işlərin öhdəsindən necə gəldiyini soruşmadığı üçün o da məyusdur. O düşünür ki, ərinin hirslənməyə haqqı yoxdur, çünki hal-hazırda özünü yaxşı aparmayan odur.
Gecə yatağa uzandıqları zaman, ər çox təbii şəkildə onunla «barışmağa» qərar verir. O, arvadına yaxınlaşaraq onun kürəyini sığallayır ki, bu da onlar arasında, adətən, intim yaxınlığa dəvət hesab olunur. Arvad buna cavab olaraq deyir:
— Bu gün yox. Mən çox yorulmuşam.
Kişi qəzəblənərək, heç bir söz demədən ondan aralanır. Ərinin qəzəblənməsindən heyrətlənən qadın deyir:
— Sən necə də daş ürəklisən!
Qulaqlarına inanmayan kişi cavab verir:
— Sənin bu sözləri dediyinə inana bilmirəm. Mən bütün həftəni evdə olmamışam. Lakin evə qayıtdığım zaman, xoş rəftar görmək əvəzinə, sən mənə uşaqlardan, bacından danışırsan. Sənə yaxınlaşmaq istədiyim zaman isə yorğun olduğunu söyləyirsən. Hələ bütün bunlardan sonra məni daş ürəkli adlandırırsan? Mən sənin üçün nahar yeməyinə verilən talondan başqa bir şey deyiləm?
Həmin an özünü daha da incidilmiş hiss edən qadın cavab verir:
— Bütün həftəni sənsiz necə keçirdiyimi bir dəfə də soruşmamısan. Səni yalnız seks maraqlandırır!
— Mən bütün həftəni evdə olmamışam! Biz təzə evləndiyimiz vaxtlarda da mən harasa gedirdim və sən mənim nə vaxt qayıdacağımı səbirsizliklə gözləyirdin. Məni qapıda gülüşlə və öpüşlə qarşılayırdın. İndi isə niyə tez qayıtdığımı soruşursan. Çox sağ ol. Mənə gözəl bir gün bəxş etdin.
Bu cür hadisələr çox adidir. Hər bir ailə cütlüyünün buna bənzər tarixçələri var. Bunlar dəfələrlə baş verir. Mən bunu Çıxılmaz dövrə adlandırıram. Bu Çıxılmaz dövrəyə saysız-hesabsız ailələr düşür. Bu gün məbədlərdə on ailədən beşi boşanır və göründüyü kimi, bu ağılsızlıq günü-gündən artır. Bəzən insana elə gəlir ki, sanki kimsə otağa daxil olaraq işığı yandırmağa cəhd göstərir, lakin o işləmir. Əgər insan iki-üç dəfə yandırmağa cəhd göstərirsə və nəticə yoxdursa, onun sonra nə edəcəyini təxmin edirsiniz. Yəqin ki, o, işıq lampasının yandığını və ya haradasa cərəyanın ötürülməsində problem olduğunu düşünəcək. Lakin o, işığı yandırmağa cəhd göstərərək yarım saat dayanmadan düyməni basmağa davam etsə, siz təəccüblənərək deyəcəksiniz: «Görəsən, bu oğlanın ağlı başındadır?»
Əslində isə hər şey çox sadədir.
Bir çox evli cütlüklər, Efeslilərə Məktubun beçincu fəslinin otuz üçüncü ayəsini əzbər bilirlər və ya heç olmasa söhbətin nədən getdiyini xatırlaya bilirlər. Həvari Paul ərlərə öz arvadlarını sevməyi, arvadlara isə ərlərinə hörmət etməyi əmr edir. Lakin bu əmri həqiqətən eşidən kimdir? Bəlkə ər-arvad arasındakı ünsiyyətin daha gözəl olması üçün əvvəlcə Allahın Kəlamında çox aydın şəkildə təsdiqlənən əmrə qulaq asmaq lazımdır?
Ər-arvad arasındakı ünsiyyət yüzlərlə, bəlkə də minlərlə kitab və mövzular vasitəsilə yazılıb, müzakirə olunub və araşdırılıb. Nə üçün ər və arvad arasındakı münasibətlər problem yaradır?
Məsələ burasındadır ki, biz cinsiyyətimizdən asılı olaraq özümüz də bilmədən, bir-birimizə şifrələnmiş məlumatlar göndəririk. Siz mənim sözlərimi mənim dediyim kimi deyil, özünüz anladığınız kimi başa düşürsünüz. Lakin bu, mənim demək istədiyim şey deyil.
Səhər evdən çıxmağa hazırlaşan bir ailədə nə baş verdiyinə baxaq.
Qadın deyir: «Geyinməyə heç nəyim yoxdur». (O, yeni bir şeyin olmadığını demək istəyir).
Kişi deyir: «Mənim də geyinməyə heç nəyim yoxdur» (O, təmiz paltarının olmadığını nəzərdə tutur).
Burada mübahisə üçün səbəb yoxdur. Lakin burada işlənən «heç nəyim yoxdur» sözünün şəxsi ehtiyaclarımız və qavrayışımızdan asılı olaraq ifadə olunduğunu görürük. Bu yaxınlarda kompüter arxasında oturaraq iş görürdüm, Sara isə o biri otaqda radionu yandırmışdı. Radioda hansısa veriliş gedirdi və səsi çox yüksək olduğu üçün məni əsas fikrimdən yayındırırdı. Mən yüksəkdən dedim:
— Sən ona qulaq asırsan? — Heç bir cavab gəlmədi. Mən yenidən uca səslə dedim:
— Sən radioya qulaq asırsan?
Yenidən heç bir cavab gəlmədi. Nəhayət, mən ucadan qışqıraraq soruşdum:
— Sən radioya
— Sən mane olmasan, mən qulaq asmağa çalışıram.
Nəticədə bir neçə dəqiqə deyişdik. Lakin bu söhbətin ciddi mübahisəyə çevrilə biləcəyinə çox az qalmışdı. Saranı mənim sualım hirsləndirdi, çünki əslində o, başqa işlə məşğul olduğu üçün radioya qulaq asmırdı. Mənim birinci sualımdan sonra, o elə bildi ki, radioda maraqlı nəsə olduğu üçün mən onun diqqətini ora yönəltmək istəyirəm. Əslində isə, əgər o, radioya qulaq asmırsa, onu söndürməyini istəyirdim. Mən isə Sara məni başa düşmədiyi üçün hirsləndim.
Nəhayət, demək istədiyim şeyi dəqiq və aydın izah etmədiyimi anladım. Bundan əlavə, sevimli həyat yoldaşımla bu cür yüksək tonla danışmağım heç yaxşı deyildi. Ona görə də üzr istədim. Bu kiçik anlaşılmazlığı danışmaqda məqsədim, bu cür şeylərin mübahisəyə gətirib çıxara biləcəyini sizə göstərməkdir. Xüsusilə də əgər, ər və arvad belə mübahisədən öncə də (bəlkə də bir neçə dəqiqə əvvvəl) inciklik yaşayıbsa ciddi nəticələr qaçılmazdır. Digər hallarda isə, uzun-uzadı davam edən anlaşılmazlıqlara yeni bir anlaşılmazlıq da əlavə olunarsa, belə münasibət istənilən an partlayışla sona çata bilər.
Müəyyən bir an söhbət artıq radionun söndürülməsindən və ya anlaşılmazlığın digər bir hissəsindən getmir. Arvad əri daş ürəkli olduğu üçün hirslənir, çox vaxt bundan şikayət edir və hətta özündən asılı olmadan bunun üzə çıxmasını gözləyir. Bir dəqiqədən də az bir müddətdə arvad sevilmədiyini hiss edir və ərini onu sevmədiyi üçün günahlandırır. Eyni zamanda ər də arvadından narazıdır. Çünki arvadı onunla sanki həqiqətən daş ürəkli biri imiş kimi danışır. Bu zaman o da bir çox kişilərin sevimli monoloqundan istifadə edərək deyir: «Səni razı salmaq çətin məsələdir». Ər hörmətsizlik hiss edir və ya ən azından ədalətsiz məzəmmət eşidir. Kiçik bir qığılcım bütün meşəni yandıra bilər. Əgər ər və arvad onu söndürməyi bacarmırsa, onda onları dəhşətli bədbəxtlik gözləyir.
Demək olar ki, ailədə münaqişəyə səbəb olan heç bir məsələ əslində olduğu kimi deyil. Arvadınızla münaqişə baş verdiyi zaman, onun necə başladığını siz çox dəqiq bilirsiniz. Siz arvadınızın necə coşduğunu, özündən çıxdığını, soyuq və təkəbbürlü görkəm aldığını görürmüsünüz. Bu zaman siz fikirləşirsiniz: «Görəsən, buna nə olub? Nə baş verir?» Adətən, belə hallarda ər və arvad özünü çox məyus hiss edərək düşünür: «Kaş ki, ərim tez özündən çıxan insan olmayaydı!» və yaxud «Kaş ki, arvadım bu qədər tez yaralanan biri olmasaydı!» Təbii ki, əgər incidilən tərəf sizsinizsə — onda məsələ başqa cürdür. Deməli, sizin yarı hissəniz sizin yaranızı tapdaladığı üçün günahkardır.
Lakin məsələ burasındadır ki, əgər münaqişə zamanı siz özünüzü sevilməyən və ya hörmətsiz biri kimi hiss edirsinizsə, bu o demək deyil ki, həyat yoldaşınız sizə bunu çatdırmaq istəyirdi. Əgər nikahlarının ildönümünə görə ər arvadına doğum günü münasibətilə açıqca alıbsa, bu o demək deyil ki, o, arvadını sevmir və ya ona biganədir. Eyni zamanda əgər arvad ərinə hirslidirsə və ya ona qarşı hörmətsizlik nümayiş etdiribsə, bu o demək deyil ki, o əslində öz sözləri və ya davranışı ilə məhz bunu çatdırmaq istəyir.
Arvadı ilə romantik vaxt keçirmək ümidilə məzuniyyətdən evə qayıdan ər, arvadının biganəliyi ilə üzləşir. Lakin arvadı bu davranışı ilə ona: «Mən nə səni, nə də sənin ehtiyaclarını saymıram» demək istəmir. Ər qəzəblənə və özündən çıxa bilər, lakin o, bununla arvadını sevmədiyini göstərmək istəmir. Biz çox vaxt diqqətimizi öz şəxsi ehtiyaclarımızda cəmləşdiririk və digərinin ehtiyaclarını görmürük. Arvada sevgi lazımdır və o, qətiyyən ərinə hörmətsizlik göstərməyə çalışmır. Ərə isə arvadının hörməti lazımdır və o, qətiyyən arvadına sevgisizlik nümayiş etdirmək istəmir. Siz əsas prinsipi, yəni bu «problemin» əslində problem olmadığını dərk etsəniz, sizə göndərilən məlumatların şifrəsini açmağa hazır olacaqsınız.
Qadın və kişi təbiətinin tamamilə fərqli olduğunu dərk etdiyimiz zaman, problem saydığımız şeyə əslində problem kimi baxmayacağıq. Yaradılış Kitabının birinci fəslində, Allahın kişini və qadını yaratması barədə yazılır. Bu, heç kəs üçün yenilik deyil. Lakin əsas məsələ kişi və qadının bir-birindən çox fərqlənməsidir. Məsələn, həvari Peter məhz bu fərqlilik barədə danışaraq, ərlərə arvadları ilə ədəblə davranmağı tapşırır, çünki onlar
Qadın və kişi arasındakı fərqi növbəti şəkildə izah etmək istəyirəm. Qadınlar bu dünyaya çəhrayı eynəkdən baxdıqları üçün onların gözündə hər şey çəhrayı rəngə boyanıb. Kişilər isə ətrafa hər şeyi mavi rəngə boyayan mavi eynəklə baxırlar. Kişi və qadın eyni hadisəyə müxtəlif cür yanaşa bilər. Təbii olaraq, onlardakı mavi və çəhrayı süzgəc, hadisələri fərqli səviyyədə şərh etməyə məcbur edir. Onlar nəinki hadisələri eyni cür görmürlər, həmçinin eyni cür eşitmirlər. Yəni Allah qadını çəhrayı qulaq cihazı ilə, kişini isə mavi qulaq cihazı ilə yaradıb. Onlar eyni şeyi eşitdikləri halda, onu fərqli cür başa düşürlər (məsələn, yuxarıda bəhs etdiyimiz «geyinməyə heç nəyim yoxdur!» söhbəti kimi). Kişi və qadınlar fərli eynək və qulaq cihazı taxdıqları üçün, bir-birinə fərqli dildə məlumat göndərirlər.
Arvadınızın əhval-ruhiyyəsinin düşdüyünü və hər-hansısa bir problemin artıq yetişdiyini hiss edirsinizsə, deməli o, sizə şifrələnmiş məlumat göndərir. Əlbəttə, əgər bu qadının ətrafında onu müşahidə edən və dinləyən minlərlə çəhrayı eynəkli və çəhrayı qulaq cihazlı qadınlar olsaydı, dərhal belə deyərdilər: «Ah, nə baş verdiyini yaxşı anlayıram, əzizim. Sən çox incə və yumşaq qadınsan. Qulaqlarıma inanmıram. Ərin səninlə necə belə kobud danışa bilər?»
Qadınlar çəhrayı eynək və çəhrayı qulaq cihazı taxdıqları üçün, bu şifrə onlara tamamilə aydındır. Və heç də təəccüblü deyil ki, onlar kişilər haqqında belə düşünürlər: «Kişilər necə də düşüncəsizdir. Onların iki beyni var. Biri itib, digəri isə birincini axtarmağa gedib!»
İndi isə gəlin, vəziyyətə əks tərəfdən baxaq. Arvad ərinin əhval-ruhiyyəsinin pisləşdiyini, qəzəbləndiyini, danışmaq istəmədiyini görür. Sanki əri özünü uşaq kimi aparır. Lakin əgər onun ətrafında onu müşahidə edən və dinləyən minlərlə mavi eynəkli və mavi qulaq cihazlı kişilər olsaydı, mütləq belə deyərdilər: «Mən bu oğlanın nə üçün susduğunu və arvadı ilə danışmaq istəmədiyini bilirəm. Bu, çox kədərlidir! Gör, arvadı onunla necə kobud danışır. Çox təəccüblüdür! Bu ifritəyə süpürgə vermək lazımdır!»
Kişi və qadınların ünsiyyəti zamanı nə üçün problemlər yarandığını başa düşə bilirsinizmi? Gəlin, evliliyin il dönümü münasibətilə verilmiş doğum günü açıqcası hadisəsinə yenidən qayıdaq. Ərinin ona doğum günü aşıqcası verdiyini görən arvadın əhval-ruhiyyəsi bir anın içərisində dəyişdi. Onun əri nikahlarının il dönümü tarixlərini dəfələrlə unutmuşdu və artıq onun səbri son həddə çatmışdı! Aydın məsələdir, əgər onun əri onu sevsəydi, açıqca aldığı zaman onun nə üçün olduğunu diqqətlə
Beləliklə, o, ərinə hirsli məlumat göndərir və əlbəttə ki, şifrələnmiş məlumat. Əri onun məlumatının şifrəsini düzgün aça biləcəkmi? Əlbəttə, yox. Axı, o, mavi eynək taxıb. Bu eynəklə o, yalnız narazılıq, qıcıqlanma və hörmətsizlik görür. Əvvəlcə o, özünü günahkar hiss edir, sonra isə hirslənir. Axı, mən bunu qəsdən etməmişəm... Axı, o, məni bağışlaya bilər!
Lakin qadın öz çəhrayı eynəklərinin altında gözlərini qıyaraq, «təsadüfi» səhvləri qəbul etmək istəmir. O, münaqişəni uzadaraq, ərinin mənliyini alçaltmağa davam edir. Arvad düşünür ki, əri ondan çox maşını barədə düşünür!
Kişinin də səbri tükənir! Arvadına doğum günü açıqcası almaqda yaxşı edib, ona bu da azdır! O, bir daha bu mövzuda danışmaq istəmir. Otaqdan çıxır. Beləliklə, açıqca kimi kiçik bir şeyin iki yetkin insanı bu cür ağılsızlıq etməyə vadar etdiyini ağıllarına sığışdırmayaraq, evliliklərinin il dönümünü bu şəkildə keçirmiş oldular. Əslində isə söhbət açıqcada deyil. Əsl problem ondan ibarət idi ki, bu qadın sevilmədiyini hiss edirdi. Ona görə də bu ağrıya münasibət bildirməyin yeganə yolunu — əri haqqında fikirləşdiklərini onun üzünə deməkdə görürdü. Bütün qadınlar belə etmir, lakin belə vəziyyətlərdə onların bir çoxu bu cür davranmağa meyillidir. Çəhrayı eynəkli və çəhrayı qulaq cihazlı həmin qadın, o vəziyyətdə ərinin həqiqətən peşman olduğunu, ondan üzr diləməsini və özünə bəraət qazandırmamasını görmək istəyərdi. Yalnız bu zaman onlar birlikdə şam etməyə gedə bilərdilər. Lakin kişinin mavi eynəyi və mavi qulaq cihazı bunun baş verməsinə mane oldu. O, özü dərk etməsə də, onun əsl problemi, özünə qarşı hörmətsizlik hiss etməkdə idi. Artıq bəsdir, mən indi ona göstərərəm. Nəticədə isə, xoş niyyətli bu iki insan, onu necə dayandırmağı və ya oradan tamamilə necə çıxmağı bilmədikləri üçün Çıxılmaz dövrəyə düşürlər.
«Xoş niyyətli insanlar» dediyim zaman nəyi nəzərdə tuturam? Bu ifadə, onların bir-birini çox sevdiyini nəzərdə tutur. Onlar inciyiblər, qəzəblidirlər, lakin yenə də bir-birinə qarşı dərin sevgi hiss edirlər. Buna görə də onlar, bu cür ağılszılığın necə baş verdiyini anlamadan, evliliklərinin il dönümünü iki bədbəxt insan kimi ayrı-ayrı otaqlarda keçirməli oldular. Lakin bütün bədbəxtçilik ondan ibarətdir ki, bu xoşagəlməz vəziyyətin yaranmasında onlar bir-birini günahladırırlar.
Evli cütlüklər bir-birinə göndərdikləri çəhrayı və mavi məlumatların şifrəsini düzgün açmağı öyrənmədikcə, Çıxılmaz dövrə onları özünə çəkməyə və daha da sürətlə firlanmağa başlayacaq. Qadının daxilindəki şifrənin açıq-aydın çəhrayı rəngdə olduğunu göstərən iç dünyasında nə baş verir? Kişinin daxilindəki şifrənin açıq-aydın mavi rəngdə olduğunu göstərən iç dünyasında nə baş verir? Qadın bütün varlığı ilə sevgiyə, kişi isə bütün varlığı ilə hörmətə ehtiyac duyur. Bax, beləcə, hər şey asan və o qədər də çətindir.
Elmi tədqiqatlar da sübut edir ki, sevgi və hörmət — uğurlu nikahın təməlidir. Vaşinqton Universitetinin psixologiya fakültəsinin professoru Doktor Con Qotman, bir tədqiqat komandası yaradır. Bu komanda iyirmi il ərzində, iyirmi ildən qırx ilə qədər bir nikahda yaşayan iki min ailə üzərində tədqiqat aparıb. Bu insanlar müxtəlif təbəqələrə, müxtəlif peşələrə və müxtəlif həyat tərzinə malikdirlər. Lakin onları bir şey – danışıqlarındakı səs tonu birləşdirir. Qotmanın söylədiyi kimi, bu cütlüklər biri-biri ilə ünsiyyət qurduqları zaman, demək olar ki, həmişə «iki vacib ünsürün: sevgi və hörmətin çox güclü sualtı axınını görmək olar. Bu iki ünsür, nikahı dağıda biləcək ən güclü zəhərin təsirini dəf etməyə qadir olan təsirli məlhəmdir»[2].
Qotmanın kəsfi iki min il öncə Müqəddəs Kitabda yazılmış bu həqiqəti təsdiq edir. Bir çox insanlar, Efeslilərə Məktubun beşinci fəslini, Müqəddəs İncil Kitabında nikah barədə yazılmış ən vacib təlim hesab edirlər. Paul çütlüklərin kişi və qadın olmasından asılı olaraq, nikah barədə xüsusi təlimini otuz üçüncü ayədə cəmləşdirir. Bu əmr Allahın qəlbindən çıxaraq, kişilərə arvadlarını şərtsiz
Diqqətinizə çatdırım ki, burada arvadların öz ərlərini aqape sevgisi ilə sevməsi barədə heç bir əmr yoxdur. Hər dəfə bu ayəni oxuduğum zaman, düşünürdüm ki, nə üçün Allah qadınları öz ərlərini
Gəlin, bir az irəli gedək və Titusa Məktubun ikinci fəslinin dördüncü ayəsinə nəzər salaq. Burada yaşlı qadınlara tapşırılır ki, ərlərini və uşaqlarını sevmək barədə cavan qadınlara nəsihət versinlər. Lakin bu ayədə Paul aqape sevgisindən danışmır. O, burada yunanca
Hər bir qadında bu cür problem baş qaldırmaya bilər. Lakin ərinə və uşaqlarına qarşı mənfi münasibət bəslədikləri anların oldğunu etiraf edən qadınlarla da çox rastlaşmışam. Bəzən bu vəziyyəti ölümqabağı sindrom adlandırırlar. Anada bu cür mənfi əhval-ruhiyyə yarandığı zaman ailədə hər kəs gizlənməyə deşik axtarır. Heç kəs ondakı dərin analıq sevgisinə şübhə etmir, lakin bəzən onlar olduqları kimi onun xoşuna gəldiklərinə şübhə edirlər.
Bütün bu problemlərin kökü isə, qadınların sevgiyə, xüsusilə də ərinin
Müqəddəs Yazılardakı bu iki ayə üzərində dərindən düşündüyüm zaman anlayıram ki, əgər Allah kişiyə arvadını
Onların sevgiyə olan ehtiyacı, bizim hər birimizin havaya olan ehtiyacımız qədərdir. Sevgi mənbəyinin rezin boru vasitəsilə qadına birləşdiyini təsəvvür etməyə çalışın! Arvadının gərgin vəziyyətində onun ürəyini ələ almağa çalışaraq onu əzizləməyə, sığallamağa çalışan ər, elə bil ki, bu rezin borunun üzərinə çıxır. Ərinin onun ürəyini bu cür üsullarla əla almağa çalışması onu sevindirmir. Əksinə, əlinə keçən istənilən aləti onun üstünə tullayaraq deyəcək: «rezin borunun üstündən düş, mənə hava alzımdır!» Daha sadə dillə desək, qadının ən vacib ehtiyacı ödənmədikcə, onun mənfi münasibət göstərməyə davam edəcəyinə əmin olun.
Məsləhət zamanı kişilərə deyirəm: «Əgər arvadınızın əhval-ruhiyyəsinin pozulduğunu görürsünüzsə, deməli, onların oksigenin qarşınını kəsmisiniz». Onlar nəfəs almaq üçün vacib olan «hava»dan məhrum olublar. Ona görə də arvadınız qışqıraraq deyir: «Sən məni sevmirsən. Yəni sən məni bu qədər sevmirsən? Sənin mənimlə belə rəftar etdiyinə inana bilmirəm!»
Yalnız kişilərə arvadlarını sevmək yox, arvadlara da ərlərinə hörmət göstərmək əmr olunub. Nəfəs almaq üçün hava vacib olduğu kimi, kişilər üçün də hörmət vacibdir. O da sanki, üzərinə böyük hərflərlə «hörmət» sözü yazılmış mənbəyə rezin boru vasitəsilə birləşdirilib. Bu mənbədən hörmət axdıqca, o, özünü əla hiss edir.
Gəlin, ər və arvadın davranışlarını maralla müqayisə edək. Tutaq ki, maral öz gözəl dırnaqcıqları ilə rezin borunun üzərinə çıxır. Açıqca hadisəsindən göründüyü kimi, qadının ərinin hava gələn borusunun üzərinə çıxıb tullanmağa və rəqs etməyə tam haqqı var idi. Lakin nə baş verdi? O, öz iti dırnaqları ilə bu borunu bir neçə yerdən deşdiyi üçün, ər buna münasibət göstərməyə məcbur idi. Çünki, onun ən vacib ehtiyacı (hörmət) ödənməmişdi. Beləliklə də döyüş başladı.
Efeslilərə Məktubun beşinci fəsilinin otuz üçüncü ayəsindəki həqiqətləri həyata keçirməyə başladığım zaman, saatdakı əqrəb lövhəsinə bənzər bir diaqram şəkli çəkdim. On iki rəqəminin yerinə: «Sevgisiz», üç rəqəminin yerinə «Qadın reaksiya verir» (Əgər sevgi ona hava qədər lazımdırsa, o mütləq
Beləliklə, Çıxılmaz dövrə yaranır (şəkilə bax). Ərlər və arvadlar bu Çıxılmaz çervənin içərisində fırlanmağa davam edirlər. Çünki onlara problem kimi görünən şeyin əslində problem olmadığını dərk etmirlər. Həmişə əsl problem – sevgi və hörmətin çatışmamazlığıdır. Digər şeylər sadəcə olaraq nəticədir.
Qadınlara bildirmək istəyirəm ki, kişilər öz ünvanlarına səslənmiş tənqid sözləri eşitdikləri zaman, ani olaraq bunu həqiqətən özlərinə qarşı nifrət kimi qəbul edirlər. Yaddan çıxarmayın, kişilər mavi rəngdə qulaq cihazına malikdirlər. Arvad öz ərinə çəhrayı, lakin iynəli məlumat göndərdiyi zaman, onun hava borusu silkələnməyə başlayır. O, öz-özünə deyir: «Mən belə bir münasibətə layiq deyiləm. Səndən başqa hər kəs mənə hörmət edir. Sən məni münaqişəyə vadar edirsən. Sussan daha yaxşı olar».
Kişi arvadının tənqidlərinə dözməyərək, heç bir söz söyləmədən otaqdan çıxır. Kişinin heç bir söz söyləməməsi qadın üçün son ölüm zərbəsidir. Sanki o, öz susqunluğuna sarılıb bütün varlığı ilə qışqıraraq deyir: «Mən səni sevmirəm!» Söhbətin bu cür sonluğu qadını tamamilə keyidir. Birincisi, o, sevilmədiyini hiss edir. İkincisi, o, ərinə daha da yaxınlaşmaq üşün bəzi məsələlərə toxunmuşdu. Əri isə ona qarşı çox qəzəbli və kobud münasibət nümayiş etdirirdi. O heç bir söz söyləməyərək otaqdan çıxdı və onu tək qoydu! Deməli, belə! Qadın boşanmaq üçün səbəb axtarmağa başlayır. Lakin əgər qadın yaxşı-yaxşı fikirləşsə, onda hər şeyin onun tənqidindən başladığını görəcək.
Çox vaxt hər iki cütlük bir-birinə qarşı yaxşı məqsəd güdür, lakin göndərilmiş məlumatın kodunu aça bilmirlər. Qadın sevdiyi üçün tənqid edir, kişi isə bu sözlərdə yalnız hörmətsizlik hiss edir. Münaqişənin dərinləşməməsi üçün o, uzaqlaşmağa çalışır (çox yaxşı addımdır), lakin qadın onun bu hərəkətində sevgisizlik görür!
İndi bu sətirləri oxuyan qadınlar belə deyir: «Əgər kişilər bu qədər məsuliyyətsiz olmasaydılar...»
«Əgər mənim ərim özünü əsl kişi kimi aparsaydı, onda biz hər-hansısa bir vəziyyəti müzakirə edərək onun həllini tapardıq». Siz belə düşünə bilərsiniz və sizin nə üçün belə düşündüyünüzü başa düşürəm. Lakin çox təəssüflər olsun ki, bu cür yanaşma ilə kişiləri dəyişmək olmaz. Kişilərin bu cür reaksiyasının, məsuliyyətsizlikdən və qürurdan daha dərin kökləri var. Kişilərin öz şərəf əqidəsi var. Xoş niyyətlə ərinə yaxınlaşan qadın, onunla fiziki və ya söz davasına çıxmamalıdır. Lakin qadın onu tənqid atəşinə tutduğu zaman o sakitcə oturur. Bu qadını daha da əsəbiləşdirir. Hücumlarının səmərəsiz olduğunu görən qadın, onu soyuqqanlı və daş ürəkli biri kimi qəbul edir. Eyni zamanda kişi düşünür: «Təəccüblüdür. O niyə mənimlə nifrətlə və hörmətsizcəsinə rəftar edir. O, yalnız onu sevmədiyimə görə məni günahlandırmağı bilir».
Çıxılmaz dövrə fırlanmağa davam edir. Qadın daha ucadan qışqırır, kişi isə daha da özünə qapanır. Sonra qadın kişinin ömrü boyu eşitmədiyi ən zəhərli sözləri onun üzünə yağdırmağa başlayır. Bildiyiniz kimi, qadınlar söz davasında çox mahirdilər. Onların bu bacarığı qarşısında kişilər özünü tamamilə köməksiz hiss edir.
Qeyd etmək istəyirəm ki, bu cür vəziyyət bir-birini çox sevən bütün cütlüklər arasında baş verir. Bəlkə də buna görə onları narahat edən hər şeyi qorxmadan bir-birinin üzünə deyə bilirlər. Çıxılmaz dövrəyə düşmüş bir çox cütlüklər, əslində bir-birinə qarşı xoş niyyətlidirlər, lakin bunu necə ifadə etməyi bacarmırlar. Buna görə də Çıxılmaz dövrə onları ayrılığa və bəzən də boşanmaya gətirib çıxarır. Mən, mənim otağımda bir-biri ilə vuruşmağa davam edən cütlüklər görmüşəm. Onlara deyirəm:
— Vaxt qurtardı... vaxt qurtardı! Oturun. Arvadınızın sizə və başqa insanlara qarşı xeyirxah olduğunu düşünürsünüz? Siz ona öz övladlarınızı etibar edə bilərsiniz?
— Əlbəttə.
— Onda sizinlə nə baş verir? İki gözəl insan bir-biri ilə niyə belə pis rəftar edir?
Ər və arvad təəccüblü gözlərlə mənə baxaraq, sanki soruşurlar: «Siz bunu bizə niyə deyirsiniz? Biz döyüşdüyümüzü, vuruşduğumuzu, dalaşdığımızı bilirik, lakin çox vaxt bunun nə üçün baş verdiyini anlamırıq».
Bir çox ailələrə izah etməyə çalışdığım kimi, bu sualın cavabının əsas hissəsi, bir-birinə göndərilmiş şifrəli məlumatların açılmasındadır. Qadın hər dəfə gileyləndiyi, tənqid etdiyi və ya ağladığı zaman, sizə şifrələnmiş məktub göndərir: «İstəyirəm ki, sən məni sevəsən!» Eyni zamanda, kişi hər dəfə hirslənəndə və yaxud susanda, arvadına şifrələnmiş məktub göndərir: «İstəyirəm ki, mənə hörmət edəsən!»
Beləliklə, biz artıq yavaş-yavaş şifrənin necə açılması prosesini görürük. Lakin hələ də bizim yolumuzda bəzi problemlər var. Kişilər, arvadları ilə özləri arasında divar tikməkdə çox mahir ustadırlar. Qadınlar da sevilmədiklərini hiss etdikləri üçün, ərlərinə öz bildikləri kimi qarşı dururlar. Bir çox qadınlar onları sevmək istəməyən ərlərindən o qədər yorulublar ki, hörmət haqqında heç düşünmək belə istəmirlər. Bu qadınlar deyir ki, əgər ərləri hörmət görmək istəyirsə, gərək onu özləri qazansınlar. Əgər hətta kişi özünü layiqli aparmağa cəhd göstərdiyi halda, qadın hörmətsizlik göstərməyə davam edirsə, yaxşı bir nəticə gözləmək olmaz. Növbəti fəsildə bunun necə baş verdiyinə və ər-arvadların bunun öhdəsindən necə gəldiyinə baxacağıq.
FƏSİL 3.
QADIN NƏ ÜÇÜN HÖRMƏT ETMİR, KİŞİ NƏ ÜÇÜN SEVMİR
Yarı hissənizin göndərdiyi məlumatların şifrəsini açmağı bacarmaq, bir günün, bir ayın və hətta bir ilin işi deyil. Həqiqətən arvadına öz sevgisini göstərmək istəyən və məsləhət üçün mənim yanıma gələn bir kişi belə yazır:
Bütün təklifləriniz və dəstəyiniz üçün çox sağ olun. Lakin hələ də mənim qavrayışımla mövcud reallıq arasındakı uçurumun içərisində çaşıb qalmışam. Mən bu işi başladığım zaman, uğura şübhə ilə yanaşsam da, ümidim var idi. «Sevən» adam kimi davranışlarımın sürətli və səmərəli nəticəsindən çox xoşbəxt idim. Yadıma düşdüyü zaman dillənməmək və cavab qaytarmamaq çətin deyildi. Özümü sülhpərvərliyə köklədiyim zaman, həlimləşmək və daxilimdə baş verən hər şeyi idarə etmək asanlaşır.
Hər şey normal axınına qayıtdığı zaman problemlər başlayır. Söhbət zamanı ehtiyatsızlığa yol verən kimi insan təbiətinin həssaslığı və incikliyi üzə çıxır. Keçən həftə birdən-birə hər şey pisləşməyə başladı. Bütün köhnə yaraların yenidən üzə çıxmasına və əvvəlkindən daha pis ağrı verməsinə çox təəccübləndim. Onun mənimlə sanki düşməni kimi rəftar etməsinə dözə bilmirəm. Onun: «Nə üçün əhvalımı pozursan?» sualını eşitmək məni çox incidir. O, mənim sevgimə şübhə ilə yanaşdığı zaman və mənim heç vaxt dəyişməyəcəyimi , mənə ərə gəlməklə səhvə yol verdiyini söylədiyi zaman qəzəbdən partlamamaq çox çətindir.
Bəzən yol o qədər uzun görünür ki, haçansa uğur əldə edəcəyimizə ümid qalmır. Bütün mübahisələrimiz, incikliklərimiz və münaqişələrimiz zamanı sizin bu sözləriniz yadıma düşür: Çox vaxt əsas məsələ deyil, onu ifadə etmək üsulu problem yaradır. Bu zaman düzgün ünsiyyət qurmaq qabiliyyətimin yoxluğuna görə özümü danlayıram. Vəziyyət o qədər ümidsizdir ki, öz korluğuma və məsələnin bu yerə qədər gəlib çatmasına izn verdiyimə görə utanıram. Bütün səylərimin və səbrimin çox cüzi nəticələr verməsi, çox kiçik balans pozğunluğu nəticəsində hər şeyin köhnə məcraya qayıtması məni lap məyus edir.
Bu məktubun müəllifi kimi, bir çox kişilər öz əzablarını yaxşı ifadə edə bilər. Onun arvadı bütün varlığı ilə sevgiyə ehtiyac duyur, lakin bu sevgiyə inanmadığı üçün münasibətlərin düzəlməsində ona kömək etmir. Bəzi qadınlar ərlərinə: «Mən sənə ərə gəlməkdə çox səhv etmişəm» deyirlər. Siz ərinizə bu sözləri dedikdən sonra yaxşı bəhrələrmi gözləyirsiniz? Bu cür partlayışın dalğasından sonra arvadlar ərlərindən hansı sevgini gözləyirlər? Eymi zamanda, kişi öz korluğu ilə özünü bu qədər acınacaqlı həddə necə gətirib çıxara bilər?
Mən qadınlarla söhbət etdiyim zaman onlar şərtsiz sevgi barədə əsas fikri tez mənimsəyirlər. Çünki onların bütün quruluşu bu dalğaya köklənib. Lakin kişilərə olan şərtsiz hörmətdən danışdığım zaman bunu başa düşmürlər.
Yəqin ki, onlar Peterin Məktubunun üçüncü fəslinin birinci və ikinci ayələri üzərində çox az düşünüblər. Həvari Peter deyir ki: «...onlardan bəzisi Allahın Kəlamına itaət etməzlərsə» (yəni hörmətə layiq olmayanlar) siz arvadların ismətli, ehtiramlı həyat tərzinizi müşahidə etsinlər; beləcə onları dinməz-söyləməz qazana bilərsiniz”. Sadə sözlə desək, hətta onun əri özünü layiqincə aparmasa belə, arvad sözdə və əməldə öz ərinə hörmət nümayiş etdirməlidir. Bəlkə də o, həqiqətən hörmətsizliyə layiqdir. Lakin ərə hörmətsizlik nümayiş etdirməklə onun qəlbini ələ almaq, arvadına kobudluq və qəzəb nümayiş etdirərək qəlbini ələ almağa cəhd göstərməklə eynidir.
Çox maraqlıdır ki, kişilər də şərtsiz sevgi anlayışını tez qavraya bilmirlər. Kişilər və qadınlar düşünürlər ki, hörməti qazanmaq lazımdır. Qadın ərinin hörmətə layiq olmadığını düşünür. Kişi bu hörməti qazanmağa çalışır, lakin yenə də arvadı tərəfindən gördüyü hörmətsizliyə layiq olmadığını düşünür.
Kişilərə şərtsiz hörmət göstərmək ifadəsi bəzi qadınları özündən çıxarır. Tez-tez qadınlardan belə suallar eşidirəm: «O, mənimlə pis rəftar etdiyi halda, ona necə hörmət göstərə bilərəm?» «O, hörmətə layiq deyil, çünki məni çox incidir...» «Mən onu sevirəm, lakin qəlbimi qırdığı və incitdiyi üçün ona hörmət göstərmək istəmirəm». «Ailədə ən vacib şey – sevgidir. Əgər o, məni lazımınca sevsəydi, məndə də ona qarşı hörmət oyanardı...» «Hə, əlbəttə, mənim də səhvlərim var, lakin əsas problem ondadır. O dəyişməlidir. O, məni daha çox sevməli və hörmət etməlidir».
Ailə münasibətləri zəmnində
Sevgi və hörmət barədə bu təlimdən istifadə edərək, onun gücünə əmin olan çox peşəkar bir psixoloq mənə aşağıdakı sözləri yazır:
Dünən, demək olar ki, məhv olmuş nikahını xilas etməyə çalışan iki qadınla söhbət edirdim. Mən onlardan ərlərini sevib-sevmədiklərini soruşdum. Onlar tərəddüd etmədən sevdiklərini söylədilər. Sonra ərlərinə hörmət edib-etmədiklərini söruşdum. Bu suala dərhal cavab verə bilmədilər. İşə düşməyə çətinlik çəkən köhnə maşın kimi, söz tapa bilmirdilər. Qadınlardan biri, çox oxuduğunu, lakin heç vaxt belə bir sualla qarşılaşmadığını söylədi. O soruşdu ki, ərimə təcrübi olaraq, necə şərtsiz hörmət göstərə bilərəm. Mən də bildirdim ki, eyni ilə şərtsiz sevgi kimi. Buna yalnız Allahın köməyi ilə nail olmaq olar. O gülümsədi.
Bu iki qadının şərtsiz sevgi anlayışını necə asanlıqla qəbul etdiynə diqqət yetirin. Onlar şərtsiz sevgi ifadəsini cəfəngiyyat kimi qəbul etmirlər. Qadınlar üçün
Hörmətə layiq davrandığı zaman ona hörmət edəcəyini ərinə bəyan etdiyi zaman qadın, onu uğursuz və pis vəziyyətdə qoyur. İndi kişi həm sevgiyə, həm də hörmətə görə məsuliyyət daşıyır. O, öz arvadına şərtsiz sevgi göstərməli və eyni zamanda onun hörmətini qazanmalıdır. Ona görə də belə vəziyyətdə onun özünə qapanması çox təbii haldır.
Ərlərə şərtsiz hörmət göstərmək qadınlar üçün yad fikir kimi səslənir. Təbii ki, bunun da müəyyən səbəbləri var. Bu əsasən, mavi və çəhrayı rəngli eynək və qulaq cihazları taxmağımızla izah olunur. Bir qadının dediyi kimi: «Biz fərqli düşünürük. Mən hətta onun, hörmət (və ya hörmətsizlik) dedikdə nəyi nəzərdə tutduğunu anlamıram».
Qadınların şərtsiz hörmət anlayışını mənimsəməmələrinin çox aydın səbəblərindən biri də, ərlərinin özlərini kobud və daş ürəkli biri kimi aparmasındadır. Bir çox qadın, ərinin səhvlərinin düz onun üzünə söyləməkdə tam haqlı sayılır və mən bunu çox gözəl başa düşürəm. Bu cür incikliklərlə çox rastlaşmışam. Lakin bu tam mənzərə deyil. Hələ mədəni mühit də var. Son qırx il ərzində amerika məbədləri daim şərtsiz sevgidən danışıb. Şərtsiz hörmətin vacibliyindən xəbərsiz halda, mən özüm də uzun illər məbəddə şərtsiz sevgi barədə vəzlər etmişəm. Ailə məsləhətçisi olduğum o illərdə, kömək və məsləhət üçün yanıma gələn qadınlarla birlikdə mən də çarəsizlik hiss etmişəm. Düşünürdüm ki, nə üçün arvadlar ərlərini sevdiyi kimi, ərlər də öz arvadlarını sevmirlər?
Məsələ onların bunu bacarmamasında deyil, hələ evlənməzdən öncə gələcək arvadlarına vurğunluqları ilə bu bacarıqlarını sübut ediblər. Lakin indi — evləndikdən sonra sanki ərlərindəki sevmək istəyi yoxa çıxıb. Onların nikahla bağlı heç bir marağı qalmayıb. Onda nəsə çatışmır.
O zaman anladım ki, şərtsiz sevgi barədə öyrətdiyim zaman həqiqətin yarısı barədə danışmışam. Həvari Paulun Efeslilərə Məktubunun beşinci fəslinin iyirmi beş və iyirmi səkkizinci ayələrində belə yazılır: «Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi, siz də arvadlarınızı sevin... Ərlər də eyni şəkildə arvadlarını öz bədənləri kimi sevməlidirlər. Arvadını sevən özünü sevir».
Göstərilən ayələrdə tamamilə şərtsiz sevginin vurğulanmasına baxmayaraq, bu, arvadlarına sevgi göstərmək üçün kişiləri ruhlandırmır və ya onlara kömək etmir. Və yaxud da etsələr də, arvadların istədiyi kimi etmirlər. Kişilərin hər birinə kiçik ayədə deyilənlər lazımdır: «...arvad isə ərinə hörmət etsin» (Efeslilərə 5:33)[4].
Mən sevgi və hörmət əlaqəsi barədə bütün həqiqəti vəz etməyə başladığım andan etibarən maraqlı reaksiyalar görürdüm. Mən iki yüz nəfərlik qadın qrupu ilə görüşərək, onlarla iki dəfə ərə hörmət mövzusunda bölüşmüşdüm. Mən üçüncü dəfə görüşməyə hazırlaşdığım zaman, qrup rəhbərinin bu görüşü təxirə saldığını eşitdim. Onlar mənim çox yaxın tanışımı dəvət edərək, «Ərlərimizi necə sevək» mövzusunda çıxış etməyi xahiş etmişdilər. Həmin tanışım çıxışımı dinləyəndən sonra mənə kiçik məktub göndərərək yazmışdı: «Sən ki elə — ərlərimizi necə sevək mövzusunda çıxış etmisən». O, qadınların əsas məsələni necə gözdən qaçırdıqlarına təəccüblənirdi. Ərini sevməyin yeganə yolu – ona hörmət göstərməkdir. Onlar üçün ən vacib məsələ budur.
Mən bu cür «rədd olunmalara» baxmayaraq, şərtsiz hörmət barədə təlimi hər yerdə yaymağa başladım. Aşağıdakı məktubun müəllifi də daxil olmaqla, bir çox qadın bu həqiqəti qəbul edir:
Mənə xeyirxah arvad olmağı öyrədən bir çox kurslarda və seminarlarda olmuşam. Nikahda Müqəddəs Kitab həqiqətlərinin tətbiqini öyrədən saysız-hesabsız kitablar oxumuşam. Lakin bütün bunlara baxmayaraq, münasibətlərimizdə nəyinsə çatışmadığını dərk edirdim... Bəzən ərimin niyə çox qəzəbli olduğunu və ehtiyacım olan sevgini mənə verə bilmədiyini heç cür anlaya bilmirdim. Lakin indi ona hörmətsizlik etdiyimi çox yaxşı başa düşürəm. Sonra ona hörmət etməyə səy göstərdim və nəticələr məni çox təəccübləndirdi... Mənim ərim ünsiyyətcil insan deyil. O, evdən kənarda vaxt keçirməyə meyilli, beynəlxalq səviyyədə bizneslə məşğul olan bir insandır. Bütün bunlara baxmayaraq, bir gün özümü toplayıb ona dedim: «Əzizim, bütün gecəni yatmamışam və hansı yaxşı xüsusiyyətlərinə görə sənə hörmət etdiyimi düşünmüşəm». Bu, həqiqətən də belə idi. O, heç bir söz söyləmədi, lakin mən münasibətlərin isindiyini hiss etdim. Dostları ilə keçirdiyi iki günlük ovdan qayıtdıqdan sonra mənə dedi: «Sənin üçün çox darıxmışdım. Gərək sən də mənimlə gedəydin. Bütün gün sənin nə qədər şirin olduğun barədə düşünmüşəm». Artıq nənə olduğum halda, onun məni şirin adlandırmasına az qala qəhqəhə çəkərək güləcəkdim. Belə, özünü yenidən sevimli hiss etmək çox gözəldir. İndi, özüm də bunu istəmədən ona necə hörmətsizlik etdiyimi çox yaxşı anlayıram.
Hörmət – kişinin qəlbində çox böyük işlər görür. Allah onu belə yaradıb.
Bəzən məndən soruşurlar: «Siz deyirsiniz ki, kişilərə hörmət, qadınlara isə sevgi lazımdır. Məgər əksinə də doğru deyilmi? Məgər qadınlara hörmət, kişilərə də sevgi lazım deyil?» Mən isə deyirəm ki, əlbəttə, qadınlara da hörmət, kişilərə də sevgi lazımdır. Lakin mən onların əsas ehtiyaclarından danışıram. Bəzən bu ehtiyaclar dəyişdirilir. Feminist hərəkatının[5] ən qızğın dövrü olan 1960-cı illərin sonunda, Areta Franklin «R-E-S-P-E-C-T» (ingilis dilindən tərcümədə «hörmət») adlı mahnı yazdırdı. Bu mahnının sözləri açıq-aydın qadınlara evdə bir az da olsa hörmət edilməsini bəyan edirdi. Qadına hörmət lazımdır və «o, bunu almalıdır».
«R-E-S-P-E-C-T» mahnısı uzun illər boyunca qadınların ən sevimli mahnısına çevrildi. Lakin bu mahnının kişi tərəfindən yazıldığını demək olar ki, heç kim bilmirdi. Bu mahnı Aretanın ifasından iki il öncə Otis Reddinq tərəfindən yazılmışdı. 1965-ci il avqustun 15-i Otis bu mahnını öz arvadının şərəfinə yazmışdı. Bu qəribə vəziyyət sizi təəccübləndirirmi? Əlbəttə, qadının da hörmətə ehtiyacı var. Əgər ər arvadını həqiqətən sevirsə, onda ona hörmətlə yanaşacaq. Otis Reddinq də öz mahnısında, kişilərin qəlbinin dərinliyindən qışqıraraq, onların hörmətə ehtiyacı olduğunu bildirir və «onların bu ehtiyacı ödənilməlidir».
Areta Franklinin oxuduğu bu mahnının məşhurluğuna baxmayaraq, mən yenə də əvvəlki kimi, qadınların daha çox sevgiyə, kişilərin isə daha çox hörmətə ehtiyac duyduğuna əminəm. Mən çox fərqli iki sahədən – təbrik açıqcaları istehsalından və hərbi sahədən nümunə gətirəcəm. Bunlar bizim cəmiyyətimizin fərqli sahələri olsalar da, kişi və qadının ən vacib ehtiyaclarını təsvir etmək üçün çox yaxşı nümunədir.
Təbrik açıqcaları qadınların əsas ehtiyaclarını və onların bu barədə nə düşündüyünü göstərmək üçün açar rolunu oynaya bilər. Araşdırmalar göstərir ki, bütün dünyada açıqcaların cox hissəsini qadınlar alır və bir-birinə bağışlayır. Təbrik acıqcaları çox pul gətirən biznesdir. Lakin açıqca istehsal edən kompaniyalar idealogiya ilə maraqlanmırlar. Onlar insanların təfəkkürünü dəyişməyə hazırlaşmırlar. Onlar pul qazanmaq istəyirlər, ona görə də satılan şeyləri istehsal edirlər. İndi isə mən sizi, kişinin arvadı üçün almaq istədiyi və üzərində: «Əzizim, mən sənə hörmət edirəm» sözləri yazılmış açıqca tapmağa dəvət edirəm. Siz belə açıqca tapmayacaqsınız. Belə açıqca satılmır. Çünki qadınlar bu cür etiraf eşitmək istəmirlər. Onların bütün diqqəti sevgiyə yönəlib. Onların doğma dili sevgi dilidir. Sadəcə olaraq Allah qadını belə yaradıb. Əslində, əgər sevgi qadının ən dərin ehtiyacı olmasaydı, dünya çox acınacaqlı vəziyyətdə olardı. Qadınlar belə yaradıldığı üçün biz kişilər yalnız sevinə bilərik.
Çox təəssüflər olsun ki, eyni səbəbdən, qadınlar da öz ərləri üçün üzərində: «Əzizim, mən sənə hörmət edirəm» sözləri yazılmış açıqca tapa bilməzlər. Nə üçün belə açıqcalar yoxdur? Çünki onları heç kim almır. Qadınlar öz ərləri üçün təbrik açıqcaları aldıqları zaman, onlara sevgilərini etiraf etmək istəyirlər və hörmət barədə heç düşünmürlər. Beləliklə də, qadınların (eləcə də açıqca istehsalçılarının) bütün diqqəti sevgiyə yönəldiyi üçün, kişilərin əsas ehtiyacı ödənməmiş qalır.
Kimin oğlu varsa, bir anlıq düşünsün. Oğlunuzun öz arvadından: «Mən həqiqətən sənə hörmət edirəm» kəlməsini heç vaxt eşitməməsi nə qədər kədərlidir. Əgər o, arvadının ehtiyaclarına cavab verməzsə, onun hörmətə layiq olmadığını diqtə edən səslər susmayacaq və Allahın onun qəlbində yaratdığı ehtiyac ödənilməmiş qalacaq. Əgər sizin oğlunuzun nikahı adi bir nikahdırsa, onda bir ildən sonra o, arvadının sevgisinə tam əmin olacaq. Lakin eyni zamanda bu müddət ərzində onunla fəxr edilmədiyinə və hörmətə layiq olmadığına da əmin olacaq. Əgər onun həyat yoldaşı da digər qadınlar kimidirsə, onda o, bütün enerjisini sərf edərək öz xeyirxah tənqidləri və şikayətləri ilə ərini dəyişdirməyə çalışacaq. Lakin vaxt keçdikcə ona xor baxmağa başlayacaq.
Həqiqətən, kişilər üçün hörmət ən böyük dəyər olduğuna görə, qadınlar «hörmət» kəlməsini dərk etməli və onu tez-tez işlətməlidirlər. Nikahda sevgi və hörmət əlaqəsini öyrətməyə başladığım vaxtdan etibarən, Müqəddəs Kitabın və mənim öz şəxsi müşahidələrimin də öyrətdiyi kimi, kişilərin hörmətə ehtiyac duyduqlarını bilirəm. Lakin statistik müşahidələrin bu barədə hansı fikir irəli sürməsi mənim üçün həmişə maraqlı idi. Ən yaxşı müşahidəçilər komandası tərəfindən keçirilən araşdırmalarda kişilərin hörmətə olan ehtiyacı üzə çıxa bilibmi? Bəli. Dörd yüz kişidən ibarət qrupu, iki mənfi suala cavab vermək seçimi qarşısında qoyublar. Onlar bu iki sualdan birinə cavab vermək məcburiyyətində qalsaydılar hansını seçərdilər:
a) Tənha və sevgisiz yaşamaq;
b) Ətrafdakı insanların ikrahla yanaşdığı, lazımsız bir insan kimi yaşamaq?
Kişilərin yetmiş dörd faizi bildirib ki, əgər bu iki seçim qarşısında məcbur qalsaydılar, onda tənha və sevgisiz yaşamağı üstün tutardılar.[6]
Bu kişilərin qəlbi üçün ən pis şey – lazımsızlıq və insanlar tərəfindən xor baxılma idi. Bu araşdırmaların nəticələrini təsdiqləyən minlərlə kişi belə deyir: «Mən, məni sevib hörmət etməyən arvadla yaşamaqdansa, sevməyib hörmət edən arvadla yaşamağı seçərdim».
Bu kişilər arvadlarının sevgisinə laqeyd olduqlarını söyləmirlər. Onlar sevgiyə ehtiyac duyduqlarını bilirlər. Lakin hörmətə olan ehtiyac sevgiyə olan ehtiyacdan daha çoxdur. Bəlkə də bunu su və çörəyə olan ehtiyacımıza bənzətmık olar. Yaşamaq üçün bunların hər ikisi bizə lazımdır. Biz uzun müddət yeməksiz qala bilərik, lakin susuz üç gündən artıq yaşaya bilmərik. Kişilər üçün sevgi yemək kimidir, hörmət isə suya bərabərdir. Beləliklə, hər şey aydındır!
Hörmətin kişiləri ruhlandırdığına dair ən yaxşı nümunə bizim hərbi hissəmizdir. Mən səkkizinci sinifdən on ikinci sinifə qədər hərbi məktəbdə oxuduğum üçün, hərbiçilikdə rəhbərliyin əsasları məni çox maraqlandırırdı. Məsələn, mən dahi liderlərin öz ordularını onlara şərtsiz hörmət nümayiş etdirməklə ruhlandırdığını müşahidə etmişəm. Öz dəniz donanmasındakı əsgərlərin fəndləri düzgün yerinə yetirmədiyini görən admiralı təsəvvür edin. «Dənizçilər, mən sizə, sizin özünüzdən daha çox etibar edirəm. Başınızı yuxarı qaldırın və mənə baxın. Mən sizinlə fəxr edirəm. Bu gün fəndləri düzgün yerinə yetirmədiniz. Lakin mən sizin hərbi hissənizdə bütün dünyadan daha çox bacarıq görürəm. Yarım ildən sonra sizin qalxacağınız səviyyə bütün dünyaya səs salacaq və mən sizi bu səviyyəyə çatdıracağam!»
Admiral öz əsgərlərinə onların özündən də çox etibar etdiyi zaman, onlar admiralın onları görmək isdədiyi mükəmməliyə doğru irəliləyəcək, daha yaxşı olmağa çalışacaq, bacarıqlarını reallaşdırmaq istəyəcəklər. Bu cür kişilər xidmət etmək istəyəcəklər. Elə buna görə də onların işi hərbi «xidmət» adlanır.[7]
Lakin kişilər yalnız xidmət etməyə can atmırlar, onlar döyüşdə ölməyə də hazırdırlar. Kişilərin bir çoxunda Allah tərəfindən verilmiş nəsə var və bu, onlara döyüşərək şərəflə ölmək, qadınlar, uşaqlar və yoldaşları üçün döyüşmək arzusu verir. Mən hərbi kollecdə oxuduğum zaman oranın kapellanı Cim Xaçens idi. O da Veytnam müharibəsində xidmət etmişdi. O danışırdı ki, veytnam əsgərləri amerika əsgərlərini xüsusilə yaralayırdılar və yoldaşlarının yaralı əsgəri xilas etməsini gözləyirdilər. Sonra veytnam snayperçiləri döyüş meydanındakı yaralıya köməyə gələn əsgəri vururdular. O, çox vaxt əsgərlərdən bu cür ürəkağrıdıcı nidalar eşidirdi: «Mən ora getməliyəm. Mən yoldaşıma kömək etməliyəm. Mən onu orada qoya bilmərəm. Mən bunu etməliyəm. O, mənim dostumdur». Digər müharibələrdə olduğu kimi, Veytnamda da şərəf və sevgi əsgərləri igidcəsinə davranmağa ruhlandırırdı. Bir kişi mənə növbəti məktubu yazaraq deyirdi:
Mən on dörd il hərbi-hava qüvvələrində xidmət etmişəm və üstəlik altı il həqiqi hərbi xidmətdə olmuşam. Siz öz konfranslarınızda, dəfələrlə ərlərin öz arvadları və vətənləri üçün ölməyə hazır olduğunu vurğulayırdınız. Sizin sözləriniz bizim hər ikimizə çox güclü təsir bağışladı. (Mənim arvadım həmişə hərbi xidməti həqiqi müharibə və ölümlə müqayisə edir. Mənim üçünsə hərbi xidmət şərəf və borcdur). Mən yalnız öz vətənimə deyil, bir yerdə xidmət etdiyim yoldaşlarıma da sadiqəm. Yalnız bu cür yerlərdə (hərbidə, yanğın söndürmədə, polisdə) xidmət etməyi bacaran kişilər, xidmət zamanı yaranan əlaqəni və bir-birimizə bəslədiyimiz sədaqəti həqiqətən anlaya bilər. Belə yerlərdə şərəflə xidmət edən heç bir kişi qadının rolunu kiçildə bilməz. Lakin əminəm ki, o, bir çox kişilərə xas olan həqiqəti təsdiqləmək istəyir. Mən bir çox kişilərlə söhbət etmişəm və bilirəm ki, hərbiçiləri hərəkətə gətirən şərəf və sədaqət qüvvəsi ailədə də hərəkət edir. Çox təəssüflər olsun ki, bizim mədəniyyətimizdə: «Kişilərə hörmət etməyin, çünki onlar buna layiq deyillər. Onlar sizə xor baxırlar, alçaldırlar, təhqir edirlər və hətta qətlə yetirirlər» deyən səsləri eşidirik. Bu deyilənlər kişilərin müəyyən hissəsi üçün tamamilə doğrudur. Lakin bunun bütün kişilərə şamil edilməsi tamamilə yalnışdır. Xeyirxah ürəkli kişi öz arvadına xidmət edəcək və hətta lazım olarsa, onun üçün ölümə də gedəcək. Heç kəs arvadının əri uğrunda ölməsini təsəvvür etmir.
Əlbəttə, ərinin ona olan sədaqəti barədə daha böyük əminliyə malik olmaq istəyən qadınlar da var. Bəlkə də siz bu misalı eşitmisiniz: «Əzizim, sən həmişə mənim uğrumda ölümə belə gedəcəyini deyirsən. Lakin heç vaxt bunu etmirsən!» Əlbəttə, bu, sadəcə olaraq gülməli bir zarafatdır. Lakin həqiqətən arvadı uğrunda ölümə getməyə hazır olan kişilərə hörmətsiz yanaşmaq və hətta onlara xor baxmaq heç də gülməli deyil.
Bir qadın öz məktubunda mənə etiraf edərək belə yazır:
Həyatımın çox hissəsini Müqəddəs Kitabı oxuyub-araşdırmağa sərf etmişəm. Lakin sizin sözlərinizi eşidənə qədər özümü çox ruhani insan hesab edirdim. Siz deyirdiniz: «Bəzən bir insanı sevmək onun üçün ölməkdən çətindir. Öz arvadı üçün ölməyə hazır olan, lakin arvadının buna inanmadığını və daim sevgisizlikdən şikayətləndiyini eşidən kişinin vəziyyəti çox kədərlidir». Mənim nikahımla bağlı bu həqiqət qəlbimi ağrıdaraq dəlib keçdi. Həddindən artıq yalnış davrandığını dərk edən qadın kimi utanc hiss etdim. İndi isə vurduğum yaraların sağalması üçün çox vaxt tələb olunduğunu dərk edərək necə bağışlanma diləyəcəyimi bilmirdim. Lakin eyni zamanda bir daha belə davranmayacağımı da anlayırdım.
Bu qadın hər şeyi düzgün anlamışdı.
Paulun Məktubunda kişilərin öz arvadlarını
Arvadlarımıza hörmət çağırışını Efeslilərə Məktubun beşinci fəslində də görmək olar. Pavel burada yazır ki, ərlər öz arvadlarını özləri kimi sevməlidirlər. O yazır: «Ərlər də eyni şəkildə arvadlarını öz bədənləri kimi sevməlidirlər. Arvadını sevən özünü sevir. Çünki heç kim heç zaman öz vücuduna nifrət etməz. Əksinə, Məsih cəmiyyətə yanaşdığı kimi onu bəsləyib qayğısına qalar». Ərlər öz bədənlərini yedizdirib onun qayğısına qaldığı kimi, arvadlarını da yedizdirib onun qayğısına qalmalıdırlar... (28–29-cu ayələrə bax). Qadın Paulun yazdığı kimi olmağı arzulayır. O, şahzadə kimi hörmət olunmasını deyil, əzizlənməsini, nazlanmasını istəyir. O, ərinin dəyər verdiyi ən birinci insan olmaq istəyir.
Sanki onlardan biri şah, digəri isə şahzadə olmalıdır. Efeslilərə Məktubun beşinci fəslinin otuz üçüncü ayəsində deyilir ki, kişiyə ölməyə hazır olan baş kimi hörmət edilməlidir: «Məsih imanlılar cəmiyyətinin Başı olduğu kimi ər də arvadının başıdır... Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin» (Efeslilərə 5:23,25). Şahzadə oğlan öz sevgilisi üçün qurban gedər, əksinə yox. Buna görə də şahzadə qadın öz «başı» olan şahzadədən hörmət tələb etməməlidir. Əlbəttə, Peterin Birinci Məktubunun üçüncü fəslinin yeddinci ayəsində yazıldığı kimi, onlar da «lütfkar həyatın həmvarisləri» olduqlarına görə hörmət, diqqət və qayğı arzulayırlar.
Şahzadələr müqayisəsinin davamı olaraq, Müqəddəs Kitabda da şaha və ya kişiyə «bərabərlər arasında birinci» kimi baxılır. Yəni demək istəyirəm ki, qadın və kişi bərabərdir, lakin kişi ailəsinin təminatçısı və qoruyucusu kimi və hətta lazım gələrsə onun uğrunda ölməyə hazır biri kimi yaradılıb. Bu vəziyyəti əyani olaraq gəmilər batdığı zaman görmək olar. Bu zaman həyəcan siqnalı verilərək deyilir: «Birinci qadınlar və uşaqlar gedir».
Bir qayda olaraq bütün millətlərdə kişilərin qadınlardan daha güclü və qamətli olması təsadüfi deyil. Məgər elə bunun vasitəsilə Allahın kişilərə olan çağırışını görmək olmur? Nehemya divarı bərpa etmək və düşmənin hücumunu dəf etmək üçün soydaşlarını bir yerə topladığı zaman onlara belə dedi: «Siz soydaşlarınız, oğullarınız, qızlarınız, arvadlarınız və evləriniz uğrunda vuruşacaqsınız» (Nehemya 4:14). Bəzən kişilər, arvadlarının onlarda bu bacarığı görməsini istəyirlər. Əgər qadın bunu görürsə, o, ərini qürurlu olduğu üçün deyil, Allah onu belə yaratdığı üçün ruhlandırır. «Bərabərlər arasında mən birinciyəm» sözünü çox az kişi söyləyə bilər. Lakin xeyirxah, ağıllı və müdrik kişi çox yaxşı bilir ki, birincilik onun üstünlüyü deyil, məsuliyyətidir. Digər tərəfdən qadın da, əri üçün «ən vacib birinci insan» olmağa can atır. Buna əmin olmaq qadına hər şeydən daha çox güc verir. O, xudbin deyil. Sadəcə olaraq, Allah onu belə yaradıb.
Ər arvadına ən vacib insan kimi, arvad da ərinə özündən üstün biri kimi hörmət göstərirsə, belə nikah çox uğurlu olacaq. Əgər kişi arvadının ona aşağıdan yuxarı baxacağını düşünürsə və onu alçaldırsa, elə bil ki, oturduğu budağı kəsir. Əgər qadın özünü ağalıq edən şahzadə kimi aparırsa, əri heç zaman öz qəlbini ona aça bilməyəcək. Əgər qadın ərinin onu müdafiə etməsini istəyirsə, lakin sonra onu ağalıq etməkdə günahlandırırsa, sanki bu zaman, kişinin ayağının altından yer qaçır. Qadın ərinin həmişə ondan üstün olmağa çalışdığını görürsə, heç vaxt onun qəlbini tanıya bilmir.
İndi kişilərin diqqətini bir şeyə çəkərək onları xəbərdar etmək istəyirəm. Müqəddəs Kitabın öyrətdiyi kimi, kişilərə şərtsiz hörmət etmək anlayışı bir çox qadınlar üçün gözlənilməzdir. Çünki, bəzi qadınlar hətta bu barədə heç vaxt eşitməyiblər. Hikmətli ər, bu təlimi arvadına qarşı silah kimi istifadə etməməlidir. Əksinə, o, həlim davranmalıdır. O, eşitdiyini həzm edə bilməsi üçün arvadına imkan yaratmalıdır ki, sonra bunu təcrübədən keçirə bilsin. Mütləq möcüzə baş verəcək.
Bir çox ailələrdən eşitmişəm ki, bəzən Çıxılmaz dövrə öz hərəkətini çox dəhşətli cırıltı ilə dayandırır. Və çox vaxt bu Çıxılmaz dövrənin dayanmasına səbəb, arvadların öz ərlərinə şərtsiz hörmət göstərməyə səy göstərməsi olur. Qadın öz ərinə hörmət göstərmək məsələsinə diqqətlə yanaşmağa başladıqca, bu, onun xoşuna gəlməyə başlayır və əlbəttə, bu, ərinə də xoş gəlir (əlbəttə ki, şokdan ayılandan sonra). Lakin ən vacibi odur ki, ər arvadına şərtsiz sevgi göstərmyə başlayır. Artıq uğursuz görünən vəziyyət birdən-birə qələbəyə çevrilir. Bu cür qələbənin iki kişinin məktubunda açıq-aydın görmək olar. Onlardan biri iyirmi illik evlilik dövründə nikah məsələləri ilə bağlı bir çox seminarlarda iştirak etmişdi. O yazır:
Ailə seminarlarının bir çoxu ərlərin öz arvadlarını şərtsiz sevgi ilə sevməkdə məsuliyyət daşıdığını vurğulayır. Lakin onların çox az hissəsi arvadların öz ərlərinə hörmət göstərmək məsuliyyətindən danışır. Lakin cənab Eqqerix kişilərin anadangəlmə ehtiyacını və bu ehtiyacının ödənməsinin ailədəki münasibətlərə nə qədər böyük təsir göstərdiyini çox yaxşı başa düşür. Biz indi nə üçün dalaşdığımızı və hisslərimizdəki çaşqınlığı yaxşı başa düşürük... Əvvəllər heç bir seminardan bu qədər böyük həyəcan və nikahımızdakı münasibətlərin düzələcəyi ümidi ilə çıxmamışdım.
Bizim konfranslarda iştirak edən digər bir kişi yazır:
Son on yeddi ildə iştirak etdiyim bir neçə ailə seminarından sonra artıq heç bir çevriliş yaradacaq və ya çox təsirli açıqlama gözləmirdim. Ən yaxşı halda, bu seminarda da, digər seminarlarda olduğu kimi, kişilərin ünvanına söylənəcək məzəmmət sözləri eşidəcəyimi düşünürdüm. Lakin mən bu konfransdan, nikahda olan cütlüklər üçün Allahın iradəsini dərindən dərk edərək ayrıldım. Artıq fərqli xüsusiyyətlərimizə çatışmamazlıq və ya ayrılığa səbəb kimi baxmırdım. Əksinə, Allahın bizi belə fərqli və xüsusi yaratmasına görə çox sevinirəm. Konfrans zamanı öz çatışmamazlıqlarımı görsəm də, yeniləndiyimi və qüvvətləndiyimi hiss edirdim. Kim olduğumu və bir ər kimi vəzifəmi necə yerinə yetirəcəyimi dərk etdiyim üçün bu konfransdan böyük sevinc və təravətlə qayıtdım.
Bu kişilər arvadlarının hörmət göstərməyə başladığı kişilər sırasındadırlar və belə kişilərin sayı günü-gündən artır. Kişilər də arvadlarının bu cür münasibətinə müsbət cavab qaytarır. Onların arvadları dərk edir ki, qadınlar sevgini «qazanmalı» olmadıqları kimi, kişilər də hörməti «qazanmalı» deyil.
Lakin buğa qırmızı parçaya necə münasibət göstərirsə, bəzi qadınlar da
Mən bu təlaşı yaxşı başa düşürəm. Lakin mən ümumiyyətlə demək istəyirəm ki, arvadı ilə yaxşı rəftar edən kişi əslində ağalıq etməyə və yaxud arvadından üstün olmağa çalışmır. Əksinə, kişilərin bir çoxu bunu qətiyyən arzulamır. Onlar qəlblərinin dərinliklərində bu Çıxılmaz dövrənin daim fırlanacağından və heç dayanmayacağından qorxurlar. Növbəti fəsildə öyrənəcəyimiz kimi, qadınlar öz nikahlarında çevriliş etmək üçün düşündüklərindən də artıq səlahiyyətə malikdirlər.
FƏSİL 4.
KİŞİLƏRİN ƏN ÇOX QORXDUĞU ŞEY ÇIXILMAZ DÖVRƏNİ FİRLADIR
İkinci fəsildə söylədiyim kimi, kişilər tənqidi nifrət kimi qəbul edir. Nifrəti isə həzm edə bilmirlər. Qadınlar dərk etməlidir ki, onların ərləri göründüyü qədər güclü və ağrıya dözümlü deyillər. Qadın özünü çox kiçik şeh damcısı kimi, ərini isə hər cür cəzaya dözə biləcək güclü ayı kimi təsəvvür edə bilər. Sevimli arvadının tənqidlərindən boğaza yığılmış kişi ona deyir: «Sən mənə nifrət edirsən». Onun sözlərindən heyrətlənən arvad: «Mən qışqıraraq sənə nifrət etdiyimi deyəndə buna inanma. Sən böyük və güclüsən. Deməli, mənim sözlərimə dözə bilərsən». Lakin həqiqət ondan ibarətdir ki, kişilərin bir çoxu buna dözə bilmir. Boyunun hündürlüyündən və çəkisinin çoxluğundan asılı olmayaraq, onlar üçün nifrət kimi səslənən və görünən hər şeyə qarşı emosional cəhətdən dözümsüzdürlər.
Kişilərin nifrət qarşısındakı qorxusunu xüsusilə Ester Kitabının birinci fəslində görmək olar. Oradakı kişlər nədən qorxurdular? Onlar mələkənin itaətsizliyindən sonra padşahlıqda olan bütün qadınların öz ərlərinə xor baxacağından və ərlərini saymayacağından qorxurdular. Nəticədə isə bütün padşahlıqdakı qadınların ərlərinə qarşı münaqişəsinin və nifrətinin sonu olmayacaq (Ester 1:18-ə bax). Əlbəttə, Ester kitabındakı və ya digər vəziyyətlərdə yaranan nifrət qarşısındakı qorxunun belə nəticələrinə heç bir şeylə bəraət qazandırmaq olmaz. Qadın sevilməməkdən qorxduğu kimi, kişi də sayılmamaqdan qorxur. Kişilər arvadlarının onları sayıb hörmət etməsinə ehtiyac duyur və buna can atırlar.
«Decosion Analysts, İnc.» təşkilatı ər-arvad münasibətləri barədə araşdırma apardıqları zaman, mənim də sorğu-sualda iştirak edən yüzlərlə kişiyə bu sualı vermək imkanım yarandı:
Ən nümunəvi ailələrdə belə münaqişə ən adi şeylərdən başlayır. Arvadınızla (və ya başqa yaxın bir insanla) münaqişə zamanı ən çox nə hiss edirsiniz?
a. Hal-hazırda arvadım (və ya başqa yaxın insan) mənə hörmət etmir;
b. Hal-hazırda arvadım (və ya başqa yaxın insan) məni sevmir.
Sorğuda iştirak edənlərin səksən bir faizi «Hal-hazırda arvadım mənə hörmət etmir» cavabına uyğun olaraq (a) bəndini seçmişdilər[8].
Bu cavab, mənim uzun illər ərzində ailələrlə apardığım işi bir daha təsdiqlədi. Münaqişə zamanı kişilərin hörmətə olan ehtiyacı sevgiyə olan ehtiyacından daha çox olur. Bu, o demək deyil ki, kişilərin sevgiyə ehtiyacı yoxdur. Artıq söylədiyim kimi, kişilər qəlblərinin dərinliyində əmindirlər ki, arvadları onları sevir. Lakin arvadlarının onlara hörmət etdiyinə və onları olduğu kimi qəbul etdiyinə əmin deyillər. Bəlkə də elə buna görə kişilərin çox hissəsi (b) bəndini rədd edərək (a) bəndini seçmişdilər. Münaqişənin səbəbindən asılı olmayaraq, həmin an kişilərin hörmət hissini sevgi hissindən daha üstün tutduğunu çox aydın görmək olur. Bir çox qadınlar sevgi dalğasına kökləndikləri üçün kişilərin bu ehtiyacını təsəvvür belə etmirlər. Mənim məsləhət verdiyim demək olar ki bütün qadınlar bu sözləri deməyə hazırdır: «Mən istəyirəm ki məni kimsə sevsin, mənə xüsusi yanaşsın, məni bu dünyada ən vacib insan hesab etsin». Qadınlar bunu istədikləri üçün heç kim onları günahlandırmayacaq, onları xudbin və öz mənfəətini axtaran xanım hesab etməyəcək. Lakin kişi hörmətə ehtiyacı olduğunu söylədiyi zaman, ona özündən razı adam damğası vururlar.
Qadın ərinə hörmət və fəxrlə yanaşdığı zaman baş verən şeylər çox heyrətamizdir. İndiki ər-arvadın nə vaxtsa ilk görüş vaxtlarını təsəvvür edin. Həmin görüşlər zamanı yəqin ki, qadın onu sevdiyi üçün kişidən evlənmək təklifi gözləyirdi. Onu sevgi hərəkətə gətirirdi. Həqiqiətən də onun sevgisi çox böyük idi və o, buna şübhə etmirdi.
Lakin o, öz hörməti və məftunluğu ilə kişinin ürəyini zəbt etdiyini bəlkə də dərk etmirdi. Belə bir atalar sözü var: «Bir qadını məftun etmək üçün hər kişi əlindən gələn hər şeyi edər». Kişi diz çökərək ona evlənmək təklifi etdiyi ilk görüş vaxtlarında qadın özünü belə hiss edirdi. Oğlan ona dərin sevgi hiss edir, lakin qız isə əminlik hissinin hörmət və məftunluqla əvəz olduğunu görürdü. Qız oğlanın qəlbinin ən zərif tellərinə toxunur və sanki onu tamamilə özünə tabe etdirib və bu gün də tabe etdirməyə davam edir.
Mən əminəm ki, kişilər üçün hörmət və ehtiram eyni məna daşıyır. Bir kişi kimi öz təcrübəmdən və başqa kişilərlə ünsiyyətimdən belə qənaətə gəlmişəm ki, bu sahədə biz hansısa şərəf qanununa tabeyik və bu qanun pozulduğu zaman bədbəxtçilik baş verir. Həyatımızda uşaqlıqdan bəri dərk etdiyimiz müəyyən şeylər var ki, onları etmək və ya söyləməyin qadağan olduğunu bilirik. Qadın evdə öz əri ilə heç bir kişinin cürət edə bilməyəcəyi tərzdə danışır. Buna görə də kişi nə üçün bu qədər kobud və gərgin olduğunu anlaya bilmir.
Münaqişə zamanı kişilər çox vaxt ora-bura baxaraq mübahisəni dayandırmaq və başqa mövzuya keçmək istəyirlər. O, bu barədə danışmaq istəmir. Niyə? Çünki o, arvadının üzündəki ifadədən məmnun deyil. Arvadının mənfi emosiyaları və nifrət dolu sözləri altında əzilərək sarsıldığını hiss edir. Bütün bunlar onu qıcıqlandıraraq özündən çıxarır. Buna görə də o, dava yaranmasın deyə tez bir zamanda döyüş bölgəsini tərk etmək istəyir. Bu addım yaranmış vəziyyətdən çıxmağın yeganə ləyaqətli yoludur.
Con Qotmanın geniş miqyaslı araşdırmalarına əsasən, münaqişə zamanı kişilərin səksən beş faizi tədricən müdafiə divarları tikərək arvadlarından uzaqlaşırlar. Münaqişə zamanı kişilərin qan təzyiqi və ürək döyüntüsü çox yüksəldiyi üçün, gərginlik daha sürətlə böyüməyə başlayır və onlar uzun müddət bu təsirdən çıxa bilmirlər.
Bu cür çıxılmaz vəziyyətlərdə qadının mənfi tənqidləri ən yüksək həddi aşa bilər və bu onu qətiyyən narahat etmir. Qadın bu cür partlayışlara onların bir-birinə olan sevgisini daha da artıracaq vasitə kimi baxdığına görə, onun nəbzi qaydasındadır. Lakin digər tərəfdən kişi, bu cür mənfi atmacalarda hörmətini itirmək təhlükəsi görür və bu fikir onun ürəyini daha sürətlə döyünməyə məcbur edir.
Kişi münaqişə zamanı sakitləşməyə cəhd göstərərək, susmaqla, laqeyd görkəm almaqla və yaxud da otağı tərk etməklə arvadı ilə öz arasında daş divarlar tikməyə çalışır. Əgər yaranmış vəziyyətdən nə üçün kənara çəkildiyini ondan soruşsanız, təxminən belə cavab verəcək: «Mən belə şeylərə reaksiya vermək istəmirəm». Qadın isə elə düşünür ki, kişinin bu cür laqeydliyi onun sevgisizliyini bir daha sübut edir. Lakin kişi belə düşünmür. Sadəcə olaraq kişi yaranmış vəziyyətdən ləyaqətlə çıxmaq istəyir. Qadın isə düşünür ki, əri onu rədd edir. İki-üç irad tutduğu üçün niyə əri onunla öz arasında belə sədd çəkərək ondan uzaqlaşır?
Qotman əmin edərək yazır: «Əgər ailədə münaqişələrin səviyyəsi çox yüksəkdirsə onda bu cür münasibət onları Çıxılmaz dövrənin içərisinə maqnit kimi çəkəcək». Qadın nə qədər çox deyinib tənqid edirsə, kişi də bir o qədər böyük divarlar tikərək arvadından uzaqlaşır. Kişi arvadından nə qədər çox uzaqlaşıb gizlənəcəksə, arvad da o qədər çox deyinəcək və tənqid edəcək[9]. Qotman əlavə edərək deyir ki, qadın ərinə xor baxaraq onunla düşmən kimi rəftar etdikcə nigah üzərində böyük təhlükə yaranır. Bu Çıxılmaz dövrə dağıdılmasa, nigah boşanma ilə nəticələnə bilər[10].
Uzun illər yüzlərlə ailə cütlüklərinə məsləhət verərək yaşadığım təcrübə onu göstərir ki, kişilər uzaqlaşmaq üçün divarlar tikməkdə çox mahir ustadırlar. Onların arvadları isə, buna müvafiq olaraq tənqidçilər, hücumçular və hər şeyi öz yerinə qoymağa cəhd göstərən qadınlardır. Belə divarları tikməyi bacaran qadınlar da var, lakin onlar azlıq təşkil edirlər. Əri tərəfindən qəlbinin səsinin eşidildiyinə ümidini itirən qadın belə divarlar tikə bilər. O, əri ilə qəlbdən-qəlbə söhbət etmək istəyərdi, lakin ümidini itirib. Ərinin nəbzi yerindən oynadığı halda, onun qəlbi sakit və aram döyünür. Çünki o, bütün ümidini itirib (Ç əlavəsinə bax).
Çox vaxt ərini sevən qadın sevilmədiyini hiss etdiyi zaman ərinə yaxınlaşacaq. Məsələn, tutaq ki, onların evliliklərinin birinci ilində kişi, telefonla xəbərdarlıq etmədən iki dəfə şam yeməyinə gəlməyib. Qadın öz-özünə deyir: «Belə olmaz. Nə üçün o, bu qədər hissiyatsızdır? Deməli, mən onun gözündə ən dəyərsiz insanam? O, məni sevmir». Kişi qapıdan içəri daxil olan kimi, o, qeyri-ixtiyari olaraq, sanki sevgisini ifadə edirmiş kimi deyir: «Biz danışmalıyıq. Biz bu söhbəti təxirə salmadan danışmalıyıq. Xahiş edirəm, otur və mənə qulaq as».
Belə vəziyyətdə qadın öz yaxın rəfiqəsi ilə söhbət etdiyi üsulu, əri ilə söhbətində də tətbiq etmək istəyir. Qadınlar öz aralarında münaqişə apardıqları zaman, adətən hisslərini sözlərlə ifadə etməyə çalışırlar. Onlar qəlblərini narahat edən şeyləri bir-biri ilə bölüşürlər. Çünki zamanla bu söhbətin sülhə gətirib çıxaracağını bilirlər. Müəyyən bir andan sonra biri deyəcək: «Hə, mən düz eləməmişəm». Bu zaman digəri: «Yox, mən düz eləməmişəm. Məni bağışlayırsan?» Birinci deyəcək: «Əlbəttə, bağışlayıram. Xahiş edirəm, sən də məni bağışla». Onlar qucaqlaşacaq, bir az ağlaşacaq və sonra sanki heç bir şey olmamış kimi şənlənməyə başlayacaqlar.
Mən belə nəticəni Çıxılmaz dövrəni tam başa vurmaq adlandırıram. Təəssüflər olsun ki, qadınlar kişilərlə söhbətin yaxın rəfiqəsi ilə söhbətdə olduğu kimi səmərəli olacağını düşünürlər. Qadının bir çətinliyi olduğu zaman və ya nəsə xoşuna gəlmədikdə, o, hisslərini bölüşmək üçün qeyri-ixtiyari olaraq ərinə yaxınlaşır. Onun son məqsədi odur ki, onlar bir-birindən üzr istəsinlər və sonra qucaqlaşsınlar. O, bu şəkildə nikahındakı həyatı qorumağa çalışır. Lakin bu, ona baha başa gələcək. Onun qəlbi vəziyyəti aydınlaşdırmağa və rahatlaşmağa can atır. Onun əri onun üçün bu dünyadakı ən əziz adamdır. Əslində o, öz qarşıdurmaları ilə ərinə yaxşılıq etmək istəyir. O düşünür: «Mən istəyirəm ki, o, mənim qəlbimi görsün! Nə üçün o, məndən gizlənir?»
Lakin qadın çox vaxt öz əri ilə yaxın rəfiqəsi arasındakı böyük fərqi görə bilmir. O, ərinə qarşı daha tələbkar olur. O, haqlı olduğunu düşünür və sevən rəfiqə, həyat yoldaşı və dost kimi onun sevməyi bacaran kişiyə çevrilməsində «yardımçı» olmaq istəyir. Qadın elə bilir ki, əgər o, ərini tənqid atəşinə tutsa, əri həmin an dəyişəcək. Əgər o dəyişərək arvadını bir az çox sevsə, onsuz da arvadı onu daha çox sevəcək.
Bir qayda olaraq, qadın öz dəyərini kişinin ona olan münasibəti ilə ölçdüyünü dərk etmir. Bu münasibət rəfiqə ilə fərqlidir. Rəfiqəsinin fikri də onun üçün vacibdir, lakin ərinin onun barəsindəki fikri qədər vacib deyil.
Bundan əlavə, qadının digər qadınlarla danışdığı əsas mövzu rəfiqəsilə münasibətlər deyil, əri ilə olan münasibətlərdir. Qadınlar nikahlarının nə qədər uğurlu olması barədə bir-birinə danışmağa meyillidir. Buna görə də, kişi arvadının onu dəyişdirmək cəhdlərindən gizlənmək üçün divarlar tikdiyi zaman qadının mənfi əhval-ruhiyyəsi daha da güclənir. O narahatdır və artıq rəfiqələrinə nikahı barədə yaxşı şeylər danışa bilmir. Əgər onun həyəcanı və pis əhval-ruhiyyəsi daha da gücləncə, onda o, özünü daha gərgin və düşməncəsinə aparcaq. Bu da öz növbəsində ərinin daha çox özünə qapanmasına və ondan uzaqlaşmasına gətirib çıxaracaq.
Süleymanın Məsəllərinin iyirmi birinci fəslinin on doqquzuncu ayəsində deyilir: «Davakar, deyingən arvadla yaşamaqdansa, çöllükdə yaşamaq yaxşıdır». Əri onu düzgün başa düşmədiyi üçün bir qadının davakar və deyingən olması çox kədərlidir. Qadın sevgiyə olan ehtiyacını qışqırıqlarla çatdırmağa çalışdığı zaman, kişi bu məlumatın şifrəsini aça bilmir. Bu qışqırıqlarda və münaqişələrdə kişi yalnız hörmətsizlik görür. O, bu zərif, incə və xeyirxah qadını düzgün başa düşmür. Qadın məsələni mənfi üsullarla həll etməyə çalışdığı zaman özünə və nikahına çox böyük ziyan vurmuş olur.
Xoşbəxtlikdən, bəzi qadınlar mənfi üsulların səmərəsz olduğunu dərk edir. Bir qadın belə yazır:
Mənim gücüm və danışıq qabiliyyətim ailə xoşbəxtliyimə kömək etmədi. Mən ərimə çox güclü, vəziyyəti idarə etməyi bacaran, tələbkar və tənqidçi bir qadın kimi yanaşdım. Mən onun həyatında ana, müəllim və hətta Müqəddəs Ruhun rolunu oynamağa başladım. Xasiyyətimə uyğun olaraq rəhbərliyə, idarəçiliyə, nəzarətə, təşkilatçılığa öyrəşmişdim. Hər şeyi mükəmməl etməyə və başqalarını da hər şeyi mənim istədiyim kimi etməyə məcbur etməyə öyrəşmişdim. Ərim mənim sözlərimdən qorxurdu.
Ər öz arvadının ona aşağıdan yuxarı deyil, yuxarıdan aşağı baxdığını gördükdə, hər ikisi Çıxılmaz dövrəyə düşə bilər. Çox vaxt Çıxılmaz dövrə qadının narazılığı üzündən fırlanmağa başlayır. Bu cür davranış ananın öz uşaqlarını məzəmmət etməsinə bənzəyir. İzahlı lüğətdə «deyinmək» sözünün mənası sərt tənqid və ya hətta digər insanların yanında qəzəbli töhmət kimi göstərilir. Qadın dəfələrlə narazı və deyingən şəkildə ərinə yaxınlaşırsa, heç şübhəsiz, bu nəinki onun ərini qıcıqlandıracaq və hətta ona hörmətsizlik nümayiş etdirəcək. Lakin qadınlar buna diqqət yetirməməyə meyillidirlər. Qadınlarda bir ana kimi ətrafındakıları tərbiyələndirmək xüsusiyyəti var. Təəssüflər olsun ki, çox vaxt qadınlar öz ərlərinə də analıq hissi ilə yanaşırlar. Bir qadın bu barədə belə yazır:
Sizin konfransınızda oturaraq, qadının sevgisindən danışdığınızı eşitdiyim zaman, söylədiklərinizi qəbul etmək mənim üçün çox asan idi. Lakin şənbə günü hörmət və hörmətsizlikdən danışdınız. Diqqətlə özümə və həyatıma nəzər saldığım zaman dəhşətə gəldim. Mən bütün diqqətimi onun məni başa düşməməsində cəmləyərək ərimi alçaltdığımı tamamilə anlamırdım. Bu mövzu xüsusilə mənə aid idi. Mənim kiçik uşaqlarım olduğuna görə mən daim onlara yaxşını pisdən ayırmağı öyrədirəm. Lakin eyni şeyi öz ərimlə də etdiyimi tamamilə dərk etmirdim. Açığını desəm, mənim davranışlarımın onda necə mənfi hisslər yaratdığını bəlkə də ərim izah edə bilməz.
Qadın ərini danladığı zaman onun düzəlməsinə kömək etməyə çalışır. Heç şübhəsiz ki, kişilərə bəzən belə kömək lazımdır. Lakin kişi arvadı tərəfindən uşaq yerinə qoyulduğunu və pis davranışlarına görə danlandığını hiss etməyə başlasa, bədbəxtlik baş verə bilər. Bu zaman o, arvadının ürəyini görə bilmir. O yalnız arvadının ona yuxarıdan aşağı baxdığını sübut edən sözlərini eşidir. Əgər Süleymanın Məsəllərindəki ayəni öz sözlərimizlə ifadə etsək, onda kişi üçün səhrada yaşamaq daim qəzəbli və gərgin qadınla yaşamaqdan yaxşıdır. Bəzi qadınlar qəsdən hörmətsizlik etmirlər, lakin bu, onların ərinə nifrət nümayişi kimi görünür. Nəticədə isə onlar arvadlarından uzaqlaşaraq daş divarların içərisində gizlənirlər (Tənqid və divarlar qurmağın konkrent variantlarına A əlavəsində bax).
Mən bir çox biznesmenlərdən soruşmuşam: «Əməkdaşlarınızın sizi daha çox sevməsini və ya daha çox hörmət etməsini istərdiniz?» Onların hər biri gülümsəyərək cavab veriblər: «Onların sevgisi məni çox az maraqlandırır. Lakin hörmət mütləq lazımdır». Bunun nə qədər düzgün olub-olmadığını bilmirəm, lakin kişilər bu dünyanı onlara hörmət nəzərindən görürlər. Elə buna görə də qadının səsindəki yumşaqlıq və üzündəki nəcib ifadə nikah üçün onun təsəvvür etdiyindən daha böyük işlər görə bilər.
Bir dəfə Sara ərinin ünvanına yaralayıcı sözlər söyləyən qadınla söhbət edərək, bu sözlərdən imtina etməyin vacibliyini başa salırdı. Bu qadın öz davranışının düzgün olmadığını bilsə də, ərinə qarşı çox laqeyd münasibət göstərirdi. Əri də öz növbəsində onun deyinməsinə və narazılığına səbəb olan şeylər edirdi. O, bütün problemlərin səbəbini ərində görürdü. Onun söylədiyinə görə əri, mətbəxdə səliqə-səhman yaratmır, qabları qabyuyan maşına düzgün yerləşdirmir, tökdüyünü yığışdırmır, götürdüyünü yerinə qoymurdu. Buna görə də o hirslənir və deyinirdi. Bu qadın Saranın söyləməyə çalışdıqlarını eşidirdi, lakin qəzəb və kin hissi onu tamamilə bürümüşdü.
Sonra Sara ərinə nifrət hissi ilə bizim məsləhətxanamıza üz tutan bütün qadınlara verdiyi sualı ona da verdi: «Oğlunuz böyüyərək sizin kimi bir qadınla evlənsə, özünüzü necə hiss edərsiniz?» Qadın heyrət və çaşqınlıq içərisində donub qaldı. O, ömründə ilk dəfə özünə kənardan baxa bildi! O istəmirdi ki, kimsə onun oğlu ilə o, əri ilə rəftar etdiyi kimi rəftar etsin. O başa düşdü ki, oğlu evləndikdən sonra əgər arvadı ona xor baxaraq onunla qəzəbli rəftar edərsə, oğlu ruhən əziləcək, susacaq və qorunmaq üçün daş divarların arxasında gizlənəcək. O, vəziyyətə bu tərəfdən baxdığı zaman hər şeyi başqa cür qəbul etməyə başladı. Özünə başqa gözlə baxmağa başladı və dəyişiləcəyinə söz verdi.
Bu qadın bizim konfranslarımıza gələn qadınların ən bariz nümunəsidir. Onlar müxtəlif hisslər keçirirlər. Əlbəttə, ərlərini sevirlər. Bəs, hörmət edirlərmi? Yox. Məhz buna görə də biz qadınları özlərinə bu sualı verməyə çağırırıq: «İndi mənim demək istədiyim söz və ya hərəkət ərimə hörmət, yoxsa hörmətsizlik nümayiş etdirəcək?» Bu cür mövqedə dayanmaq, qadının bir çox mənfi davranışlarının qarşısını alacaq və onun ürəyinin yaxşı niyyətləri yanlış ifadə olunmayacaq.
Kişilərin hörmətə ehtiyac duyması barədə fikir bir çox qadınlar üçün yeni məlumatdır. Müqəddəs Kitabda qadınların öz ərlərinə şərtsiz hörmətlə yanaşması təlimini seminarlarda bölüşdüyüm zaman, qadınlar bunu böyük təəccüb hissi ilə dinləyirlər. Onların bu çaşqınlığını yaxşı başa düşürəm. Onlar sevgiyə kökləniblər və bizim mədəniyyətimiz də var gücü ilə sevgi barədə bu fikri əkməyə çalışır. Elə buna görə də ərə getdikləri kişini yaxşı tanıya bilmirlər. Çox vaxt onlar belə deyirlər: «Bütün bunlar mənə tamamilə yad gəlir».
Elə problem də bundadır. Qadın hörmət dilində danışmağı dayandıranda, bir müddətdən sonra onlarla ünsiyyət qurmaq ərləri üçün maraqsız gəlir. Səninlə eyni dildə danışmayan insanla ünsiyyət qurmaq kimin üçün maraqlı olar? Buna görə də kişi susur və kənarlaşmağa çalışır. Qadınlara deyəndə ki, əriniz hörmətsizliyinizi çox tez hiss edir, onlar deyirlər ki, bunun nə əhəmiyyəti var. Cavab: əhəmiyyəti
Qadınlar, ərlərinizin nələr hiss etdiyini ayırd etmək vaxtı çoxdan çatıb. Bir qadın ərinə belə sual verir: «Sən ən çox nəyə üstünlük verərdin, səni sevirəm deməyimə, yoxsa sənə hörmət göstərməyimə?» Kişi heç tərəddüd etmədən deyir: «Mənə hörmət lazımdır». Ərinin bu cavabından heyrətlənən qadın qulaqlarına inana bilmirdi. Deməli, onun əri arvadının ona hörmət göstərməsinə əmin deyildi və o bundan əziyyət çəkirdi. Bunu dərk etmək bir çox qadınlara baha başa gəlir. Çox təəssüf ki, bu prosses zamanı onlar həddindən artıq utanc və heyrət hissi keçirirlər. Bizim qadınları utandırmaq fikrimiz yoxdur. Əksinə, bizim sevgi və hörmət barədə təlimimiz qadınlara kömək etmək üçündür. Biz istəyirik ki, onlar ucaboy və güclü ərlərinin, arvadlarının onlara verə biləcəyi hörmətə dərin ehtiyac duyduğunu görə bilsinlər.
Ər arvadının ona şərtsiz hörmət nümayiş etdirdiyini gördükdə, yenidən zərif sevgi hissi ilə alovlanır və arvadının həmişə ehtiyac duyduğu həmin sevgini ona verə bilir.
Bütün kişilər hörmətə olan ehtiyaclarını dərk etmirlər. Hətta müxtəlif insanların müxtəlif vəziyyətlərdə özlərini nə üçün belə apardığını bilən dahi liderlər də, öz nikahlarında bəzən niyə fərqli davrandıqlarını dərk edə bilmirlər. Bir dəfə ABŞ Senatında işləyən bir kişi ilə səhər yeməyi yeyirdim. Mən sevgi və hörmət əlaqəsini ona izah etdiyim zaman o dedi: «Siz hər şeyi öz yerinə düzgün qoyduğunuza görə nə hiss etdiyimi çox aydın görə bilirəm. Deməli belə. Mənə hörmət lazımdır».
Böyük bir kompaniyanın icraçı direktoru bizim konfransımızda eşitdiklərini analız etdikdən sonra belə deyirdi: «İndi dərk edirəm ki, mən hörmətsizlik hiss etdiyim üçün arvadımın sözlərinə və davranışlarına mənfi münasibət göstərmişəm». O bunu öz arvadına da izah etməyə başladı. Bu izahlar ailədəki gərginliyi daha da artırırdı. Lakin nəticədə hər iki insan bunu daha dərindən dərk etməyə nail oldular. Onun sözləri ilə desək: «Bu təlim həm mənə, həm də arvadıma çox kömək etdi. Mən öz hisslərimi sakitcə izah etdiyim zaman, hər ikimiz nə baş verdiyini yaxşı anlayırıq. Buna görə də mən artıq qəzəbli olmuram və ondan uzaqlaşmıram. İndi o, məni başa düşməyə çalışanda və sevgiyə olan ehtiyacının ödənməsini xahiş edəndə, onun sözləri mənim üçün xüsusi məna kəsb edir. Hər şey doğrudur».
Mənim psixologiya sahəsində işləyən yaxın bir tanışım var. Mən onu Çıxılmaz dövrənin gedişatı ilə tanış etdikdə o dedi: «Arvadımla münaqişə yarandığı zaman mən özümü tamamilə belə hiss edirdim. Uzun illər qəlbimin dərinliyində eyni hissləri yaşasam da, bunun səbəbini anlaya bilmirdim. Hər ikimiz eynən sənin dediyin kimi rəftar edirdik və nə baş verdiyini anlamırdıq».
Bu insanların bölüşdüyü hər üç halda ümumi fikir ondan ibarətdir ki, onlar hörmətə olan ehtiyaclarını ifadə edə bilməyiblər. Lakin onlar ehtiyaclarının nədən ibarət olduğunu gördükləri zaman hər şeyi anladılar. Evliliklərinin ilk dövrlərində bəlkə də onlar belə düşünürdülər: «Mən bu cür hörmətsiz münasibətə layiq deyiləm». Lakin zaman keçdikcə onlar bu hissi basdırıblar. Bu müasir dünyanın kişiləri üçün çox normal haldır, çünki mədəniyyətimiz kişilərə öz hisslərini və incikliklərini bildirməməyi öyrədir. Yox, əgər onlar belə davransalar, arvadları onları qəbul etməyəcək və onları «özündən razı» adlandıracaq.
Bir çox qadınlar öz ərlərinə hörmətə layiq olmadıqlarını söyləyirlər. Kişilərin hörmətə olan ehtiyaclarını ifadə edə bilməməsinin digər bir səbəbi də budur. Onun öz hisslərini ifadə etmək arzusunu «köhnəlmiş» və hörmətə ehtiyacını isə «özündən razılıq» adlandırdıqları zaman, vaxt keçdikcə kişi hörmətə olan ehtiyacını üzərində «axtarmayın» sözləri yazılmış qutunun içərisində gizlədərək çox uzaq bir yerə tullayır. O, bu qutunun içərisində istifadəsiz qalacaq. Lakin başqa bir qadın onunla fəxr etməyə başladığı zaman, bu ehtiyac həmin an qutunun içərisindən çıxarılacaq. Ərinin başqa bir qadınla sevgi romanı yaşadığını bilən bir qadın yazır:
Mən anladım ki, ərim həmin qadını onun gözəlliyinə, ağlına və yaxud da hər-hansısa vəzifəsinə görə sevməmişdi. O qadın bu dünyada hər şeyi unudaraq onu dinləməyi bacarmışdı. O qadın onunla fəxr edirdi. Bu qadın üçün onun etdiyi hər şey mükəmməl, söylədiyi hər söz hikmətli idi. Bu qadının gözlərində mənim ərim dünyadakı ən yaraşıqlı, ən ağıllı və ən zarafatcıl insan idi. Qadın onun «mənliyini» dəstəkləyirdi və dəstəkləməyə də hazır idi.
«Sevgi və hörmət eyni şeydir» deyən qadınlarla çox rastlaşmışam. Mən isə cavabında: «Xeyr, eyni şey deyil. Məsələn, siz öz müdürünüzə hörmət edirsiniz, lakin ona qarşı heç bir sevgi hiss etmirsiniz». Evli cütlüklərə məsləhət verdiyim zaman, bəzi qadınlar öz ərinin yanında onu sevdiyini, lakin hörmət etmədiyini söyləyə bilirdi. Mən belə qadınlardan soruşuram: «Əriniz sizə hörmət etdiyini, lakin sevmədiyini söyləsə, özünüzü necə hiss edərsiniz?» Onlar heyrət içərisində: «Mən məhv olaram» söyləyirlər. Bir qadından soruşdum: «Bu vəziyyətdən çıxmaq üçün sizə nə qədər vaxt lazımdır?» «Bir ömür» — deyə cavab verir.
Ərinin ona hörmət etdiyini, lakin sevmədiyini eşidən qadın bununla heç cür razılaşa bilməz. Bu, onlar üçün ölümə bərabərdir! Qadın belə əri dünyadakı ən hissiyatsız insan hesab edərdi. Lakin buna baxmayaraq, belə qadın ərinə hörmət etmədiyini söyləməkdən çəkinmir. O başa düşə bilmir ki, onun əri də bu sözlərdən sonra özünü «məhv olmuş» kimi hiss edə və özünə gəlməsi üçün ona da «bir ömür» lazım ola bilər. Yəni onu demək istəyirəm ki, kişi və qadının öz ehtiyacları var və bu həqiqiətdir. Qadına şərtsiz sevgi, kişiyə isə şərtsiz hörmət lazımdır.
Sara ilə birlikdə seminarlarda sevgi və hörmət əlaqəsi barədə öyrətdiyimiz zaman, insanlar bizə deyir: «Əlbəttə, hər şey açıq-aydın görünür». Lakin sonra kişi və ya qadın əlavə edərək deyir: «Bəs, nə üçün mənim ərim (və ya arvadım) bunu əvvəllər görməyib?» Sanki onların hər ikisi: «Biz bəzən aşkar görünən şeyləri görə bilmirik» demək istəyirlər.
Satıcı müştərinin qapısını döyərək gözlədi. On yaşlı oğlan qapını açdı. O, hələ satıcının bu vaxta qədər görmədiyi böyük siqar çəkirdi. Təəccübündən donub qalmış satıcı bir neçə saniyədən sonra soruşdu:
— Anan evdədir?
On yaşlı oğlan siqarı bir neçə dəfə tüstülətdikdən sonra soruşdu:
— Sən necə fikirləşirsən?
Tamamilə düzdür. Əgər satıcı məntiqlə düşünsəydi, ananın evdə olmadığını çox yaxşı anlayardı. Eləcə də biz. Eyni səbəbdən, xüsusilə də, heyrətləndiyimiz zaman düşünmə qabiliyyətini itiririk. Qadın sevilmədiyini hiss etdiyi zaman elə bir şok keçirir ki, ərinin sözlərinə və davranışlarına necə hörmətsizcəsinə münasibət göstərdiyini ölçüb-biçə bilmir. Lakin kənardan baxan insan üçün hər şey açıq-aydındır. Kişi də arvadı tərəfindən hörmətsizilik gördüyü zaman ani münasibət bildirir və bununla sevgisizlik nümayiş etdirdiyini düşünmür. Kənardan izləyən digər bir qadın bunu tez hiss edəcək. Aşağıda qadınlar və kişilər üçün hikmətli bir deyim verilmişdir:
Çıxılmaz dövrənin dayanmadan firlanmasının qarşısını necə almağı düşünsək, onda növbəti şeyləri nəzərə almalıyıq. Kişilər təbiətcə sevən olmadıqları üçün onlara şərtsiz sevmək əmr olunur. Qadınlar da təbiətcə hörmətə meyilli olmadıqları üçün onlara şərtsiz hörmət göstərmək əmr olunur. Əgər biz də həyatımızda və nikahımızda sevgi və hörmət əlaqəsinin işlədiyini görmək istəyiriksə, onda xüsusilə də qadınlar, ərlərindən hörmətə layiq olmağı, hörməti qazanmağı tələb etməməlidirlər. Bir çox qadının sevməyi xoşladığını, lakin hörmətə əhəmiyyət vermədiyini görmüşəm. Belə qadınlar sevgisizlik gördükləri zaman, vəziyyəti daha böyük sevgi düzəltməyə çalışırlar. Bu, onlar üçün çox təbii haldır. Lakin belə qadınlar ərlərindən sevgi görmədikləri zaman hörmət göstərmək çətinləşir. Bu, qeyri-təbiidir. Onlar istəmədən hörmətsiz davranırlar. Onlar sadəcə olaraq anadangəlmə hisslərini biruzə verirlər. Sözlərinin necə nifrət əks etdirdiyini dərk etməyən qadın deyir: «O, hörmət haqqında həddindən artıq düşünür. O, çox həssasdı. Deyinməyim və narazılığım elə özümə qalır. Hə, mən bəzən hörmətsiz davranıram. Amma o, buna öyrəşməlidir. Bu,
Lakin bu, kişinin deyil,
Əlbəttə, kişilər də eyni cür davrana bilər. Onlar hörmətsizlik hiss etdikdə, arvadlarının qəlbini görə bilməyəcəklər. Sənə xor baxıldığı zaman, şərtli bağlılıq hissini itirmək çox asandır. Məgər arvadınız sizin ona olan hisslərinizin azalmasını istəyir? Əgər o, sizi sevirsə, əlbəttə ki, yox. Hətta əgər qadın özünü çox pis apararsa belə, ləyaqətli kişi Allahın arvadları sevmək barədə əmrinə əməl etməmək üçün bəraət axtarmayacaq. Mən bu kitabı oxuyan kişilərin ləyaqətli kişilər olduğuna inanıram və onlara bu çağırışı verirəm: «
Ümumiyyətlə, ləyaqətli və arvadını sevən hər bir kişi, təşəbbüsü ələ alaraq «özünü sevilməyən hiss etməyin» nə olduğunu aydınlaşdırmalıdır. O, arvadının ona nifrət edib-etməməsi barədə bütün qorxularına qalib gəlməlidir. Bəlkə də arvadının tənqidi nifrətin ifadəsi deyil. Bəlkə bu, onun qəlbindəki: «Xahiş edirəm, məni sev» ağrısını ifadə etmək üsuludur. Kişi onun qəlbindəki bu fəryadın şifrəsini aça və buna sevgi ilə cavab verə bilsə, bu, onun da qəlbini sevinclə dolduracaq. Öz nikahına təmkinlə və ədalətlə yanaşdığı üçün fərəhlənəcək və arvadına olan bağlılığı yeni qüvvə ilə ona qayıdacaq. Mən bir çox kişilərlə söhbət etdiyim zaman, onlar bunu təcrübədən keçirməyə hazır olduqlarını söyləyirlər. Lakin nədən başlayacaqlarını bilmirlər. Xoşbəxtlikdən, arvadına olan münasibətini dəyişmək üçün dinləyən və öyrənən hər bir kişi ilə sevinclə bölüşə biləcəyim çox şey mövcuddur (Xüsusilə, beşinci fəsildən on dördüncü fəsilə qədər diqqət yetirin).
Bu gün evli cütlüklər çaşqınlıq içərisindədir. Siz ərinizin hörmətə olan ehtiyacına cavab verəcəksiniz, yoxsa onun hisslərini mühakimə edəcəksiniz? Ərini sevməyin ən yaxşı yolu ona hörmət etməkdir. Bu, onun üçün çox dəyərlidir. Qadın bunu anlaya biləcəkmi? Yoxsa o, ailə xoşbəxtliyinə tamamilə qadın gözləri, qadın düşüncəsi və qadın hissləri ilə yanaşacaq? Bununla yanaşı, ərinin ehtiyaclarını köhnəlmiş və kişi qürurunun təzahürü hesab edərək onlara biganə yanaşacaq?
Bəs, ərlər arvadlarının sevgiyə olan ehtiyacını nəzərə alacaq, yoxsa laqeyd yanaşmağa davam edəcək? Ərlər sevgilərini ifadə edə bilmək üçün üsullar axtaracaqmı? Onlar arvadlarının tənqidinə və şikayətlərinə əhəmiyyət verməyərək, onun nə üçün özünü sevgidən məhrum hiss etdiyinin qayğısına qalacaqlarmı? Yoxsa o, arvadının nifrət kimi səslənən sözlərindən bezərək öz «daş divarlarının» arxasında gizlənəcək? Çaşqınlıq içərisində olan bir çox ailələr, üzərində «sevgi və hörmət» yazılmış düzgün yolu seçirlər. Biznezlə məşğul olan çox iradəli və güclü bir qadın, əri ilə birlikdə sevgi və hörmət əlaqəsini necə istifadə etdiklərindən və münasibətlərindəki Çıxılmaz dövrənin sürətini necə azaldaraq dayandırdıqlarından bəhs edərək yazır:
Ona hörmətsizlik etdiyim zaman ərim məndən uzaqlaşdıqda, özümü çox tənha və sevilməyən qadın kimi hiss edirdim və ərim də bunu görürdü. Bu zaman mən, istənilən döyüşçünü təslim olmağa məcbur edəcək müharibə ilə onun üstünə gedirdim... Beləcə, ona daha böyük hörmətsizlik göstərərk, nifrət dolu sözlər yağdırırdım. O isə vurduğum yaralarla birlikdə daha çox özünə qapanaraq tamamilə Çıxılmaz dövrəyə daxil olurdu. Lakin indi, ömründə ilk dəfədir ki, sevgiyə uyğun davranmadığını etiraf edir. O, bütün səhvlərini etiraf edib. Düşünürəm ki, o, mənim zəif olduğumu (halbuki mən, o da daxil olmaqla hər kəsin arasında özümü güclü göstərməyə çalışmışam), ona, onun dəstəyinə və gücünə ehtiyacım olduğunu anlayıb. Mən hörmətsiz davranışlarım üçün ondan üzr istədim. Bir-birimizlə danışdıq və indi münasibətlərimiz get-gedə düzəlməyə başlayır. İndi bir-birimizi yaxşı başa düşürük.
Bəlkə də bu fəslin bəzi yerlərində, qadınları şərtsiz hörmətə məcbur edən bir insan kimi görünürəm. Lakin mən heç kimi məcbur etmirəm. Sadəcə olaraq onlara
Məsləhət və konfranslar zamanı, Çıxılmaz dövrənin iş mexanizmini tez bir zamanda anlayan kişi və qadınlarla daim ünsiyyət qururuq. Onlar bu sürətli çarxı tezliklə dayandırmağı arzulayırlar. Lakin burada bir neçə haşiyə çıxmalıyam. Bu insanlar uzun müddət Çıxılmaz dövrənin təsiri altında olduqlarından, bəzən bizim üsullarımızın səmərə verəcəyinə şübhə ilə yanaşırlar. Beşinci fəsildə Çıxılmaz dövrəni dayandırmaq üçün bu cür suallara təcrübi cavablar verməyə çalışacağıq.
FƏSİL 5.
QADIN QAPININ AĞZINDAKI ƏSKİ OLMAQDAN QORXUR, KİŞİ İSƏ ARVADINI RAZI SALMAQDAN YORULUB
Şərtsiz hörməti təcrübədən keçirtmək istəyən bir çox qadınla söhbət etmişəm. Onlar bu üsulun işə yarayacağına əmin deyillər. Köhnəlmiş: «Bu gicbəsər əvvəlcə mənim hörmətimi qazanmalıdır» ideyası, öz yerini yenisi ilə dəyişmək istəmir. Sevən ər olmağı təcrübədən keçirmək istəyən bir çox kişilərlə də söhbət etmişəm və onlar da özlərinin kobud və səfeh insan yerinə qoyulmasını istəmirlər.
Çıxılmaz dövrəni dayandırmaq və yaxud heç olmasa sürətini azaltmaq istəyən kişi və qadınların verdiyi suallar əsasən üç sahə üzərində cəmlənib:
1. Qadın soruşur: «Bunu etməklə mən onun qapısının ağzındakı pəyəndaza çevrilməyəcəyəmmi?» Kişi soruşur: «Məgər o, mənim onu razı salmaqdan yorulduğumu görmür?»
2. Qadın düşünür ki: «Əgər mən ona qarşı həqiqi hörmət hiss etmirəmsə, onda hörmət etməyə çalışsam, ikiüzlü olamayacağammı?» Kişi düşünür: «Səy göstərməyin nə xeyri var? Onsuz da o, mənə hörmət etmir».
3. Qadın düşünür: «Mən nə vaxtsa onu bağışlaya biləcəyəmmi?» Kişi düşünür: «Mən yenidən səfeh yerinə qoyulacağam... bu qadını sevmək mümkün deyil».
Mən bu şübhələrə son qoyaraq, kişi və qadınların təbii və fərdi görünən bu suallarına cəsarət və ruh yüksəkliyi ilə cavab verən dəlillərin olduğunu göstərmək istəyirəm. Onlar sevgi və hörmətin ahəngindən istifadə edərək Çıxılmaz dövrənin hərəkətini dayandıra bilərlər. Biz qadının hər şübhəsinin bir çox hallarda onun ərində əks olunduğunu görəcəyik.
Biz başlamazdan öncə ərlər və arvadlar bir vacib məsələni həll etməlidirlər. Biz Çıxılmaz dövrəni dayandırmaq barədə düşündüyümüz zaman növbəti sualla qarşılaşırıq: «Onu dayandırmaq üçün ilk addımı kim atacaq». Əgər siz qadınsınızsa, onda belə deməyin: «Emerson haqlıdır. Mənə sənin sevgin lazımdır. Ona görə də sən mənə sevgi göstərməyə başla, sonra mən sənə hörmət edəcəyəm». Siz belə etməklə heç bir şeyə nail ola bilməzsiniz. Çünki siz artıq belə danışmaqla ərinizə hörmətsizlik nümayiş etdirirsiniz və bununla da onu sevgi göstərməməyə məcbur edirsiniz. Siz ərinizin həm sevgiyə, həm də hörmətə görə məsuliyyət daşımasını istəyirsiniz. O, yenidən susacaq və yenidən heç nəyə inanmayacaq.
Digər tərəfədən siz də bir ər kimi belə deməyin: «Emerson haqlıdır. Əgər sən bir ər kimi mənə hörmət göstərsən, hər şey yaxşı olacaq və mən də səni sevəcəyəm». Siz də bununla heç bir şey əldə etməyəcəksiniz. Çünki artıq bu cür münasibət sevgisizlik nümayiş etdirir və bu da hörmətsizliklə müşayiət olunacaq. Siz də nikahınızdakı hörmət və sevgi məsuliyyətini arvadınızın üstünə atırsınız. O da susacaq və sonda ümidini itirəcək.
Beləliklə, birinci addımı kim atmalıdır? Bizim keçirdiyimiz ailə konfranslarında söyləyirəm ki, mən bu barədə Allaha dua edirdim və bir gün O, mənə belə cavab verdi: «
Əlbəttə, sevgi və hörmət nümayiş etdirən ər və arvadlar, qarşı tərəfin bu təşəbbüsə mənfi münasibət göstərəcəyindən qorxurlar. Buna görə də insan qarşı tərəfin birinci addım atacağını ehtimal edərək həlledici anı uzatmağa çalışır. Belə vəziyyətdə uğur qazana bilərsinizmi? Əgər siz sevgi və ya hörmət göstərməyi təxirə salsanız, Çıxılmaz dövrənin ağlasığmaz sürətlə fırlanmasına imkan yaradacaq və onu dayandırmaq üçün malik olduğunuz yetkin davranışlardan və bacarıqlardan uzaqlaşacaqsınız.
Bu vəziyyətə kənardan baxmağa çalışın. Kişi boş-boşuna qışqıra bilər: «Bu qadın mənə hörmət göstərməyənə qədər mən onu sevməyəcəyəm!» Qadın düşünmədən qışqırır: «Bu insan məni sevməyənə qədər ona hörmət göstərə bilmərəm!» Bəlkə də, yetkin insan rolunu öz üzərinə götürərək ilk addım atmaq çətindir. Bunu yalnız güclü insan bacara bilər. Belə insan nadir hallarda uduza bilər. Bu barədə düşün. Siz birinci addım atdığınız zaman həyat yoladşınızın buna müsbət cavab verəcəyini bilirsiniz. Sizə əziz olan insanın ən vacib ehtiyacını ödəməyə hazır olduğunuzu göstərdiyiniz zaman, mütləq yaxşı şeylər baş verəcək. Siz öz həyat yoldaşınızın ən vacib ehtiyacını ödəməklə onu hərəkətə gətirmiş olacaqsınız. (Bunun üçün A əlavəsinə baxın).
Altıncı və yeddinci fəsillərdə olduğu kimi, biz bu fəsildə də Çıxılmaz dövrəni dayandırmaq istəyən, lakin ilk addım atmaqdan qorxan kişi və qadınlar üçün vacib olan üç əsas sahəyə nəzər salacağıq. Birinci çətinlik haqqında biz öz konfranslarımızda tez-tez eşidirik. Qadınlar şərtsiz hörmət göstərdikləri zaman ərlərinin onlarla alçaldıcı rəftar etməsindən qorxurlar.
Mən qadınları şərtsiz hörmət göstərməyə çağırdığım zaman, onlar bəzən mənim quzu cildində qurd olduğumu və onları kənizlik həyatına dəvət etdiyimi düşünürlər. Mən belə qadınlardan səbirli olmağı xahiş edirəm. Mən qadınların öz ərləri tərəfindən alçaldılıb, təhqir olunmasına deyil,
Mən ərlərə hörmət barəsində danışdığım zaman, qadınları iradəsiz və aciz olmağa dəvət etmirəm. Mən sizin ümumiyyətlə düşünməməyinizi, öz lider xüsusiyyətlərinizi göstərməmənizi, hətta ərinizin fikirlərinin əksinə olsa belə öz fikrinizi bildirməmənizi nəzərdə tutmuram. Mən kişilərin qadınlarla müqayisədə daha üstün olduğunu da nəzərdə tutmuram. Mən sizin incikliklərinizə və zəifliklərinizə biganə yanaşmaq istəmirəm.
Lakin mənim bütün əminliklərimə baxmayaraq, bəzi qadınlar münaqişə zamanı hörmət göstərməyin onları gücsüz insan vəziyyətinə salacağından qorxurlar. Belə qadınlar, ərlərinin öz səhvlərini dərk etmədikcə sevən kişilərə çevriləcəyinə inanmırlar. Qadınların fikrincə, kişinin öz səhvlərini başa düşməyin yeganə yolu, onlara bütün səhvlərini görməkdə kömək edən arvadlarının tənqidlərinə və deyinmələrinə qulaq asmaqdır. Bir qadın etiraf edərək deyir: «Ərim başqa insanlarla telefonda danışdığı zaman, onun səhvlərini tutmaq üçün bu danışıqlara qulaq asırdım».
Həddindən artıq öz ərinin qayğısına qalan bir qadın yazır: «Biz analara, sanki öyrədən bir mexanizm yerləşdirilib. Buna görə də həmişə ərimi öyrətməyə və tərbiyələndirməyə çalışmışam. Ana vəzifəsi ilə arvad vəzifəsi arasındakı fərqi ayırmaq çox çətin idi. Məsələn, uşaq dünyaya gəldiyi zaman, atalar nə etmək lazım olduğunu bilmir və biz onları öyrətməyə başlayırıq. Vaxt keçdikcə biz artıq hər sahədə onları öyrətməyə çalışırıq». Əslində qadınlar uşaq kimi kişinin qayğısına qalıb onları tərbiyələndirməyin yaxşı nəticələr verməyəcəyini instinktiv olaraq dərk edirlər. Bəs, onlar nə etməlidir?
Əgər qadın belə davranmaqla qələbə qazana bilirsə, onda o, ərini dəyişdirib öz istədiyi kimi insan olmağa məcbur edəcək. O, mənfi tənqiddən istifadə etməyə davam edəcək, çünki tənqid ona güc verir. O, bu şəkildə lazım olan hər sözü söyləyə biləcəyini düşünür. Belə qadın bilir ki, əgər əri ilə mülayim davransa, əri onu eşitməyəcək və saya salmayacaq. Qadın öz hörmətsiz davranışı ilə ərinin diqqətini özünə çəkir və sanki, həmişə təkrarlanan eyni münaqişələrdə qələbə çalır. Bu münaqişələr onun gecikməsi, çox işləməsi, uşaqlarla az vaxt keçirməsi, daş ürəkli olması və s. məsələlərlə bağlıdır. Lakin bütün bu problemlərin kökündə başqa bir şey dayanır. Bütün problemlər sevgi və hörmətin çatışmamazlığından yaranır. (Həyat yoldaşınıza yanaşmanızı qiymətləndirmək istəyirsinizsə B Əlavəsinə baxın).
Con Qotmanın dediyi kimi, «əsas məqsəd — mənfi sözlər dövrəsini dağıtmaqdan ibarətdir»[11]. Bir qadın belə yazır: «Bir çox insanlar məni çox xoşbəxt, sevinc dolu, xoş əhval-ruhiyyəli bir qadın kimi tanıyırlar. Lakin bağlı qapılar arxasında mənimlə nəsə baş verirdi. Mən ən əhəmiyyətsiz problemlərə görə qışqıra bilərdim».
Təəssüflər olsun ki, mənfi davranışlardan güc almağa çalışan bu qadınlar, Çıxılmaz dövrəni dağıtmağın lazım olduğunu heç dərk də etmirlər. O, öz tənqidləri ilə ərini daha böyük sevgi göstərməyə ruhlandırmadığını hiss etdiyi üçün, çox vaxt münaqişə və mübahisələrdən sonra üzr istəməli olur. Əri onu bağışlaya bilir, çünki arvadının onu sevdiyini və indi özünü pis hiss etdiyini bilir. Lakin növbəti ayda (və ya həftədə) Çıxılmaz dövrənin yenidən fırlanmağa başladığını və arvadının eyni şeyləri yenidən təkrarladığını gördüyü zaman, ər hörmətsizlik və hətta gizli nifrət hiss etməyə başlayır. O çaşqınlıq içərisində olsa da, arvadından ona hörmət edib-etmədiyini soruşmur. Çünki, mənfi cavab alacağından qorxur. Bu cür gözlənti onu çox qorxutduğu üçün, belə suallardan qaçmağa çalışır. Nəticədə isə, qadın qəzəbini ifadə etmək üçün hörmətsizlik nümayiş etdirməyə vərdiş edir və həmişə onu dəyişməyə çağırır. Lakin zaman keçdikcə onların münasibətləri cansızlaşmağa, ölməyə başlayır. O döyüşü qazansa da, qəlbinin dərinliklərində uduzduğunu çox yaxşı dərk edir.
Tutaq ki, qadın bizim sevgi və hörmətə həsr etdiyimiz konfransda iştirak etdi və ərinə şərtsiz hörmət göstərəcəyi zaman necə böyük dəyişikliklərin baş verə biləcəyini öyrəndi. O, qarşıda ümid şüaları görür, lakin «risk etməyə» qorxur. Bu təlimi ilk dəfə eşitdikdən sonra özünü belə hiss edən qadınlarla çox rastlaşmışam. Bir qadın mənə belə yazır: «Bu üsulu münasibətlərimizin yaxşılaşması üçün istifadə etmək istəyirəm. Lakin bu, çox risklidir, çünki ərimin buna necə münasibət göstərəcəyini bilmirəm. Mən yalnız Allahın əlindən yapışmışam və yalnız Ona güvənirəm».
Bu dəyərli qadına və ona bənzəyən bütün qadınlara demək istəyirəm ki, sizi arzuladığınız məqsədə çatdıran yol da məhz – riskdir! Əgər qadın ərinin ona xoş hisslər bəslədiyinə inana bilsə (hətta bəzən sevginin təzahürünü görməsə belə), növbəti şəhadətlərdə söyləndiyi kimi öz nikahını yaxşılaşdıra bilər.
Bir qadın, iyirmi iki il nikahda olduğunu və yalnız indi sevgi və hörmət əlaqəsini dərk etdiyini söyləyir. O, bizə yazır:
Mən ərimə iki məktub yazaraq, orada ona nə üçün hörmət etdiymi bildirdim. Onun mənə qarşı münasibətdə necə yumşaldığını görmək çox təəccübəndirici idi. Ərimin mənə sevgi göstərməsi və sevgi dilində mənimlə danışması üçün illərlə dua etmişəm. Lakin mən onun başa düşəcəyi hörmət dilində danışmağa başladığım zaman, illərlə ondan gözlədiyim sevgini aldım.
Əri ilə birlikdə bizim sevgi və hörmət konfransımızda iştirak edən bir qadın belə yazır:
Bir neçə gün ərzində ərimdə baş verən dəyişikliklərdən heyrətə gəlmişəm. Sizi bir az məlumatlandırmaq istəyirəm. Keçən yanvar ayında bizim aramızda çox böyük münaqişə baş vermişdi və may ayında yenidən təkrarlanmışdı. Bu zaman o, artıq mənimlə necə rəftar edəcəyini bilmədiyini və gələcəkdə mənimlə bir yerdə yaşayacağına əmin olmadığını söylədi. Və beləliklə də Çıxılmaz dövrə fırlanmağa başladı! Biz sürət yığaraq nikahımızın ölməsinə doğru qaçmağa başladıq.
Siz konfrans zamanı deyirdiniz ki, kişilər hörməti itirmək hissini çox dərin yaşadıqlarından, özlərini nə üçün pis hiss etdiklərini söyləməyə və izah etməyə gücləri qalmır. Bu, mənə çox toxundu. Kişilər öz emosiyalarını ifadə etməyi bacarmadıqları üçün, onun həqiqətən çox böyük əzab çəkdiyini düşünürəm. Onu incitdiyimi bəzən mənə söyləsə də, hansı düyməyə basdığımı anlamırdım. Nəticədə isə, onunla bir dil tapmaq üçün göstərdiyim səylərin çox hissəsi boşa çıxırdı.
Beləliklə, Yeni il ərəfəsində, onun səhər yeməyi çantasına təbrik açıqcası qoydum. Kədərli heç bir şey yazmamışdım. Sadəcə, «tez-tez təbəssümümə səbəb olduğunu» və «ona hörmət etmək üçün bir çox xüsusiyyətlərə malik olduğunu» yazdım. Mən Milad və Yeni il Bayramına görə onu təbrik etdim və minnətdar oldum. Səhəri gün o, öz stulundan qalxaraq mənim üçün stul gətirdi! Keçən şənbə günü məni film izləməyə apardı. Film başlamazdan əvvəl xeyli söhbət etdik. Növbəti həftə məni musiqi dinləməyə dəvət etdi. Ümumiyyətlə, o, çox səmimi və ünsiyyətcil insana çevrilib...
Bütün problemlərimizin möcüzəli yolla həll edildiyini söyləsəm, yalan demiş olaram. Lakin indi, bir həftə öncə aramızda mövcud olmayan körpü yaranıb. Mən hələ onun ağzından «sevirəm» sözünü eşitməmişəm. Lakin bu hissin onun qəlbində isindiyini bilirəm və Rəbbin köməyi ilə bu qığılcımı alovlandıra biləcəyimə ümid edirəm.
Aşağıda ərlərinə göstərdikləri hörmətin gücünə şahid olmuş daha üç qadının şərhini eşidəcəyik:
Allahdan gələn bu ənamı belə asanlıqla qəbul edəcəyimi təsəvvür etmirdim. Mən bütün ömrüm boyu Allaha iman etmişəm. Lakin bunları mənə öyrətməyiblər. Sizin təliminizdə nə qədər məna var! Əgər mən ərimə hörmət etsəm, o da məni sevəcək. Bəlkə də mənim sevdiyim kimi sevməyəcək, amma özünəməxsus, xüsusi sevəcək. Bu təlimdən xəbərdar olduğum üçün hər gün Allaha minnətdarlıq edirəm.
Həyatda mənim üçün çox əziz olan kişinin hörmətə olan ehtiyacından tamamilə xəbərsiz idim. Bu onun üçün sevgidən də üstün idi. İndi mən ona yalnız sevdiyimi deyil, onunla fəxr etdiyimi də söyləyirəm. Bu, onun çox xoşuna gəlir!
Çox yaxın bir rəfiqəm mənə zəng vurdu və bildirdi ki, Allah mənim hörmət barədə eşitməyimi istəyir. Biz ərimlə birlikdə bir çox ailə seminarlarında olmuşduq, bu barədə saysız-hesabsız kitablar oxumuşduq. Lakin sizin təliminizə bənzər heç bir təlim eşitməmişdik. Düşünürəm ki, burada ərimizi başa düşməyin və xoşbəxt nikahın sirləri gizlənmişdir. Sən Ona itaət etdiyin zaman Allahın gördüyü işlər heyrətamizdir.
Bu qadınlar hər şeyi başa düşmüşdülər. Onlar ərlərinin göndərdiyi mesajin şifrəsini açmışdılar. Arvadlarının qəzəbinə və nifrətinə qarşı kişilərin nə qədər zəif olduğunu bu qadınlar anlamışdılar. Lakin ən əsası, onlar öz çəhrayı eynəklərini və çəhrayı qulaq cihazlarını düzəltdikləri üçün, anlayırlar ki, arvad ərinə hörmət etdiyi zaman əri üçün ayaq silən əskiyə
Kişilərə gəlincə, onlar da öz mavi eynəklərini və mavi qulaq cihazlarını düzəldərək, öz məsuliyyətlərini yerinə yetirmək üçün sevgi və hörmət prinsipini mənimsəməlidirlər. Bunu təcrübədən keçirməyə hazır olan, lakin nədən başlayacağını bilməyən bir çox kişilərlə söhbət etmişəm. Biz bu problemlərə aşağıda nəzər çalacağıq.
Arvadlarının sonsuz tənqidlərindən və guya onları başa düşmədikləri üçün etdiyi şikayətlərdən yorulan bir çox kişilərə son illər ərzində çox məsləhətlər vermişəm. Onlar həqiqətən də bir çox şeyləri başa düşmədiklərini etiraf edirlər. Lakin arvadları onları daş dövründən qalmış mağara adamları adlandırdıqları zaman, həqiqətən özlərini çox alçalmış və təhqir olunmuş hiss edirlər. Onlar etiraf edirlər ki, əgər onların mağaraları həqiqətən mövcud olmuş olsaydı, çox böyük məmuniyyətlə gedib orada gizlənərdilər! Onlar Süleyman peyğəmbərin Məsəllərində yazılmış bu sözlərlə tamamilə razılaşırlar: «Davakar, deyingən arvadla yaşamaqdansa, çöllükdə yaşamaq yaxşıdır. Davakar arvadla bir evdə yaşamaqdansa damın bir küncündə yaşamaq yaxşıdır» (Məsəllər 21:9,19). Bir kişi öz fikirlərini çox dəqiq və aydın çatdıraraq belə deyib: «Mən demək olar ki, son iyirmi ilimi ailəmdə nə baş verdiyini düşünməklə keçirmişəm».
Mən bu kişiləri çox yaxşı başa düşürəm. Çünki mənim də son otuz il ərzində özümü belə hiss etdiyim anlar çox olub. Lakin bütün ərlərə söyləmək istəyirəm ki, onların arvadları bir qayda olaraq pis niyyətdə deyillər. Sadəcə olaraq sevgiyə çox ehtiyac duyduqları üçün çaşqınlıq içərisində tənqid və mübahisə edir, hörmətsizlik göstərirlər. Lakin vəziyyəti dəyişmək üçün özündə güc tapmağı bacaran ləyaqətli kişi, arvadının hörmətsiz və alçaldıcı hərəkətini gördüyü zaman buna düzgün münasibət göstərməyi öyrənməlidir. O, arvadının sevgisizlik şikayətinə və mənfi davranışına necə münasibət göstərməyi bilməlidir.
Yaxşı xəbər ondan ibarətdir ki, kişilər yalnız iki məsələyə diqqət yetirməlidir. Birincisi, kişi soruşmalıdır: «Arvadım mənim tərəfimdən sevgi hiss etmədiyi üçün özünü belə hörmətsiz aparır?» Əgər o, arvadının qəlbindəki: «Xahiş edirəm, məni sev!» fəryadının şifrəsini aça bilsə, hər şey yaxşı olacaq. Bu şifrəni aça bilmək üçün kişi özündən soruşmalıdır: «Arvadımın mənə qarşı hansı fikirləri var, o nə üçün özünü rədd olunmuş və hətta atılmış hiss edir?» Kişilər arvadlarının onlara göndərdiyi ismarıcı tamamilə və yaxud müəyyən hissəsini anlaya bilər. Lakin əsas məsələ ondan ibarətdir ki, kişilər arvadlarını başa düşməyə səy göstərməli və onun incidici sözlərinə qıcıqlanaraq cavab qaytarmamalıdırlar. Kişinin özünə verəcəyi ikinci sual: «İndi mənim söyləyəcəyim və ya edəcəyim şey sevgini, yoxsa sevgizisliyi nümayiş etdirəcək?»
Yaradılış Kitabının iyirmi doqquz və otuzuncu fəsillərində, biz Rahilə ilə Yaqubun nikahı haqqında oxuyuruq. Birincisi, onlar bir-birinı sevirdi. Yaqub ona görə yeddi il işləməyə hazır idi və bu illər ona «bir neçə gün kimi» görünürdü. Dayısı Lavan, Yaqubu aldadaraq Rahilənin bacısı Leanı ona ərə verdikdən sonra, Yaqub Rahilə ilə evlənə bilmək üçün
Mən bir ər kimi həmişə arvadımın nələr hiss etdiyini anlamağa çalışıram. Tutaq ki, Sara mənim özümü məyus hiss edəcəyim pis bir şey edib. Bəlkə də, onu sevmədiyimi düşünərək məni günahlandırır. Mən özümü müdafiə etməyə çalışaraq deyə bilərəm: «Ah, qadınlar! Sizi qətiyyən başa düşmək olmur!» Və yaxud da, Çıxılmaz dövrənin hər an fırlanmağa hazır olduğunu bilərək, Saranın əslində nə demək istədiyını anlamağa çalışıram. Mən ona lazımam və o da heç bir məqsədlə məni alçaltmağa çalışmır.
Həqiqətən mən incidiyimi hiss etdiyim zaman, öz təbiətimin əksinə davranaraq deyirəm: «Aha, mən başa düşdüm. Deməli, Sara onu əzizləməyimi istəyir». Bunun belə olduğuna tam əminəm, çünki mən ləyaqətli bir qadınla evlənmişəm. O, qəsdən və ya düşünərək belə hörmətsiz və pis davrana bilməz. O, sadəcə olaraq bununla, onun oksigen borusunun üstünə çıxaraq nəfəsini kəsdiyimi və mənim sevgimə əvvəlkindən daha çox əmin olmaq istədiyini demək istəyir.
Bir kişi, çətin yolla da olsa arvadının göndərdiyi ismarıcı anlamağı öyrənmişdi. O, öz təcrübəsini belə izah edir:
Şənbə günün axşamı qəzəb içində boşqabı arvadıma tərəf tulladım və boşqab onun üzünə dəyərək bir az zədələdi. O, polis çağırdı və onlar qoluma qandal vuraraq məni dustaqxanaya apardılar. Mənim iki yolum var idi. Ya istirahət günlərimi dustaqxanada keçirməli, ya da pul ödəyərək zaminə çıxmalı idim. Zaminə ödəmək üçün pulum yox idi. Dörd saat dəmir oturacaqların üstündə oturduqdan sonra ağlıma yeni fikirlər gəlməyə başladı. Mən düşünürdüm: «Mənim dustaqxanaya düşməyim ağlasığmazdır. Bu necə ola bilər?» Burada oxumağa kitab yox idi, heç bir yerə getmək olmurdu və yatmaq mümkün deyildi. Ona görə də iki gün dayanmadan kamerada o tərəf-bu tərəfə gəzişərək dua etməyə başladım. Bütün bu vaxt ərzində beynimdə yalnız bir ayə təkrarlanırdı: «Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevdib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin» (Efeslilərə 5:25).
Bu günlər ərzində Rəbb bütün mübahisə və münaqişələrimizi mənə xatırlatdıqca, hər dəfə arvadıma sevgisizlik nümayiş etdirdiyimi çox aydın dərk etdim. Sanki bir filmi dayandırmaq əvəzinə, onu hey fırladırdım və bu zaman Kimsə mənə deyirdi: «Görürsən, bax, burda sən ona yaxınlaşaraq onu sakitləşdirə bilərdin. Lakin sən yalnız haqlı olduğunu sübut etməklə məşğulsan».
Sanki bir an onun qəzəb dolu üzünü gördüm. O qışqırırdı, lakin nə dediyini bilmirdim. Xatırladığım mənzərələr səssiz idi, lakin getdikcə eşidə biləcəyim səslər yaranmağa başladı. Lakin indiki sözlər onun həmin vaxt qışqırıdğı sölzər kimi deyildi. Onun dediyi sözlərin əvəzinə mənim üçün vacib olan sözlər eşitməyə başladım: «İstəyirəm ki, sən məni SEVƏSƏN, nə üçün məni SEVMİRSƏN? MƏN qorxuram, mənim üçün çətindir, istəyirəm ki, məni bərk-bərk qucaqlayasan və SEVƏSƏN...»
Bu zaman hönkür-hönkür ağladım. Əvvəllər həmişə tamamilə öz istəklərimə və ehtiyaclarıma qərq olmuşdum. Özümə qarşı hörmət tələb edirdim, nəyin bahasına olursa-olsun haqlarımı tələb edirdim, bütün mübahisələri qazanmağa çalışırdım və bütün bunlar bizim münasibətlərimizə ağrılı zərbələr endirirdi. Mən sözlərə o qədər əhəmiyyət verirdim ki, onun qəlbini və ehtiyaclarını nəzərədən qaçırmışdım.
Allahın mənə göstərdiyi şeylər bunlar idi və buna görə də Allah, Məsih imanlılar cəmiyyətini sevdiyi kimi arvadlarımızı sevməyi əmr edir. Dustaqxana kamerasında başıma gələnləri kişilərlə bölüşdüyüm zaman onların simasının necə solduğunu gördüm. Hər şeyi səhf etdiyimi anladığım zaman mənim üzərimə gələn aydınlıq və nurun, onların da üzərinə gəldiyini gördüm. Bu əmr bizə LAZIMDIR. Lakin onun vacib olduğunu çox az adam dərk edir.
Hər halda, diqqətimi tamamilə cəmləyərək özümü kənardan görə bilmək üçün Allah məni iki günlük zindana atdı. Bu vaxt ərzində mən sınmış və emosiaonal olaraq yenidən bərpa olmuşdum. Çox böyük səbirsizliklə evə qayıdıb, Allahın mənə göstərdiyi şeyləri arvadımla bölüşmək istəyirdim! Mənim dustaqxanada keçirdiyim son gecə azadlıqda gəzdiyim vaxtdan daha çox azadlıq bəxş etdi. Mən Allahın mənimlə danışdığını bilirdim və ailə həyatımda ilk dəfə nələrsə etməyə hazır idim. Mən həm də, Rəbb izn verərsə, başqalarına da kömək etməyə hazıram.
Onlar bir-biri ilə barışsalar da, məhkəmə kişiyə psixoloq yardımı təyin etdi və o da sevinə-sevinə bu yardımlardan bəhrələndi. Bir ildən də çox bir müddət ərzində o, bu dəyişikliklərin həqiqiliyinə əmin oldu. Bundan sonra o, məbəd ağsaqqalının xeyir-duası ilə, başqa kişiləri nikahla bağlı məsələləri müzakirə etmək üçün dəvət etməyə başladı. İndi o, arvadı ilə birlikdə problemli ailə cütlükləri ilə görüşür. O, əlavə edərək yazır: «Əvvəllər arvadımı incitdiyim üçün həmişə peşmançılıq hissi keçirəcəyəm və o vaxtdan bəri nikahımızı dəyişdirdiyi üçün bütün ömrüm boyu Rəbbə minnətdar olacağam».
Bu kişinin həyat tarixçəsini bir çox səbəbə görə bəyənirəm. Lakin onun arvadının bizə zəng vurub, ərinə şərtsiz hörmət göstərmək barədə daha çox biliyə sahib olmaq istəməsini lap çox bəyənirəm. O, öz elektron məktubunda bu münaqişə barədə heç bir söz yazmamışdı. O, yalnız bunları yazır:
Mən əminəm ki, bir həyat yoldaşı kimi ən vacib məsuliyyətim olan hörmət barədə daha çox öyrənməliyəm. Mənim ərim Müqəddəs Kitabdan dərslər keçir və əlbəttə, ən çox kişinin öz arvadını necə sevməsindən və öz ailəsini necə idarə etməsindən danışır. Onun uğurlu nikahın digər müxtəlif sahələri ilə bağlı, xüsusilə də arvadlar və onlara hörmətlə bağlı bir çox mövzuları var. Qadınların ərlərinə tabe olmasından çox danışılır. Lakin ərlərə hörmət barədə heç bir kəlmə danışılmır. Biz ərimlə çox pis yola getmişik (Allahsız), lakin indi öz münasibətlərimiz vasitəsilə Onu həyatımızda izzətləndirmək və yüksəltmək üçün çağırılmışıq.
Bu qadının məktubunda ərinin onun üzünə boşqab atması və ərinin dustaqxanaya düşməsi barədə heç bir kəlmə yoxdur. Onun ərinin Müqəddəs Kitabdan hansı dərsləri keçməsi mənə maraqlı gəldiyi üçün onlarla əlaqə yaratdım və nə etdiyini və bunu nə üçün etdiyini soruşdum. Bu zaman o, arvadına qarşı etdiyi həmin təhqiramiz hadisə, dustaqxanada olduğu iki gün ərzində Allahın onunla necə danışması barədə hər şeyi mənimlə bölüşdü. Necə bir qadın! Necə bir kişi! Ərində baş verən dəyişikliklər, arvadı da öz vəzifəsini yerinə yetirməyə məcbur etmişdi. İndi onlar digər ailələrə də kömək edə bilmək üçün bir yerdə xidmət edirlər.
Ər bunu başa düşə bilərmi? Əgər ciddi münaqişə zamanı ər arvadını sakitləşdirərək, onu həqiqətən sevdiyini söyləsə, bütün söz-söhbətə baxmayaraq, o, ona səhv ismarıc göndərməyəcək və hər şey öz yoluna düşəcək. Bir kişi nəhayət ki, arvadının ismarıclarını anlamağı necə öyrəndiyini bizə yazaraq deyir:
Həmin gecə arvadımın sözləri və sizin öyrətdiyiniz şeylər barədə çox düşündüm. Mənə müdrüklük verməsi üçün Allaha dua etdim. Ağrı demək olar ki, sakitləşmişdi (bu, bizdə tez-tez təkrar olunurdu), lakin bu dəfə hər şey başqa cür idi. Mən əvvəllər heç vaxt hiss etmədiyim sülh və dinclik hiss edirdim. Sanki Müqəddəs Ruh deyirdi: «Sakitləş, tələsmə, rahat ol». Belə də etdim. Həmin gecə yaxşı yatmadım və səhərə qədər düşündüm. Həmin gün arvadımın nə demək istədiyini anladım. O, mənimlə nikahında yaşadığı ağrını ifadə etmək istəyirdi...
Onun sözlərinin arxasında nəyin dayandığını anlamaq üçün mənə bir gecə lazım oldu. Onun sözləri hörmətsizliyin və ya sevgisizliyin təzahürü deyildi. Onun demək istədiyi şey daha dərin idi və mən bunu anlamağa başladım. Mən onun sözlərinin arxasında nəyin dayandığını və öz sözləri ilə nəyi ifadə etməyə çalışdığını başa düşməyə başladığımı arvadımla bölüşməyə başladım. Bizim söhbətimiz bir saat davam etdi və sonda onun dizlərimin üstündə oturub məni qucaqlayaraq hönkür-hönkür ağlaması ilə bitdi. Bu, emosioanal cəhətdən kədərdən azad olmaq idi. Bu, kədərli və ağrılı vaxt olsa da, bizə ŞƏFA gətirdi. O, ilk dəfə idi ki, bunu edirdi. O, ilk dəfə mənim onu başa düşdüyümü hiss etdi.
Öz nikahında qələbə qazanmaq üçün bu kişi nə etdi? Sadəcə sakitləşdi. O, müdrüklük üçün dua etdi. O rahatlaşdı və öz eynəyini düzəltdi. İndi o, yalnız mavi rəngləri deyil, çəhrayı rəngləri də görməyə başladı və arvadının ağrısını aşkara çıxartdı. İkinci fəsildə öyrəndiyimiz kimi, ismarıcların şifrəsini aça bilmək üçün qadınların çəhrayı eynək və qulaq cihazı, kişilərin isə mavi eynək və qulaq cihazı daşıdığını bilirik. Əgər onların hər ikisi həqiqəti görməyə cəhd göstərsələr, onda bir-birini çox yaxşı anlaya bilərlər. Bir kişi belə yazır:
Arvadımın ismarıclarını anlaya bilmədiyimi Müqəddəs Ruh mənə açmağa başlayıb. Mən hər şeyə öz baxışlarımla, öz eynəyimin arxasından baxırdım və ondan başqa heç bir şey görmürdüm. Mən heç bir şeyə «onun gözləri» ilə baxa bilmirdim.
Əgər bizim görmək üçün gözlərimiz və eşitmək üçün qulaqlarımız olsa, onda Çıxılmaz dövrənin sürətini azaltmaq və dayandırmaq mümkündür.
FƏSİL 6.
ARVAD İKİÜZLÜ OLMAQ İSTƏMİR, KİŞİ HÖRMƏT ÇATIŞMAMAZLIĞINDAN ŞİKAYƏT EDİR
Onun əri ilə birlikdə yaşadığı otuz səkkiz illik ailə həyatı uğursuz idi. Onun əri ABŞ-ın Veytnamdakı dəniz kəşfiyyatında xidmət etmiş və oradan travma sonrası pozuntularla qayıtmışdı. Müharibədən qayıtdıqdan sonra çox gərgin və səylə işləməyə başlayaraq müharibənin dəhşətlərini unutmağa çalışırdı. O, həqiqətən də işində uğur qazanırdı. Məsihçi olduğu halda başqa qadınla sevgi məcarası yaşayır və sərxoşluq edərək sağlamlığına ziyan vururdu.
«O, get-gedə işləyə bilmədi və Rəbdən uzaqlaşdı – deyə onun arvadı yazır. — Uzun illər arvadların ərlərinə hörmət etməsi barədə Allahın əmrinə sadiq olmuşam. Əgər Allah belə buyurubsa, deməli, bu həqiqətdir. Lakin mən artıq ikiüzlü kimi davranmaq istəmirəm...»
Belə vəziyyətdə olan qadınlar çoxdur. Onlar ərlərinə itaətli olub, onlarla hörmətlə davranmaq istəyirlər. Lakin zəhmətlərinin bəhrəsini görmədikcə ikiüzlü kimi davranmaq istəmirlər. Yumşaq, lakin ciddi şəkildə sualınıza cavab verərək demək istəyirəm ki, hətta onlar bu hörməti «hiss» etməsələr belə, kişilərə hörmət göstərmək ikiüzlülük deyil. Axı, söhbət hisslərimizdən deyil, bizdən gedir. Söhbət bir qadın kimi Müqəddəs Yazılara əməl etməklə Çıxılmaz dövrəni idarə etməyi öyrənməkdən gedir. Həvari Peter Allahın Kəlamına itaətsiz olan ərləri qazana bilmək üçün, qadınları hörmətli və ismətli davranmağa çağırır (1 Peter 3:1,2). Qadınlar sərxoşluq edən, başqa qadınlarla gəzib-dolaşan və s. pis işlərlə məşğul olan ərlərinə ağıl öyrətməklə, tənqid etməklə, danlamaqla həqiqətən qalib gələ bilərlər. Lakin sonda bu müharibəni uduzacaqlar.
Əgər kişi kobuddursa və ya arvadına qarşı diqqətli deyilsə, onda qadın sevilmədiyini və ərinin dəyişilməyə ehtiyacı olduğunu düşünəcək. Qadın ərinin dəyişilməyə ehtiyacı olduğunu söyləyir və mən bununla tamamilə razıyam. Tamamilə aydındır ki, kişi arvadının sevgiyə olan ehtiyacını və bir qadın kimi təlabatlarını anlamağı bacarmalıdır. Əgər arvadı ruhdan düşərsə, o, bir ləyaqətli kişi kimi onun ehtiyaclarına cavab verməlidir. Lakin əsas problem də elə burasındadır: kişilər bu cür davranmaq üçün çağırışı eşidirlər, lakin onların çox az hissəsi bu çağırışa cavab verirlər. Bu zaman qadın seçim qarşısında qalır. Ya o, özü dəyişilməyə qərar verərək, Müqəddəs Yazılarda deyildiyi kimi, ərinə hörmət etməlidir, ya da kobud və hörmətsiz davranaraq, turşumuş üzlə gəzməyə davam etməlidir. O, hələ də ərindən hörmətə layiq davranış tələb edərək, bunun əsas problem olduğunu düşünə bilər. Əri onun hisslərinə diqqətsiz olduğu üçün, o, ərinə qarşı hörmət hiss etmir. Və belə vəziyyətdə ərinə hörmət göstərmək ona ikiüzlülük kimi görünür.
Onunla pis rəftar edən ərinə hörmət göstərməyin nə üçün ikiüzlülük hesab olunduğunu başa düşürəm. Lakin əri ilə hörmətsiz davranmağa davam etmək qadını hər iki dayaqdan məhrum edir. Öz qəzəbini və nifrətini qəlbində gizlətməyi bacaran qadınlar çox azdır. Çox vaxt mənfi emosiya və hisslər onlara qalib gəlir. Onların qəlbinin ən böyük arzusu sevgidir, lakin bu sevgi mənfi dumanın içərisində gizlənib. Bu zaman kişilər həm arvadlarının sevgiyə olan ehtiyaclarını ödəyə bilməyəcəklərini, həm də bir şəxsiyyət kimi onlara hörmət edilmədiyini görürlər.
Adətən, kişilər bu hissləri ifadə edə bilmirlər. Lakin arvadının sevgiyə olan ehtiyacını ödəməkdə məsuliyyət daşıdığını və özünün hörmətə olan ehtiyacını ödəmək üçün səy göstərməli olduğunu anlayır.
Bu cür insan belə şərtlərdə özünə qapanmağa başlayır. O, bu hədsiz gərginliyə dözə bilmir. Arvadı tərəfindən hörmət görməyən ər, öz hisslərini ifadə edə bilərmi? Yox. Bir qayda olaraq o, şikayət etmir və ağlamır. O, sadəcə dişlərini qıcayaraq öz hisslərini boğur. O, daxilən məhv olsa da, arvadına bu barədə heç bir söz demir. Çünki arvadının: «Sən hörmətə layiq deyilsən» münasibətindən qorxur. Buna görə də susur. Özünə qapanır və bəlkə də, qəzəb və hirsdən boğularaq susmağa çalışır. Qadın döyüşü qazansa da, nəticədə özünü daha da sevilməyən hiss etməyə başlayır.
Belə vəziyyətdə qadın özünü tələdə hiss edir. O, əri tərəfindən heç bir sevgi görmədiyi üçün, ona hörmət göstərmək ikiüzlülük kimi görünür. Bundan əlavə, qadına elə gəlir ki, əgər belə vəziyyətdə ərinə hörmət etməyə başlasa, əri daha da «quduracaq» və hər şeyi öz bildiyi kimi etməyə davam edəcək. Bir dəfə bir qadından soruşdum: «Ərinə göstərdiyin hörmətin nəticəsi olaraq, onun bundan rahatlanıb bir daha heç dəyişməyəcəyindən qorxursunuz?» O, cavab verərək dedi:
«Mənə elə gəlir ki, problem də məhz bundadır. Əgər mən hisslərimə (və yaxud ərimə təsir etmək üçün qəzəbin ən effektli üsul olduğuna inandığım keçmiş təcrübəmə) etibar etsəm, həyatda heç bir şeyi dəyişdirə bilməyəcəyimdən qorxuram. Əgər bütün davranışlarımın təməli olaraq Allahın Kəlamını bəyan edərək imanla addım atsam, onda Onun öz vədlərini yerinə yetirəcəyinə etibar edəcəyəm. Bunda yanılmaq mümkün deyil! Onun yollarının ağlagəlməzliyindən və qeyri-adiliyindən asılı olmayaraq, mən Rəbbə etibar etmək yolunu seçdim».
Amin! Bu qadın hər şeyi anladı! Allahın Kəlamına itaət etmək qadını köməksiz və ya ikiüzlü etmir. Əksinə, onu Allahın sevdiyi və hörmət etdiyi əsl qadına çevirir.
Bu cür yanaşma hər bir çətin vəziyyətdə keçərlidir. Bu fəslin əvvəlində məktubundan nümunə gətirdiyim qadın, ikiüzlü görünmək qorxusunu bir kənara qoyaraq, ərinə hörmət göstərməyə cəhd göstərirdi. Onun məktubunun davamı belədir:
İndi ərimə həqiqətən hörmət göstərmək yollarını mənə bildirməsi üçün Rəbbə dua edirəm. Onun mənə qarşı münasibətinin dəyişdiyini çox aydın görürüəm. Mən ona şərtsiz hörmət göstərməyə davam etdikcə, həyatımızda bir çox yaxşı şeylərin baş verəcəyinə inanıram. Rəbb sonda bizi müsbət nəticələrlə təmin edəcək. Mən sadəcə olaraq ona itaətli olmalıyam və O da, məni narahat edən hər şeyə Özü nəzarət edəcək.
Elədir ki, var. Biz kimisə və ya nəyisə dəyişmək üçün çağırılmamışıq. Biz sadəcə olaraq Allaha etibar etməliyik və O, hər şeyi öz yoluna qoyacaq. Mən bunun çox asan və zəhmətsiz olduğunu demək istəmirəm. Bunun üçün böyük iman, güc və cəsarət lazımdır. Lakin bütün bu zəhmətlər möcüzəli şəkildə öz bəhrəsini verəcək. Bizim sevgi və hörmət barədə vəsaitimizi oxuyan və buna əmin olan bir qadın belə yazır:
Kişinin özünü hörmətdən məhrum hiss etməsi çox dəhşətlidir. Mən hisslərimdən asılı olmayaraq ərimə şərtsiz hörmət göstərməli olduğumu anladım. Mənim hisslərim qarşı durub üsyan qaldırdığı zaman belə, mən ona hörmət göstərməyə başladım. Bir müddətdən sonra, xüsusilə də indi, onun münasibətinin dəyişdiyini hiss etdim. Ərim özünü eynilə sizin dediyiniz kimi aparırdı. Keçən bazar günü qonşumuzu qonaq çağırmışdıq və yeməyi hazırlamağı o, öz boynuna götürdü. Bu bazar günü mənim maşınımı yudu (əvvəllər o, bunu heç vaxt etməmişdi). O, öz maaşından beş yüz manat ayıraraq mənə xərclik verdi və xərcləmək üçün heç bir məhdudiyyət qoymadı. Bu həftə ərzində iki dəfə mətbəxə gələrək qabları yudu. İki kiçik övladımıza baxdığına, öz böyük zəhməti ilə mənim evdə qalmağıma şərait yaratdığına görə, həftədə bir dəfə onun iş yerinə minnətdarlıq məktubları göndərməyə başladım. O, işdən qayıdana qədər həmişə evi səliqəyə salmağa və şam yeməyi hazırlamağa çalışıram. O, işdən qayıtdığı zaman onu səliqəsiz ev paltarında qarşılamamaq üçün özümə diqqət yetirirəm. Həmişə cazibədar görünür və xoş əhval-ruhiyyədə oluram.
.
Allaha sevginin və hörmətin nəticəsi olaraq, Onun Sözünə etibar və itaət etməyimiz bizi heç zaman ikiüzlü etmir! Səhərlər saat zəng çaldığı zaman istəməsək də yataqdan qalxırıq. İstəmədiyimiz şeyi etməyə məcbur olmaq məgər bizi ikiüzlü edir? Xeyr, çünki bizim davranışımız məsuliyyətimizin nəticəsidir. Hörmət hiss etmədiyimiz zaman hörmətlə davranmaq ikiüzlülüyün deyil, yetkinliyin nişanəsidir.
Arvadının ikiüzlü kimi görünmək qorxusundan ona hörmət göstərmədiyini hiss edən kişilərə demək istəyirəm ki, təslim olmayın! Özünüzə qapılmayın, ətrafınızda daş divarlar tikərək reallıqdan qaçmayın. Əksinə, arvadınız öz sözləri ilə sizə ölümcül zərbələr endirsə belə, ona yaxınlaşmaq üçün özünüzdə hünər tapın. Döyüş zamanı digər kişilərdən aldığınız zərbələrə hünərlə dözüdyünüz kimi, arvadınızın zərbələrinə də dözməyə hazır olun. Bu sizi öldürməz (hətta bəzən ölüm bundan daha asan görünür).
Siz yetgin insan olmalı və hətta arvadınız sizi yaralasa belə, ilk addımı atmağı bacarmalısınız. Siz Çıxılmaz dövrəni dayandırmaq üçün, onun öldürücü sözlərini qəbul edərək ona yaxınlaşırsınız. Hə, bu, çox çətin və hətta alçaldıcı qərardır. Lakin belə etməklə siz arvadınızın ürəyini fəth edəcəksiniz! Müqəddəs Yazı deyir: «Səfeh dərhal qəzəbini üzə verər, uzaqgörən şərəfsizliyin üstünü örtər» (Süleymanın məsəllər i12:16).
Mənim öz nikahımda da Saranın davranışına nə üçün belə reaksiya verdiyimi anlamadığım vaxtlar olurdu. Şərtsiz hörmət barədə təlim qəlbimdə formalaşdığı zaman birbaşa Saranın üzünə: «Sən mənə hörmət etmirsən» demək, mənim üçün çətin idi. Bu cür bəyanat mənə xudbincəsinə görünürdü və etiraf edim ki, Saranın buna necə münasibət göstərəcəyinə əmin deyildim. Birdən o, mənim hörmətə layiq olmadığımı söyləsə? Düzdür, o, heç vaxt mənə belə bir söz deməmişdi, lakin buna baxmayaraq, hörmətə olan ehtiyacımı ifadə etməyə çox ehtiyat edirdim. Öz ismarıcımı dolayı yolla və şifrələnmiş formada göndərmək mənim üçün daha asan idi. Yəni, ya qəzəblənir, ya da susaraq özümə qapanırdım. Mən qəzəb içərisində düşünürdüm: «O, mənimlə belə davrana bilməz. Mən ona göstərəcəm!»
Beləliklə də, mən açıq söhbət etməyə qərar verə bilmirdim. Göründüyü kimi, şifrələnmiş ismarıc işə yaramırdı. Həmin vaxt bunu başa düşmürdüm. Lakin hörmətə ehtiyac duyduğum üçün, arvadıma sevgi göstərməməklə onu hörmət etməyə məcbur etmək istəyirdim. Mənim bu cür davranışımı, insana ehtiyatlı olmağı öyrədib, lakin onun gözünə çöp salmaqla müqayisə etmək olardı.
Lakin vaxt keçdikcə, daha səmimi və açıq olmağın vacibliyini dərk etdim. Bəs, Saranın məni düzgün başa düşməsi üçün nə etməliydim? Özümü çox ləyaqətli insan hesab etdiyim üçün, ən birinci özüm dəyişilməyə başlamalıydım. Ona görə də mən ona yaxınlaşaraq dedim: «Əzizim, mən sənin davranışında özümə qarşı hörmət hiss etmədim. Necə fikirləşirsən, mən indi sənə sevgi nümayiş etdirmirəm?» (nə demək və ya deməmək barədə əlavə ideyaları A əlavəsində görə bilərsiniz).
Mən belə demədim: «Sara, sən özünü çox hörmətsiz aparırsan və sanki, əqrəb kimi məni sancmağa cəhd göstərirən!» Şəxsiyyətə hücum heç vaxt münasibətləri yoluna qoya bilməz. «Sənin davranışında hörmət hiss etmədim» kəlməsi şəxsiyyətə hücum deyil. Mən sadəcə olaraq nə hiss etdiyimi söylədim. Mənim yeni yanaşma üsulum, Saranı günahkar, özümü isə haqlı çıxarmamaqla öz hisslərimi ifadə etmək imkanı yaratdı. Mən Saraya belə deyə bilərdim: «Mən demirəm ki, hisslərim məni aldatmır. Həm də bu hisslərin sənin üzündən baş qaldırdığını demək istəmirəm. Mən sadəcə nə hiss etdiyimi söyləyirəm». Mən həmçinin bu hisslərin günahlı olduğunu hesab etmirəm və Saranın da günahsız mələk olduğunu demək istəmirəm.
«Əzizim, mən hörmət hiss etmədim» — ifadəsini müxtəlif vəziyyətlərdə istifadə etmək olar. Bəzən Saranın etdiyi və dediyi sözlərdəki hörmətsizliyi görməmək üçün, özümü yetkin insan kimi aparmalıyam. Digər tərəfdən Sara da, ərə getdiyi insana daha müsbət gözlə baxmağı bacarmalıdır.
Lakin mənim söhbətimdəki ən vacib ifadə: «Məgər mən indi sənə sevgi nümayiş etdirmirəm?» Bu sözlər Saranı düşünməyə vadar edirdi və çox vaxt həmin vəziyyət xoş sonluqla bitirdi.
Əvvəllər həmişə Saranı müdafiə olunmağa məcbur edirdim. Dəfələrlə Sara özünü qorumağa cəhd göstərərək deyirdi: «Hər şeydə günahkar mənəm. Bütün problemlərin səbəbkarı mənəm. Sən isə həmişə düzsən. Sən heç vaxt səhv etmirsən».
Mənim yeni yanaşma üsulum Saraya düşünmək və dərindən nəfəs almaq üçün imkan yaratdı. Mən həmişə düz olduğumu və heç səhv etmədiyimi demək istəmirdim. Mən öz səhvimi etiraf edirdim və mənim bu etirafım onun üçün bir udum hava kimi idi. Sara mənim bu yeni yanaşma üsulumu bəyəndiyini çox tez anladı. Bəlkə də bu iki cümlə bizə çox qəribə və ağılsızcasına görünəcək. Siz bu cümlələri birinci və ya ikinci dəfə istifadə etdiyiniz zaman özünüzü bəlkə də müəyyən mənada alçalmış hiss edəcəksiniz. Lakin münaqişə zamanı ən dərin problemi aşkara çıxarıb həll etmək istəyən cütlüklərə bu üsul çox kömək edəcək. Ağlasığmaz sürətlə fırlanan Çıxılmaz dövrənin işini dayandırmaq istəyən cütlüklər üçün bu üsul qələbəni daha da yaxınlaşdıracaq. Bizim vəziyyətimizdə bu, işə yaradı.
Əlbəttə, Sara deyə bilərdi: «Hə, mən sevgi hiss etmədim, çünki sən məni sevmirsən və mənim hörmətimə layiq deyilsən». Lakin çox vaxt belə olmur. Sevgi və hörmətin bu sadə ifadəsinin gücü ondan ibarətdir ki, ər və arvad öz ehtiyacını çox yaxşı hiss edə bilir. Adətən, bu suallardan sonra nə baş verir? Sara deyir:
— Hə, mən indi sənin sözlərində sevgi hiss etmədim. Sənə hörmətsizlik etdiyim üçün məni bağışla. Məni bağışlayırsan?
Mən cavab verirəm:
— Əlbəttə. Sənə sevgi göstərmədiyim üçün sən də məni bağışla.
O cavab verir:
— Əlbəttə.
Və hər şey, bax, belə asan və tez yolla həllini tapır.
Lakin nəzərə alın ki, istənilən an biz də bir-birimizlə çox pis rəftar edə bilərik. Tərslik edib bir-birimizi küsdürə bilərik. Bir-birimizlə danışarkən səsimizin tonunu qaldıra bilərik! Ona tərs-tərs baxa bilərəm. Mən susub, söhbəti dayandıra bilərəm. Sara qapını çırparaq otaqdan çıxa bilər və s. Biz bir-birimizin hava borusunun üstünə çıxaraq nəfəsimizi kəsə bilərik.
Lakin nə olursa olsun, axşam düşənə qədər sevgi və hörmət ifadəsinin köməyinə qaçmağa qərar vermişik. Əgər mən hörmətsizlik hiss etmişəmsə, arvadıma söyləyirəm və sonra mənim davranışımda sevgisizlik görüb-görmədiyini ondan soruşuram. Əgər o, mənim davranışımda sevgisizlik görübsə, mənə söyləyir və mənə hörmətsizlik edib-etmədiyini soruşur. Müqəddəs Kitab bizə öyrədir: «Qəzəblənərkən günah işlətməyin. Günəş batmazdan əvvəl qəzəbinizi soyudun...» (Efeslilərə 4:26). Bu əmr həmişə yaxşı işləyir.
Həlimləşərək bu iki cümləni səmimi qəlbdən söyləyə bilmək üçün özünüzü məcbur etməlisiniz. Çünki siz bu yolla problemi açıq və səmimi şəkildə müzakirə edə bilərsiniz. Əgər ailənizdə yaxşılığa doğru dəyişiklik istəmirsinizsə, onda siz belə söhbətlərə getməyəcəksiniz. Lakin mənim hörmətsizlik hissim barədə söhbət mənim kim olduğumla birbaşa əlaqədardır. Sevgi və hörmət çağırışı bu cür müzakirə aparmağa cəsarət verir. Mən Saradan sevgisizlik hiss etdiyini soruşduğum zaman, o, səmimi cavab verməyi daha üstün tutur. Bu, işə yarayır.
Yetkin kişilər kimi, biz təşəbbüsü öz əlimizə almalı və bütün problemləri masanın üstünə qoymalıyıq. Biz öz hisslərimizi və hörmətə olan ehtiyacımızı etiraf etməliyik. Lakin eyni zamanda arvadlarımızın hisslərini və onların sevgiyə olan ehtiyacını da etiraf etməliyik! Əslində nə baş verdiyini anlamaq üçün bu çox ədalətli və təmkinli yanaşmadır. Bu cür müzakirələrdən və problemin həllindən qaçmaq (və yaxud hər şeyi qışqırıqla həll etmək) heç bir şeyi dəyişməyəcək və şəfa gətirməyəcək. Bir qadın bizə yazaraq deyir:
Biz «təhlükəli» vəziyyətləri qaynar mübahisələrsiz və inciklik olmadan müzakirə etməyi öyrəndik. BU, ağlasığmaz idi! Biz bir-birimizə: «Hə, bütün bu illər ərzində mən özümü belə hiss etmişəm!» sözlərini ifadə etdikdən sonra bu, mümkün oldu. Beləliklə, biz bu yeni mərhələni birlikdə oxumaqla başladıq. Bu, mənim xoşuma gəlir. Nikahımda böyük dəyişikliklər görürəm. Bizə iztirab verən əsas problemləri gördüyümüz zaman sanki, üzərimizdən ağır bir yük götürüldü və bu, söhbətlərimiz zamanı bizim simamızda əks olunmağa başladı.
Əlbəttə, bunun üçün cəsarət lazımdır. Bir kişi mənə yazaraq deyir:
Arvadımın mənə qarşı nifrətini və qəzəbini görürdüm və çox vaxt nə etmək lazım olduğunu bilmirdim... Mən onun çox şey istəmədiyini anlayırdım. Lakin bu mövzuda onunla necə söhbət etməyi, nədən başlamağı və bildiklərimi necə təcrübədən keçirməyi bilmirdim. Mən şikayətlərdən yorulmuşdum və hər şeyin dava-dalaşla nəticələnəcəyini bildiyim üçün çox vaxt onunla hər cür söhbətdən qaçırdım. O, mənim unsiyyət qura bilməmək bacarığımı sevgisizlik və ya ona qarşı ədalətsiz davranış kimi qiymətləndirirdi. Bunun mənim üçün niyə bu qədər çətin olduğunu anlamırdım.
Bir kişi bu barədə belə yazır:
Bizim bütün mübahisələrimiz onun emosionsal partlayışları və mənim emosiyasızlığım ucbatından baş verirdi. Mən öz arvadımı sevirəm və ona qarşı dərin hisslər bəslədiyimi düşünürəm. Lakin hisslərimin məni idarə etməsinə izn verməməyə çalışıram. Mən sevginin hisslərlə deyil, əməllərlə ifadə olunduğuna əminəm... Arvadımın emosionallığı mənim xoşuma gəlir və Onu izzətləndirək deyə Rəbbin bizi sevgi və hörmət üçün birləşdirdiyini bilirəm. Lakin arvadım öz emosiyalarını idarə etməyi bacarmadığını bəhanə gətirərək davranışlarına bəraət qazandırdığı zaman mən razılaşmıram. Mən onu günahlandırmaq istəmirəm, əksinə, onun bu problemin öhdəsindən gəlməsini istərdim.
Hər iki kişiyə bunları demək istərdim: «Cənablar, əlbəttə, siz Allah tərəfindən nifrət üçün yaradılmamısınız, lakin O, sizi zərbələrə ləyaqətlə dözməyə çağırır». Nikahla bağlı məsələlərdə geniş araşdırmalar aparan Con Qotman, bu qənaətə gəlmişdir ki, yalnız arvadının qəzəbinə qalib gəlməyi bacaran hər bir kişi müsbət nəticələr əldə edə bilər. O, nikahının uğurlu olmasını istəyən hər bir kişiyə, problemlərdən
Mən qardaşlarım olan kişilərə belə bir məsləhət vermək istəyirəm: «Arvadlarınızdan qaçmayın. Əksinə onlara yaxınlaşın, qoyun, onlar da sizə yaxınlaşsın və yaxınlaşdıqları zaman öz kiçik zəhərli oxlarını sizə atsınlar. Əgər siz zərbəyə dözməyə hazırsınızsa, bu ağılsızlığın qarşısını ala biləcəksiniz. O buxarını buraxdıqdan sonra məhəbbətlə belə deyə bilərsiniz: “Əzizim, mən səni çox sevirəm. Belə mübahisələrin bir daha baş verməsini heç istəmirəm. Sən sevgi hiss etmədiyin üçün belə davrandığını başa düşürəm. Gəl, bu problemi həll edək. Mən sənə daha çox sevgi göstərmək istəyirəm və sənin də mənə daha çox hörmət edəcəyinə ümid edirəm». (Digər nümunələri A, B, C əlavələrində tapa bilərsiniz).
Hətta arvadı tərəfindən nikahlarına vurulan öldürücü zərbəyə baxmayaraq, bu cur problemləri arvadı ilə həll etməyə çalışan bir kişinin heyrətamiz tarixçəsini sizinlə bölüşmək istəyirəm. Bu elektron məktubu yazan da elə həmin kişinin arvadıdır. Onlar əri ilə birlikdə bizim konfransa gəlmək üçün doqquz yüz altmış km yol qət etmişdilər. Həmin vaxt onların nikahı çox nazik bir ipdən asılı qalmışdı. Onlar bu konfransı çox bəyənmişdilər. Lakin evə qayıtdıqdan sonra arvadı qəti olaraq boşanmağa qərarlı olduğunu bildirdi. O ailəsindən və ərindən yorulmuşdu. Lakin onun əri təslim olmurdu və qadın bu hadisənin qalan hissəsini məktubda yazaraq deyirdi:
Biz yenə də əvvəlki kimi bir yerdəyik. Çünki, son bir neçə ayda o, sizin konfransda dediyiniz «ərin sevgisi arvadın hörmətindən asılı olmamalıdır» prinsipinə əsasən hər şeyi dəqiqliklə yerinə yetirirdi. Sevmək mümkün olmadığı anlarda belə, o, məni sevdi. Tamamilə HEÇ BİR ŞEYDƏN yapışmaq mümkün olmadığı halda o, ailəmizdən və nikahımızdan yapışdı.
Keçən il oktyabr ayında onun bizi müvəqqəti tərk etməsini istədim. Mən tək qalmaq istəyirdim və mənə elə gəlirdi ki, daha onu sevmirəm. O istəməsə də, bizi bir neçə həftəlik tərk etdi... Boşandıqdan sonra mənim və qızlarımın həyatının kökündən dəyişəcəyini bilirdim. Biz təzə təmir etdiyimiz evi satmalı idik. Lakin bütün bunlara baxmayaraq, onun çıxıb getməsini istəyirdim! Həmin vaxtlar o, dua edir, nikah barədə kitablar oxuyur, audiokassetlərə qulaq asırdı və heç bir şeyə baxmayaraq məni sevməyə qərarlı idi.
Qızlar onun üçün çox darıxırdı və biz növbəti «xəbərdarlığa» qədər onun evə qayıtmasına qərar verdik. Beləliklə, o, hər axşam mənim əlimdən tutaraq bizim nikahımız üçün dua edir, mən isə mənasız şəkildə tavana baxaraq duanın bitməsini səbirlə gözləyirdim. O, hamamdakı güzgünün qarşısında və ya maşınımda kiçik açıqcalar və çiçəklər qoyurdu. O, məni sevdiyini və nikahımızı belə asanlıqla ölməyə qoymayacağını bildirmək üçün əlindən gələni edirdi.
Bütün bunlar məni çox qıcıqlandırırdı. Mən düşünürdüm: «Məgər o, mənim onu sevmədiyimi və daha onunla yaşamaq istəmədiyimi anlamır? O niyə bu qədər cəhd göstərir?» Mən ona qarşı heç bir şey hiss etmirdim. Mənim ehtiyaclarım ödənmədiyi üçün, bütün bunlara son vermək istəyirdim. Mən çox xudbincəsinə və uşaqcasına davranırdım...
İkimizin də anlamadığımız bəzi emosional problemlər yaşayırdım və bütün bunlara baxmayaraq, o, yanımda qalaraq, bu çətin vaxtda məni sevməyə davam edirdi. Mən hər şeyi danışmaq istəmirəm, qısası, nəhayət ki, təslim oldum. Sağlam düşüncəyə malik heç bir qadın bu qədər sevgidən və sədaqətdən imtina edə bilməz.
İndi mən öz ərimi çox sevirəm. Mən başa düşdüm ki, sevgi – hisslər deyil, düşünülmüş seçim və verdiyin qərara sadiqlikdir. Biz boşanma barədə mövcud statistikanı təstiqləyənlərdən biri olmadıq, çünki ərim mənim davranışlarımdan və ona olan münasibətimdən asılı olmayaraq, məni sevməyə qərar verdi. Arxaya baxdığım zaman, onun necə sevən və səbirli olduğunu (bu, həqiqətən asan deyildi), yalnız Məsihin qüdrəti ilə nikahımızı necə xilas etdiyini gördükcə həqiqətən həlimləşirəm. Qaranlıq tuneli sona qədər keçdiyimizi söyləyə bilmərəm, lakin çıxışa çox az məsafə qaldığına tam əminəm.
Bu məktuba yalnız «amin» sözü əlavə etmək olar. Vəziyyət tamamilə çıxılmaz görünsə belə, onun əri nə etmək lazım olduğunu anlamışdı. Nikahları üçün edilən dua zamanı arvadı tavana baxsa belə (burada yalnız ərinə hörmətsizlikdən deyil, həmçinin Allaha ehtiramsızlıqdan da danışmaq olar), o, mübarizə aparmağa davam etdi. Əsas odur ki, o, oyunu uddu, daha doğrusu, hər ikisi. O, Çıxılmaz dövrənin sürətli hərəkətini dayandırmaq üçün hər şeyi etməyə hazır olduğu üçün bu gün onlar bir yerdədirlər. Nəticədə, arvadı da ona göndərilən ismarıcları anladı və o da Çıxılmaz dövrəni dayandırmağa qərar verdi.
Nikahınızın nə qədər çıxılmaz və ümidsiz vəziyyətdə olmasından asılı olmayaraq, əgər hər ikiniz bütün qəlbinizlə bunu istəsəniz, Çıxılmaz dövrənin sürətli dövrəsini dayandıra bilərsiniz. Lakin təslim olmayan həmin ər kimi, siz də əlinizdən gələn hər şeyi etməlisiniz. «Lazım olan hər şey» dediyim zaman, mən «Məsihin qanununun» sərhədləri daxilində qələbə çalmağı nəzərdə tuturam. (1 Korinflilərə 9:21-ə bax). Məsihin qanunu daimi qurban və bağışlanmanı nəzərdə tutur: «Məhəbbət bir çox günahın üstünü örtər» (1 Peter 4:8; Matta 5:38–46). Məsihin qanunu həmçinin digər insanı «bir çox günahından» geri döndərməkdir. (Yaqub 5:20; Matta 18:15). Sevgi möhkəm olmalıdır. Nikahınıza hansı yanaşmanın düzgün olduğunu anlamaq üçün saleh və müdrük məsləhətçi axtarın.
Əlbəttə, lazım olan şeyi etmək üçün bəlkə də sizə, istəmədiyiniz yerə getmək lazım olacaq. Ailələrə məsləhət verdiyim zaman, konfrans və seminarlar zamanı çox acı çəkən, təhqir görən qadınlarla rastlaşmışam. Onlara elə gəlir ki, heç vaxt öz ərlərini bağışlaya bilməzlər. Həmçinin, əgər bağışlanmasalar, nə edəcəklərini bilməyən kişiləri görürəm. Onlar öz-özlərinə hər şeyi itirdiklərini söyləyirlər. Vaxt keçdikcə onlar düşünməyə başlayırlar: «Bu cür qadınla necə yaşamaq olar? Mənim həqiqətən bəxtim gətirmədi».
Gəlin, bu iki üsulun hər birinə növbəti yeddinci fəsildə nəzər salaq.
FƏSİL 7.
QADIN ƏRİNİ BAĞIŞLAYA BİLMİR, KİŞİ BARVADINI SEVMƏYİN MÜMKÜNSÜZ OLDUĞUNU HESAB EDİR
Bir çox qadınlar ərlərinin kobud və yersiz rəftarından o qədər əziliblər ki, yaxşılığa doğru bütün ümidlərini itiriblər. Belə qadın ərini dəfələrlə bağışlamağa cəhd göstərsə də, əri özünü daha da pis aparmağa davam edir. Belə qadın yalnız bütün narazılığını və tənqidlərini onun üzünə deməklə və tam hörmətsizlik göstərməklə bu şərtlərdə yaşaya bilər. O, böyük sevinclə Çıxılmaz dövrəni dayandırmaq istəyərdi, lakin əri heç gecikmədən ondan üzr istədiyi təqdirdə o, onu bağışlaya bilər! Lakin problem ondadır ki, çox az kişi üzr istəməyi bacarır, xüsusilə də arvadları onlara tam hörmətsizlik nümayiş etdirdikləri zaman. Beləliklə, Çıxılmaz dövrə ağlasığmaz sürətlə fırlanmağa başlayır.
Bağışlamaq mövzusunda saysız-hesabsız kitab mövcuddur və həmçinin, Müqəddəs Kitabda da bu mövzuda xeyli ayə var. İsa Məsih bağışlamağı öyrədirdi. Paul da. Peter günah edən qardaşını yeddi dəfə bağışlamaq barədə soruşduğu zaman İsa Məsih cavab verərərk dedi: «Sənə deyirəm: yeddi dəfə yox, yetmiş dəfə yeddi» (Matta 18:22). Başqa sözlə desək, saysız-hesabsız dəfə bağışlamaq lazımdır.
Paul növbəti ayəni yazdığı zaman İsa Məsihin sözlərini yəqin ki, çox yaxşı anlayırdı: «Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın» (Efeslilərə 4:32).
Mən onları sevməyən kişiləri bağışlamağı qadınlardan xahiş etməyin tamamilə ədalətsiz olduğunu düşünürəm. Lakin biz ədalətdən danışmırıq. Söhbət onun
Arvadının onun sevgisinə ehtiyac duyduğunu bilərək, arvadının hörmətsizliyini bağışlmaq istəməyən kişi düzgün edirmi? Xoşbəxtlikdən, kişi də arvadını bağışlamalıdır. Kişi də insan olduğu üçün, onun hörmətsizliyə münasibəti sevgisizliklə ifadə olunacaq. Sizin ona bir insan, bir şəxsiyyət kimi yanaşmanızı istədiyi üçün onu bağışlamamaq olarmı? O, kobud, laqeyd və ya hissiyatsız hərəkət edə bilər, lakin o, bununla sizə pislik etmək istəmir.
Bəzi qadınlar üçün mənim sözlərim qəribə səslənə bilər. Bütün yaşadıqlarınıza nəzər saldığınız zaman ərinizin sizə qəsdən ağrı verib incitdiyini bir az da olsa
Əlbəttə, ərinizin sevgisiz sözləri və davranışı sizi çox incidir. Lakin Paul deyir: «Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi, siz də bağışlayın» (Koloslulara 3:13). Bağışlamaq əmri sizə aid olduğu kimi, sizin ərinizə də aiddir. Lakin niyə də yetkinlik nümayiş etdirərək birinci addımı siz atmayasınız? Əriniz sevgi göstərmədiyi üçün onu bağışladığınız zaman, qəlbinizdə kinə və küskünlüyə yer vermirsiniz və əvəzində ona hörmətsizlik göstərmirsiniz. Bağışlayarkən siz güc və azadlıq əldə edirsiniz və qəribə də olsa, məhz siz həyatınızdakı Çıxılmaz dövrənin hərəkətini dayandırmağa nail olursunuz. Bir qadın yazır:
Mənim anam iki dəfə boşanmışdı və mən həmişə sərxoşluq edən, anamın və bacılarımın qətiyyən hörmət etmədiyi ögey ata ilə böyümüşdüm. Ailə qurduqdan sonra mən də ərimə hörmət etmirdim. Onun hörmətə ehtiyac duyduğunu anlamırdım. O, sevən və xeyirxah insandır. Lakin onun etdiyi bəzi şeylərı bağışlamaq mənim üçün çətin idi... Allahın insanın davranışlarına deyil, ürəyinə baxdığını anladığım zaman onu bağışlaya bildim. Onu bağışlamaq mənə azadlıq gətirdi.
İsa deyir: «Ondan təkrar soruşduqları zaman dikəlib onlara dedi: «Sizdən kim günahsızdırsa, qadına birinci daş atsın» (Yəhya 8:7). Ona sevgi göstərmədiyimə görə Saranın məni necə bağışladığını bilirsinizmi? Mənim yetkin arvadım Sara onun hörmətsizliyi ilə mənim sevgisizliyimin Allahın gözündə eyni olduğunu imanla qəbul etdi. Efeslilərə Məktubun beşinci fəslinin otuz üçüncü ayəsində də məhz bu barədə danışılır. Buna görə də o, mənə daş atmağı dayandırdı. O, məni çox ciddi şəkildə mühakimə etməyə ixtiyarım olmadığını anlatdı. Həmçinin onun bu addımı mənə çox böyük təsir göstərdi. O mənə hörmətsizlik etdiyi zaman ondan küsmürəm. Mən kiməm ki, öz qəzəbə olan meylimi, sevgisizliyimi və şəfqətsizliyimi görməyərək onu mühakimə edim? Biz öz şəxsi səhvlərimizi görməyə başladığımız zaman bağışlanma baş verir. Özümüz başqalarını incitdiyimiz halda necə onları bağışlamaya bilərik?
İsa Məsihin bağışlanma barədə sözləri çox sərt və ciddi səslənir: «Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək. Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən?» (Matta 7:1–3).
Əgər sən bir qadın olaraq ərini sevgisizlikdə mühakimə edirsənsə, onda özünə sual ver: «Mən də ona hörmətsizlik göstərməkdə günahkarammı?» Bizim sevgi və hörmət barədə bölüşdüklərimizi eşidən bir qadın məktubunda belə yazır:
Mənim problemim belədir... Mən həqiqətən, bütün qəlbimlə ərimə qarşı münasibətimi kökündən dəyişmək istəyirdim. Lakin o, başqa bir qadınla görüşdüyünü söyləyərək mənim bütün cəhdlərimin üstündən xətt çəkdi. Yer ayaqlarımın altından qaçdı. O, məni sevdiyinə əmin olmadığını, lakin hələ nə edəcəyinə qərar vermədiyini söylədi. Mən Allahın buyurduğu kimi davranmaq istəyirəm, lakin mənim vəziyyətimdə bunun nə qədər keçərli olduğunu bilmirəm. Xəyanət edən bir kişinin mənim cəhdlərimə necə cavab verəcəyini anlamağa çalışıram və belə bir vəziyyətdə çətin üsuldan istifadə etməyə qərar verə bilmirəm.
Bu cür dəhşətli vəziyyətdə olan qadına cavab yazaraq, sevgi və hörmət prinsiplərindən istifadə etməklə ərinin davranışlarında böyük dəyişikliklər görə biləcəyini bildirdim. Mən ona yazaraq dedim: «O, günahda yaşayır. O, Allaha və sizə qarşı günah işlədir. Buna heç kimin şübhəsi yoxdur. Lakin qadınlar məhz belə vəziyyətlərdə ərlərinə tabe olmalıdır. Bir neçə həftə əvvəl biz bir ailə ilə görüşmüşdük. Qadın məhz belə davranaraq ərini ailəsinə qaytara bilmişdi. Bu, baş verəcək və verir də. Bu cür nəticələrə görə əziyyət çəkməyə dəyər».
Bir neçə aydan sonra vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün bu qadına məktub yazdım. O mənə cavab yazaraq deyirdi:
Emerson, sizin mənə yazdıqlarınızı diqqətlə nəzərdən keçirdim. Rəbbin mənə söylədiyi şeyləri isə daha dərindən düşünməyə başladım. Mən aylarla duada diz çökərək yaranmış vəziyyətdən çıxmağa çalışdım...
Yaşanan bu çətinliklər zamanı qəlbimin necə dəyişdiyini izah etmək çətindir. Bağışlanması mümkün olmayan bir şeyi bağışlamağa gücüm çatdığını gördükdə bütün varlığımı heyrət bürümüşdü. Bu böyük mübarizənin içində Allahın mənə verdiyi dözümə və iradəyə təəccüblənirəm... Mən hər gün dua edir və ərimə hörmət göstərmək üçün heç olmasa onun BİR yaxşı xüsusiyyətini tapmaq ümidi ilə bütün düşüncəmi diqqətlə araşdırırdım. Mən ona nifrət edirdim. Onda heç bir yaxşı xüsusiyyət tapa bilməyəcəyimi düşünürdüm. Siz mənim diqqətimi bir şeyə cəlb etdiniz və mən nədən başlayacağımı anladım. Belə də etdim. Ərim həmin qadınla sevgi macərasının bitdiyini söylədiyi vaxtdan sonra biz ailə məsləhətxanasına yazıldıq...
Qəribədir, onu bağışlamaq üçün parça-parça olmuş qəlbimi bir yerə toplamağın mümkünsüz bir iş olduğunu düşünürdüm. Lakin Allah bu işi çox asanlaşdırdı və bizim hər ikimiz belə bir möcüzəyə layiq olmadığımızı düşünürük... Mənim ərim yenidən mənə vurulub və etdiyi şeylərə görə həqiqətən çox peşmandır. O roman çoxdan unudularaq tarixə çevrilib. Vəssalam. Heç vaxt lazımı qədər uğurlu olmayan nikahımızda düzəldiləsi şeylər çox olduğu üçün yenə də ailə məsləhətxanasına gedirik. İndiki vəziyyətimiz əvəlki yaxşı vaxtlarımızdan daha yaxşıdır. Lakin biz hələ uzun yol getməliyik. Allah bu ağrını keçmək üçün mənə kömək etdi və möcüzəli şəkildə şəfa verdi.
Bu, təsir edir. Mən onu ailəmizə qaytardım. Siz mənim bunu edə biləcəyimi söylədiyiniz zaman şübhə edirdim, lakin Allah ərimi mənim gözlədiyimdən də artıq dəyişdi və bu dəyişikliyin davam edəcəyinə inanıram. Mən də dəyişilmişəm. Nəhayət ki, özümdə həmişə görmək istədiyim qadını görə bilirəm.
Bu qadının məktubunda diqqət çəkən iki şey var. Birincisi, o, Allahın Kəlamına itaətli olduğu zaman Allahın onun qəlbinə qoyduğu bağışlama gücünə heyrətlənməsidir. O, ərini bağışlamaq üçün özünü buna məcbur etmədi. Sadəcə olaraq Allahın Sözünə itaət etdi və nəticədə bağışlanma onun qəlbinə axıb töküldü. İkincisi, o, «özündə həmişə görmək istədiyi qadını» görməyə başlamışdı. O anlamışdı ki, əgər onun öz gözündə tir varsa, deməli, birinci onu çıxarmağa cəhd göstərməlidir. Bağışlamaq – mühakimənin tərs tərəfidir. Mühakimədən asan və bağışlamaqdan çətin heç bir şey yoxdur. Lakin bağışlamanın gətirdiyi xeyir-duanı heç bir şeylə müqayisə etmək olmaz.
Əgər ona sevgi göstərməyən ərini bağışlamaq qadın üçün çətindirsə, onda onların ərləri yaranan problemi həll etmək bacarığında olmadıqlarını və evləndiyi bu qadını sevmək mümkün olmadığını düşünürlər. Bu cür fikirlər insanı çıxılmaz vəziyyətə salır. Bu vəziyyətə necə qalib gəlmək, belə qadını necə sevmək barədə aşağıdakı bölmədə öyrənəcəksiniz.
Basketbol komandalarının məşqçiləri təkrar həmlələrə və topun tora atılmasına çox diqqət yetirir. Məşhur oyunçular oyun meydanının hər iki tərəfində topun təkrar-təkrar torun içərisinə atılmasına cəhd göstəriblər. Onlar hədəfdən yan keçdikləri yerdə dayanaraq topu yenidən torun içərisinə atırlar. Bir çox hallarda məhz bundan sonra onlar hədəfə düşə bilir və vəziyyəti düzəldirlər. Hər bir məşqçı, təkrar zərbələrin komandanı yaxşı vəziyyətdə saxladığını söyləyə bilər.
Oxşarlıq aydındır. Sevgi və hörmət prinsipini anlayan və arvadından bağışlanma diləmək istəyən hər bir kişi, bəzi uğursuzluqların onu dayandırmasına izn verməməlidir. Bəlkə də, siz onun qəlbindəki fəryadın şifrəsini yenidən aça bilməmisiniz. Onun sizə qarşı olan kobud münasibətinə kobudluqla cavab verərək yenidən uduzmusunuz. Siz onun söz zərbələrindən yorulmusunuz və daş divarlar tikərək onun tənqidlərindən gizlənməyə cəhd göstərmisiniz.
Lakin qətiyyən təslim olmayın. Əgər hədəfə düşməmisinizsə, topu yenidən atın! Topu təkrar-təkrar atın. Siz qələbə çala bilərsiniz və bu, sizin cəhdlərinizin birinci, ikinci, üçüncü dəfəsində baş verə bilər. Hər dəfə siz unudaraq, yenidən sevgisizlik nümayiş etdirdiyiniz zaman, yenidən başlayın. Ona deyin: «Bağışla. Sənə sevgi göstərmədiyim üçün bağışla».
Bəlkə də indi bu sətirləri oxuyan kişilər belə düşünürlər: «Emerson, yaxşı danışırsan, amma sən bizim yaşadıqlarımızı yaşamamısan». İndi gəlin, mənim nələrdən keçdiyimə nəzər salaq. Bu qədər bildiyim halda, mən indi sevgi və hörmətin ən kamil nümunəsi olmalıydım. Mən beş ildən artıqdır ki, sevgi və hörmətin ahəngindən bəhs edirəm, lakin hələ də qəzəbləndiyim və özümə qapandığım vaxtlar olur. Mən də insanam və insanın bədəni onun nə qədər təcrübəli olmasından asılı olmayaraq zəifdir.
Mən də uzun illər heç bir kişinin rastlaşmadığı çətinliklərlə üzləşmişəm. Sevgi və hörmət seminarlarında çıxışlarıma baxmayaraq, Saranın məni tənqid etdiyi vaxtlarda mənim də hədsiz qəzəblənərək, daş divarlar tikib içində gizləndiyim vəziyyətlər olub. Belə vəziyyətlərdə o, evdə mənim ardımca gəzərək deyirdi: «Özünü sənin kimi aparan bir kişiyə nə məsləhət verərdin? Səncə, sənin kimi kişiyə arvadı ilə necə rəftar etməyi tapşırardın?»
Yox, ola bilməz! Planeti dayandırın, mən indi düşəcəm! Bu sözləri eşitmək necə də ağırdır! Hər şey necə də məntiqsiz və ədalətsizdir!
Lakin hansısa bir an sakitləşməli oluram. Mən özümə çəki-düzən verməli və özümü yetkin insan kimi aparmalıyam. Və bu zaman çətinliklə də olsa özümü: «
Mənə hörmətsiz yanaşılmasını və sonra da sevgi göstərmədiyim üçün üzr istəməyə məcbur edilməyimi xoşlamıram. Bu ədalətsizlikdir! Lakin öz şəxsi təcrübəmdən bilirəm ki, hətta mənim kimi ekspertlər də yenidən bərpa olmaq üçün uğursuzluqlarla qarşılaşırlar. Topu torun içinə atmaq üçün artıq gücün olmadığı halda, yenidən cəhd göstərməyin nə olduğunu yaxşı bilirəm. Mən dua edərək, öz şəxsi zəifliklərimin izahını axtardığım zaman Müqəddəs Kitabda kömək tapdım. Məlaki peyğəmbərin Kitabında yazılır: «Buna görə də özünüzü gözləyin. Qoy, heç kəs cavanlığında evləndiyi arvadına xəyanət etməsin» (Məlaki 2:15). Mən Süleymanın Məsəlləri Kitabında da çox böyük təsəlli tapmışam: «Saleh yeddi dəfə yıxılsa belə, yenə qalxar, şər insan büdrəsə, bəlaya düçar olar» (24:16). Bizim heç birimiz kamil deyilik. Sevgi və hörmət prinsiplərini mənimsəmək üçün kiçik addımlar atan kişi, yeddi və daha çox dəfə yıxıla bilər. Lakin onlar ilk addımlarını atmağa çalışan körpələrindən dərs götürməlidirlər. İlk addımlarını atarkən yıxılan heç bir körpə elə yerindəcə oturub qalmır. O qalxır, gedir, yenidən yıxılır, yenidən qalxır, gedir və yenə də dəfələrlə yıxılır. Nəhayət ki, o gəzmək bacarığına yiyələnir və bir daha yıxılmır.
Kişilər, sizlərdən bəziləriniz özünü keçmişin yükləri ilə yükləyir. Pis vərdişləri ata bilmirsiniz. Atalarınızın günahları sizin boynunuzdan asılıb (Cıxış 20:5). Siz büdrədiyiniz zaman belə, onun incidiyini söyləməklə göndərdiyi ismarıcının şifrəsini açmağa cəhd göstərmirsiniz. Siz hətta: «Məndən əl çək» deyərək, sanki heç bir şey olmamış kimi yaşamağa çalışırsınız.
Allah xeyirxah və mərhəmətlidir. Lakin əvvəlki vərdişlərimizdən qurtulmaq üçün ciddi-cəhdlə çalışmasaq, onlardan öz-özünə azad olmaq çətindir. Məhz belə anlarda Allah sizinlə danışaraq deyəcək: «Onun yanına qayıt. Sən onun ismarıcını aça bilmədin. Sən ona kişisayağı münasibət göstərdin. Yaranmış problemi həll etməyə çalışmadan ləyaqətli davrandığını düşünürsən? Lakin heç nə alınmayacaq. Sənin indi tutduğun mövqe Çıxılmaz dövrənin hərəkətini dayandırmayacaq. Mən istəyirəm ki, sən onun qəlbinin fəryadını eşidərək ona yaxınlaşasan. Qoy, o, bütün qəlbini boşaltsın. Onun qəzəbini və üsyanını qəbul et».
Əgər siz onun zərbələrini qəbul edərək hərəkət etməyə davam etsəniz, təxminən belə deyə bilərsiniz: «Əzizim, sənə sevgi göstərmədiyim üçün bağışla. Sən bu şəkildə mənə yaxınlaşdığın zaman, mən də hörmətsizlik hiss edirəm və əsəbiləşirəm. Lakin dəyişilməyə hazıram. Sən də mənə kömək et».
Qadın gözündən və zəhərli sözlərindən tökülən hörmətsizliklə ərinə yaxınlaşdığı zaman, hər bir kişi seçim qarşısında dayana bilər. O, zəhərli oxlar və daş divarlar vasitəsilə ona cavab verərək öz qürurunu qoruya və yaxud arvadına şərtsiz sevgi ilə cavab verərək onun qəlbinin fəryadını eşitməyə cəhd göstərə bilər.
Mən Allahın köməyi ilə həmişə ikinci üsulu seçməyə qərar vermişəm. Mən Saranın qəlbinin fəryadını eşitməyə və ona şərtsiz sevgi ilə cavab verməyə cəhd göstərirəm. İndi nikahımızın əvvəlkinə baxmış xeyli möhkəm və yaxşı olmasına baxmayaraq, mən bəzən hələ də sevginin lazımı səviyyəsinə çatmadığımı düşünürəm. Bu səviyyəyə çatmadığımı gördüyüm zamanlarda təkrar cəhd göstərməyə çalışıram. Sakitləşdikdən sonra (adətən, buna bir neçə dəqiqə lazım olur) ona deyirəm: «Bağışla. Sözlərimdə (davranışımda) sevgi nümayiş etdirmədiyimi bilirəm». Və əlbəttə ki, həmişə mənim dostum olan yarı hissəm, mənə hörmətsizlik nümayiş etdirdiyini söyləməklə o da məndən üzr istəyir. (Bu, onun mənim ardımca gəzərək, öz arvadına sevgi göstərməyi bacarmayan, özünü kobud və məntiqsiz aparan mənim kimi kişilərə nə məsləhət verəcəyimi tələb etməsindən daha yaxşıdır).
Mən ümid edirəm ki, digər fəsillərdə olduğu kimi, bu fəsildə də hər bir cütlük, sevgi və hörmət ahəngindən istifadə edərək Çıxılmaz dövrəni dayandırmaq üçün onlara cəsarət və ilham verən həqiqətlərdən istifadə edəcəklər. Qadınların kişilərə qarşı şərtsiz münasibəti bizim təlimimizidə yeni və çevriliş yaradan bir hissədir. Efeslilərə Məktub beşinci fəsil otuz üçüncü ayədə qısaca verilmiş kişilərə hörmət ayəsi həmişə əmr olub. Lakin hansısa səbəblərə görə məbəd bu mövzuya xüsusi diqqət ayırmayıb. Lakin indi bu sirrin üstü açılıb. Qadın ərinin ona qarşı pis niyyətdə olmadığına əmin olduğu və onun keçmiş günahlarını bağışladığı zaman, ərinə qarşı hörmətsizlik hissi də onu tərk edəcək. Hətta nəsə cüzi bir şey qalsa belə, qadının hörmətli davranışı nikahını yaxşılığa doğru dəyişdirmək üçün ona güc verəcək.
Kişilərin arvadlarını başa düşməyə və onlarla müsbət davranmağa qərar verdikləri zaman nə qədər böyük gücə malik olduqlarını görə bilməsi üçün, bu bir neçə fəsildə hər şeyi tərəziyə qoymağa çalışmışam. Onlar zəhərli söz yağışına tutulduqları zaman və Allahın buyurduğu kimi şərtsiz sevgi nümayiş etdirməyi bacarmadıqları anlarda belə düzgün qərar verməyi və müsbət rəftar etməyi bacarmalıdır. Hə, bütün problemlərin yükünü yalnız bir tərəf öz üzərinə götürdüyü zaman belə nikahın yaşaması və hətta uğurlu olması mümkündür. Lakin Allahın məqsədinə uyğun olan nikah «iki nəfərin bir bədən olmasıdır». Ər və arvad bir-birini sevib, hörmət etməyi öyrəndikləri zaman möcüzələr baş verməyə başlayacaq. Bu zaman uğursuz nikahlar çiçəklənməyə, darıxdırıcı ailə həyatı sevinclə dolmağa, uğurlu nikahlar daha da xoşbəxt olmağa başlayacaq.
Uğurlu nikahının üzərinə bir daha xoşbəxtlik gəldiyini söyləyən bir kişi bizə məktub yazmışdı. O, iyirmi üç il evli olduğunu və gözəl övladları olduğunu yazırdı. O, televiziya və radioda ailə proqramı aparırdı. Nəyinsə çatışmadığını və Allahın çətinlikdə olan cütlüklərə fərqli yolla yanaşmağı onun ürəyinə qoyduğunu arvadı ilə bölüşdü. O anladı ki, cəmiyyət kişi ilə qadın arasındakı real fərqi görə bilmir. Nəticədə isə, uşaqların təhsil və tərbiyəsi zamanı buna lazımi diqqət ayrılmadığından münasibətlərdəki balans yoxa çıxır. Onlar arvadı ilə birlikdə kişilərin əsas ehtiyacını (hörmət) və qadınların əsas ehtiyacını (sevgi) müzakirə etməyə başladılar. Bundan bir neçə gün sonra onlar radio vasitəsilə sevgi və hörmət ahəngi barədə eşitdilər! Onlar bizim vəsaitlərimizi sifariş etdilər və onu araşdırdıqdan sonra, Allahın onlar vasitəsilə böyük işlər görəcəyini anladılar. Sonra o, öz məktubunda yazaraq belə deyir:
Bir çoxları üçün bizim nikahımız mükəmməl hesab olunsa da (biz həqiqətən xoşbəxt idik), münasibətlərimizin bəzi sahələrində problemlər var idi. Biz 1–10 ballıq cədvəlin 5–6-cı səviyyəsində idik. Lakin həmişə hər ikimiz 9–10 ballıq səviyyədə olmağı arzulamışıq (heç olmasa hərdən). Sizin kitabınızı oxuduqdan sonra bir neçə günlük evdən uzağa getdik. Onu deyə bilərəm ki, Allah münasibətlərimizdə ağlagəlməz çevriliş etdi. Allah möcüzəli şəkildə qəlblərimizi yumşaltdı və biz sevgi və hörmət ahəngini başlıca dəyərə çevirdik. Əlbəttə, hamı bilir ki, düzgün və həqiqi prinsipləri vəz etmək, onunla təcrübi olaraq yaşamaqdan daha asandır. İndi arvadımla mən bir-birimizə daha yaxın olmuşuq və çətinlikdə olan ailə cütlüklərinə səmərəli xidmətimizi də məhz buna borcluyuq.
Biz uğursuz nikahındakı münasibətlərin xeyli yaxşılaşdığını görən insanlardan da xeyli məktub almışıq. Məsələn, üçüncü dəfə nikahda olan bir qadından məktub almışdım. Bu, onun indiki ərinin də üçüncü nikahı idi. Onlar sərxoşluqdan yenicə azad olmuşdular. Qadın yarımçıq ailədə böyümüşdü və lap kiçik yaşlarından kişilərə nifrətlə yanaşırdı. Üçüncü nikahında iki il yaşadıqdan sonra, bu münasibətləri davam etdirməyin mənasız olduğuna əmin idi. İki uğursuz cəhddən sonra, o, artıq heç bir şey etmək istəmirdi. Lakin ailə məsələləri üzrə çox bacarıqlı bir mütəxəssisin məsləhətindən sonra, üçüncü dəfə hər şeyi Allahın qaydalarına uyğun olaraq icra edəcəyinə qərar verdi. Üçüncü ərinin başına bədbəxt hadisə gəldiyi üçün iki il heç bir yerdə işləyə bilmədi. Beş yeniyetmə oğlanın olduğu bu ailənin maddi vəziyyəti çox gərgin idi. Onun ərinin özünə dəyərvermə qabiliyyəti və şəxsi ləyaqət hissi çox aşağı idi. Buna görə də o, ailənin məsuliyyətini öz üzərinə götürə bilmir və arvadına sevgi göstərməyi bacarmırdı. Qadın düşünürdü ki, əgər o, ərini daha çox sevsə, onda hər şey alınacaq. Bu da kömək etmədi. Onlar xüsusi videoproqramlar, kitablar və ailə məsələləri üzrə mətəxəssislərlə məsləhətləşməklə özlərinə kömək etməyə çalışırdılar. Lakin Çıxılmaz dövrənin hərəkətini dayandıra bilmirdilər. Koməksizlik və çarəsizlik hiss edən qadın çox vaxt gecələr hönkür-hönkür ağlayır və belə şərtlərlə necə davam edəcəyini təsəvvür belə edə bilmirdi. Məhz həmin vaxtlarda o, bizim qadınları öyrətmək üçün yazdığımız «Kişiləri Allahın iradəsini yerinə yetirməyə ruhlandırmaq» («Motivating Your Man God’s Way») adlı kitabımız barədə eşitdi. Sonra o, öz məktubunda belə yazır:
Sizin kitabınızı oxuduqdan sonra ərimdən üzr istəyərək, əvvəllər ona hörmət etmədiyimi, lakin bunu çox arzuladığımı bildirdim. Sonra arzumu təcrübədə reallaşdırmağa başladım. Təsəvvür edirsinizmi, hər şey alındı! Sizə necə minnətdar olacağımı bilmirəm. Nəhayət ki, mən hər şeyi anladım! Allahın əmrlərinə uyğun olaraq ərimə necə hörmət göstərməyi mənə bildirdiyiniz üçün sizə minnətdaram. Mən ona qarşı hörmətli ifadələr işlətməyə başladığım zamandan bəri hər şey (ən çox da onun mənə münasibəti və davranışı) kökündən dəyişilməyə başladı. Indi mənim qəlbim sülhlə və bu nigahın hər ikimizin sonuncu nigahı olduğuna və bütün həyatımız boyu Allahmızı izzətləndirəcəyimiz ümidilə doludur.
Sevgi və hörmət ahənginin onun valideynlərinin həyatında hansı dəyişikliklər etdiyini yazan bir qızın məktubu mənim daha çox xoşuma gəlir. Bu qızın anası öz ərinə qarşı hisslərini və sifətinin ifadəsini dəyişməyi Allahdan dilədiyini öz qızına bildirmişdi. Bu, həmişə işə yarayır (əgər o ağzını bağlı saxlaya bilsə!) Onların qızı bizə məktub yazaraq deyir:
Anam özünü belə aparmağa başladıqdan sonra, atam da öz keçmiş səhvlərini etiraf etməyə başlayıb. Anam onun düşüncə tərzində və davranışlarında böyük dəyişikliklər görür və bu da ona gələcək üçün ümidlər verir. Anam atamla ünsiyyət qurduğu zaman hörmətli ifadələrdən istifadə edir və bu da heç gecikmədən öz müsbət bəhrələrini verir. Bu, çox heyrətamizdir. Çünki, onlar heç vaxt bir-biri ilə sakit və qışqırıqsız söhbət edə bilmirdilər. Mənim anama və eyni zamanda mənimlə bacıma ümid verdiyiniz üçün sizə minnətdarıq.
Bu cür məktublar bizə sel kimi gəlir. Sevgi və hörmətin ahəngi Çıxılmaz dövrənin ailələrdəki və ölkədəki hərəkətini dayandırır. Ər və arvad bir-birinin ehtiyaclarını ödəməyə qərar verdikləri, ər öz arvadını sevgi ilə, arvad da öz ərini hörmətlə məmnun etdiyi zaman, Çıxılmaz dövrəni öz iradələrinə tabe etdirmək üçün çox böyük addım atmış olurlar. Mən əbədilik olaraq Çıxılmaz dövrədən azad olmaqdan danışmıram. Əgər mümkün olsaydı, bundan da çıxış yolunu sizə göstərərdim. Lakin belə bir yol mümkün deyil. Dünyada kamil insan olmadığı üçün biz bəzən Çıxılmaz dövrənin təsiri altına düşürük. Biz Sara ilə hələ də Çıxılmaz dövrəni tabe etdirmək üzərində işləyirik. Çünki biz də bəzən ilk baxışdan çox əhəmiyyətsiz və mənasız görünən şeylər üzərində bir-birimizə mənfi münasibət göstəririk. O, hər şeyə çəhrayı, mən isə mavi eynəklə baxıram. Mən hər şeyi mavi tonlarda, o isə çəhrayı tonlarda eşidir. Çıxılmaz dövrənin tamamilə ram edilməsi, münaqişəli vəziyyətlər üzərində idarəetməni tam ələ alaraq, onların güc və sürət almasına mane olmaqdır (Çıxılmaz dövrə üzərində idarəni A və B əlavələrində tapa bilərsiniz).
Sara ilə mən Çıxılmaz dövrənin yaxınlaşmasının əlamətlərini ayırd etmək bacarığına yiyələnmişik. Biz həmçinin o dəliçəsinə sürət aldığı zaman onun sürətini yavaşıtmağı və tamamilə dayandırmağı öyrənmişik. Bundan əlavə, Çıxılmaz dövrəni cilovda saxlayan sirli silaha malikik. Bu silah Energetik dövrə adlanır və çox sadə bir üsulla hərəkətə gətirilir. Bu üsul belədir:
ƏRİN SEVGİSİ ARVADI HÖRMƏTƏ RUHLANDIRIR, ARVADIN HÖRMƏTİ ƏRİ SEVMƏYƏ RUHLANDIRIR.
Bu kitabın ikinci hissəsində sizin nikahınızı Enenrgetik dövrəyə yönəldəcək onlarla ideyadan, üsullardan və məqsədlərdən bəhs edəcəyəm. Əgər siz bu qaydalardan istifadə etsəniz, onda Enenrgetik dövrədə qala biləcəksiniz!
İKİNCİ HİSSƏ.
ENERGETİK DÖVRƏ
Çıxılmaz dövrə istənilən an fırlanmağa hazır olduğu üçün, siz öz yarı hissənizlə birlikdə Enenrgetik dövrəyə daxil olmalı və onu heç vaxt tərk etməməlisiniz. Növbəti fəsillərdə sevgi və hörmət ahənginin nikahda tətbiq olunması barədə həqiqətlər verilmişdir. Həmçinin mən də, sevgi və hörmət ismarıcını gündəlik həyatda tətbiq etməkdə kişi və qadınlara yardım edə biləcək bəzi prinsiplərlə, üsullarla və sağlam düşüncə ilə bölüşəcəyəm. Biz sevgisini öz arvadına ifadə edə bilmək üçün kişilərə, hörmətini öz ərinə ifadə edə bilmək üçün qadınlara xüsusi kömək lazım olduğunu bu kitabın birinci hissəsindən öyrənmişik. Bu prinsiplərin mənimsənilməsini asanlaşdırmaq üçün kişilərə altı əsas üsuldan istifadə etməyi təklif edirəm. Bu sahələrə aid mövzulara xüsusi fəsillər ayrılmışdır. Bunlar yaxınlıq, səmimilik, anlayış, sülhpərvərlik, sadiqlik və hörmətdir. Kişilərin fəth etmək, ağalıq, nüfuz, uzaqgörənlik, münasibət, seksuallıq xüsusiyyətləri isə qadınların diqqətinə çatdırılır. Bu mövzular da ayrı-ayrı fəsillərdə müzakirə olunur.
Energetik dövrədə qala bilmək üçün daim işləmək lazımdır. Növbəti fəsillərdə kömək üçün Müqəddəs Kitaba və təcrübi fikirlərə müraciət edəcəyik. Bunlar uğurlu və möhkəm nikah qurmaqda bizə yardımçı olacaq.
FƏSİL 8.
AİLƏ HƏYATI – ARVADINA NECƏ SEVGİ GÖSTƏRMƏLİ
Cənablar, biz vaxtımızın müəyyən hissəsini Çıxılmaz dövrənin necə dayandırılmasının öyrənilməsinə sərf etdik. Növbəti fəsillərdə isə diqqətimizi Enenrgetik dövrəyə keçidə və daimi olaraq orada qalmağa cəlb edəcəyik. Enerji səviyyəsi fəal, müsbət və profilaktik səviyyədir. Əgər siz Energetik dövrədə qalsanız, Çıxılmaz dövrənin öz fəaliyyətini dayandıracaq.
Siz də insan olduğunuza görə Çıxılmaz dövrə bəzən sizi də cəlb edə bilər. Biz
Biz kişilərə aid olan altı sahəyə — yaxınlıq, səmimilik, başa düşülmə, sülhpərvərlik, sadiqlik və hörmət sahəsinə baxmazdan öncə, qadınlar üçün vacib olan əsas sahələrı araşdıracağıq. Qadınlar üçün nikahın əsas mənası bir olmaqdadır və məhz ərləri ilə münasibətin əsas açarını da məhz bunda görürlər. Qadınlar birlik istəyir.
Sizin münasibətlərinizi əks etdirən bir şəkil təsəvvür edin. Müxtəlif çətinliklərin və bədbəxtliklərin dağıdıcı təsirindən bu şəklin ortadan zədələndiyini və kənarlarının qopduğunu görürsünüz. Sizin arvadınız geriyə qayıdaraq qopmuş münasibətləri yapışdırmağı vacib bilir. O, sizinlə yaxınlığın bərpa olunmasını istəyir və sizə də məhz bu məqsədlə yaxınlaşacaq.
Ailələr ən kiçik məsələləri həll etməyə çalışdıqları zaman, məhz bu yerdə çətinliklə üzləşirlər. Qadınlar birlik əldə etmək məqsədilə kişilərə tərəf addım atırlar. Lakin kişilər, bir qayda olaraq qadınların vəziyyəti öz əllərinə almaq məqsədilə onlara yaxınlaşdığını düşünürlər. Əgər eyni söhbət iki kişi arasında baş versəydi, onda bu cür səs tonu və danışıq tərzi fitnəkarlıq kimi qəbul edilərdi. Ona görə də kişilər qadınların hücuma keçməyə hazır olduğunu düşünürlər.
Ən əhəmiyyətsiz və gərəksiz münaqişələrdə belə, kişilərin və qadınların münasibətlərdə ən çox nəyə ehtiyac duyduğunu görmək olar. Ehtiyaclarımız fərqli olduğuna görə bir-birimizə göndərdiyimiz ismarıclar səhv qəbul olunur ki, bu da müxtəlif vəziyyətlərdə özünü biruzə verir. Birinci hissədə biz artıq ismarıcların şifrəsini açmağın vacibliyi barədə danışdıq. Əgər siz xeyirxah arvadınızın qəzəbə kökləndiyini görürsünüzsə, əslində onun bir olmaq arzusu ilə fəryad etdiyini anlayın. Belə anlarda hissləriniz sizi aldadaraq, onun sizə tənqid və tam hörmətsizliklə yanaşdığını deyə bilər. Lakin arvadınızın sizə yaxınlıq arzusu ilə yaxınlaşdığını imanla qəbul edin. O, sizin sevginizi istəyir.
Məsləhət üçün yanıma gələn bir ailə də məhz mənim yuxarıda bəhs etdiyim çətinlikdən əziyyət çəkirdi. Arvadı ona birlik məqsədi ilə yaxınlaşdığı zaman, kişi onun sözlərindən boğulduğunu hiss edirdi. O, arvadının hökmrancasına münasibətindən və hörmətsiz davranışından özünü pis hiss edirdi. Mən bu kişiyə dedim:
— Cənab, sizin arvadınız birlik istədiyi üçün sizə yaxınlaşır.
— Yox, — deyə o, qarşı cıxdı, — o, məni idarə etmək istəyir.
Mən arvadına tərəf dönərək soruşdum:
— Siz ərinizi idarə etmək məqsədilə münasibətlərə aydınlıq gətirmək istəyirsiniz?
— Əlbəttə, yox, — deyərək qadın cavab verdi, — Mən məhz sizin söylədiyinizi istəyirəm. Mən onunla dil tapmaq istəyirəm.
Mən yenidən kişiyə tərəf çevrilərək soruşdum:
— Siz eşitdiniz?
O eşitmirdi və öz sözünün üstündə dayanaraq deyirdi:
— O, çox hökmlü qadındır.
Sonrakı görüşlərimizdə də, bu kişi arvadının basqa məqsədlə ona yaxınlaşdığı fikrini qəbul edə bilmədi. O, arvadının nə istədiyini və nə üçün belə davrandığını çox yaxşı bildiyinə əmin idi. O, arvadının ismarıcını almış, tərcumə etmiş və belə qənaətə gəlmişdi: «O, hökmlü qadındır». Əlbəttə, o, tamamilə səhv düşünürdü, lakin buna baxmayaraq həmin an arvadının ismarıcını şifrəsini düzgün açmaq istəmirdi.
Sonra belə alındı ki, bir neçə müddətdən sonra o, bizim sevgi və hörmət konfransımızda iştirak etdi. O, mənə məktub göndərərk yazırdı:
«İndi biz sevgi və hörmət içərisində yaşayan bir ailəyik. Biz bir-birimizə göndərdiyimiz ismarıcları düzgün anlaya bilmirdik. Biz nə hiss etdiyimizi bir-birimizə izah etməyə çalışdığımız zaman tamamilə səhv başa düşülürdük».
Bu ailə hər şeyi düzgün başa düşmüşdü, xüsusilə də kişi. O anlamışdı ki, arvadı münasibətləri aydınlaşdırmaq üçün hətta hörmətsiz, narazı, deyingən və yaxud tənqidi əhval-ruhiyyə ilə ona yaxınlaşsa belə, o, bu ismarıcın şifrəsini düzgün açmalıdır. Belə anlarda qadının qəlbi fəryad edərək deyir: «Mən sevgi istəyirəm!» Əgər belə anlarda kişi özünə qapanarsa, qadının onun qəlbinə nüfuz etmək cəhdləri daha kəskin olacaq. O, arvadının ona yaxınlaşmaq cəhdini onu divarın bir küncünə sıxışdırmaq kimi qəbul etdiyini anlamışdı. Lakin o, arvadının ismarıcını düzgün qəbul etməyi öyrəndiyi zaman Çıxılmaz dövrədən Energetik dövrəyə doğru irəliləyişi böyük uğurla həyata keçirmiş oldu (Energetik dövrənin şəklinə bax). Arvadı onu «pis oğlan» kimi danlamırdı. O, ərinin anası deyil, sevgilisi olmaq istəyirdi.
İnsan fırlandığı və ya olduğu vəziyyəti ani olaraq dəyişdiyi zaman başgicəllənmə və ürəkbulanma hissi yarana bilər. Bu hiss insan uçmağı öyrəndiyi zaman da yaranır. Çünki bu zaman hara ve necə uçduğunu görmədən bütün diqqətin idarəedici cihazlara yönəlir. Pilot cihazlara etibar etməlidir. Əgər o, diqqətini başgicəllənmə və fırlanma hisslərinə cəlb etsə, müvazinətini itirərək məhv olacaq.
Əgər təyyarədəki cihazlar onun başıaşağı oturduğunu göstərirsə, o, bunu hiss etməsə də onlara etibar etməlidir. O, öz hisslərindən asılı olmayaraq təyyarəni düzgün vəziyyətə qaytarmalıdır. Cihaz paneli hisslərin təsirinə düşmür və onu yan keçən buludlarla, dumanla, ətrafdakı digər təyyarələrlə aldatmaq olmaz. Qısası, cihazları aldatmaq olmaz və onlar yalan danışmır.
Qadın təbiətinin vacib sahələrinin sirlərini və onların birliyə can atmaq istəyini mənimsədikcə, növbəti altı fəsili sizin təyyarənizdəki cihaz paneli kimi qəbul etmənizi istəyirəm. Hisslərinizə, gözlərinizə və qulaqlarınıza vəziyyəti öz istədiyi kimi şərh etməyə izn verməyin. Mavi eynək və mavi qulaq cihazı taxdığınızı unutmayın. Onlar sizin baxdığınız və eşitdiyiniz hər şeyi mavi rəngə boyayacaq və arvadınızın sizə söyləmək istədiyi şeyləri sizin dərrakənizdə formalaşdıracaq.
Siz belə düşünə bilərsiniz: «Bəlkə də hansısa qadın öz əri ilə dil tapmağa cəhd göstərəcək, yalnız mənimki deyil. Mənim arvadım yalnız bir şey istəyir – məni idarə etmək».
Bu cür fikirləri bir kənara qoyun. Siz təyyarənizdəki cihaz panelinə etibar etməlisiniz və onlar sizə uğur qazandıracaq. Əgər siz bunu etsəniz, müvazinətinizi itirməyəcəksiniz, başınız gicəllənməyəcək. Çünki baş gicəllənmə və müvazinətini itirmə Çıxılmaz dövrəyə düşməyin əlamətidir. Bunun əvəzinə arvadınızı onun ehtiyac duyduğu enerji ilə təmin edin. Bizim təlimlərimiz Müqəddəs Kitab həqiqətlərinə əsaslanır və evli kişilər üçün nəzərdə tutulub. İlahi həqiqətlərə etibar edib tabe olduğun zaman səhv etmək mümkün deyil. Siz münaqişənin ən qızğın vaxtında belə öz səs tonunuz, sözləriniz və üzünüzün ifadəsi ilə arvadınıza sevgi göstərməyi öyrənəcəksiniz. Bu zaman siz onun buzlarının necə əridiyini görəcəksiniz. Əks halda siz də qəzəblənəcək və daş divarların arxasında gizlənərək ondan uzaqlaşacaqsınız. Əgər siz cihaz panelinə etibar etməyi öyrənsəniz, Energetik dövrənin necə böyük gücə malik olduğunu görəcəksiniz.
Birinci hissədə gördüyümüz kimi, münaqişə zamanı kişilər vəziyyətdən qaçmağa meyillidirlər. Ailədəki emosoinal gərginlik dənizi böyüdükcə kişilər sanki boğulduğunu hiss edirlər. Qadın isə öz növbəsində özünü çox təbii və rahat hiss edir. Lakin kişilər Müqəddəs Kitab həqiqətlərini və üsullarını tətbiq etməyi öyrənsələr, onların bu cür münaqişə dənizindən heç bir zədə almadan üzüb çıxacağına əminəm.
Bir kişi münaqişə zamanı arvadının onun kişilik ləyaqətini necə alçaltması barədə danışırdı. O, əsl kişi xarakterinə malik biri idi. O, münaqişələr zamanı daş divarlarların arxasında gizlənməyə meyilli idi. O, belə davrandığı zaman arvadının qəzəbi daha da alovlanırdı. Daxilindəki yaxşı və böyük gücü ifadə edərək onun köməyilə arvadının qəlbini fəth edə bilmək üçün ona başqa bir yanaşmadan istifadə etməyi təklif etdim. Sevildiyini görən hər bir qadın böyük məmnuniyyətlə bu gücə tabe olur.
Sonra o, mənim məsləhətimə əməl etdiyi zaman necə heyrətləndiyini mənə danışdı. Həmişə olduğu kimi, yenə də əhəmiyyətsiz bir məsələyə görə arvadı qəzəblə qışqırmağa və ona hücum etməyə başladı. O, arvadını dayandıraraq nəvazişli, lakin qəti şəkildə dedi: «Qulaq as, sən mənim kişilik ləyaqətimi alçaltmağa davam da edə bilərsən, mənimlə birlikdə çarpayıda oturub problemin həll olunması üçün dua da edə bilərsən».
Onun bütün qəzəbi və kini bir anın içində uçub getdi. O, qışqırığını dayandırdı, çarpayıya tərəf addımlayaraq oturdu, başını aşağı əyərək duada onunla birləşmək üçün əlini uzatdı. Əri gözlərinə inanmayaraq yerində donub qalmışdı. O, heç vaxt belə bir şey görməmişdi. Mən ona dedim: «Qulaq as, qadın sanki özünü idarə edə bilmirmiş və ya səni idarə edirmiş kimi görünə bilər. Lakin əslində o, səninlə sevgidə birləşmək istəyir. O, özünə qarşı əsl məhəbbət hiss etdiyi zaman, ani olaraq və çox böyük hörmətlə ərinin ruhu ilə birləşir. O, öz məqsədinə çatıb. Onun davranışlarının əsas məqsədi də məhz bu idi!»
Bu kişi mənim nə dediyimi yaxşı anlamışdı. O, mənim məsləhətimin onun təbiətinə zidd olduğunu etiraf etsə də, nəticəni gördüyü zaman bu üsulun etibarlı olduğuna inanmışdı. O, cihazlara etibar etməyi öyrənmişdi (Arvadına öz təlabatlarını bildirməyi və onun ehtiyaclarını başa düşməyin nümunələri C əlavəsində verilib).
Diqqətli olun, mən sizi cihazların göstəricilərinə etibar etməyə və arvadınızı sevməyi öyrənməyə çağırarkən sizi qadın olmağa dəvət etmirəm. Biz məbədlərdə, xüsusilə də müjdəçi məbədlərdə bu mənada çox kobud bir səhvə yol veririk. Biz kişilərə arvadı ilə eyni dalğaya köklənməyi məsləhət gördüyümüz halda, eyni zamanda qadınların da öz ərləri ilə eyni dalğaya köklənməli olduğunu unuduruq.
Kişilər qadına çevrilməməlidirlər (1 Korinflilərə 6:9). Mən kişiləri öz arvadlarını sevməyə çağırarkən onları çəhrayı rəngə boyanmağa dəvət etmirəm. Əksinə, mən onları şərəf və ləyaqət hissi daha yüksəkdə olan kişilər olmağa çağırıram. Bunun üçün isə siz öz mavi eynəklərinizi və qulaq cıhazlarınızı tənzimləməli və məhəbbətə bürünməlisiniz. Məsələ burasındadır ki, bir çox kişilər üçün qəzəblənmiş arvadına yaxınlaşaraq: «Məncə, düzgün hərəkət etmədim. Gəl, bu barədə danışaq» deməkdənsə, ləyaqət hissi ilə ölmək daha yaxşıdır. Mübahisənin ən qaynar vaxtında arvadına yaxınlaşaraq: «Bağışla, məni bağışlaya bilərsən?» demək üçün böyük cəsarət lazımdır. Bu yollardan keçdiyim üçün bunun nə demək olduğunu çox yaxşı bilirəm. Bu cür yanaşma tərzi xoşagələn görünməsə də səmərəsi çox böyükdür. Bu cür davranış bizim üçün heç vaxt təbii görünməsədə, vaxt keçdikcə daha asan ifadə olunacaq. Hətta bu vəziyyətdə belə bizim düzgün münasibətimiz arvadımızı tərkisilah edərək, onun qəzəbini söndürmək üçün bizi qüvvətlə təmin edəcək.
Lakin ən vacib məsələ budur ki, hər şeyi mavi göz və qulaq süzgəclərindən keçirməyə meyilli olan siz kişilər ki, çəhrayı rəngə bürünmüş arvadınıza onun arzuladığı kimi böyük sevgi və zərifliklə toxuna bilərsiniz. Bəzi qadınlar bu cür münasibətin qarşısında sadəcə əriyirlər. Bəziləri əhəmiyyətli dərəcədə yumşalırlar. Ən çətin halda onlar üzüyola olurlar və həyatınızda baş qaldıran problemi həll etmək üçün onlarla söhbət etmək asanlaşır. Bu zaman sizin ehtiyaclarınıza hörmətlə yanaşmasını ondan xahiş edə bilərsiniz və birlikdə Energetik dövrəyə daxil ola bilərsiniz.
Mən dua edirəm ki, bu prinsipləri öyrənərkən Müqəddəs Yazılar vasitəsilə əsl ərin necə olduğunu dərk edə bilmək üçün Allahın ürəyini görə biləsiniz. Müqəddəs Yazıları hərifbəhərif bilmək və onlarla ayəni əzbərləmək lazım deyil. Mən sizə çox böyük təsirə malik bir neçə ayə göstərəcəyəm. Çünki bu ayələrdə sizin arvadınıza olan sevginiz ifadə olunur. Bir kişi söylədiyi kimi: «Bu məlumat işə yarayır. Mən bu prinsiplərdən istifadə etdiyim zaman arvadımın gözlərinin necə parıldadığını və əksinə sizin öyrətdiyiniz şeyləri və Allahın Kəlamını təcrübədə həyata keçirmədiyim zaman onun gözlərindəki ağrını və kədəri çox yaxşı görə bilirəm».
Arvadınızın gözlərinin parıldamasını istəyirsinizsə, növbəti fəsildə sizə öyrədəcəyim Müqəddəs Yazı prinsiplərindən istifadə edin və bu zaman sizin arvadınız özünü sevilən qadın hiss edəcək. Tamlıq bundadır, ailə həyatının mənası bundadır. Allahın Kəlamını həyata keçirdikcə öz arvadınızı qüvvətlə təmin edəcəksiniz və Allahın yollarının və üsullarının sizin xeyirxah arvadınızın qəlbində necə işlədiyini görəcəksiniz!
Şübhə edirsiniz? Gəlin, bu altı prinsiplə daha yaxından tanış olaq. Biz öz araşdırmalarımıza yaxınlıqdan başlayacağıq.
FƏSİL 9.
BİRLİK – QADIN YAXINLIQ İSTƏYİR
Müqəddəs Kitabın ən başlanğıcında, bəşəriyyət tarixindəki ilk ər-arvad cütlüyü təsvir edilərkən yaxınlığın mənasını müəyyən edən çox gözəl tərif var: «Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaq» (Yaradılış 2:24).
Müqəddəs Yazı «qovuşmağın» vacibliyindən danışarkən, «yapışmaq», «möhkəm tutmaq», «yaxınlaşmaq» mənasını bildirən ibrani sözündən istifadə edir. İki insan birləşərək bir bədən oldular. Yeri gəlmişkən, Allahın yaratdıqlarından yalnız insanın intim əlaqədə olarkən üz-üzə birləşdiklərini bilirsinizmi? Lakin «qovuşmaq» bacarığının intım əlaqədən daha böyük mənası var. Bu həm də ruhani və emosional yaxınlığı bildirir. Bu ayə kişilər üçün böyük əhəmiyyət kəsb edir və o, vəhy dəryasıdır. Əgər siz arvadınıza yaxınlaşsanız və yaxınlaşmaq istədiyinizi baxışlarınızla, toxunuşunuzla və gülümsəmənizlə göstərsəniz, o, özünü çox xoşbəxt hiss edəcək. Qanunun Təkrarı kitabında yaxınlıq haqqında daha çox məlumat tapa bilərik: «Təzə evlənən adam döyüşə getməsin. Ona heç bir iş tapşırmayın. Qoy bir il evində sərbəst qalıb aldığı arvadı sevindirsin» (Qanunun Təkrarı 24:5). Heyranedici ayədir və bu ayə israillilərin nikahın mənasını nə qədər yaxşı anladıqlarını göstərir. Nəyə görə bütün il boyu? Ona görə ki, onlar birinci ildə ailənin bünövrəsinin qoyulduğunu bilirdilər. Birinci il ona görə vacib idi ki, vurnuxmaların, problemlərin və həyəcanların onları hansısa müddətə ayırmasından və həyatlarını çətinləşdirməsindən qabaq, qarşılıqlı münasibətlərin əsasının qoyulduğu il idi.
Ayrılıqsız və rahatlıqda keçən bütöv bir il müasir zamanda yeni ailə həyatı quranların əlçatmaz arzusudur. Lakin siz hər bir günə müsbət rəng verə bilərsiniz. Ayrılıqdan sonra evə qayıdışınızın ilk bir neçə saniyəsi bütün gecəyə rəng verir. Müasir mədəniyyətdə kişi və qadın hər ikisi işləmək məcburiyyətindədirlər. Arvadınız evə sizdən sonra da qayıda bilər. Lakin yaxınlığı yaratmaq taktikası əvvəlki kimi qalır.
Unutmayın ki, yaxınlaşmanın əlamətlərinə onun ehtiyacı var. O, sizi üzbəüz görmək istəyir. Ola bilsin ki, sizin hər ikinizin uzun və ağır iş günü olub. Əgər o, mətbəxdə şam yeməyi hazırlamaq üçün çalışdığı zaman sizin edəcəyiniz iş yalnız divanda özünüzə yer edərək televizora baxmaqdan ibarət olacaqsa, ən maraqlı olanı buraxmış olacaqsınız. Bu cür hərəkətsiz davranışınız həyat yoldaşınıza özünün sevimli olduğunu hiss etməsinə imkan verməyəcək. Əgər siz mətbəxə gələrək şam yeməyini hazırlamaqda ona kömək etsəniz (hətta sizin köməyiniz yalniz süfrənin bəzədilməsindən ibarət olarsa belə), o, sizin məhəbbətinizi hiss edəcək. Siz hətta o gələnə qədər şam yeməyini hazırlamağa başlaya bilərsiniz (nə gözəl fikirdir!). O, şam yeməyini hazırlayarkən mətbəxə gələrək onunla söhbət etməyiniz daha yaxşı olardı. Gününüzün necə keçdiyi barədə onunla danışın və mütləq onun gününün necə keçdiyini soruşun. Ola bilsin ki, o, uşaqlarla məşğul olacaq və ya hansısa işi yerinə yetirəcək, amma mən sizi əmin edirəm ki, onun bütün diqqəti sizdə olacaq. O, sizin onunla həqiqətən birlikdə olmaq istəyinizi başa düşməyə çalışır ki, sizin ürəyinizin nə hiss etdiyini görsün. Əgər o, sizin birləşmək istəyinizin səmimi olduğunu hiss etsə, bu, ona bir saatlıq söhbətdən daha çox şey verə bilər. Sizin həyat yoldaşınızla göz-gözə keçirdiyiniz vaxt onun üçün iki qəlbin birləşdiyi vaxtdır. (Əgər qadın öz üzərində ciddi problem yükü daşıyır və müdrik ər arvadını nəyin narahat etdiyini aydınlaşdırmağa çalışarsa, bu, yeganə doğru qərar olardı).
Bəzi kişilər mətbəxdə vaxt keçirməyin kişi işi olmadığını düşünə bilər. Lakin biz Qanunun Təkrarı kitabının iyirmi dördüncü fəslinin beşinci ayəsində görürük ki, yəhudi hərbi rəisləri əsgərlərinin bütün il boyu evdə qaldıqlarna görə onlara gülmürdülər. Şəxsən bu əsgərlərə layiqli bir kişilər kimi, evləndikdən sonra birinci illərini evlərində arvadları ilə birlikdə keçirmək əmri verilmişdi. Təbii ki, gənc ər dostları ilə birlikdə müharibədə olmaq istəyərdi, lakin o, vicdanlı adam olaraq iki şey öyrənmişdi: o, müharibədə lazım olanı ləyaqətlə yerinə yetirir, evdə isə sevgisinə şəhadət edənləri edirdi. O, bu iki işi növbə ilə edirdi və onları yaxşı yerinə yetirirdi.
Əgər kişi öz mavi eynəyini və mavi eşitmə cihazını təmir etdirə bilərsə, arvadının onunla birləşməyə və onunla üzbəüz ünsiyyətə, heç onun yuxusuna da girməyəcək qədər çox ehtiyacı olduğunu başa düşərdi. İkinəfərlik və insanların üz-üzə otura bələcəkləri balaca masaların olduğu kiçik, rahat qəhvəxanaları və çayxanaları yadınıza salın. Bu masalarda iki nəfər əllərini çənələrinin altına dayayaraq üz-üzə, bir-birinə tərəf əyilmiş vəziyyətdə əyləşərək söhbət edirlər. Adətən, bu cütlüklər qadınlar olurlar. Qadınlar stolun baş tərəfində kiminsə rəhbər kimi əyləşmədiyi dairəvi masaları çox xoşlayirlar. Onlar göz-gözə əyləşərək şəxsi səviyyədə ünsiyyətdə olmağı çox sevirlər.
Mən qadınların üz-üzə ünsiyyətə nə qədər çox ehtiyac duyduqlarını qızım Coyun dörd yaşı olanda başa düşmüşəm. Həmin gün onu yatmağa uzadarkən, yuxuya getməsinə kömək etmək üçün bir-neçə dəqiqə yanında uzandım. Otağın tamamilə qaranlıq olmasına baxmayaraq Coy həmişəki kimi dayanmadan danışırdı. Biz qaranlıqda bir-birimizi görmürdük. Coy söhbət edə-edə birdən: «Ata, mənə bax!» dedi. O, qaranlıqda balaca əlləri ilə mənim üzümü tutdu və özünə tərəf çevirdi ki, ona baxım. Hətta bu yaşında o, qaranlıqda olsaq da hiss etmişdi ki, atası ona tərəf baxmır və baxırsa da, qulaq asmır! Oğullarım Conatan və Davudun üzümü tutub özlərinə tərəf çevirərək: «Mənə tərəf bax» deyə tələb etdiklərini yadıma sala bilmırəm.
Qadınlar məhz belə birləşmə istəyirlər, xüsusən də nikahda. O, sizə ərə gələrkən fikirləşirdi ki, siz onun üçün ən yaxın rəfiqə olacaq və bədii dillə desək, dəyirmi stol ətrafında əyləşərək göz-gözə baxaraq söhbət edəcəksiniz. Lakin çox ehtimal ki, bu, baş vermədi. Çox az hallarda kişilərlə bu, baş verir.
Özünüzü tamamilə günahkar hiss etməzdən əvvəl başa düşün ki, heç bir kişi qadının bütün emosional ehtiyaclarını ödəmək iqtidarında deyil. Çox güman ki, həyat yoldaşınızın hansısa ehtiyacını ödəməyə çalışarkən, siz həmin vaxt nədənsə imtina etməli olacaqsınız. Onun, adətən, daimiliyi ilə seçilən sizə yaxın olmaq istəyini qəbul edəndə, əsas ehtiyaclarını başa düşəcəksiniz. Məhz buna görə də o, bütün gecəni addım-addım sizi izləyir (ya da yeni evləndiyiniz vaxtlar izləyirdi). O, sizi sevdiyini məhz bu cür bildirir.
Nikahı əyani şəkildə bir ucunda «İştirak», digər ucunda isə «Asılı olmamaq» yazılmış düz xətlə müqayisə etmək olar. Aşağıda göstərildiyi kimi:
İştirak ____________________Asılı olmamaq
Nikah çərçivəsində adi münasibətlərdə qadın daha çox iştiraka tərəf, kişi isə asılı olmamağa meyl edir. Siz daha çox müstəqil olduqda (xüsusilə özünüzü daş divarla əhatə etsəniz), qadın sizinlə yaxınlıq hiss etmir və onu sevmədiyinizi düşünməyə başlayır. Qadın sizə kifayət qədər yer verməyəndə onun qadağan olunan sərhədləri keçdiyini və sizə hörmət etmədiyini düşünürsünüz. Bu xətt sizin iştirak və asılı olmamaqda mövcud olan əsas ehtiyaclarınız arasındakı gərginliyin mərhələsini təsvir edir. Bu gərginlikdə pis bir şey yoxdur, o, sadəcə olaraq var və vəssalam. Əslində bu, sizin münasibətlərinizin mühüm olan hissəsidir. Həqiqətən nikahda olan gərginliyin mərhələsi nikahı uğurlu edən parametrlərə aiddir (bu mövzu haqqında daha ətraflı on ikinci fəsildə danışacağıq).
İştirak və asılı omamaq arasındakı gərginlik çəhrayı və mavi rəng arasındakı fərqi nümayiş etdirən əyani təsvirlərdən biridir. Çox güman ki, bir kişi kimi siz arvadınızın həyatında onun istədiyi qədər iştirak edə bilmirsiniz. Mən kişilərin kafedə balaca dəyirmi masaların ətrafında üz-üzə əyləşərək ünsiyyət quran qadınlara çevrilmələrini istəmirəm. Siz kişisiniz və arvadınız sizi qadın deyil, məhz kişi olduğunuz üçün sevir. O, sizin onun rəfiqələrində olan qadın xasiyyətlərinə yiyələnəcəyinizi gözləmir. Lakin siz ona yaxınlaşaraq, ən balaca bir şeydə də birlik nümayiş etdirsəniz, nələrin baş verəcəyini görəcəksiniz. Sizin görüş addımınız onu ruhlandıracaq. Bu, ona güc və qüvvət verəcək. O zaman Çıxılmaz dövrə daha sizin üzərinizdə hakimlik edə bilməyəcək və siz Energetik dövrəyə daxil olacaqsınız.
Əlbəttə siz «müstəqillik» adlanan mis halqaya yapışa bilərsiniz. Siz dediyinizin üstündə qalaraq azad ərazi üçün mübarizə apara bilərsiniz. Bütün həftəni səylə zəhmət çəkdikdən sonra nəhayət qolf oynamaq haqqını əldə etmisiniz (və yaxud balıq tutmaq, ya da televizorda hansısa yarışa baxmaq). Siz arvadınızın həmişə sizin üçün iş tapdığına görə dostlarınızla heç bir yerə çıxmağa cəsarət etməyən və qadının dikdabanı altında əzilən kişilərdən olmayacaqsınız.
Bundan başqa, o, bir az da olsa sizə hörmət etməyi öyrənənə, sizin üçün azad ərazi verənə və müstəqilliyinizi təmin edənə qədər demək olar ki, ona heç yaxınlaşmağı da düşünmürsünüz. Təbii ki,bu, təsir etmir, heç zaman təsir etməyib və etməyəcək də. Arvadınızın ehtiyac duyduğunu ona verməzdən əvvəl, öz ehtiyacınızı ondan tələb etməyiniz əbəsdir. Belə olan təqdirdə siz hələ də Çıxılmaz dövrənin təpəciklərində tullanmağa davam edəcəksiniz. Məhəbbətiniz olmasa, o, sizə hörmət etməyəcək. Hörmət olmasa, siz ona məhəbbət göstərə bilməyəcəksiniz. Arvadı ilə yaxınlaşmağa və birləşməyə mane olan ən böyük büdrəmə daşından biri bütün kişilərə xas olan klassik qorxu ola bilər. Kişilər arvadlarınn ixtiyarı olmadan bir addım belə ata bilməyəcəkləri qədər onun nəzarəti altına düşə biləcəklərindən qorxurlar. Lakin əgər siz sevgi və məhəbbət prinsiplərinə uyğun ər olmağı qərara almısınızsa, arvadın dikdabanı altına düşməyin heç bir əsası olmayacaq. Yaradılış kitabının ikinci fəslinin iyirmi dördüncü ayəsində arvadınla birləşərək, bir bədən olmağın vacibliyindən danışılır. Burada qadından qul kimi asılı olmaq barədə söz belə yoxdur. Tamamilə aydındır ki, sizin hər ikinizə vaxtaşırı azad ərazi lazımdır. Bu məsələnin həlli öz aralarında ünsiyyət quran və bir-birlərinə olan tələbatlarını duya biləcək yetkin adama çevrilmə prosesinin bir hissəsidir (A əlavəsinə bax).
Beləliklə, yetkin olmağı qərara alın. Mən belə qərar vermişəm və o işləyir. Mən, nəhayət, anladım ki, Çıxılmaz dövrənin hərəkətinə son qoyaraq Energetik dövrəyə daxil olmaq üçün Saranın həqiqətən ehtiyac duyduğunu ona verməliyəm. Mən bunu edəndə maraqlı bir şey baş verdi. O da mənim ehtiyac duyduğumu məmnuniyyətlə mənə verdi. Qızıl ayəni başqa sözlərlə ifadə etsək, belə demək olar: «Beləliklə, həyat yoldaşınızın sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onunla elə rəftar edin» (Luka 6:31-ə bax). Burada bitərəflilik ola bilməz. Buna mübarizə də demək olar. Çıxılmaz dövrə ilə Enenrgetik dövrə arasındakı mübarizə həyat uğrunda deyil, ölüm uğrundadır! Siz ya həyat yoldaşınızı lazım olan istiqamətdə ruhlandıracaq, ya da onu tamamilə ruhdan salacaqsınız. Qərar sizindir.
Sizə yaşlı ər-arvad haqqında köhnə bir hadisə danışmaq istəyirəm. Bir gün ər-arvad restorana nahar etməyə gedirlər. Bir az aralıdakı otaqda onlar yaşda əyləşmiş insanlar qadının diqqətini cəlb edir. Qadın orada bir kişinin öz arvadının yanında əyləşərək, bir qolu ilə onu qucaqladığını görür. Kişi arvadının qulağına nə isə pıçıldayır, arvadı isə gülümsəyərək qızarır. Kişi incəliklə arvadının çiyinlərini və saçlarını sığallayır. Bütün bunları seyr edən yaşlı qadın ərinə tərəf çevrilərək deyir: «Oradakı ər-arvada bax. Gör, arvadına necə yaxın əyləşib və onunla söhbət edir. Bax, arvadı ilə necə incə davranır. Sən nə üçün bunu etmirsən?» Onun əri baxışlarını salatdan ayıraraq, bu ər-arvada baxır. Sonra isə arvadına tərəf dönərək deyir: «Böyük məmnuniyyətlə, əzizim, amma mən bu qadını tanımıram axı».
Köhnə, hətta demək olar ki, qırxı çıxmış lətifədir. Lakin bu lətifə çəhrayı və mavi rəng haqqında çox şeylər deyir. Çəhrayı yaxınlıq arzulayır, mavi isə qoyun qabırğasını yeyərək, bütün diqqətini salata yönəldib. Onların hər ikisi eynəklərini və eşitmə cihazlarını təmir etdirənə qədər nikahda uğur əldə etmələrinə mane olan gərginlik daima aralarında olacaq. Mövcud olan fərqliliyə yaradıcı yanaşdıqda və yaxud məhəbbətlə bəzədilmiş müsbət şeylər edəndə, uğurlu nikahlar yarana bilər. Ödəməyə hazır olan bu cür mövqe xüsusən qadınlar üçün çox şeyi bərpa edir.
Bir qadın belə danışır: «Həyat yoldaşım mənimlə tez-tez söhbət etməyə və nəvaziş göstərməyə başladığı üçün son bir neçə həftə ərzində, keçirdiyimiz bütün illər boyu hiss etmədiyim yaxınlığı hiss edirəm».
Növbəti üsullar və metodların coxu birlikdə keçirdiyimiz konfransların hamısında Energetik dövrə haqqında danışan həyat yoldaşım Sara tərəfindən təklif edilmişdir. Ərlərə kömək üçün ideyalar siyahısını tərtib edərkən Sara özünün də xoşuna gələnlərdən istifadə etdi. O, həmçinin ərləri ilə yaxınlıq hiss etmək istəyən çoxlu sayda qadınlardan da bu barədə soruşmuşdu. Onlar sadə, lakin təsirli ideyalar təklif etmişdilər. Məsələn, arvadınızın əlindən tutmaq kimi sadə bir arzunuzun necə gücə malik olduğunu təsəvvür edirsinizmi? Bu yaxınlarda Sara ilə gəzməyə çıxarkən o dedi: «Ər arvadının əlindən tutanda qadın əri ilə yaxınlıq hiss edir. Bu isə o deməkdir ki, o, özünü sevimli hiss edir». Əlbəttə, mən tez onun əlindən tutdum. Mən belə dərsləri tez mənimsəyirəm.
Və yaxud qucaqlamanın gücü haqqında düşünün. Bir neçə il bundan qabaq Saranın anası və mənim anam tamamilə gözlənilmədən, on bir ayın içində bir-birinin dalınca vəfat etdilər. Sara hər iki qadınla çox yaxın idi və mən onun tez-tez mətbəx stolunun arxasında əyləşib sakitcə ağladığını görürdüm. Yaxınlaşıb, onu qucaqlamaqdan başqa əlimdən bir şey gəlmirdi. Mən heç nə demədən ağlamağını dayandırana qədər onu möhkəm qucaqlayırdım. Sonralar o, mənə dedi: «Sən məni qucaqlayanda sənə qarşı elə yaxınlıq hiss edirdim ki».
Və yaxud intim əlaqəni nəvazişsiz təsəvvür edin. Bu, zidiyyətli fikir kimi görünsə də, həqiqətdir. Deyirlər ki, intim əlaqə səhər yeməyi vaxtından və yaxud günün istənilən anından başlayır. Onu qucaqlayın, əlindən tutun, onu sevdiyinizi, onun nə qədər gözəl olduğunu söyləyin. Nəvazişli olun, təcavüzkarlıq nümayiş etdirərək onu intim əlaqəyə məcbur etməyin. Yalnız intim əlaqədə olmaq istədikdə qadına toxunaraq öpməyiniz, adətən, onlarda zorla əldə etmək təsiri yaradır. Qadınlar kişilərdən fərqli olaraq intim əlaqəyə gec hazır olduqları üçün gün ərzində onları nəvazişlə buna hazırlamaq lazımdır. Siz onu gün ərzində və ya axşam addım-addım bu məqama hazırlasanız, hər şey öz-özünə baş verərək təbii və rahatlıqla sizi intim əlaqəyə aparacaq.
Unutmayın ki, siz yalnız intim əlaqədə olmaq istədiyiniz günlərdə deyil, hər gün onunla mehriban və nəvazişli olmalısınız. Nəvazişin məqsədi intim əlaqəni əldə etmək deyil, olduğu kimi olmalıdır. Bir qadın bu barədə belə deyir:
O, idman haqqında verilişlərə baxır, mənim isə axşam saat onda yuxum gəlir. Toyumuzdan sonrakı ilk illərdə olduğu kimi dinclik və kiminsə məni nəvazişlə yatızdırmağını istəyirəm. Əgər uşaqlar olmasaydı, biz müxtəlif yollarda azan iki yad adamlar olardıq. Buna görə də mənim intim münasibət zəminində problemlərim yarandı. Bu, onunla yaxın olduğumuz yeganə vaxtdır. Mənə bundan başqa da nə isə lazımdır.
Mən cəmi bir neçə nümunə göstərdim. Aşağıda göstərilən, həmçinin hər fəslin sonunda kişilər üçün mühüm olan altı prinsipə həsr olunmuş siyahılara baxın. Arvadınızla yaxınlaşmaq üçün bütün bu təkliflərin sizdən vaxt və hazırlıqdan başqa heç bir şey tələb etmədiyinə və sadə olduğuna fikir verin.
• siz onun əlindən tutsanız;
• onu qucaqlasanız;
• onu intim əlaqəyə məcbur etmədən nəvaziş göstərsəniz;
• bir-birinizə diqqət ayırmaq və birlikdə gülmək üçün onunla təklikdə qalsanız;
• birlikdə gəzsəniz və yaxud qaçsanız.... ya da sizi birləşdirə biləcək başqa bir şey etsəniz;
• onu qarşılamağa getsəniz... ona görüş təyin etsəniz... şam işığında yemək yesəniz;
• onun üçün nəsə etmək xatirinə, məsələn, onun hansısa tapşırığını yerinə yetirmək üçün nəyisə qurban versəniz;
• onunla birlikdə vaxt keçirməyi özünüz üçün dəyərli hesab etsəniz;
• ona öz fikirləri və düşüncəsi olan bir şəxsiyyət kimi yanaşsanız... onunla müxtəlif problemləri müzakirə etməyinizin və onun fikirlərinə qulaq asmağın sizə xoş olduğunu ona hiss etdirsəniz;
• qeyri-adi təklif etsəniz — çimərlikdə nahar təşkil etsəniz... gecə ay işığında onunla gəzintiyə çıxsanız... maşını yarğanda saxlayaraq, üfiqə baxmaqdan birlikdə zövq alsanız;
• cinsi əlaqədən sonra onun yanında uzanıb, onu möhkəm qucaqlayaraq söhbət etsəniz, öz hissləriniz və qiymətli düşüncələrinizi onunla bölüşsəniz... və heç zaman belə vaxtlarda idman xəbərlərinə və yaxud yarışa baxmaq üçün televizoru işə salmasanız;
arvadınız sizinlə yaxınlıq hiss edəcək.
FƏSİL 10.
SƏMİMİLİK – ARVADINIZ ONUNLA AÇIQ OLMAĞINIZI İSTƏYİR
Ailə cütlüklərinə məsləhət verdiyim vaxt məsləhət üçün yanıma gələn adamlarda aşkar görünən qərəzli fikirlərin olduğunu müşahidə etmişəm. Onlar mənim otağıma daxil olub əyləşən zaman, ər elə otururdu ki, məni görsün. O, vaxtaşırı aşağı, yuxarı və əks istiqamətə baxırdı. Hərdənbir baxışlarını arvadına tərəf yönəldərək tərs baxışlarla onu süzürdü. Qadın isə həm ərini, həm də məni görmək üçün yer seçib əyləşirdi. O, ərinin daxilində nə baş verdiyini və onun nə düşündüyünü başa düşməyə çalışa-çalışa bizim hər ikimizi baxışları ilə izləyirdi. Qadınların həssaslıqla yanaşdıqlarını unutmayın. O, baş verənləri müzakirə etməyə, problemlərinin həllini tapmaq üçün onları üzə çıxarmağa hazırdır.
Onun əri isə gizlənpaç oynayır. Kişi qadının təsirli ifadə tərzinin tam əksidir. Çünki təklənməyə və özünə qapılmağa üstünlük verir. Ər bu barədə heç nə demək istəməsə də, qadın onun daxilində nəsə baş verdiyini hiss edir. Kişi: «Hər şey qaydasındadır», — deyir. Lakin qadın onun dilxor olduğunu intuisiyası ilə hiss edir. Buna görə də o, həyəcan içində izah edir: «Mən bəzən nəyə inanmalı olduğumu bilmirəm». Lakin o, heç zaman məğlub olmur. O, məsələnin nədən ibarət olduğunu izah etməyə çalışaraq dəfələrlə bu problemə yaxınlaşır. Qadın ərinin məhəbbətinə susayıb və onun aləmində məhəbbət onların ürəklərinin bir-birinə səmimi toxunuşu ilə ifadə olunur.
Ər-arvadlar mənim otağımda əyləşərkən nə baş verdiyini tamamilə anlamaq üçün onlara məxsus olan qərəzli fikirləri daha sadə dillə, əyani vəsaitlə başa salmaq istəyirəm. Ər-arvadların tamamilə müxtəlif olduqlarının, müxtəlif cür və müxtəlif rəngdə gördüklərinin və eşitdiklərinin, nikahdaxili intim səviyyəsinin müxtəlif mərhələsində olduqlarının şahidləri oluruq. Bu fərqi iki elektrik zənciri kimi təsəvvür edin. Bir zəncirdə üç yüz lampa yanır və bu zəncir elə qurulub ki, onlardan birini sındırsanız hamısı sönəcək. Digər zəncirdə üç min lampa var və onlar elə quraşdırılıblar ki, əgər siz iki minini sındırsanız, qalan mini yanmağa davam edəcək.
İntim münasibətin mərhələsi haqqında danışarkən qadını birinci elektrik zənciri ilə müqayisə etmək olar. Ciddi ailə münaqişələri zamanı o, tamamilə ruhdan düşür. Onun bütün lampaları sönür və o, tamamilə dayanır. O, vəhdət təşkil edən şəxsiyyət olduğu üçün belə olur. Onun ağlı, bədəni və canı bir-biri ilə o qədər sıx bağlıdır ki, bütün sistemi ağrı və incikliyə reaksiya verir. Əgər əri onda məhəbbətin çatışmadığını sübut edən bir dənə məzəmmətli fikir söyləsə, o, müvazinətini bərpa edənə qədər dilxor olacaq. Bir qadın belə deyir: «Əgər mən onunla bir sahədə mübarizə aparıramsa, qalan hamısına da müharibə elan edirəm».
Bəzən qadınlar ərləri tərəfindən özlərini tənha hiss etməyə məcbur edildiklərinə görə onlarla müharibəyə başlayırlar. Aşagıda bu barədə çoxlu sayda qadınlardan aldığım məktublardan biri göstırilib:
O, çox vaxt evə gəldikdən sonra gecəyə qədər televizora baxır, sonra yatağa gedərək intim əlaqədə olmaq istəyir. O zaman mənə elə gəlir ki, o, məni heç sevmir, yalnız istifadə edir. Bu cür tənhalıq hissi dünən yarandı və mən özümü belə hiss etməyi heç xoşlamıram. Mənə elə gəlir ki, onun üçün televizor məndən vacibdir. Belə olmadığını başa düşsəm də, bu cür hiss edirəm. Mənim dilxor olduğumu görəndə, o da dilxor olur. Belə vaxtlarda o, ümumiyyətlə günlərlə mənimlə danışmır.
Qoy, hər bir kişi bu qadının nə dediyini eşitsin. Onun problemi olduqda, incik, tənhalıq və yaxud sizin tərəfinizdən laqeydlik hiss edəndə intim əlaqəyə heç bir həvəsi olmayacaq. Onun ruhu sönəndə bədəni də sizin çağırışınıza cavab verməyəcək.
Onun məyus olduğunu görmək çətin deyil. Onun üzünün ifadəsindən hər şeyi həmin an başa düşmək sizin üçün çətin deyil. Hər şey qadının üzündə yazılsa da, kişinin üzü poker oyunçularının üzünə oxşayır. Qadınlar tez-tez özlərini necə pis hiss etdikləri və açıq-aşkar məyus olduqları vaxt kişilərin özlərini aralarında heç nə olmamış kimi aparmalarından şikayət edirlər. O, işə gedir və qayıdan zaman arvadının xeyli vaxt bundan qabaq baş vermiş hansısa məsələni müzakirə etmək istədiyini görəndə çox təəccüblənir. Ər demək olar ki, olanları unutduğu üçün söhbətin nədən getdiyini ona xatırlatmaq lazımdır. Səhər yeməyi zamanı baş verən mübahisə bütün günü qadının düşüncələrini məşğul edib. O, bu epizodu dəfələrlə xatırlayaraq fikrində canlandırıb. Qadının bu təklifinə o, belə cavab verir: «Ah, bu... Gəl, bu barədə unudaq, yaxşı?» Qadın onun necə belə deyə bildiyini başa düşmür. Nə üçün kişi bu qədər rahat , qadın isə bu qədər həyəcanlıdır. Bu suala cavab vermək çox asandır. İki elektrik zənciri xatırlayırsınızmı? Kişi – iki min lampasını sındırsanız da, qalan min lampasının yandığı zəncirə bənzəyir. Kişilər problemə məhz bu cür reaksiya verirlər. Onlar öz münasibətlərini idarə etməyi daha yaxşı bacarırlar. Onun qan təzyiqi tavandan yuxarı qalxsa da, o, bunu hiss etdirməyə bilər. O, güclü ağrı hiss etsə də, bunu çox dərin basdıraraq özlüyündə belə deyə bilər: «Əgər o, belə hiss edirsə, bu barədə danışmağın nə əhəmiyyəti var?»
İndi haqqında danışacaqlarım kişilər üçün qiymətli məlumatlar ola bilər. Qadının vəhdət təşkil edən varlıq və tez təsirlənən olduğunu başa düşdükdə, o, sizi səmimiliyə çağırdıqda nə etmək lazım olduğunu biləcəksiniz. Evli cütlüklər ofisdə mənim yanımda əyləşəndə qadın ərinin nə düşündüyünü aydınlaşdırmaq istəyir. Ərinin nəyə görə ilk tanış olduqları dövrlərdəki kimi səmimi olmadığını qadın heç cür başa düşə bilmir.
İlk görüşdükləri aylarda onlar hər ikisi bir-biri ilə tamamilə səmimi idilər. Onlar öz qiymətli arzuları, istəkləri, qorxuları və uğursuzluqları barədə bir-birilə bölüşürdülər. Onlar ürəkdən ürəyə danışırdılar və Nəğmələr Nəğməsi kitabında: Qapını döyən sevgilimin səsi gəldi: «Qapını aç, ay həmdəmim, ay yarım! Ay göyərçinim, ay eyibsizim!”(5:2)- deyən iki sevgilidə olduğu kimi, bir-birilərinə olan səmimiliklərini sanki dəriləri ilə hiss edirdilər. Açıq qapı surəti iki insanın yaxınlaşmasını və iki ürəyin səmimiliklə ünsiyyətdə olmasını təmsil edir. Onlar bir-biriləri ilə intim, emosional və ruhani bağlarla birləşiblər.
Bəs, insanlar evlənəndə adi kişi səmimiliyi hara yox olur? İlk tanışlıq və görüşdükləri vaxtlarda kişi arzularının qadınını başa düşməyə çalışırdı. Bu, onun üçün ecazkar bir məcara idi. Lakin qadının həqiqətən onun arzularının qadını olduğu qənaətinə gəldikdə, kişi razılıq hissi ilə rahatlaşır. Daha onunla bölüşməyə və səmimi olmağa ehtiyac yoxdur. Əslində heç nə barədə danışmadan arvadı ilə çiyin-çiyinə əyləşərək sadəcə bir yerdə olmaq onun üçün tamamilə kifayət edir (iyirminci fəsildə bu mövzu haqqında daha ətraflı danışacağıq). Kişi, görüşdükləri vaxtlarda onun səmimiliyinin qadın üçün açıq-aşkar məhəbbət etirafı olduğunu və bu cür səmimi və açıq ünsiyyət prosesində qadının ağlagəlməz güc aldığını başa düşmür. İndi daha onlar evlidirlər və o, arvadının onun səmimiliyinə ehtiyacı olduğunu başa düşmür. Onunla sadə söhbətlərin və ünsiyyətin mənasız olduğunu düşünür.
Qadınlar tez-tez kişiləri sehrli adalara bənzədirlər. Onlar öz ərlərinin ətrafında fırlanaraq sahilə yan almaq üçün rahat yer axtarırlar. Lakin ada sıx dumana büründüyü üçün bunu edə bilmirlər. Onlar yan almağa yer tapmırlar. Görünür, ada onu çox da yaxın məsafəyə buraxmaq istəmir. Bir qadının yazdıqlarından:
O, demək olar ki, heç bir şeydə iştirak etmir. Onunla bir yerdə olmaq həqiqətən çox çətindir. O, HEÇ VAXT söhbət etmir. Onun üəryinə nəyin təsir edə biləcəyini təsəvvür etmirəm və bunu çox başa düşmək istəyərdim. Mənə elə gəlir ki, tamamilə qaranlıq otaqda ayaqlarım dolaşa-dolaşa gəzirəm və elektrik açarı da lazım olan yerində deyil.
Əlbəttə ki, burada istisnalar mövcuddur. Məsləhət verdiyim bəzi evli cütlüklərdə qadınlar az danışan və qapalı, kişilər isə saflıqla ürəklərini açmağa hazırdırlar. Lakin uzunillik xidmətim boyu az sayda belə adamlar görmüşəm. Ümumiyyətlə, ərlər və arvadlar yuxarıda danışdığım kateqoriyalara uyğundurlar (D əlavəsinə bax).[13]
Qadınların böyük əksəriyyəti mənim Sarama oxşayır. Qarşılıqlı münasibətləri normal vəziyyətdə saxlamaq üçün o, ailə problemlərini hər gün aydınlaşdırmaq istəyir. O düşünür ki, belə etməklə problemlərin dərinləşməsinin qarşısını ala bilərik. Evliliyimizin ilk illərində vəziyyətin daha da çətinləşməsinin qarşısını almaq məqsədilə onun münasibətləri daim aydınlaşdırmaq istədiyini mən həqiqətən başa düşmürdüm. Həm də mən tez-tez elə düşünürdüm ki, mövcud ola biləcək problemlərin qabaqcadan müzakirə edilməsi onların sanki real olduğunu göstərir.
Həmin illər boyu mən Saranın tutduğu bu məqsədi düzgün başa düşmürdüm. Öz söhbətlərində ona olan məhəbbətimi izhar edə bilmədiyim üçün məni məzəmmətlədiyini düşünürdüm. Onun sözlərində hörmətsizlik hiss etdiyim üçün mən də uzaqlaşıb özümə qapanırdım.
Mən onun suallarının qarşısında susub duranda o, çətinliyin nədən ibarət olduğunu öyrənməyə can atır və beləliklə də mənə daha çox yaxınlaşırdı. Nəhayət, mən nə baş verdiyini anladım. Lakin bunu başa düşməzdən əvvəl Çıxılmaz dövrə ağlagəlməz dərəcədə tez-tez fırlanmağa başladı.
İndi isə Sara suallar verməyə başlayanda və yaxud hansısa məlumatı əldə etməyə çalışanda Energetik dövrədə qala bilmək, eləcə də düzgün izahat vermək üçün səy göstərirəm. Saranın hər şeyi araşdırıb tapması, nəyəsə işarə etməsi, tənqid etməsi, hətta mənim üzərimdə ağalıq etmək istəməsi haqqında məndə indiyə qədər vaxtaşırı olaraq kişilərə məxsus təbii şübhə yaradır. Bir kişi öz məktubunda yazmışdı: «Mənim arvadım həmişə nə isə araşdırır. Mənə elə gəlir ki, arvadımın adamları zədələnmiş avtomobillərdən çıxaran və mənim daxilimə girə bilən nəhəng kəlbətini var. Lakin mənə azad ərazi lazımdır. Mənə sərbəstlik lazımdır». Hərdən az qalıram bu kişinin sözlərini təkrar edim.
Bu kişinin nə hiss etdiyini başa düşsəm də, belə düşünməkdən şüurlu şəkildə imtina edirəm. Saranın vicdanlı qadın olduğu üçün məni nəzarətdə saxlamağa çalışmadığna əminəm. Mən bilirəm ki, bizim həqiqətən yaxın dost ola bilməyimiz üçün o, sadəcə mənimlə birlik, mənim tərəfimdən səmimilik istəyir. Onun qadına məxsus düşüncələri qismən bundan ibarətdir və məhz buna görə mən onu sevmişəm.
Bir ər kimi başa düşməlisiniz ki, sorğu-suala tutulduğunuzu, arvadınızın daima nəsə axtarıb tapdığını və həddən artıq lazımsız suallar verdiyini hiss etdiyiniz anlar mütləq olacaq. Bu qaçılmazdır və burada həlimləşərək, mütəəssir olmamaq lazımdır. Arvadınızın nə üçün belə etdiyi haqqında sadəcə düşünün. O, bütün işlərdən xəbərdar olmaq istəyir. O, sizi sevdiyi üçün yanınıza gəlir – siz onun həyatında çox vacibsiniz!
Təəssüf ki, bəzi kişilər arvadları ilə ünsiyyət problemlərini ya həll etmək istəmirlər, ya da həll edə bilmirlər. Çünki mənasız görünə biləcəklərindən qorxurlar və yaxud bu məsələni araşdırma cəhdlərinə cavab olaraq yersiz atmacalar eşitmək istəmirlər. «Birlikdə yaşadığımız bütün illər boyu mən münasibətlərimizi düzəltməyə çalışmışam. Ərim isə, onun damarını sıxmaq üçün bu müzakirəni başladığımı düşündüyü üçün bacardığı qədər söhbətdən qaçırdı».
Arvadı ilə Energetik dövrədə möhkəmlənməyə səy göstərən bir kişi öz məktubunda nə vaxtsa arvadı ilə səmimi olmağın onun üçün əsas problem olduğunu etiraf edib. O, belə deyir:
Mən heç vaxt onunla açıq olmamışam. Mən özümün bir çox fikirlərimi, emosiyalarımı və ehtiyaclarımı gizlədirdim. Onları açdığım halda arvadımın məni qəbul edə bilməyəcəyindən qorxduğum üçün gizli saxlayırdım. Nəticədə o, məndən uzaqlaşdı... Fikirləşirəm ki, mən bununla da münasibətlərimizə görə daşıdığım məsuliyyətimdən imtina etdim. Uzun illər səmimiliyin və açıq olmağın Allahın ünsiyyət yolları olduğunu yaxşı başa düşsəm də, yaxın vaxtlara qədər bu həqiqətləri oz həyatımda reallaşdıra bilmirdim.
Uzun illər ərzində zahiri xoşbəxtliklərinin altında böyük kədər gizlənən çox kişilərlə görüşmüşəm. Belə kişi arvadı ilə səmimi olmayacaq və nələrisə ört-basdır edərək ünsiyyət quracaq. Şübhələr ona əziyyət verir və ona elə gəlir ki, arvadı hər şeyi onu əsəbləşdirmək və qıcıqlandırmaq üçün edir. Onun arvadı ərinin daxilində özünə qarşı gizli qəzəb olduğunu intuisiyası ilə başa düşür və şübhələnir. Çox güman ki, Paul Əhdi Cədiddə ərlərin arvadlarına necə münasibət göstərmələrinə aid yeganə qadağanı qoyanda məhz belə kişiləri nəzərdə tutmuşdu: «Ey ərlər, öz arvadlarınızı sevin və onlarla sərt davranmayın» (Koloslulara 3:19).
Bu fikir yunan dilində ifadə olunmuşdur və ağızda acılıq mənasını verir. Belə acılıq sizin əsəbi və dilxor olduğunuzu, ümidsizlik, məyusluq və qəzəb içində olduğunuzu bildirir. Biz incimiş adam haqqında danışanda, adətən, keçmişdə baş verən hansısa hadisə ilə bağlı olan narazılıq və qəzəbin onun daxilində közərdiyini nəzərdə tuturuq. İncimiş ər kobudluq və ədəbsizliyilə həyat yoldaşını özündən uzaqlaşdıra bilər. Arvadı ilə səmimi olmaq əvəzinə, bütün görünüşü və davranışı ilə onda xoşa gələn bir şey tapmadığını göstərməklə ürəyini ona qarşı bağlayır.
Kişinin daxilindəki kədər arvadı ilə səmimi olmağa imkan vermir. Ola bilsin ki, arvadınızla Çıxılmaz dövrədən çıxaraq bir-birinizə yeni enerji verməyi qərara almış olsanız da, bu cür acılıq sizin də ürəyinizə soxulmuşdur. Acılıqla bağlı problemin həlli Müqəddəs Ruhun nəvazişli ruhlandırmasına itaətli olmaq bacarığından asılıdır (Yəhya 14:17, 26; Romalılara 8:9-a bax). O zaman bir qadının məktubundan aydın göründüyü kimi, möcüzələr baş verməyə başlayacaq. O, öz əri ilə birlikdə bizim konfranslarımızdan birində iştirak etməyə gəlmişdi. Bundan sonra o, hələ də özünü tez inciyən və emosional cəhətdən yaralı hiss edirdi. Elə ertəsi gün əri onu maşını pis idarə etdiyinə görə kobudcasına danladı. Ər arvadının incidiyini bilə-bilə, bir az keçdikdən sonra onun necə olduğunu soruşdu. O, özünü necə hiss etdiyini və maşın sürdüyü müddətdə hələ bir dəfə də olsun onu razı sala bilmədiyini bildirdi. Əri onun düzgün olmadığını və öz hissləri ilə vəziyyəti daha çətinləşdirdiyini bildirərək mübahisə etməyə başladı. Daha sonra qadın yazır:
Təxminən beş dəqiqədən sonra o, yenidən mənə yaxınlaşaraq mənə kömək etmək məqsədilə dediyi sözlər və hərəkətlərlə əslində məni incitdiyinə görə üzr istədi. O, tezliklə bunlara son qoyacağını bildirdi. Sonra biz qucaqlaşdıq və hər şey keçdi. Bu, nə qədər gözəldir! Kiçik bir addımla hər şey möcüzəli surətdə sona çatdı!
Bu kişi öz diqqətini daxili varlığında cəmləşdirməyi qərara aldı. Özünün neqativ münasibətini və tənqidlərini ağlı ilə əsaslandırmaq əvəzinə hər şeyi ruhani səviyyədə düşündü. O, daxilindəki sakit və nəvazişli səsə itaətli oldu. Arvadının qarşısında səmimi olduqda, qadın onun məhəbbətini hiss etdi! Kaş ki, kişilər öz məhəbbətlərinin gücünü və arvadlarının bu məhəbbətə nə qədər güclü şəkildə ehtiyac duyduqlarını biləydilər! Öz ərləri tərəfindən səmimilik və az da olsa nəvaziş gözləyən müxtəlif qadınların məktublarından bəzi hissələrə baxaq:
Mən istəyərdim ki, o, incikliyin və qəzəbin təsiri altında deyil, səmimi, birbaşa və ürəkdən danışmağa hazır olsun. Çünki inciklik təsiri altında olan söhbət təsir etmir.
Ərim özünə qapanmaq və ehtiyatlılıq göstərmək əvəzinə əvvələr nə qədər arzuladığımı etməyə başladı (öz ürəyini mənə açmağa başladı).
Bizimlə heyranedici şeylər baş verməyə başladı. O, öz ürəyini mənə açmağa başladı. İndi bizim aramızda monoloqlar deyil, əsl söhbətlər olur.
Bu an bir çox ərlər belə deyə bilər: «Ah, xeyr! Mən bu cür qeyri-adi həssas adamla evlənəcəyimi heç təsəvvürümə də gətirməzdim!» Bəli, siz həqiqətən də bunu bilmirdiniz. Lakin siz arvadınızın həssaslığına və bu xasiyyətin bir çox üstünlüyünə görə ona minnətdar olmalısınız. Məhz bu həssaslığın nəticəsində uşaqlar xəstə olarkən o, bütün gecəni onların yanında oyaq qala bilir. Məhz bu həssaslığının sayəsində o, sizin yüksək temperaturunuz olarkən inildədiyiniz və daha bir həb istədiyiniz vaxtlarda gecə və gündüz yanınızda ola bilir. Bəli, onun həssaslığı hərdən, sizin onunla səmimi olmadığınızı və ondan incik olduğunuzu da bildirir. Ola bilsin ki, siz ona: «Bu qədər qeyri-adi həssas olmaq lazım deyil!» demək istəyirsiniz. Lakin onun bütün üstünlükləri ilə birlikdə bu zəifliyini də qəbul etməlisiniz.
Hər bir kişi öz arvadının həssaslığına və tələbatlarına qarşı qərar qəbul etməlidir. O, öz ürəyini onun qarşısında açmaqdan imtina edərək arvadına qarşı bağlanmalı, ya da yeni, sıx münasibətlər quraraq ona yaxınlaşmalıdır. Onunla yaxınlaşmanın ən sadə və təsirli yollarından biri sadəcə ötən gün haqqında təfsilatı ilə danışmağınız ola bilər. Əgər siz həmin vaxt danışmaq istəməsəniz, belə deyə bilərsiniz: «İş yerimdə bir hadisə baş verib. İndi bu barədə danışmaq istəmirəm, amma sonra mütləq danışarıq. Ona görə də mənim əhvalımın belə olmağının səbəbini özündə axtarma». O, məhz sizin sonuncu cümlənizi gözləyir. O, sizin əhvalınızın heç bir surətdə onunla əlaqəsi olmadığına əmin olmaq istəyir.
Lakin onunla söhbət etməyə başlayarkən, səsinizin sərt tonda olmamasına fikir verin. Adətən, kişilər öz fikirlərini kifayət qədər sərt ifadə edirlər. Siz hətta bunu hiss etməsəniz də sözləriniz kobud səslənə bilər. Bəlkə də siz bunu bilərəkdən etmirsiniz, lakin arvadınız gözünüzün önündə ruhdan düşməyə başlayır. Siz sadəcə faktları ifadə etməklə, öz fikrinizi qətiyyətlə bildirirsiniz və ona oksigen verən şlanqı tapdalayırsınız.
Bir-neçə il bundan qabaq yeniyetmə oğlanlarımızdan biri Sara ilə söhbət edərkən anası onun kobud olduğunu düşünərək qətiyyətlə demişdi:
— Davud, xahiş edirəm, mənimlə bu cür tonda danışma!
Saranın dediyinə görə Davud ona sanki elə indicə hansısa planetdən gələn adama baxan kimi baxmışdı. O, belə cavab vermişdi:
— Nə dedim ki? Mən bütün dostlarımla da bu cür danışıram.
— Bilirsən nə var? – Sara cavab verdi. — Mən sənin dostlarından biri deyiləm. Mən sənin ananam və qadınam.
Beləliklə, Davud «Nə üçün kobud danışmaq olmaz?» adlı yaxşı dərs aldı (Bu mövzuya aid məlumatı A, B bə C əlavəsində tapa bilərsiniz).
Daha bir şey demək istəyirəm və bunu deməklə xarab olmuş vala oxşaya bilmək riski edirəm. Əgər siz öz arvadınıza qarşı yaxşı münasibət bəsləyirsinizsə və emosional cəhətdən onun qarşısında açıqsınızsa, o, böyük həvəslə sizə yaxınlaşacaq və seksual cəhətdən sizin üçün açıq olacaq. Lakin digər tərəfdən yalnız intim əlaqə xatirinə səmimi olmağa can atmaq olmaz. Qadınlar belə şeyləri havada tuturlar və belə olduqda onlar sadəcə olaraq, intim əlaqə üçün sönəcəklər. Lakin siz arvadınızın emosional ehtiyaclarına səmimiliklə cavab versəniz, o da sizin seksual ehtiyacınıza həssaslıqla yanaşacaq. Allah nikahı simbiotik[14] anlayış kimi yaradıb.
Bu mövzuya aid daha bir neçə fikri aşağıda təklif edilən siyahıdan tapa bilərsiniz. Lakin ən əsası, arvadınızın ürəyinə etibar edin. Onun qarşısında ürəyinizi açsanız, Çıxılmaz dövrədən Enerjı dövrəsinə tullanacaqsınız və hər şey yaxşı olacaq.
• Öz hisslərinizi onunla bölüşüb, ötən gün və mövcud olan problemlər haqqında onunla danışdıqda;
• Ondan özünü necə hiss etdiyi barədə soruşaraq öz fikirlərini bölüşməsini xahiş etdikdə və «Gəl, danışaq» – deyəndə;
• Öz sakitliyiniz, bədənin dili olan sakit baxışlarınızla onunla ünsiyyətdə olmağa hazır olduğunuzu təsdiq edən zaman üzünüz bunu göstərəcək;
• Onu gəzməyə dəvət edib, necə tanış olduğunuzu xatırlayıb danışanda və yaxud uşaqlar haqqında və onun uşaqlarla ünsiyyəti zamanı yaranan problemlər barədə danışanda;
• Onunla birlikdə dua edəndə;
• Televizorda verilişə baxarkən, qəzet oxuyarkən və yaxud kompyuter arxasında iş görərkən etdiyiniz kimi qırıq-qırıq atmacalarınızla kifayətlənməyərək, bütün fikrinizi ona ayıranda;
• Öz maliyyə problemlərinizi, iş yerinizi dəyişmək imkanı və gələcək haqqında düşüncələrinizi onunla müzakirə edəndə
arvadınız onunla səmimi olmağa hazır olduğunuzu hiss edəcək.
FƏSİL 11.
BAŞA DÜŞMƏK – QADINI DÜZƏLTMƏYƏ ÇALIŞMAYIN, SADƏCƏ QULAQ ASIN
Biz artıq ikinci və üçüncü fəsillərdə Peterin Birinci məktubunun üçüncü fəslinin yeddinci ayəsinə nəzər saldıq . İndi isə «öz arvadı ilə empatiya (xeyirxah münasibət) yaratmağa» kömək edən linzalar vasitəsilə bu ayələrə baxmaq lazımdır. Peter kişilərə «arvadları ilə ədəblə davranmağı» məsləhət görür. Peter burada Saranı başa düşməli olduğumu demədiyi üçün bu ayə mənim çox xoşuma gəlir. İstənilən başqa kişilər kimi mən də qadını, hətta bütün ürəyimlə sevsəm də, heç bir vaxt sona qədər başa düşə bilmərəm. Bu ayəni başa düşməyin açarı mənim üçün Sara ilə ədəblə yaşamağı arzulamağımdan və bundan başqa onun ürəyinə etibar etdiyimi bilməsini istəməyimdən ibarətdir.
Peterin Birinci məktubunun üçüncü fəslinin yeddinci ayəsində bütün cümlənin mənası «arvadlarınızla ədəblə, onların daha zərif varlıqlar olduğuna uyğun davranın» olduğu üçün bəzi adamlar üçün bu, mübahisəli fikir ola bilər. Feministlər bu fikrə hiddətlənərək, «kişilərin güclü cins sayılmadığını və qadınların hər şeydə kişilər ilə bərabər» olduğunu iddia edirlər. Lakin biz burada Peterin xasiyyət haqqında danışmayaraq müqayisə etdiyini unutmamalıyıq. O, qadınların zəifliklərindən danışmır. Qadının nikah çərçivəsində əri qarşısında zəif cins olduğunu nəzərə alaraq Peter onun «zərif varlıq» olduğunu iddia edir.
Arvadınız sizin qarşınızda ən azı iki nöqteyi-nəzərdən:
(1) əgər onun təkliflərinin müdrikliyinə şübhələnərək onu başa düşmədiyinizi söyləyirsinizsə;
(2) «sizinlə birlikdə Allahın lütf etdiyi həyatı irs olaraq aldıqlarına» baxmayaraq, onu özünüzlə eyni səviyyədə olan şəxsiyyət hesab etmədiyinizi göstərməklə hörmətsizlik edirsinizsə, zəifdir (1 Peter 3;7-yə bax).
Feministlər bu ayədən istifadə edərək, Müqəddəs Kitabın qadınları zəif cins adlandırdığını söyləyir. Peter ancaq qadının əri qarşısında olan zəifliyindən danışır (o, bütün qadınların kişilərdən zəif olduğunu demir) və siz bir ər kimi onu başa düşməyə çalışmayanda arvadınız özünü daha da zəif hiss edir.
Onu başa düşən əri olan bir qadın mənə belə yazmışdı: «Hətta mən onun rəhbər mövqeyinə qarşı qalxanda da ərim məni olduğum kimi qəbul edir və buna görə qətiyyən mənə qəzəblənmirdi».
«Zərif varlıqlar» haqqında oxuyanda düşüncəmdə biri çinidən, digəri isə misdən hazırlanmış iki qab canlanır. Kişi mis, qadın isə çinidən hazırlanmış qabdır. Heç kim buna görə onun qiymətinin azaldığını deyə bilməz, əksinə, çox vaxt çini qablar mis qablardan baha olur. Qablar müxtəlif olduqları kimi müxtəlif şəraitlərdə yerinə yetirdikləri funksiyaları da müxtəlifdir.
Lakin sizin arvadınız çini qabdır və eyni zamanda incədir, tez sına bilər. Əgər siz onunla ehtiyatlı davranmasanız, o, çatlaya və hətta sına da bilər. Emosiyaların alovlandığı vaxtda ər belə deyə bilər: «Qadınları, xüsusən də səni başa düşmək mümkün deyil». O, bundan sonra üzünü çevirib gedə bilər. Ər onun manipulyasiyalarına təslim olmayacağına söz verərək, arvadı hörmət etməyi öyrənənə qədər daş divarın o biri tərəfində otura bilər.
Əgər siz belə vəziyyətlərə düşərkən, bu cür və yaxud buna oxşar sözlərdən istifadə etmisinizsə, əyilib ayaqlarınızda deşiklər olduğunu görə bilərsiniz. Siz hər iki ayağınızı güllələmisiniz və bu, birinci dəfə deyil. Allah sizin arvadınızı bu cür şəraitdə öz funksiyasını yerinə yetirmək üçün yaratmayıb. Allah kişiləri, qadınların üzərinə aydın və dəqiq seçilən: «Ehtiyatlı olmaq tələb olunur» etiketini vurduğu çini qablar kimi olduqlarını dərk etməyə çağırıb.
Nəhayət, bir kişi arvadının düşmən deyil, müttəfiq olduğunu başa düşdü. O, arvadının simasında Peterin yazdığı incə və hörmətə layiq olan qadını gördü. Arvadını qəbul edərək və yüksək qiymətləndirərək bütün qarşılıqlı münasibətlərini dəyişdirdi. O, belə deyir:
«Biz münasibətlərin yeni mərhələsinə çatmışıq. Mən əvvəllər belə dua edirdim: “Ay Allah, xahiş edirəm ki, bizim nikahımızı şəfalandır, dərdimiz çox böyükdür. Ümumiyyətlə, Sən nəyə görə bizi birləşdirmisən?» İndi isə arvadıma görə Ona çox MİNNƏTDARAM! Əvvəllər bunu anlamasam da, arvadım köməkçi və hər şeydə dostdur. Mənim qəlbimdən NƏHƏNG bir yük götürülüb... və mən özüm də çox dəyişmişəm”.
Yəqin ki, siz artıq kişilərin həyatına təsir edən prinsiplər arasındakı əlaqəyə diqqət yetirmisiniz. Yaxınlıq və səmimilik öz aralarında çox oxşardır və bir xasiyyət tez-tez o birisi ilə uyğunlaşır. Anlaşma da öz-özlüyündə səmimilik və yaxınlığı tamamlayır. Siz arvadınıza yaxınlaşıb onunla səmimi olduqda o, sizin onu başa düşdüyünüzü və ya heç olmasa başa düşməyə çalışdığınızı anlayır. Unutmayın ki, ər Məsihi, qadın isə Məbədi təmsil edir. Məbəd öz yükünü Məsihin üzərinə qoyduğu kimi, eynilə də qadın öz yükünü ərinin üzərinə qoymaq istəyir. Hətta qadın bu həqiqəti sözlə ifadə etməyi bacarmasa da, o, sizi həyatın ağır yükünü onun çiyinlərindən götürüb öz enli çiyinlərinə qoya biləcək biri kimi qəbul edir. O, başa düşülmək üçün sizin yanınıza gələndə, bu kompliment sizə ünvanlanmış olur. Məhəbbət bunun üzərində qurulur. Lakin siz ona qarşı qapanmış olsanız, onun sizə dediklərinə qulaq asmaq istəməsəniz, o, ruhdan düşəcək və öz yükünün ağırlığından dizləri büküləcək.
Lakin başa düşən ər olmaq üçün nə etmək lazımdır? Sizin malik olduğunuz ən böyük silah qulaqlarınızdır. Sadəcə öz arvadınızı dinləyin və bu zaman o, çox ehtimal ki, sizin onu başa düşdüyünüzü hiss edəcək.
Lakin kişilərin eşitmə cihazı mavi rəndə olduğuna görə o, əsas maneə ilə qarşılaşır. Eşitmə — onun ən güclü keyfiyyəti deyil. O, daha çox təhlil etməyə, cavab verməyə və vəziyyəti «düzəltməyə» meyillidir. Arvadı öz problemləri ilə ona yaxınlaşan zaman hazırlıqsız ər çox vaxt məlumatı düzgün izah etməyi bacarmır. Sara ilə Uiton kollecində ilk görüşümüz buna ən parlaq nümunə ola bilər. O, ispan dili dərsləri keçirdi və bu, onun üçün çətin idi. Biz bir dəfə kitabxanada olarkən, o, mənə ispan dili ilə bağlı çətinliklərindən danışmağa başladı. Mən onun çətin vəziyyət haqqında təfsilatı ilə danışdıqlarına diqqətlə qulaq asdıqdan sonra dedim: «Yaxşı, mən bunun üzərində işləyərəm. Ən əsası, iş təqvimi tərtib etmək lazımdır. Biz sənin bütün dərslərini kiçik hissələrə bölərik və sən hər gün bu materialı hissə-hissə öyrənərsən».
Mən elə oradaca, kitabxanada Sara üçün iş təqvimi tərtib etdim. Bir-neçə dəqiqədən sonra təqvim hazır olsa da, Sara yanımda deyildi. Mən ətrafa baxaraq, onun şadlıq içində sevinə-sevinə öz rəfiqələri ilə birlikdə ürəkdən qəhqəhə çəkdiyini gördüm. İşin nə yerdə olduğunu başa düşməyərək, öz-özümə düşündüm: «Ola bilsin ki, mən necəsə artıq bu problemi həll etmişəm?»
Mən onun baxışlarını tutan kimi işarə ilə yanıma çağırdım. O, həmin an yaxınlaşdı və üzündə xoşbəxt ifadə ilə yanımda əyləşdi.
— Mən ispan dili ilə olan problemini həll etdim?
— Tamamilə yox.
— Bəs, onda nəyə görə sevinirsən?
— Sadəcə kiminsə məni dinləməsinə ehtiyacım var idi.
Beləcə, Saranın ehtiyac duyduğunu ona verə bilmişdim. Bu isə diqqətli və başa düşən qulaq idi. Təbii ki, mən vəziyyəti «düzəltmək» üçün davam etdim. Lakin mən işə başlamazdan daha əvvəl, o, özünü daha yaxşı hiss etməyə başlamışdı. Siz deyə bilərsiniz ki, bu dəfə sadəcə mənim bəxtim gətirib. Lakin bizim görüşdüyümüz, sonra isə evləndiyimiz dövrlərdə eşitməkdən daha çox vəziyyəti «düzəltməyə» çalışmaqla günahkar olan vaxtlarım da az olmayıb. Mənim problemim məhz bundan ibarət idi və bu barədə mənə birbaşa və səmimiliklə deyənlər olmuşdu.
Həmin gün kitabxanada Sara ispan dili ilə bağlı problemini mənə danışarkən hadisələrin dinamikası çox güclü idi. Əslində mənə vəziyyəti «düzəltmək» lazım deyildi. Saraya yalnız qulaq asan bir adam lazım idi. (Mənə aydın oldu ki, Saranın məndə mövcud olmayan ehtiyacları var və bu normaldır. O da başa düşdü ki, mənim də onda mövcud olmayan tələbatlarım var və bu da normaldır!) Arvadınızın mövcud olan problemini hər dəfə həll etməli olmadığınızı bir ər kimi başa düşsəniz, onda siz empatiya və ya şəfqətlilik, anlama göstərmək üçün nəhəng addım atarsınız. Və yalnız bu deyil, həm də nə qədər vaxta, əsəblərinizə qənaət edər, eyni zamanda Çıxılmaz dövrədə firlanmağınızı dayandırarsınız.
Bütün bu illər ərzində qulaq asmaq sahəsində həm uğurlarım, həm də uğrusuzluqlarım olub. Lakin Sara hər dəfə öz problemləri ilə mənim yanıma gələn vaxt iki sual verməyi öyrənmişəm. Birinci sual: «Mən nəyisə səhv etmişəm?» Bu sualın cavabı, adətən, belə olur: «Xeyr, hər şey qaydasındadır». İkinci sual birincidən daha vacibdir: «Sənə problemin həlli, yoxsa mənim diqqətim lazımdır?» Bu vaxt Sara, adətən, belə deyir: «Mən istəyirəm ki, sən mənə qulaq asasan». Onda mən sadəcə qulaq asıram. Sara böyük və ya kiçik problemi haqqında danışdıqdan sonra özünü yaxşı hiss edir. O, mənim yanımdan özünü başa düşülən və sevimli olduğunu hiss edərək gedir. Energetik dövrə təsir edir və bizi öz gücü ilə doldurur.
Lakin məsləhət verdiyim vaxtlarda və konfranslarda bunu başa düşməyən kişilərlə görüşürəm. Bundan əlavə, sadəcə qulaq asmaq əvəzinə vəziyyəti düzəltməyə çalışmaq, nikahda dava-dalaşın ən ciddi səbəblərindən birinə çevrilir. Bu kişilər öz mavi eynəkləri və mavi eşitmə cihazları vasitəsilə hərəkət etdiklərinə görə belə olur. Onlar problemə kişiyana yanaşırlar.
Bəzən bir kişi öz problemi ilə başqa kişiyə yaxınlaşır. İnstinktiv olaraq Cavid bilir ki, Vüsal onun yanına sadəcə ürəyini boşaltmaq üçün gəlmir. O bilir ki, Vüsal «kiminsə sadəcə ona qulaq asmasına» ümid edir. (Kişi məyusluğun və qəzəb partlayışının ən son həddində olarkən, yalnız ən ağır və kritik vəziyyətlərdə sadəcə kiminsə ona qulaq asmağını istəyir). Doxsan beş, doxsan səkkiz faiz kişilər konkret kömək əldə etmək məqsədilə bir-birinə yaxınlaşırlar. O zaman Cavid soruşur:
— Bəs sən bunu sınaqdan keçirmisən?
Və problemin həlli üçün variantlardan birini təklif edir.
— Maraqlı fikirdir, — Vüsal deyir, — çox sağ ol.
Görürsünüzmü, kişilər mövcud olan problemi həll etməklə bir-birinə kömək etdiklərini düşünürlər. Hamıya məlumdur ki, kişilər və qadınlar eyni testə cavab verdikləri zaman müxtəlif eynəklər əldə edirlər. Kişilər təhlil etməkdə, qadınlar isə şifahi planda güclüdürlər. Kişi analitik düşüncə tərzinə meyllidir, qadın isə məlumatı daha yaxşı şərh edir. (Bu barədə ətraflı olaraq, kişilərin ağıllı olmalarına həsr olunmuş on ikinci fəsildə danışacağıq).
Beləliklə, Vüsala kömək etdikdən sonra Cavid evə, öz problemi ilə onu gözləyən arvadının yanına yollanır. Vüsal ilə hər şeyin yaxşı alındığı üçün, Cavid arvadının da problemini bu yolla həll etmək istəyir. Lakin cavabında belə eşidir: «Mənə yaşamağı öyrətmək lazım deyil, sən sadəcə mənə qulaq as, vəssalam». Cavid isə bütün kişilər kimi arvadının bu cür münasibətindən narazı qalacaq. O, başa düşmür ki, insan necə belə bir naşükürlük və hörmətsizlik edə bilər. Axı, o, arvadına kömək etmək istəyirdi. Lakin elə bu an Cavid dayanmalıdır. O, bir sualı öyrənməlidir: «Sənə problemin həlli, yoxsa mənim diqqətim lazımdır?»
Bu, bizim üçün təbii olmasa da, bunun ona etirazsız təsir edəcəyinə dair sizə zəmanət verirəm. Qadın kişiyə öz problemi ilə yaxınlaşdıqda, onun həll olunmasını deyil, yalniz ərinin onu dinləməsini istədiyini yadda saxlamaq lazımdır. Əslində, bir çox hallarda o, nə etmək lazım olduğunu dəqiq bilir. O, başa düşülmək və tamamilə başqa səviyyədə ünsiyyət istədiyi üçün, əri ilə bölüşmək istəyir. Kişilər yalnız bir səbəbə görə ünsiyyət qurmağa meyillidirlər. Onlar məlumat mübadiləsi edirlər. Onlar belə düşünürlər: «Ünsiyyət nəyə lazımdır? Faktları de. Fikirlərinlə bölüş. Nəticələr çıxart. Daha nə lazımdır?»
Buna görə də qadın ərinə yaxınlaşıb: «Söhbət edə bilərik?» — deyə soruşduqda, əri belə cavab verir: «Nə barədə?» O, məlumat mübadiləsinə və problemi həll etməyə hazırdır. Qadın isə o zaman belə cavab verir: «Nə bardə olduğunu bilmirəm. Mən sadəcə danışmaq istəyirəm». Adətən, kişilər üçün belə bəyanatları başa düşmək çətin olur. Onun məlumat mübadiləsi sistemində nasazlıq baş verir. Onda müxtəlif cür şübhələr yaranır. Ola bilsin ki, qadın nə isə planlaşdırıb və onun üçün tələ hazırlayıb.
Doqquzuncu və onuncu fəsillərdə arvadınızla ünsiyyətə ayırdığınız vaxtın vacibliyini qeyd etdim. Bunu mütləq etmək lazımdır. Başqa variant yoxdur. Məhz belə söhbətlər zamanı qadın münasibətlərdə harmaoniya yaradır. Kişilər üçün belə söhbətlər əhəmiyyətsiz görünə bilər. Siz onlara həmişə hazır ola və yaxud xüsusən agır iş günündən sonra evə qayıtdıqda hazır olmaya da bilərsiniz. Lakin hər necə də olsa, onunla söhbət etmək üçün vaxt ayırın. Ötən gün onunla baş verənləri sizinlə bölüşməyin və sizinlə baş verənlərə də qulaq asmağın onun üçün nə qədər vacib olduğunu unutmayın. Bütün gün hər şeyi təfsilatı ilə danışmaq lazım deyil. Lakin ən vacib, maraqlı, əhəmiyyətli və onun özünü xoşbəxt hiss edə biləcəyi konkret hadisələr haqqında danışın. Çünki belə olduqda o, həyatının ən vacib adamı ilə harmoniya yaradaır.
Həm də unutmayın ki, qadınlar emosional gərginlikdən azad olmaq üçün söhbət etməyi sevirlər. Qadın vəhdət təşkil edən varlıq olduğu üçün onu dəm çayniki ilə müqayisə etmək olar: gün ərzində onunla baş verən hər şeyi canına hopdurur və nəticədə müəyyən bir yükü öz üzərinə yükləyir. O, bəzi hisslərdən azad olmalıdır və həqiqətən də bunu nə sabaha, nə də o biri günə təxirə sala bilməz. Onuncu fəsildə dediyimiz kimi, kişilər bəzi problemlərdən uzaqlaşmağı üstün tuturlar. Siz hansısa əşyaları yığışdırıb, bir daha onları xatırlamaya bilərsiniz. Sizin daxilinizdə arvadınızda olduğu kimi böyük gərginlik yaranmır. Əgər siz ona hətta xırdalıqlar barədə də bölüşməyə və «buxarı buraxmağa» imkan versəniz, özünü çox yaxşı hiss edəcək. O, sizinlə birlik və sıx əlaqə hiss edəcək.
Qadınlar həm də öz hisslərini müəyyənləşdirmək üçün də danışmalıdırlar. Kişilər, adətən, nə hiss etdiklərini bilirlər və əgər lazım bilsələr, bu barədə danışacaqlar. Qadınlar digər tərəfdən çox şey hiss edə bilsələr də, bunun hansı hiss olduğunu başa düşmək onlar üçün çətindir. Gün ərzində onlarla nə baş verdiyini danışmağa başladıqda, onlar yenə də müəyyən edə bilmədikləri problemə qayıdırlar. Bax, buna görə də qadınlar tez-tez soruşurlar: «Biz söhbət edə bilərik?» Onlardan nə haqda danışmaq istədiklərini soruşsanız, hətta bu suala düzgün cavab verə bilməyəcəklər. Sadəcə olaraq onların çətin günü olub, ya da onlar danışmaq istəyirlər, vəssalam. Bir ər kimi arvadınızın öz hisslərini təhlil etməyə ehtiyac duyduğunu bilməlisiniz. Çünki o, məhz nə hiss etdiyini aydınlaşdırmalıdır. Arvadınız sizinlə danışarkən hər şey onun üçün bir qədər aydınlaşdıqda, o, özünü yaxşı hiss edəcək və başa düşdüyünüz üçün sizə minnətdar olacaq.
Sara ilə həyatımızın müəyyən dövründə uşaqlarımız balaca idilər və hər ikimizin qayğı yükü ağır idi. Buna görə də şam yeməyindən sonra böyük oğlumuzdan balaca bacı-qardaşına baxmasını xahiş edir və yataq otağımıza girərək qapını bağlayırdıq. Bu on beş dəqiqə ata və ana üçün ayrılmış vaxt idi. Və uşaqlar çox yaxşı bilirdilər ki, biz bütün işlərimizi qurtarana qədər bizə mane olmamalıdırlar.
Ən əsası ondan ibarət idi ki, şam yeməyindən sonrakı bu on beş dəqiqə ecazkar və planlaşdırılmış hərəkət idi. Sara bu on beş dəqiqənin ona məxsus olduğunu, öz fikir və düşüncələrini bölüşərək mənimlə söhbət edə biləcəyini bilirdi. Çox məşğul olduğum və Sara üçün ünsiyyətə vaxt ayırmadığım üçün münasibətlərimizdə gərginliyin artdığı dövrlər də olub. Mənim gedişim və qayıdışım arasındakı fasilələrdə olan söhbətlər Sara üçün kifayət etmədiyi üçün biz gecə görüşləri barədə razılığa gəldik. Gərginlik ani olaraq yoxa çıxdı, çünki Sara cümə axşamları onun üçün ayrılmış konkret, tamamilə ecazkar vaxtın olduğunu dəqiq bilirdi. Buna görə də o, demək istədiyi hər şeyi həmin günə saxlayırdı. O demək olar ki, siyahı hazırlayır və qeydlər edirdi. Şam yeməyindən sonra biz təkliyə çəkilərdik və o, öz qeydlərini nəzərdən keçirə-keçirə söhbət edərdik. Ola bilsin, bəzi kişilər belə fikirləşər: «Hə, yaxşı, siz Sara ilə söhbət edirdiniz, amma
Onun hisslərini və gündəlik qarşılaşdığı hər şeyi başa düşməyə çalışdığınızı göstərə biləcək bir çox vasitələr var. Hər fürsətdən istifadə edərək, gördüyü bütün işlərə görə ona minnətdarlığınızı bildirin. Arvadına xüsusi açıqca bağışlayan bir kişi tanıyırıq. O, açıqcada evdə etdiyi bütün işlərə: paltar yuduğuna, yemək hazırladığına, uşaqlara səhər yeməyi hazırlayıb onları məktəbə yola saldığına, ev tapşırıqlarını yerinə yetirməkdə kömək etdiyinə görə arvadına minnətdarlıq edirdi. Orada on, ya da on beş bənddən ibarət siyahı var idi. Qadın bu açıqcadan çox təsirlənərək belə demişdi: «Mən onu Müqəddəs Kitabımın arasına qoyacaq və vaxtaşırı oxuyacağam».
Bu qadın əri tərəfindən qismən də olsa başa düşüldüyünü hiss etdi. Ancaq bunu bilin ki, arvadınızın başa düşülməyə olan ehtiyacı hüdudsuzdur. Siz həmişə bu istiqamətdə səy göstərməlisiniz və hətta bu sahədə heç zaman kamillik əldə edə bilməsəniz də, göstərdiyiniz hər bir səy yüksək səslə belə bəyan edəcək: «Mən səni sevirəm».
Bir kişinin məktubu bu mövzuya çox gözəl surətdə yekun vurur:
Allahın planına uyğun şəxsiyyət kimi inkişaf etsin deyə, arvadım üçün təhlükəsiz şərait yaratmağı həmişə arzu etmişəm. Ümid edirəm ki, elə bu cür də alınır. İndi o, iki il bundan qabaq xoşbəxt olmadığı, lakin hər şeyin geridə qalması barədə açıq danışır. Mən ümid edərm ki, indi onu daha yaxşı başa düşürəm və onun üçün həqiqətən ən yaxşı dosta çevrilmişəm. Dörd uşaq böyütdüyümüzə görə hər gün çoxlu problemlər və çətinliklərlə qarşılaşırıq. Lakin biz onunla bir komandayıq və mən fikirləşirəm ki, bütün çətinlikləri Allahın real hüzurunda Onun köməyilə birlikdə keçirik.
• ona qulaq asır və onun dediklərini təkrar etməyi bacarsanız;
• o, bunu xahiş etmədən vəziyyəti dəyişməyə çalışmasanız;
• onun hisslərini müəyyən etməyə çalışsanız;
• onun hissləri sizə nə qədər məntiqsiz görünsə də, heç bir vaxt onlara laqeydliklə yanaşmasanız;
• «çox sağ ol ki, bunları mənə danışdın», desəniz;
• öz hissləri barədə sizinlə danışmağa çalışdıqda onun sözünü kəsməsəniz;
• düzgün olmadığınızı etiraf edərək, üzr istəsəniz;
• onun çətin günlərində ona qarşı daha həssas olsanız;
• nə etmək lazım olduğunu görüb, bunu vurnuxmasız və uzun-uzadı söz-söhbət salmadan etsəniz;
• «əzizim, mən sənin gördüyün işləri heç vaxt edə bilməzdim», deməklə, hər şeyə görə ona minnətdarlığınızı bildirsəniz;
• onunla birlikdə və onun üçün dua etsəniz;
arvadınız onu başa düşməyə çalışdığınızı hiss edəcək.
FƏSİL 12.
SÜLHPƏRVƏRLİK – QADIN SİZİN HƏSSAS OLMAĞINIZI İSTƏYİR
Aspiranturada oxuduğumuz vaxtlar bəzi ideyaların konseptual haşiyələrini müzakirə edirdik. Bizim qrupda cəmi iki ya da üç kişi var idi, qalanları isə feminist qadınlar idi. Bir dəfə müzakirə üçün «birləşmə» anlayışı təklif edilmişdi. Qadınların işıq saçdığını və otaqda enerji dalğasının hərəkət etdiyini müşahidə etdim. Mən qadınlara sualla müraciət etdim:
— Birləşmə anlayışı sizin üçün nə deməkdir? Onlar susdular. Sonra bir az pıçıldaşdılar və təxminən bunları dedilər:
— Bu, birləşmədir... tamam bir olmaqdır, canın birləşməsidir.
Başlanğıc üçün bu, yaxşı olsa da, mən daha çox eşitmək istəyirdim:
— Mənə bu anlayışın tərifini verin. Son nəticədə, biz hamımız doktorluq dissertasiyası üzərində çalışırıq. Biz müəyyən terminlərdə müxtəlif anlayışlara tərif verməyi və müzakirə etməyi bacarmalıyıq.
Heç bir qadın bunu etməyi bacarmadı. Onlar etiraf etdilər:
— Biz bacarmırıq. Biz yalnız bunun olduğunu bilirik və nə vaxt olmadığını bilirik.
— Aydındır, — mən dedim.
Əlbəttə, mən heç nə başa düşmədim, lakin biz digər konsepsiyanın müzakirəsinə keçməli idik.
Mən o müzakirəni heç vaxt unutmadım və sonralar pastor xidmətinə başlayanda və xüsusən də məsləhətçilik fəaliyyətimin başlanğıcında «birləşmə» anlayışının üzərində çalışmağa davam etdim. Bu fəsildə haqqında yazdığım prinsipləri işləyib hazırladıqdan sonra «birlik» anlayışı haqqında daha dərin düşünməyə başladım. Qabaqcadan da müşahidə etdiyimiz kimi, «birləşmə» anlamının çox tərəfi var. Biz artıq yaxınlıq, səmimilik və anlaşma haqqında danışmışıq. Tamamilə aydındır ki, bunların hamısı qadının özünü ərinə nə qədər yaxın hiss etməsi ilə bilavasitə əlaqəlidir.
Birləşmənin diqqətlə araşdırmalı olduğumuz dördüncü tərəfi də var. Bu, sülh yaratmaqdır. Demək olar ki, bu, ən vacib tərəfdir. Əgər sizin aranızda konflikt, narazılıq və hansısa gərginlik yaranıbsa, siz artıq arvadınızla sülhdə deyilsiniz və deməli, bir-birinizlə sıx bağlı olduğunuzu hiss etmirsiniz. Münasibətlərinizdə sülh olmadıqda, o, sizinlə bir olduğunu, sizin səmimiliyinizi hiss etmir və onu başa düşmədiyinizə əmin olur. Bütün bunların səbəbi kimi aranızda dayanan həmin gərginliyi və maneəni göstərmək olar. Aspiranturada alimlərlə birlikdə «birləşmə» anlayışını tədqiq etməklə yanaşı, Müqəddəs Yazıları da araşdırdım və paradoksal nəticəyə gəldim. Mən öyrəndim ki, Allahın fikrincə, hər bir nikahda vaxtaşırı münaqişələr baş verməlidir (1 Korinflilərə 7:3,4). Hətta dünyəvi tədqiqatlar da ən uğurlu nikahlarda belə münaqişələrin qaçılmaz olduğunu göstərir. Görünür, onlar ehtirasın közərtilərini dəstəkləmək üçün lazımdır. Yəqin ki, hər şey ər-arvadın bir-birini başa düşmədiklərinə görə başlayır. Sonra kiçik toqquşma və narazılıq yaranır. Lakin ər-arvad münaqişəni həll edəndə, bu, insanların qarşılıqlı münasibətlərinin dərinləşməsinə səbəb olur. Barışdıqdan sonra onların bir-birilərinə olan minnətdarlıq hissini daha dərindən duymaq və qiymətləndirmək bacarığını inkişaf etdirir.
Tamamilə aydındır ki, qığılcımlar uçuşanda, adi və yaxud ciddi münaqişəyə görə evli cütlüklər mübahisə edəndə müəyyən risk yaranır. Münaqişə iki yolla inkişaf edə bilər. Qığılcımlar insanları qızdıra bilən, evi isidən və onda rahatlıq yaradan, idarə oluna biləcək alova çevrilə bilər. Ya da qığılcımlar evi büsbütün yandıran məhvedici alova çevrilə bilər. Bütün evli insanlar başa düşməlidirlər ki, qığılcımlar onların münasibətlərində vaxtaşırı özünü göstərəcək. Əsas məsələ onları necə idarə etməyə hazırlaşmağınızdan ibarətdir.
Arvadını hörmət göstərməyə məcbur etmək məqsədilə ona qarşı məhəbbətin çatışmamazlığını açıq-aşkar nümayiş etdirən bir kişi ilə söhbət etmişdim. O, arvadından uzaqlaşmışdı. Qəzəb və hiddətlə ondan uzaqlaşıb özünə qapanmışdı. O, arvadının hisslərinə etinasız yanaşırdı. O, öz fikrində əmin idi və heç zaman barışığa can atmırdı. Bir sözlə, özünü arvadına qarşı sülhpərvər aparmırdı. Bu kişi mənə demişdi: «Mən elə fikirləşdim ki, bu yolla onu bir az da olsa hörmət göstərməyə məcbur edə bilərəm». Sonra o başını aşağı salaraq demişdi: «Amma o, məni tərk etdi. Bu vaxta qədər onun nə üçün belə etdiyini başa düşə bilmirəm».
Münaqişənin yaxınlaşdığını qadınlar kişilərdən daha tez başa düşürlər. Qadın özünü sizin heç zaman hiss edə bilməyəcəyiniz qədər tərk edilmiş hiss edir (Yeşaya 54:6-a bax)[15]. Buna görə də o, sizinlə münasibətləri aydınlaşdırmaq istəyir və bu məqsədlə də sizə yaxınlaşır. Əgər siz birlikdə əl-ələ getsəniz, baş vermiş münaqişəni həll edərək ürəklərinizin birləşməsinə nail olacaqsınız. Bu, onun üçün çox qiymətli nailiyyət olacaq. Bir-birinizlə sülhdə olmağınızı başa düşmək arvadınız üçün həddən artıq vacibdir.
Münaqişədən qaçmağa çalışaraq arvadınızla barışmaqdan imtina etməyin. Münaqişənin olması nikahınızın uğursuz olduğunu göstərmir. Əslində, Müqəddəs Kitabda yazılıb: «Amma belə adamlar bu həyatda əziyyət çəkəcək» (1 Korinflilərə 7:28). Pavel hansı əziyyətləri nəzərdə tuturdu? Həmin fəsildə bir qədər əvvəldə Pavel nikahda olan münaqişələrin həlli üçün möhtəşəm prinsip irəli sürür: «Ər arvadına aid, arvad da ərinə aid olan nikah borcunu yerinə yetirsin. Arvadın bədəni özünün yox, ərinin ixtiyarındadır. Eləcə də kişinin bədəni özünün yox, arvadının ixtiyarındadır» (1 Korinflilərə 7:3,4).
Bu hissədə Pavel Korinfdəki məbədin evli cütlüklərinə məsləhət verir. İlkin məbəddə yaxşı məsihçinin intim həyatdan tamamilə uzaq olmağı barədə ideyalar var idi. Görünür ki, Korinfdə də məhz belə düşünürdülər. Bu səhvi düzəltmək üçün Pavel evli adamları nikahdan kənar imtahana və zinaya düşməmək üçün ər-arvadlıq borclarını yerinə yetirməyə çağırır (5-ci ayəyə bax). Lakin qadının bədəni üzrərində səlahiyyətin özünə deyil, kişiyə aid olması və kişinin bədəni üzərində səlahiyyətin özünə deyil, qadına məxsus olması barədə Pavelin bəyanatı təəccüb doğurur. Pavel bununla nə demək istəyir? Düşünürəm ki, o, burada Əhdi Cədidin möhtəşəm prinsiplərindən birini yaradır: sizin bərabər, lakin müxtəlif ehtiyaclarınız olduğu üçün münaqişələriniz də olacaq. Lakin siz bunları əməkdaşlar kimi həll edə bilərsiniz. Kişi arvadından, arvad da kişidən asılı olmadan nə isə etməli deyil. Ər-arvad birlikdə və razılıqda hərəkət etməlidirlər[16].
Sanki Allahın: «Nikahınızda gərginliyin olmasına icazə vermərəm. Mən istəyirəm ki, siz münaqişəni həll edəsiniz. Ona görə ki, onları həll etsəniz, sizin münasibətləriniz daha dərin və möhkəm olacaq. Siz onları birlikdə həll edərək həyatda birgə addımlayacaqsınız», dediyi barədə təəssürat yaranır.
Bir nəfərlə söhbət edərkən o demişdi ki, hər dəfə ailələrində mübahisələr baş verəndə onun arvadı söz çürüdən olur. Düzgün eşitdiyimə əmin olmaq üçün mən soruşdum:
— Siz demək istəyirsiniz ki, o, çərlədən olur?
— Yox, — o, cavab verdi, — arvadım tarixə müraciət edir. O, hər dəfə ötüb keçənləri, keçmişdə unudulan fakt və hadisələri eşib çıxartmağa başlayır.
Əksər qadınlar məmnuniyyətlə tarixə müraciət edirlər. Ona görə də kişinin münaqişəni, «gəl, hər şeyi unudaq» sözləri ilə başa çatdırmaq istəməsinin mənası yoxdur. Qadın belə fikirləşmir, çünki o, bunu unutmaq istəmir. Ola bilsin ki, hansısa müddətdə unudacaq, lakin lazım olan vaxt xatırlayacaq və vaxtaşırı olaraq çoxdan unudulmuş hadisələri ərinə təkrarlayacaq. Demək olar ki, söhbət etdiyim hər bir kişi arvadının qeyri-adi yaddaşa malik olduğunu söyləyə bilər. Onların yaddaşı, kimin nə vaxt nə dediyi, bunun harada baş verdiyi, adamların nə geyindiyi və sairə kimi dəqiq məlumatları özündə saxlayır. Sizin arvadınız keçmişdə baş verən hadisələrə, tarixə bələdçilik edə bilmək üçün belə qurulub. O, tarixdən tamamilə unudulmuş şeyləri çıxardır ki, nə vaxtsa baş verənlərin tam silsiləsini təkrar etsin və sonra bütün bunları həll etsin. O, havanı dəyişmək və münasibətlərdə sevgini hiss etmək üçün bunları çıxardır. Siz isə, bədbəxt ər kimi onun qeyri-insani yaddaşından heyrətə düşərək elə bir ana gəlib çatacaqsınız ki, arvadınızın əməldə vəhdət təşkil edən varlıq olduğunu və onun «bunu sadəcə unuda» bilməyəcəyi faktını qəbul edəcəksiniz.
O, hər dəfə keçmişə qayıtdıqda sizinlə barışmağa can atır. O, sizin onunla səmimi olmağınızı istəyir, sizi anlaşmaya və sülhə ruhlandırır. O, özünün sevimli olduğunu hiss etmək üçün ona qəzəbli olmadığınıza əmin olmaq istəyir. Keçmişdəki məlumatlardan istifadə edərək qeyzlə söz hücumuna başlamasına baxmayaraq, o, sizi provakasiya etmək istəmir. Lakin onun məhz bunu etmək istədiyini düşünə bilərsiniz. Kişilər üçün buna inanmaq çətindir. Arvadının tez-tez tarixə müraciət etdiyini deyən kişiyə qadının belə etməklə aralarında olan sevgi hissini daha da dərinləşdirməyə səy göstərdiyini izah etməyə çalışsam da, ər buna inanmamışdı:
— Bu, ola bilməz, — deyə o, tamamilə təəccüb içində dilləndi.
Lakin bu, doğrudur. Çünki qadının beyni məhz bu cür işləyir. Münaqişənin həllinə qadının yanaşması kişidən tamamilə fərqlənir. Dördüncü fəsildə danışdığımız kimi, yaxın rəfiqə olan iki qadın ciddi surətdə dava etdikdən sonra, növbəti gün və ya yarım saatdan sonra hərəsi öz mövqeyini bildirməklə münaqişəni həll edə bilərlər. Onlar özlərinin bütün dəlillərini stolun üstünə qoyaraq, bir-birindən üzr istəyə bilərlər. Lakin bütün problem ondan ibarətdir ki, bütün qadınlar evdə ərləri ilə olan münaqişədə də həmin üsuldan istifadə etmək istəyirlər. Amma onunla bu alınmır. Nə üçün? Ona görə ki, adətən kişilər münaqişəni çox saylı sözlərdən ibarət olan danışıqlarsız, hissləri təcrübə etmədən və üzrxahlıqlarsız həll edirlər.
Bəzi kişilər bir-birindən üzr istəyə bilərlər, lakin sonra onların alovlanan bütün münaqişəni «sadəcə unudacaqlarına» heç şübhə yoxdur. Buna görə də hissləri ardıcıl müzakirə etməklə və baş verən hər şeyin tam silsiləsini təkrar etməklə münaqişənin həllinə çalışan qadın ərinə yaxınlaşarkən kişi bundan imtina edəcək. Bu silsilənin yarısında kişi belə deyə bilər: «Bəsdir. Gəl, bunu unudaq və burada nöqtə qoyaq». Lakin bütün problem ondan ibarətdir ki, qadın ona inanmır. O, öz düşüncəsinə görə bilir ki, nöqtə qoyulmayıb. O bilir ki, sonra yenə də bu barədə xatırlayacaq. Çünki bu, onun içində qalıb. Qadın məhəbbət hissi ilə o qədər dolub ki, ərinin problemi ondan fərqli şəkildə həll edə biləcəyinə inana bilmir.
O zaman görək nə baş verir. Siz «hər şeyi unudaq», deyə təklif edərək söhbəti kəsəndə, arvadınız hələ də gizlində ona qəzəbli olduğunuzu və əslində münaqişənin həll olunmadığını düşünür. Münaqişəni həll etmədən o, xoşbəxt ola bilməz. Aşağıdakı məktubda belə vəziyyətdə olan qadının məyusluğu açıq-aşkar görünür:
Mən daxilən ölməyə davam edirəm. Çünki münasibətlərimizi bərpa etmək üçün Rəbbə necə imkan verməli olduğumu bilmirəm. Ərim dəfələrlə bizim bir-birimizə olan məhəbbətimizin qeyri-adi olduğunu deyib. Bəzən bir-birimizə hiss etdiyimiz yaxınlığı çox adamlar hiss etmir. Lakin bizim mübahisələrimiz və tam barışıqsızlıq hissi ağır yük kimi mənim üzərimdədir.
Mümkün qədər az münaqişə istəyən hər bir kişi, sülhə gedən yolu aydın təsvir etməlidir. O, yalnız belə deməyi öyrənməlidir: «Əzizim, məni bağışla. Sən məni bağışlayırsan? Səni incitmək istəmirdim». Hətta bütün günahların onda olduğunu hesab etsəniz də bunu edin. Əsas məsələ sizin və yaxud onun nə qədər təqsirli olmağında deyil. Həmişə olduğu kimi əsas məsələ — sevgi və hörmətdədir.
Üzr istəməyin biz kişilərə nə üçün bu qədər çətin olduğunu bir ər kimi öz düşüncələrimlə bölüşmək istəyirəm.
Qadın «bağışla» deyəndə, bu, onun üçün sevginin güclənməsi əlamətidir. Lakin kişi üzr istəyəndə, o, özünə qarşı hörməti itirdiyini düşünür. Kişi nə üçünsə üzr istəyərkən qadının onu düzgün başa düşdüyünə əmin olmadığına görə bu mövzunu yenidən qaldırdığı zaman bu, özünü daha çox biruzə verir. Qadın problemin həll olunduğunu düşünmədiyi üçün müzakirə etməyi davam etmək istəyir. Kişi isə qadının hörmət kodeksini pozduğunu düşünür. Kişi üçün bütün silsiləni təkrar etmək çox ciddi məşğuliyyət kimi görünür.
Əlbəttə, kişiləri məğrur olmaqda təqsirləndirmək ən asan şeydir. Burada qürur elementi olmadığını demək istəmirəm. Lakin burada kişi məğrurluğu ilə yanaşı kişilərə məxsus şəxsi ləyaqət və hörmətə tələbat hissi də var. Bütün kişilərə bunlardan keçdiyimi bildirmək istəyirəm. Özümü ələ alaraq Saraya belə deməyim lazım gəlib: «Məni bağışla. Mən düzgün hərəkət etməmişəm». Nəhayət, belə deyərkən səmimi olduğuma onu inandıranda, onun ruhu şəfa tapıb. Bu sadə sözlər onun qəlbinə sülh gətirib.
Qadın nə qədər qəzəbli olsa da, ər baş verənlərə görə səmimiyyətlə tövbə edərsə, o, bu sözlərdən əriyəcək. Düşünmürəm ki, əksər kişilər bu fikri başa düşüblər. Bir qadın əri ilə birlikdə qələbə çaldıqları döyüş haqqında mənə yazmışdı. Hər şey ağılsız görünürdü. Əslində onlar sadəcə olaraq öpüşmək haqqında danışırdılar və axırı davaya çevrilirdi. Qadın yatmağa gedirdi, kişi isə bir az sonra yataq otağına gəlirdi. «Mən susub uzanmışdım və birdən ərim gözlənilmədən (divara baxaraq) dedi: “Xahiş edirəm, məni bağışla və əgər yenə də öpüşmək istəyirsənsə, gəl öpüşək.” Mən yenə də özümü sevimli hiss etdim. Yəqin, bir daha münaqişə etmədiyimizi başa düşdünüz.» Xahiş edirəm, bir kişi kimi bu qadının danışığına diqqət edin: «Mən yenə də özümü sevimli hiss etdim». Qadın qalxmalar və enmələrlə dolu olan emosiya qammalarına malikdir.
Siz həmin kişinin etdiyi kimi arvadınızı bu spektrın ən yüksək mərhələsinə qaldıra bilən enerji ilə doldura bilərsiniz.
Siz hələ də arvadınızla necə barışmaq lazım olduğunu başa düşməmisiniz? Aşağıda Müqəddəs Yazıların həqiqətlərinə tamamilə uyğun gələn metod və prinsiplər göstərilir.
Birinci növbədə, məhəbbətlə diktə edilmiş davranışınızın böyük gücünə tamamilə əmin olun. Süleymanın Məsəllərinin on beşinci fəslinin birinci ayəsini başqa şəkildə ifadə edərək belə demək olar «həlim cavab qəzəbin, xüsusən də arvadınızın qəzəbinin qarşısını alır». İstənilən münaqişə zamanı öz məhəbbətinizi nümayiş etdirsəniz, onun ürəyinin ən dərinliklərinə toxuna bilərsiniz. Sizin onunla məhəbbətlə davranmanız qadın ürəyinin gizli mexanizminə təsir edir. Allahın Özü qadını belə yaradıb. Və maraqlısı ondadır ki, o da sizinlə eyni cür davranmağa başlayacaq. Ər heç zaman bu məsələdə xoşxasiyyətli arvadından üstün ola bilməz. Lakin siz bunu edərkən səmimiliklə edin. Əgər o, yalan və qeyri-səmimilik hiss edərsə, deməli, sizi Çıxılmaz dövrədə daha bir səyahətin tam silsiləsi gözləyir (beşinci fəslə bax).
Əlbəttə, kişi soruşa bilər: «Əgər mən sevəcəm, verəcəm, lakin cavabında yenə də hörmətsizlik görərəmsə, bu necə olsun?» O zaman sizin ona belə demək üçün tam səlahiyyətiniz var: “Mən səninlə harmoniyada yaşamaq istəyirəm, səni sevmək istəyirəm, lakin sənin tərəfindən hörmətsizlik görürəm. Məgər mənim sözlərim və hərəkətlərim sənə olan sevgimin təsdiqi deyil? Allahın iradəsinə uyğun yaşayan qadınlar ağıllı və sevgi dolu sözlərə vicdanla yanaşaraq dəyişikliyə yol axtaracaqlar. Əgər sizin arvadınız ilk dəfə görməsə də, yəqin ki, gələn dəfə hər şeyi başa düşəcək.
İkincisi, əgər siz onu günahlandırmayaraq, əksinə öz səhvinizi etiraf edərsinizsə, arvadınızla sülh əldə etmiş olacaqsınız (Yaqub 5:16-ya bax). Mən artıq demişəm və yenə də təkrar edirəm: düzgün olmadığınızı etiraf edin və üzr istəyin. Bu, qadınlar üçün güclü şəhadətdir və siz: «Fikirləşirəm ki, mən indi sənin hisslərini və sənin nə üçün başqa cür deyil, məhz bu cür reaksiya verdiyini başa düşürəm. Xahiş edirəm, məni bağışla» deyərək əlavə etsəniz, arvadınız daha çox təsirlənəcək.
Etiraf haqqında bir söz demək istəyirəm. Siz etiraf edərkən, onun payına düşən günahı boynuna almasına çalışmayın. Əslində həmişə oldugu kimi, o, özü bu qənaətə gələcək. Qadınlar bərabərliyə meyillidirlər. Məsələn, özünü ikinci dərəcəli və səhv hiss etmək onun xoşuna gəlmir, lakin sizin də özünüzü alçalmış və günahkar hiss etmənizi istəmir. Sizin etirafınızdan sonra onun belə deyəcəyinə əminəm: «Təqsir təkcə səndə deyil. Əslində, mən də günahsız deyiləm. Yəqin ki, mən daha çox günahkaram. Etdiyim hər şeyə görə məni bağışla. Məni bağışlayarsan?» Demək olar ki, günahınızı hər dəfə etiraf edərkən o, sizi yarı yolda qarşılayacaq. Qadının aləmində sülhpərvərlik məhz bu cür icra olunur.
Bəzi kişilər belə düşünə bilərlər: «Üzrxahlığa görə bu qədər əlləşmək nəyə lazımdır? Bu, sadəcə sözdür». Sözlərin sizin arvadınızın həyatında böyük rol oynadığını başa düşməlisiniz. Unutmayın ki, o bəlkə də bunları tamamilə dərk etmir, lakin siz onun üçün Məsihin surətisiniz. Bu cür yanaşmanı Allah onun daxilinə yerləşdirib. Əgər siz bağışlama, üzrxahlıq və sevgi haqqında səmimi sözlər ifadə edə bilsəniz, o, bu sözlərə və sizə inanacaq. Bunlar onun bütün yaralarını sağaldacaq və siz onunla səmimi qəlbdən birləşəcəksiniz «artıq siz iki deyil, bir bədən» (Matta 19:6). Allahın nikah üçün düşündüyü harmoniya və birliyi hiss edə biləcəksiniz[17]. (A və B əlavəsinə bax).
Sülh yaratmaq çətin iş kimi görünsə də onu etməyə dəyər. Maraqlıdır ki, çox kişilər qadınları dəmir əzələlərlə fəth etməyi mümkün hesab etdikləri üçün, dünyanın ən cazibədar kişisi kimi görünməyə can atır, idman zallarında tər tökürlər. Lakin bu, doğru deyil. Qadınlar yalnız şəxsiyyətin xarakterinə münasibət göstərə bilərlər. Maraqlısı ondadır ki, qadını fəth edə biləcək xarakterlərdən biri «xahiş edirəm, məni bağışla» sözləri ilə ifadə olunan həlimlikdir. Bu sözlər onun ruhuna elə güclü təsir edə bilər ki, o, əlinizdən tutaraq sizi yataq otağına apara bilər. Bu sözlərin nəticəsi istənilən hörmətsizliyin qarşısını ala bilər. Mən demək istəmirəm ki, bu sözlər istənilən kişi ilə baş verən vəziyyətdə oxşar effekt əmələ gətirəcək, lakin bir çoxları üçün təsiredici ola bilir. Bir dəfə ailə konfransının birindən sonra bir kişi mənə yaxınlaşaraq dedi: «Siz deyirsiniz ki, “məni bağışla” sözü təsir edir. Bu həftə ərzində mən səksən dörd dəfə bu sözü demişəm».
• ona bütün fikirlərini, hisslərini və incikliklərini deməyə icazə versəniz, ona hirslənməsəniz və özünüzə qapanmasanız;
• düzgün olmadığınızı etiraf edib, «sən məni bağışlayırsan?» deyərək, üzr istəsəniz;
• siz onun vəziyyəti müzakirə edərək kompromisə gəlmək kimi təbii arzusunu başa düşüb təyin olunmuş yerə gedən yolun yarısında onu qabaqlasanız;
• həll olunmamış məsələləri həll etməklə, onu vəziyyətdən xəbərdar edəcək və bir daha «bütün bunları unut» deməsəniz;
• onun etiraf etdiyi bütün səhvlərini bağışlasanız;
• heç zaman incikliyi sığallamayacaq və həmişə ona öz sevginiz haqqında danışsanız;
• ağrını və incikliyi yaşamasından sonra onunla birlikdə dua etsəniz
arvadınız əmin-amanlıq hiss edəcək.
FƏSİL 13.
SADİQLİK – QADIN SİZİN ÜÇÜN ƏN VACİB ŞƏXS OLDUĞUNA ƏMIN OLMAQ İSTƏYİR
Bu, demək olar ki, hər bir nikahda baş verir. Sizin sevginizə əmin olmaq istəyən qadın belə soruşur: «Sən məni çox sevirsən? Qocalıb saçlarıma dən düşəndə də məni sevəcəksən? Birdən mən şikəst olsam? Ya da iflic xəstəliyinə tutulsam?»
Belə suallara cavab verməyin iki yolu var. Səhv cavab yenə də Çıxılmaz dövrəyə gətirib çıxaracaq və siz arvadınızın hesabına yenə də şənlənəcəksiniz. Əlbəttə, siz zarafat edərək belə deyə bilərsiniz: «Nə olub? Qorxursan ki, səni yeni modellə dəyişərəm? Dəli olma, mən səni həmişəlik saxlamaq fikrindəyəm... hər halda yaxın vaxta qədər». Ərin belə danışığından qadın onun zarafat etdiyini başa düşə bilər və bu an xüsusilə onun hava şlanqına nəsə tıxana bilər.
Qadın sizdən onu sevdiyiniz haqqında soruşduqda, onu məlumat maraqlandırmır. O, sizin öz məhəbbətinizi təsdiq etməyinizi istəyir.
Onun suallarına ən müdrik cavab belə olardı: «Əlbəttə, mən səni sevirəm. Biz səninlə birlikdə qocalacağıq və saçlarımıza dən düşəcək». Bu vaxt o, soruşa bilər: «Niyə?» və yaxud «Mənim nəyim sənin xoşuna gəlir?»
O, bunları sizdən çıxartmaq istəyir, çünki sizin məhəbbət haqqındakı sözləriniz onu qüvvətlə doldurur. Qadın sizin məhəbbətinizə
Bir qadın belə yazır:
Bizim gözəl nikahımız və yaxşı dostluq münasibətimiz olmasına baxmayaraq, vurnuxma ilə dolu həyatımızda tez-tez Çıxılmaz dövrəyə düşürük. Lakin sizin konfrans vasitəsilə əldə etdiyimiz məlumat bizə bir-birimiz haqqında yeni bilgi verdi. Əvvəllər ərim tərəfindən emosional soyuqluq hiss edəndə vəziyyəti aydınlaşdırmağa çalışırdım. Nəhayət ki, o, başa düşüb... İndi biz söhbət edə bilirik və mən özümü tənha hiss edəndə, o, belə deyir: «Məni bağışla, özünü belə hiss etməyini istəmirəm». Bizim hər ikimizin ilk öncə Rəbbə, sonra isə bir-birimizə sadiq olduğumuzu dərk edərək, konfransdan əminlik hissi ilə getdik. Biz özümüzü xoşbəxt və xeyir-dualı hiss edirik... Mənə elə gəlir ki, ərimlə olan münasibətlərim bərpa olunub.
Arvadınız sizdən başqa ona heç kimin lazım olmadığını və sizə sadiq olduğunu bilir. Lakin o, vaxtaşırı sizin ona nə qədər sadiq ola biləcəyiniz haqqında düşünür. Ərinin diqqətinin küçə ilə gedən hansısa gözəl qadında və yaxud da televizorun ekranında ilişib qaldığını görən qadın üçün bu barədə düşünmək təbiidir. Qadın belə vəziyyətlərdə ərinin ona qarşı sadiq olmadığını ehtimal edir. Düzünü desək, qadın özünü bu sahədə əmin hiss etmir, buna görə də onu qıcıqlandırmaq və zarafat etmək əvəzinə sakitləşdirmək lazımdır.
Gəlin, bu medalın tərs üzünə baxaq. Təsəvvür edin ki, arvadınız evə qayıdıb belə deyir: «Bizim küçənin sonunda yaşayan Cəmil müəllimin bu yaxınlarda artıq üçüncü dəfə vəzifəsinin yüksəldiyini bilirsən? Mənim yaxın rəfiqəm Mətanət onun ofisində işləyir. O deyir ki, adamlar Cəmil müəllimdən məsləhət almaq üçün həmişə onun stolunun yanında dayanırlar. Bilirsən, o qaçışla məşğul olur və idman zalına da gedir. O, çox yaxşı pul qazanır, arvadına və uşaqlarına çoxlu pul xərcləyir. Bəs, sən nə zaman işə başlamaq və qarnının piyini əritmək niyyətindəsən? Sənin növbəti vəzifə artımın nə zaman olacaq? Sən də nəyəsə pul xərcləyə bilərsən, elə deyilmi?»
Əlbəttə, bu söhbəti şişirdilmiş də hesab etmək olar. Lakin yəqin ki, siz əsas mənanı başa düşdünüz. Əgər sizin arvadınız buna oxşar nələrsə desəydi, özünüzü heç də rahat hiss etməzdiniz. Bundan əlavə, ötən iş günü və yaxud iş həftəsi ağır keçibsə, siz özünüzü tamamilə məyus hiss edərsiniz.
Ədəbsiz, seksə və prnoqrafiyaya yönəlmiş yarıçılpaq dünyada yaşamağın sizin arvadınız üçün nə qədər çətin olması barədə heç düşünmüsünüzmü? Bu dünya onun çəhrayı eynəyində sizin mavi eynəyinizdən fərqli görünür. Bax elə buna görə də Əyyubun ağlına yaxşı bir fikir gəlmişdi: «Gözlərim üçün əhd etmişəm, gözüm bir qıza baxarmı?» (Əyyub 31:1). Əyyub belə etiraf edirdi: «Məgər haqsızların başına fəlakət gəlmir? Məgər fitnəkarların başına bəla gəlmir?» (Əyyub 31:3). Əyyub öz hərəkətlərinin nəticəsinin təkcə ruhani həyatına deyil, həm də arvadı ilə olan münasibətlərinə də təsir etdiyini başa düşürdü.
Bu sahədə bütün kişilər Əyyubdan öyrənə bilərlər. Qadın ərinin Rəblə əhd bağladığını və nikah da daxil olmaqla həyatının bütün sahələrində İsanı Rəbb etməyə çalışdığını gördükdə daha əmin olur. Qadın ərinin sevgisinə və sadiqliyinə əmin olduqda qüvvətlənir və ruhlanır. Allah onu məhz belə yaradıb və buna görə də nikah əhdi ölüm sizi ayırana qədər sadiq qalmağa əsaslanır.
Nəğmələr Nəğməsinin qəhrəmanının dediyini sizin arvadınız dərindən hiss edir: «Məni qəlbinin başında, qolunun üstündə bir möhür kimi saxla» (Süleymanın məsəlləri 8:6). Nikah mərasimində üzüklərin dəyişdirilməsi bu ayənin arxasında dayanan mənanı təsvir edir. Nişan üzüyü qadınlar üçün güclü simvoldur. Bu üzük ona sevimli olduğunu və daha tənha olmadığını deyir! Yer üzündə boşanana qədər deyil, bütün həyatı boyu, sona qədər ona sadiq olan bir adam var.
Bir çox kişilər yerinə yetirdikləri işlə və yaxud da idman məşqləri ilə əlaqədar olaraq nişan üzüklərini taxmırlar. Ya da ola bilsin ki, çəkiləri artdığına görə üzük barmaqlarına olmadığı üçün onu taxmırlar. Lakin dar üzüyü genişləndirmək, ya da bir-neçə manat verib başqasını almaq olar. Üzük çox da baha deyil və hətta siz işlə, yaxud da məşğələ ilə əlaqədar olaraq onu çıxartmalı olsanız da, sonra yenidən taxmaq olar. Nişan üzüyü sadiqlik əlamətidir. Heç bir kişi evindən üzüksüz çıxmalı deyil. Nişan üzüyünü borc kimi daşıdığınız kimi, «boşanmaq» sözünü də hətta zarafat kimi də heç vaxt ağzınıza almayacağınıza söz verin. Bu söz hansı şəraitdə deyilməyindən asılı olmayaraq sizin arvadınızın ürəyində əminsizlik yaradacaq. Nə üçün Çıxılmaz dövrəyə qayıdasınız? Ömrünüzün sonuna qədər ona sadiq olacağınızı başa düşməsi üçün əlinizdən gələni edin.
Malaki peyğəmbərin kitabının ikinci fəslinin on dördüncü və on beşinci ayələri Allahın nikaha necə baxdığı haqqında yaxşı təsvir verir. Peyğəmbər bu hissədə israilliləri nikah münasibətlərini düşünmədən dağıtdıqları üçün məzəmmətləyir. Boşanmaların sayı artdığına görə Malaki peyğəmbər belə deyirdi: «Çünki səninlə cavanlığında evləndiyin arvadın arasında Rəbb şahiddir. O qadın sənin yoldaşın və nikah əhdi ilə arvadın olduğu halda ona xəyanət etdin... Buna görə də özünüzü gözləyin. Qoy heç kəs cavanlığında evləndiyi arvadına xəyanət etməsin».
Bu an siz deyə bilərsiniz: «Emerson, sən ağacı çox əymirsən? Mən arvadımı sevmək üçün hər şey edirəm və heç bir vaxt ona qarşı xəyanət etməmişəm». Mən demirəm ki, sən və yaxud başqa bir ədəbli kişi öz arvadına qarşı xəyanət edir. Lakin Malaki peyğəmbərin kitabından olan bu parça özümüzə çox diqqətlə baxmaq üçün yaxşı bir yaddaş ola bilər. Sizin ruhunuzda nə baş verir? Arvadınıza qarşı nə hiss edirsiniz? Siz onun üçün açıqsınızmı və onu başa düşməyi arzulayırsınızmı? Lazım olan qədər ona sadiqsinizmi?
Malaki peyğəmbərin on altıncı ayəyə keçərkən belə sözlər işlətməsi təsadüfi deyil: «Mən nikahını pozub qəddarlığa bürünən adama nifrət edirəm». Malaki peyğəmbər Çıxılmaz dövrədən başlayan vəziyyəti təsvir edir. İsraillilər bu termin haqqında heç nə bilməsələr də Çıxılmaz dövrədən çıxmırdılar. Bax, buna görə də mən israrla sizi mümkün olduğu qədər Çıxılmaz dövrənin ağılsızlığından qaçmaq üçün səmimi olmağa və Energetik dövrəni tərk etməməyə çağırıram. Unutmayın ki, arvadınız sevgisiz rahatlığını itirəcək. Əgər siz birgə həyatınızın bütün sahələrində sadiq olsanız, ona olan məhəbbətinizi çox şeydə nümayiş etdirə bilərsiniz.
Ərin arvadına qarşı heyranedici sadiqlik nümunəsi Robertson Makkilkinin həyatında öz təsvirini tapıb. O, arvadında Alsqeymer xəstəliyinin başlanması ilə əlaqədar olaraq iyirmi bir il xidmət etdiyi Kolumbiya[18] Müqəddəs Kitab məktəbindəki və seminarındakı direktor vəzifəsini tərk etdi. Xəstəlik o həddə çatmışdı ki, arvadı hətta bir-neçə saatı da onsuz qala bilmirdi. Əri işə gedəndə qadın onun «itdiyini» düşünür və axtarışa başlayırdı.
Makkilkin hər zaman arvadının yanında olmalı olduğunu başa düşdü. Onun qərarı çətin olması ilə yanaşı həm də sadə idi. O belə izah edirdi: «Bu qərar qırx iki il bundan əvvəl mən Myurielə xəstəlikdə və qocalıqda, “ölüm bizi ayırana qədər[19]” sadiq qalacağıma söz verəndə mənim tərəfimdən qəbul edilmişdi». Sonra Makkilkin deyir ki, o, vicdanlı və öz sözünə sadiq insan olmaq istəyir. Onun arvadı qırx iki il müddətində fədakarlıqla ona xidmət etmişdi və əgər o, heç olmasa qırx il arvadına xidmət edə bilsəydi, yenə də ona borclu qalmış olardı.
Bu sadə qərar Makkilkin üçün yeganə yol idi, lakin bu seçimdə yalnız onun vicdanlılığı və sözünə sadiqliyi ifadə olunmurdu. «Myurielin beyninin öz fəaliyyət qabiliyyətini dayandırdığını müşahidə etsəm də, o, yenə də mənim həyatımın sevinci olaraq qalırdı. – Makkilkin deyirdi. — Hər gün onun, həmişə sevdiyim arvadımın şəxsiyyətinin yeni təzahürlərini görürəm»[20].
Makkilkin öz vədinə sadiq olmaq barədə kitab yazdı («A Promise Kept»). Bu kitabda o, arvadının qayğısına qalmaq məqsədilə Bibliya kolleci və seminariyasında tutduğu prezident vəzifəsindən istefa vermək qərarına gəldiyinə görə başqa adamların göstərdikləri reaksiyaya çox təəccübləndiyi haqqında yazır. Ərlər və arvadlar öz nikah əhdlərini bərpa etdilər. Pastorlar təbliğ zamanı onun başına gələnləri insanlara danışırdılar. Həmişə ölməkdə olan insanlarla işləyən bir tanış onkoloq həkim ona: «Demək olar ki, bütün qadınlar bədbəxtlik zamanı öz ərlərinin yanında qalırlar. Lakin kişilər isə demək olar ki, arvadlarının başına bədbəxtlik gələndə onların yanında olmurlar», deyənə qədər Makkilkin insanların bütün bu münasibətlərinə qəribə baxırdı.
Əlbəttə, bütün qadınların bədbəxtlik zamanı ərlərinin yanında qalmaları, kişilərin isə başlarına bəla gəlmiş arvadlarının yanında demək olar ki, heç zaman qalmamaları barədə deyilən fikri ümumiləşmiş fikir kimi qəbul etmək olar. Hər qaydanın öz istisnaları olduğu kimi, Robertson Makkilkini də buna nümunə göstərmək olar. Bu ümumiləşdirilmiş fikrin əsasında qadının təbiətcə kişidən daha çox başqalarının qayğısına qalmaq qabiliyyətinə malik olması faktı dayanır. Qədim atalar sözündə belə deyilir: «Oğullarınıza, xüsusən isə qızlarınıza qarşı xeyirxah olun». Nə üçün? Ona görə ki, siz dul qalsanız və qocalıqla əlaqədar zəifləsəniz, məhz qızınız qayğınıza qalmaq üçün sizə yaxın yerə köçmək üçün ərini yola gətirə bilər. Bu cür sadiqlik qadın təbiəti üçün təbiidir.
Arvadınız bir az əminsizlik hiss etdiyinə görə onu sevdiyiniz, onu nə üçün sevdiyiniz və nə vaxtsa onu tərk edə biləcəyiniz haqqında suallarla sizə yaxınlaşdıqda kiminsə sizi tələyə salmaq istədiyini düşünə bilərsiniz. Əgər cavablarınızda əminsizlik hiss edilərsə, buna görə sizə qarşı ittiham və hörmətsizlik etmək üçün sizi söz üstündə tutmaq istədiklərini düşünə bilərsiniz. Lakin bu heç də belə deyil. O, sizə sadiq olduğu üçün bu suallarla sizə yaxınlaşır ki, sizin də sadiqliyinizə əmin olsun.
Ola bilsin ki, siz bu qədim zarafatı eşitmisiniz. Bir dəfə kişilərdən ibarət qrup qolf oynayırdı. Onlardan dördü zərbə vurmaq üçün on səkkizinci oyuğa yaxınlaşdı. Elə bu an onların yanından dəfn mərasimi keçirdi və oyunçulardan biri əyilərək şlyapasını çıxarıb ürəyinə yaxınlaşdırdı. Onun yoldaşları heyrətləndilər. Onlardan kimsə dedi:
— Bütün ömrüm boyu qolfda həlledici zərbəni vurmağa hazırlaşan adamın şlyapasını çıxaraıb, yaxınlıqdan keçən dəfn mərasiminə təzim etdiyini görməmişdim. Çox təəccblüdür.
Həmin adam cavab verdi:
— Bəli. O, dahi qadın idi. Biz onula qırx üç il evli olmuşuq.
Qolf oynamalı, yoxsa arvadının dəfn mərasiminə getməli? Ağlasığmazdır, lakin qolf oyunçuları üçün isə gülməli vəziyyətdir. Arvadınızın «yeni model»lə dəyişdirilmə obyekti ola biləcəyi perspektivində əyləncəli bir şey tapmadığı kimi, bu zarafatda da gülməli heç nə görməyəcəyinə sizi əmin edirəm. O, belə zarafatları dəyərləndirmək vəziyyətində deyil. O, elə qurulub ki, yalnız sevgi və sadiqliyi dəyərləndirə bilər. Və əgər siz onu bu şeydə əmin edə bilsəniz, həmişə Energetik dövrədə qalacaqsınız.
• başqa adamların qarşısında onun haqqında yüksək fikirdə olduğunuzu bildirsəniz;
• onun üçün çox vacib olan şeyləri etsəniz;
• xüsusən, uşaqlarla bağlı məsələlərdə qərar qəbul etməkdə ona kömək etsəniz;
• uşaqların yanında ona irad tutmasanız;
• başqa qadınlara ehtirasla baxmasanız;
• nikahınızı həyatınızın əsas dəyəri etsəniz;
• başqa adamların yanında nə onu, nə də uşaqlarınızı tənqid etməsəniz;
• hətta başqa kişilər öz arvadlarını evdə qoysalar da siz onu özünüzlə ziyafətlərə aparasanız;
• öz uşaqlarınıza: «Heç vaxt ananızla belə tonda danışmayın», desəniz;
• ona zəng edərək, öz planlarınız haqqında məlumat versəniz;
• öz sözünüzə sadiq qalsanız;
• həmişə və hər yerdə onun və uşaqlarınız haqqında yaxşı fikirlər söyləsəniz;
arvadınız sizin sadiqliyinizə əmin olacaq.
FƏSİL 14.
HÖRMƏT – QADIN ONA DİQQƏT AYIRMANIZI VƏ ƏZİZLƏMƏNİZİ İSTƏYİR
Uzunillik xidmətim boyu müxtəlif kişilər mənə yaxınlaşaraq belə deyirdilər:
— Bilirsiniz, pastor, mənim dua həyatım çox da yaxşı deyil...
Mən cavabında soruşurdum:
— Sizin arvadınızla münasibətləriniz necədir?
— Yox-yox, məsələ bunda deyil, — həmin adam tələsik cavab verirdi, — mənim dua həyatımla bağlı problemlərim var.
Mən sualımı təkrar edirdim:
— Arvadınızla münasibətləriniz necədir?
— Pastor, siz məni başa düşmürsünüz. Mən dua həyatım haqqında danışıram, arvadım haqqında danışmıram.
Mən gülümsünərək deyirdim:
— Mən isə sizin arvadınız haqqında danışmaq istəyirəm.
Bu kitabın birinci hissəsində biz Müqəddəs Kitab prinsipləri haqqında danışmışdıq. Bu prinsiplərə əsasən, arvadınıza özünüzə bərabər şəxsiyyət kimi yanaşmalısınız. Bu mövzuya uyğun əsas parça Peterin birinci məktubunun üçüncü fəslinin yeddinci ayəsidir. Orada kişilər arvadları ilə «ədəblə, onların daha zərif varlıqlar olduğuna uyğun... Allahın lütf etdiyi həyatı irs olaraq aldıqlarına görə onlara hörmət»lə davranmağa çağırılırlar. Elə orada üçüncü ayədə istənilən kişiyə itaətli olmağa çağıran ayə var. Kişilərin arvadları ilə ədəblə, Allahın lütf etdiyi həyatı irs aldıqlarına görə hörmətlə davranmalarının səbəbini Peter belə izah edir: «dualarınıza maneçilik törədilməməsin». Buna görə də yanıma məsləhət üçün gələrək onların dualarına qarşı göylərin kar olduğunu söyləyən kişilərə ola bilsin ki, Allahın istədiyi kimi arvadlarına qarşı hörmət göstərmədiklərini tez-tez deyirəm.
Bu kişilər hər şeyi düzgün etdiklərinə, müqəddəslikdə gəzərək Rəbbə xidmət etdiklərinə əmindirlər. Lakin onlar dua etdikləri zaman göylər onlara mis kimi görünür. Onlar təəccüblənərək soruşurlar: «Rəbb, nə üçün Sən məni eşitmirsən?» Lakin biz dərin qazdıqda bu problemin cavabını çox vaxt kişilərin arvadlarına qarşı ədəblə davranmadıqlarında, onlara hörmət etmədiklərində və onlara minnətdarlıq hissi ilə yanaşmadıqlarında görürük. Bu kişilər Müqəddəs Yazılara itaətli olmağa başlayan kimi onların dua həyatları da qaydasına düşməyə başlayır.
Əslində sadalanan altı prinsipin hamısı arvadınıza hörmətinizi təzahür etdirmək üçün ən yaxşı vasitələrdir. Arvadınıza ehtiram və hörmətinizi ən çox onunla təkliyə çəkilməklə, səmimi olmaqla, başa düşməklə, sülhpərvər və sadiq olmaqla göstərə bilərsiniz. Biz indi sonuncu keyfiyyətə — hörmətə gəlib çatdıq. Əri ona hörmətlə yanaşan qadın özünü təhqir olunmuş hiss etməyəcək. Müqəddəs Yazılar kişinin öz sevgilisini necə qiymətləndirməli və əzizləməli olduğunu göstərir. «Nə qəşəngsən, nə şirinsən, ey məlahətli sevgilim!» (Nəğmələr Nəğməsi 7:6). Kişi öz arvadını əzizləməlidir (Efeslilərə 5:29).
Süleymanın Məsəlləri kitabında məşhur olan otuz birinci fəslin iyirmi səkkiz və iyirmi doqquzuncu ayələrində deyilir: “Övladları ayağa qalxıb onu alqışlayır, əri onu tərifləyir: «Xeyirxah qadınlar çoxdur, amma sənin tayın yoxdur».
Allah qadını elə yaradıb ki, onların qiymətləndirilməyə, sayılmağa və hörmət edilməyə ehtiyacları var. Allahla olan əhdinizə hörmət etdiyiniz kimi, öz arvadınıza da hörmət etmək üçün siz onu yüksək qiymətləndirməlisiniz. Sizin arvadınızın sayılmağa (hörmətə) olan ehtiyacı, kişilərin tələbatları olan hörmətdən fərqlidir. Qadın üçün hörmət və ehtiram sevginin bir hissəsidir. Çox güman ki, qadının hörmət çatışmamazlığı haqqında olan yeganə narazılığı onun fikrinin sizin üçün maraqsız olduğu zaman ola bilər. Daha doğrusu, onun sözləri ilə daha dəqiq desək, yəqin ki, belə olacaq: «Mən bilirəm ki, sən məni sevmirsən, çünki mənə hörmət etmirsən».
Hörmət, ehtiram və minnətdarlıq hissi sizin arvadınız üçün öz-özlüyündə qiymətli deyil. Bunlar onun sizdən həsrətlə gözlədiyi məhəbbət komponentləridir. Başqa sözlə desək, məhəbbətin çox tərəfi var və biz onlardan altısına nəzər saldıq. Növbəti on beşinci fəsildə hansı aspektlərin qadının kişiyə olan hörmətini ifadə edə biləcəyindən danışacağıq. Kişinin təbiətində olan nəsə onların münasibətlərində başçılıq etmək mövqeyini tələb edir. Bu başçılıq onlar tərəfindən üstünlük hissi kimi qəbul edilmir. Ər sadəcə arvadını qorumaq məsuliyyətini özündə hiss edir və onun üçün ölməyə də hazırdır. Allah kişini belə yaradıb və onlar bu məsuliyyəti öz üzərlərində hiss edirlər.
Müqəddəs Kitab prinsiplərinə əsasən, kişinin arvadı uğrunda ölməyə hazır olduğu kimi qadın əri uğrunda ölməyə ehtiyac hissi duymur. Efeslilərə məktubun beşinci fəslində kişi Məsihin surətidir, Məsih isə Məbəd uğrunda ölüb. Qadın Məbədin surətidir və əri onun uğrunda ölməyə hazırdır. Sizin arvadınız münasibətlərinizdə başınızın ağası olmaq istəmir. Lakin o, sizin dəyərlər siyahınızda birinci yerdə olmağı qətiyyətlə arzulayır. Peter kişiləri «onlara hörmətlə» davranmağa çağıranda məhz bunu nəzərdə tuturdu (1 Peter 3:7). Arvadınız sizin düşüncələrinizdə ilk və
Bizim uşaqlarımız balaca olanda Sara ana vəzifəsinin öhdəsindən pis gəldiyini düşündüyü üçün tez-tez məyus olurdu. Uşaqlarımızın özlərinin ucbatından başlarına bədbəxtlik gəldikdə və yaxud özləri problem yaratdıqları vaxt, o, öz gücsüzlüyünü hiss edir və özünü qınayırdı. O deyirdi: «Məndə heç nə alınmır». Uşaqlar balaca olanda mən Saranın şikayətlərinə laqeyd yanaşır, ya da mənasız yerə həyəcanlandığını düşünürdüm.
Lakin bizim iki oğlumuz və qızımız yeniyetmə dövrünə qədəm qoyanda, Saranın mənə yaxınlaşaraq, onda heç nəyin alınmadığını və özünü pis ana hesab etdiyini deməklə nə istədiyini başa düşdüm. O, mənim ona dəstək olmağımı və ona inandığımı, onun ana vəzifəsinin öhdəsindən yaxşı gəldiyini düşündüyümü eşitmək istəyirdi. O sadəcə uşaqların tərbiyə məsələsində onun qərarlarını bəyəndiyimə əmin olmaq istəyirdi. Mən onun səyini və sadiqliyini qiymətləndirdiyimi, onun həyatımda olması ilə yanaşı, mənə və uşaqlara görə etdikləri üçün özümü xoşbəxt hiss etdiyimi həmişə ona bildirməyə çalışırdım. Onun işinin öhdəsindən heç bir vaxt gələ bilməyəcəyimi başa düşür və bu haqda ona deyirdim.
Sevgi və hörmətin ahəngi sevinc dolu, mənalı və sağlam nikah yaratmağınıza kömək edəcək. Həyat heç zaman buludsuz və kamil olmayacaq. Adəm və Həvva cənnət bağında günah etdikdən sonra günah bizim hamımız üçün hərtərəfli problemə çevrildi (Yaradılış 3; Romalılara 5:12–20-yə bax). Gərginlik, münaqişələr və problemlər mütləq olacaq və siz bunların öhdəsindən gəlməyə hazır olmalısınız. Həyatınızın müxtəlif sahələrində, xüsusən işdə, uğurlarda, özünə tabe etdirmədə (on altıncı fəslə bax) kim olduğunuzu bir kişi kimi mənimsəyərək qəbul etməlisiniz. Sizin arvadınız evdə kim olduğunu yaxşı mənimsəyib. Doğrudur, bu gün qadın müvəffəqiyyət əldə edərək evdən kənarda ticarətlə məşğul ola bilər. Lakin böyük aviaşirkətin vitse-prezidenti vəzifəsinə yüksəlmiş bir qadın çox yaxşı deyib: «Mənim üçün ən vacib olan şey — iş gününün sonunda onun məni sevməsini və qiymətləndirməsini dərk etməkdir. Həyatda ən böyük arzum budur».
Hərbi məktəbi qurtardıqdan sonra Uiton kollecinə daxil olduqda öz-özümə sual verməyə başladım: «Qadın adlanan bu varlıqlar kimdir?» On üç yaşımdan on səkkiz yaşıma qədər hərbi məktəbdə oxuduğum dövrdə demək olar ki, təcrid olunmuşdum və qadınlarla ünsiyyətdə olmamışdım. Başqa cavan adamların özlərinə vermədikləri sualları mən özümə verirdim. Yadımdadır, bir dəfə yeməkxanada cavanlardan ibarət qrupun yanında əyləşərək soruşmuşdum: «Nə üçün münaqişədən sonra sevdiyin qıza qızılgül hədiyyə edirsən?» Hamı mənə təəccüblə baxdı və onlardan biri cavab verdi: «Bilmirəm, sadəcə olaraq bu, yaxşı təsir edir. Zəhmət olmasa, mənə çörək ver». Lakin mən öz suallarımdan əl çəkmədim. Mən hiss edirdim ki, burada mənim başa düşmədiyim bir əlamət var. Əgər kişiyə qızılgül hədiyyə etsəniz, o, kövrələrək cibində burun dəsmalı axtarmayacaq.
Sonralar, biz Sara ilə görüşməyə başladıqda və evləndikdən sonra mən simvolların gücü və qadına olan məhəbbəti və minnətdarlığı simvolların necə məharətlə ifadə edə biləcəyini öyrəndim. Siz heç zaman onun ehtiyac duyduğu qədər emosional səmimilik və hörmət göstərə bilməzsiniz. Lakin simvolik minnətdarlıq bu boşluğu doldura bilər. Mən xüsusilə ildönümləri və ad günləri barədə danışıram. Qadınlar bu məqamlara daha çox diqqət ayırırlar (Saranın ad gününü unutduğum zaman olan hadisəni yada salın).
Qadınlar uşaq dünyaya gətirdikləri üçün doğum günlərinə xüsusi yanaşırlar. Doqquz ay müddətində onlar özlərinə belə sual verirlər: «Bu sevincli gün nə vaxt gəlib çatacaq?» Uşaqların doğulması hər bir qadının həyatının mühüm hissəsidir. Yalnız qadınlar dünyaya uşaq gətirirlər. Yeremya peyğəmbərin dediyi kimi: «Kişi də uşaq doğarmı?» (Yeremya 30:6). Qadının düşüncəsinə əsasən, doğum günü haqqında necə unutmaq olar? O, bu haqda heç zaman unutmur.
Eləcə də toy günü qadının yaddaşında bütün ömrü boyu qalır. Qızlar hələ uşaq vaxtlarından toy haqqında arzulayır və öz paltardəyişmə oyunlarında: «Evimizə gəlin gəlir!» mahnısını oxuyurlar. Sizin həyat yoldaşınız hətta bu gün də özünün toy şəkillərini rəfiqələrinə göstərir. Onlar gəlinlik paltarını, saç düzümünü və buna bənzər şeyləri müzakirə edirlər. Oğlanlar isə smokinqlərin dəyişdirilməsi ilə olan paltardəyişmə oyunlarında heç zaman toy oyunu keçirmirlər. Kişi heç zaman belə demir: «Ey, Qarri, göstər baxım, oğlanlar sənin toyunda nə geyinmişdi?» Bax, bu, həyatı çəhrayı və mavi eynəklər vasitəsilə qəbul etməyin qrafiki təsviridir. Sizin arvadınız üçün toy günündən, onun və digər ailə üzvlərinizin hər birinin doğum günündən vacib gün yoxdur. Bütün bu günlər kişilər üçün öz məhəbbətlərini və sevgilərini nümayiş etdirmək, bu tarixləri yadda saxladıqlarını və arvadları ilə birlikdə qeyd etdiklərini göstərmək üçün gözəl imkandır.
Onun doğum gününü və yaxud toy gününüzü qeyd etmək elm deyil, incəsənətdir. Bu məsələlərə elmi yanaşma vəziyyəti rəsmi və baha başa gələn edir. Təsəvvür edək ki, bir kişi arvadının ad günündə ona «Mersedes» bağışlayır (mən belə edən üç kişi tanıyıram). Digər bir kişi isə arvadını parka gəzintiyə dəvət edir. Onlar bir-birilərinə olan qarşılıqlı sevgilərindən danışaraq xeyli gəzir və ər onun həyatı üçün nə qədər əhəmiyyətli olduğunu arvadına bildirir. Geri qayıtdıqda, maşına tərəf gedərkən kişi yerdən balaca ensiz daş tapır və cibinə qoyur. O, evdə daşın üzərində öz ürək sözlərini poetik formada yazır və gəzintilərindən yadigar olaraq arvadına bağışlayır. Hansı qadın hədiyyəni daha çox qiymətləndirəcək?
Təbii olaraq, bahalı hədiyyənin qadınlar üçün daha böyük əhəmiyyət kəsb edəcəyini (mavi eynəkli kişilər üçün) təsəvvür etmək olar. Nəhayət, əgər hansısa kişiyə «Mersedes» bağışlasalar, o gedər və hamiya belə deyərdi: «Bax, bu əsl dostdur! Təsəvvür edirsiniz, Cavad bu maşını mənə bağışlayıb. Ağlasığmazdır!»
Lakin siz arvadınıza «Mersedes» alsanız, o, çox ehtimal ki, rəfiqəsinə belə deyəcək: «Bax, o mənə “Mersedes” alıb. Maraqlıdır, o yaltaqlanır, yoxsa məndən nəsə xahiş etmək istəyir?»
Gəlin, o ensiz balaca daşa qayıdaq. Onun doxsan üç yaşı olduqda, sizin isə artıq on il yer üzündə yaşamayacağınız dövrdə arvadınız rəfdə qiymətli hədiyyə kimi nəyi saxlayacaq? «Mersedes»in şəklini? Əlbəttə, yox! O, həmin daşı saxlayacaq. Çünki bu daş ərinin ona xüsusi diqqət ayırdığı, öz həyatında onun qiymətli və əhəmiyyətli olmasından danışdığı vaxtların simvoludur.
İlk baxışda «balaca» və əhəmiyyətsiz görünən şeyləri tez mənimsəyən bir kişi iyirmi dörd il birlikdə yaşadığı arvadı ilə bizim konfransa gəlmişdi. Onun arvadı bu haqda belə yazıb:
Müqəddəs Valentin günü bu il xüsusi oldu... Yuxudan oyandıqdan sonra şirniyyat ovuna çıxmalı oldum. Həyat yoldaşım çalışmışdı və dörd balaca şer yazaraq onların hər birini Valentin gününə həsr olunmuş müxtəlif konfetlərdən ibarət olan kiçik qutulara yapışdırmışdı. Mənim ovum hamamdan başlandı və işarələrlə növbəti qutunu tapmalı idim. Mən öz-özümə gülərək bütün evi gəzdim və bu, çox əyləncəli idi... Həmni gecə ərim bütün sevənlərin gününə həsr olunmuş xüsusi şam süfrəsi sifariş etdi. Həmin restoranda gitaraçı klassik əsərlər ifa edirdi. Orada restorandan bizim şəklimizi çəkdilər və şəkli restorandan «təşəkkür» sözü yazılmış çərçivəyə saldılar. Sakit və rahat atmosferdə olan şam yeməyi sadəcə əsrarəngiz idi. Bu, tamamilə unudulmaz bir gecə idi! Öz məhəbbətini mənə ifadə etməsini ərimə öyrətdiyinizə görə sizə minnətdaram!
Bu qadının sözləri əsas həqiqəti təsvir edir. Hədiyyənin dəyəri arvadınız üçün hansı düşüncələrlə hədiyyəni hazırlamağınızla, açıqca seçməyinizlə və əməlinizlə müqayisədə ikinci dərəcəlidir. Allah elə edib ki, sizin arvadınıza olan məhəbbətinizi və onu necə yüksək qiymətləndirdiyinizi göstərmək üçün əşyalar təəssürat yaratsın. Arvadınız sizin onun haqqında düşündüyünüzü bilmək istəyir. O istəyir ki, bütün bunları heç kim sizə demədən ürəyinizin dərinliyindən gəlsin. Həqiqətən də, ən əsası bütün bunların arxasında hansı fikrin dayanmasıdır.
Müqəddəs Valentin günündə baş verən hadisə uğurlu nikahda nə baş verə biləcəyini göstərir. Lakin bəzən qismən də olsa, işə Mörfi qanunu daxil olur. Təsvir etmək üçün arvadınızı restorana dəvət etməyinizi misal göstərək. Təsəvvür edək ki, toyunuzun beşinci ildönümüdür və siz evə gələrək arvadınıza deyirsiniz:
— Əzizim, gəl ildönümümüzü restoranda qeyd edək. Hara getmək istəyirsən?
O, cavab verir:
— Bilmirəm.
Siz cavab verirsiniz:
— Mən istəyərdim ki, sənin zövqünə uyğun restorana gedək. Hara getmək istəyərdin?
O, yenə də deyir:
— Mən bilmirəm. Nə üçün özün seçmirsən?
— Sən istəyirsən restoranı mən seçim?
— Hə.
— Mən seçmək istəmirəm. Sənin istədiyin yerə getməyimizi istəyirəm.
— Mən isə sənin seçməyini istəyirəm, — deyə arvadınız təkid edir.
— Hə, yaxşı,- siz fikirləşərək təklif edirsiniz: — Bu yaxınlarda oxumuşam ki, şəhərdə ən yaxşı ət Xəzər restoranında bişirilir. Gəl, ora gedək.
— Mən oraya getmək istəmirəm, — deyə arvadınız cavab verir.
Demək olar ki, kişilərin əksəriyyəti belə vəziyyətlə üzləşir. Belə vaxtlarda sizin qarşınızda iki variant durur: siz arvadınızın açıq-aydın məntiqsiz cavabına ya qıcıqlanaraq, ya da hiddətlənərək reaksiya göstərməlisiniz. Siz mavi rəngdə baxdığınız və eşitdiyiniz üçün düşünürsünüz ki, arvadınız bu qədər ağılsız, məntiqsiz və fikrində qeyri-sabitliyin yolverilməz olduğu haqda düşünməlidir. Əgər o, gecəni korlamaq niyyətindədirsə, artıq Çıxılmaz dövrəyə doğru yolun yarısını qət etmişdir. Lakin başqa variant da var. Siz Energetik dövrənin xeyrinə seçim edə bilərsiniz. Unutmayın ki, arvadınız çəhrayı rəngin filtirləri sayəsində baxır və eşidir. Siz mavi eynəyinizi və mavi eşitmə aparatınızı düzəldərək səbr toplaya bilərsiniz. Əsəbiləşməyin əvəzinə daha çox məlumat əldə etməyə çalışın.
Əslində arvadınız onun nə istədiyini tapmağınızı, seçməyinizi istəyir. O, belə fikirləşir: «Əgər o, məni mənim onu sevdiyim qədər sevsəydi, nə istədiyimi dəqiq bilərdi. Amma mən onun nə istədiyini dəqiq bilirəm. Axı, o, niyə anlaya bilmir? Mən başa düşmək istəyirəm ki, mənim onun haqqında düşündyüm qədər o da mənim haqqımda düşünürmü? Mənim ona qarşı hiss etdiklərimi o da mənə qarşı hiss edirmi?»
Hər bir qadın ərinin onu sözlərinin yarısından başa düşməsini arzulayır. Lakin nə vaxtsa onun fikirlərini oxuya biləcəyiniz tamamilə şübhəli görünsə də, siz həmişə duymağa cəhd etməlisiniz. Siz deyə bilərsiniz: «Yaxşı, Xəzər restoranında həqiqətən yemək seçimi məhduddur. Yalnız steyk və qabırğa olur. Amma o biri restoranlar?» Yaxşı yemək seçimləri və xoşa gələn atmosferi olan bir-neçə restoran sadalayın. Çox güman ki, onların birində siz onun seçimini tapacaqsınız və o deyəcək: «Yaxşı, bu, olar». Sizin beşillik ildönümünüz xilas olacaq, qəzalar baş verməyəcək və hər şeydən vacib odur ki, arvadınız onu yüksək qiymətləndirdiyinizi, ona həqiqətən hörmət etdiyinizi və onun üçün yaxşı olmasına can atdığınızı görəcək.
Lakin elə vaxtlar olur ki, arvadınız sizin onun fikirlərini bilməyinizi istəmir və buna baxmayaraq sizinlə razılaşmır. Bu, daha çətin tapşırıqdır. Onun düşüncələri sizin düşüncənizlə ziddiyyət təşkil edəndə necə hörmət etmək olar (hətta bir qədər mənasız səslənsə də)? Kişilər konkretliyə meyilli olduqları üçün onların ifadə tərzləri özləri də hiss etmədən kobud görünə bilər. Siz arvadınızla həmfikir olmadıqda, onun fikirlərinə üç cür reaksiyanız ola bilər və üç variantın hamısı təqdirəlayiqdir. Birincisi, siz deyə bilərsiniz: «Əzizim, öz fikirlərinlə bölüşdüyün üçün çox sağ ol». İkincisi belə demək olar: «Əzizim, qoy mən bu barədə fikirləşim». Onda o, başa düşəcək ki, siz bütün ideyaları götür-qoy edəcəksiniz. Üçüncüsü isə, daha uğurlu variant olaraq demək olar: «Sevgilim, mən belə fikirləşməsəm də, sənin fikirlərini çox qiymətləndirir və sənin ürəyinə etibar edirəm».
Arvadınıza hörmət etdiyinizi göstərməyin bir üsulu da etdiyi hər bir işdə ona səmimi minnətdar olduğunuzu bildirməyinizdir. Ola bilsin ki, siz evə qayıdarkən sınıq velosipedlərin və sankaların yolu kəsdiyinə görə qaraja gedə bilməyən kişi haqqında hadisəni eşitmisiniz. O, evə daxil olduqda mətbəxdə çirkli qabların dağ kimi yığldığını, otaqlarda isə ora-bura səpələnmiş əşyaları, vanna otağında yığılmış çirkli paltarları, divarın yanında isə divar kağızını yazmaqla məşğul olan iki qiymətli məktəbli uşaqlarını görür. Nəhayət ki, o çarpayısında şirin-şirin yatan arvadını tapır. Onu oyadaraq deyir:
— Əzizim, bütün ev alt-üst olub, uşaqlar ağıllarına gələni edirlər. Nə baş verir?
O, ərinə zəif və yorğun gülüşlə baxaraq dedi:
— Əzizim, sən hər gün evə qayıdırsan və hər dəfə mənim bütün günü nə ilə məşğul olduğum haqqında soruşursan?
— Hə, sonra?
— Bax belə, bu gün mən bütün bunları etməmişəm.
Etdiklərinə görə arvadınızı qiymətləndirin və onun varlığı üçün də minnətdarlığınızı da bildirməyi unutmayın. Bir qadın öz ərinə belə deyib:
— Mən indicə bacımla telefonda danışırdım. Aglasığmazdır. O deyir ki, bu yay arxa artırmanın tikintisində ərinə kömək edib. O, hətta yellənən kreslo da düzəldib və bütün bunlarla yanaşı ekzotik yeməklərin hazırlanması kurslarına da getməyə vaxt tapır. O, həmişə nəsə edir, nə iləsə məşğul olur. Mən onunla danışdıda özümü natamam hiss edirəm. Bəs, mən nə edirəm?
Əri ona tərəf dönərək dedi:
— Sən məni xoşbəxt edirsən.
Bax belə! Bu ər əlavə xal topladı. O, öz arvadını qiymətləndirməyi və hörmət etməyi bacarır. Aşağıda həyatınızın ən vacib insanına hörmət etmək, nazlamaq və qiymətləndirməyə kömək edə biləcək bir-neçə ideyalar göstərilib.
• «Bu işi yerinə yetirə bildiyin üçün səninlə fəxr edirəm» desəniz;
• Başqa adamların yanında onun haqqında yüksək fikirdə olduğunuzu bildirsəniz;
• Qapıları onun önündə açsanız;
• Onunla birlikdə yeni bir şey etməyə cəhd etsəniz;
• Onu tərifləsəniz, yaxud şövqlə və xeyirxahlıqla həvəsləndirsəniz;
• Onun geyimində və saç düzümündə olan dəyişikliyi nəzərdən qaçırmasanız;
• Adamların yanında onunla nəvazişlə davransanız, ona diqqət ayırsanız;
• Uşaqlarınıza ona və başqa adamlara hörmət göstərməyi öyrətsəniz;
• Müxtəlif məsələlərdə hətta onunla razılaşmasanız da, onun fikirlərini qiymətləndirsəniz;
• Asudə vaxtlarınızı dostlarınızla keçirməkdənsə, ailənizlə keçirməyə daha çox üstünlük versəniz;
• Sizin üçün dünyada ən vacib insanın o olduğunu vurğulasanız;
• Onunla və onun etdikləri ilə fəxr etsəniz;
arvadınız özünə qaşı hörmət edildiyini başa düşəcək.
FƏSİL 15.
ƏRİNƏ NECƏ HÖRMƏT GÖSTƏRMƏLİ
Əziz xanımlar, biz sizin ərlərinizi daha çox sevən ər olmalarına kömək etmək üçün altı prinsip və keyfiyyətlərdən keçirtdik. İndi isə sizin növbəniz çatdı. Növbəti altı fəsildə təcrübi və Müqəddəs Kitab metodlarını göstərən altı prinsiplə sizi tanış edəcəyik. Bu metodlar daha çox hörmət edən qadınlar olmağınıza kömək edə biləcək.
Qadına sevməyi öyrətmək lazım deyil. Bu bacarığı Allah əzəldən onların daxilinə qoyub və onlar üçün sevmək təbii vəziyyətdir. Lakin onların hörmət etməyi öyrənmələrinə ehtiyacları var. Birinci hissədə ərlərinə münasibətdə şərtsiz hörmətin gücünə əmin olan qadınlardan gələn xeyli məktub vermişdik. Etiraf etməliyik ki, bir çox qadınlar üçün hörmət qeyri-adi və öyrəşmədikləri anlayışdır. Hətta siz ərinizin hörmətə olan ehtiyacını və arzusunu dərk etsəniz də, bu fikri təcrübədə icra etmək elə də asan olmayacaq. Aşağıda Çıxılmaz dövrəni tərk edərək Energetik dövrəyə keçməyə səy göstərən qadının məktubu göstərilir:
Nikahda ərinə hörmətlə yanaşmaq mənim üçün qeyri-adi anlayış idi və bunun üzərində səylə işləməli oldum. Mən həmişə fikirləşirdim ki, ərimi daha çox sevməliyəm, vəssalam. Yeni konsepsiya mənim üçün açıqlama oldu, çünki daha çox məhəbbət göstərməyim təsir etmirdi. Bir daha təşəkkür edirəm! Öyrəndiklərimizi tətbiq etməyə başladıqda, qarşıda bizi hansı dəyişikliklərin gözlədiyini düşünərkən məni sevinc hissi bürüyür. Münasibətlərimizi kamilliyə çatdırmaq üçün məndə yeni güc yaranıb.
Növbəti altı fəsildə nikahda münasibətlərin kamilliyə çatması üçün olan güc haqqında danışılır. Sizin əriniz üçün vacib olan altı əsas dəyər — fəth etmə, iyerarxiya, nüfuz, uzaqgörənlik, münasibət və seksuallıqdır. Bu aspektlərdən hər biri haqqında ayrıca fəsildə qısa olaraq danışacağıq. Fəth etmə haqqında olan fəsildə siz onun işdə səyini və uğur əldə etməyini qiymətləndirməyi öyrənəcəksiniz. İyerarxiya haqqında olan fəsildə onun sizi müdafiə etmək və təmin etmək səyini qiymətləndirməyi öyrənəcəksiniz. Nüfuz haqqındakı bölmədə onun xidmət və rəhbərlik etmək arzusu ilə tanış olacaqsınız. Uzaqgörənlik onun təhlil etmək və məsləhətləşmək arzusu ilə əlaqəlidir. Münasibətlər sizi onun əməkdaşlıq münasibətlərinə can atdığını başa düşməyi öyrədəcək. Bu münasibətlər sayəsində siz hər şeyi dostlar kimi birlikdə, çiyin-çiyinə edə bilərsiniz. Seksuallıq haqqındakı fəsildə siz onun intim sahədəki həvəsinin izahı haqqında eşidəcəksiniz. Bu altı sahədə siz öz ərinizə hörmət göstərməyi öyrənəcəksiniz. (B əlavəsində öz ehtiyac və tələbatlarınızla necə bölüşmək barədə öyrənəcəksiniz).
Əlbəttə ki, bəzi qadınlar üçün şərtsiz hörmət ağlasığmaz görünür. Və nəhayət, məgər o, heç bir şərtsiz məhəbbəti gözləməkdənsə, onu özü
Mən uzun müddət uğursuzcasına onun tərəfindən az da olsa diqqət və məhəbbətə nail olmağa can atdım... Bir-neçə həftə bundan əvvəl gecə vaxtı o bütün ay ərzində mənə olan soyuq münasibətinin səbəbini izah etmək üçün yüzüncü dəfə mənə belə dedi: «Sən heç vaxt mənə qulaq asmırsan». Həmin gecə mən bir daha sizin kişilər haqqında olan mövzunuza qulaq asdım və nəhayət onun nə demək istədiyini anladım... Onunla yaxınlaşmaq üçün olan səylərimdə tənqid və şikayətlərimlə mən onu yorurdum. Mən həmin an öz mövqeyimi dəyişdim və sözlərimi və hərəkətlərimi fikirləşərək seçməyə başladım. Nəticə mənim gözlədiyimdən də yüksək oldu... o mənə qarşı nəvazişli və diqqətli olmağa başladı.
Mən bu şərtsiz məhəbbət konsepsiyasına görə sizə minnətdaram. İndi mən hiss edirəm ki, onun mənə göstərdiyi o məhəbbəti onun üçün əhəmiyyətli və vacib olan surətdə qaytara bilərəm. Hərbi rəssam olduğum üçün məhəbbətin nə demək olduğunu yaxşı dərk edirəm və əvvəllər bunun özünəməxsus dil olduğunu anlamırdım... İndi yeniyetmə oğlumla da ünsiyyət qurmaq mənim üçün asandır və bunun hamısı hörmət anlayışını daha dərindən başa düşdüyümə görədir.
Sevgi və hörmətin ahəngindən danışmağa başlayanda mən müxtəlif qruplarla görüşür və əsas ayələrdən sitat göstərirdim. Bu, Efeslilərə məktubun beşinci fəslinin otuz üçüncü ayəsidir («arvad isə ərinə ehtiram etsin») və Peterin birinci məktubunun üçüncü fəslinin birinci və ikinci ayələri («Ey arvadlar, siz də eyni tərzdə öz ərlərinizə tabe olun. Əgər onlardan bəzisi Allahın kəlamına itaət etməzsə, siz arvadların ismətli, ehtiramlı həyat tərzinizi müşahidə etsinlər; beləcə onları dinməz-söyləməz qazana bilərsiniz»). Lakin düzünü desək, bir çox qadınlar Paul və Peterin də kişi olduğunu irad tutaraq, düşünmədən bu ayələri inkar ediblər.
Allahdan ilham almış Müqəddəs Yazılara qarşı qiyamın qeyri-mümkün olduğu barədə təbliğ etməməyə çalışaraq, onların ərlərinə qarşı şərtsiz hörmət nümunəsini sınaqdan keçirmək üsulu seçmişəm. Onu «hörmət sınağı» adlandırmağım təəccüblü deyil. Qadınlardan ibarət qrupa öz ərlərinə hörmət etmək naminə onların hörmətə layiq keyfiyyətlərini xatırlamaları üçün bir qədər vaxt ayırmalarını xahiş etdim. Bəzi qadınlara bu tapşırığı yerinə yetirə bilmək üçün xeyli vaxt lazım olsa da, nəhayət, onlar bu işin öhdəsindən gələ bildilər. Sonra evə qayıtdıqda ərlərinin məşğul olmadığı və heç nəyin onların diqqətini ayıra bilməyəcəyi bir vaxtda onlara yaxınlaşaraq belə deməklərini tövsiyə etdim: «Mən bu gün sənin haqqında, sənin hörmətə layiq xasiyyətlərin haqqında düşünmüşəm. Sadəcə sənə çox hörmət etdiyimi bilməyini istəyirəm».
Bu bəyanatdan sonra qadınlar cavab və ya hansısa reaksiyanı gözləməli deyil, hansısa vacib işlə məşğul olmalı olduqlarını bildirərək sakitcə otaqdan çıxıb getməli idilər. Sonra nə baş verəcəyini gözləməli idilər. Bir qadın ərinə hörmət etdiyini bildirdikdən sonra otaqdan çıxmaq istədiyi, lakin bunu edə bilmədiyi haqqında danışırdı. Onun əri demək olar ki, qışqıraraq demişdi: «Dayan! Geri qayıt! Sən hansı xasiyyətlər haqqında danışırdın?» Xoşbəxtlikdən (bu çox vacibdir) qadın ona nə üçün hörmət etdiyini deməyə hazır idi və çox aydın şəkildə onları bildirdi. Qadın sadalayıb qurtardıqdan sonra əri dedi: «Bax, bu, əladır! Gəl, bu gün ailəliklə restorana gedək!»
Qadın təəccübündən sütuna dönmüşdü. Onun əri demək olar ki, heç zaman ailəsini restorana aparmamışdı. Nə baş verdi? Mən o qadına izah etdim ki, kişinin əsas və təməl impulsu onun xidmət etmək tələbatı ilə bağlıdır, xüsusən ona hörmət göstərilən təqdirdə. Arvadı ona hörmət göstərdiyinə görə onun üçün nə isə etmək istədi. Həmin gün uşaqların hansısa işləri olduğundan qadın restorana getməyi sabaha təxirə salmağı xahiş etdi və əri razılaşdı. Lakin on beş dəqiqədən sonra qadın mətbəxdən qab-qacaq səsləri eşitdi. O, baxmaq üçün getdi və ərinin şam yeməyi hazırladığını gördü. O, əvvəllər
Qadın hörmət sınağı vasitəsilə ərinin onu dünya səyahətinə aparması üçün manipulyasiya vasitəsi kimi istifadə etsə necə? Bu, tamamilə mümkündür və buna görə qadını qınamaq olmaz. O, ərinə olan hörmətini səmimiliklə etiraf etmək istəyirdi və nəticə onun gözləntilərindən çox yüksək oldu. Əvvəlcə dediyimi təkrar edirəm: arvadına qarşı düzgün mövqe tutan kişi, ona olduğu kimi hörmət edən arvadına xidmət edəcək. Başqa adamı yalnız onun ən vacib tələbatlarını yerinə yetirməklə ruhlandırmaq olar.
Əlbəttə ki, bütün qadınlar bu qadının üzləşdiyi münasibətlə üzləşməyəcəklər. Başqa kişilər baş verənlər haqqında bir qədər düşünər və sonradan nə isə deyə bilərlər. Bəlkə heç nə deməyə də bilərlər. Bütün fikir ondan ibarətdir ki, hörmət sınağı etdikdə siz iman addımını birinci atmış olursunuz.
Siz Allah Kəlamının ərinizə qarşı şərtsiz hörmət göstərməyi tələb etdiyini anladığınızı göstərirsiniz. Siz onun
Qadın kişini onun müəyyən xasiyyətlərinə görə yüksək qiymətləndirdiyini bildirəndə, çox kişilər həyacandan sonra özlərinə gəldikdə mütləq soruşurlar: «Sən nə haqda düşünürdün? Sən nəyi nəzərdə tutursan? Mənim hansı xasiyyətlərimə hörmət edirsən?» Qadın bu suallara səmimi və düzgün cavab verməyə hazır olmalıdır. Elə düşünməyin ki, siz bu bəyanatınızdan sonra otağı tərk edəcəksiniz və o isə heç zaman sizin sözlərinizi xatırlamayacaq. Bunun belə olmayacağına əmin olun.
Əgər qadın bu suala cavab verə bilməsə, necə olacaq? Söhbət etdiyimiz qadınların çoxu ərlərində hörmət ediləcək heç bir keyfiyyətin olımadığını iddia edirlər. Lakin belə deyən qadınlar ərlərinə qarşı çox qəzəblidirlər, ya da mübahisə və dava-dalaşdan o qədər yorulublar ki, ərlərinin hansısa ləyaqətli keyfiyyətini xatırlamaq belə istəmirlər. Belə qadın ilk növbədə özündən soruşmalıdır: «Ümumiyyətlə və hər şeydə ərim mənə qarşı yaxşı davranırmı?» Əgər bu sualın cavabı az da olsa müsbətdirsə, qadın siyahı tərtib etməlidir. Bu siyahı qadına ərin Allahın surətində və bənzərində yarandığını, eləcə də onda Allahdan gələn hörmətə layiq keyfiyyətlərin olduğunu dərk etməsinə kömək edəcək. Məsələn, o, işləmək və uğur əldə etmək istəyir. Ailəni təmin etməyə və qorumağa hazırdır. O, güclü olmaq və sözün yaxşı mənasında ailəyə rəhbərlik etmək istəyir. Növbəti fəsillərdə Allah tərəfindən verilmiş başqa kişi xasiyyətləri haqqında öyrənəcəyik.
«Əzizim, bizi lazım olan şeylərlə təmin etməkdən ötrü hər gün işə getmək üçün oyandığına görə sənə o qədər minnətdaram ki. Sən şikayətlənmirsən; bunu etməlisən və edirsən».
«Əzizim, məni müdafiə etmək və ailəni təmin etmək istəyinə görə sənə çox hörmət edirəm. Sənin sayəndə özümüzü qorunmuş hiss etdiyimiz haqqında tez-tez düşünürəm. Mən bilirəm ki, bəzən maliyyə çətinlikləri ağır yük kimi sənin üzərində olur və sənin sadiqliyinlə, inadkarcasına mübarizə aparmağınla fəxr edirəm».
Bütün bu sözlərin mənası diqqətini müsbət şeylərə cəmləmək və mənfi şeylərdən imtina etməkdən ibarətdir. Qadın Allahın gördüyünü görməyi bacarmağa çalışmalıdır. Sizin ərinizi vicdanlı insan adlandırmaq olarmı? Bunu dərk edin və ona hörmət etdiyinizi bildirin. Nikahda xeyirxah niyyətlərdən danışanda, Korinflilərə Birinci məktubun yeddinci fəslinin otuz üçüncü və otuz dördüncü ayələrindən sitat gətirirəm. Paull Korinfdəki evli cütlüklərin bir-birlərinə qarşı xeyirxah niyyətləri olduğunu bildirirdi. O, subay insanın Rəbbin işini görmək üçün daha çox vaxtı olduğunu, evli adamın isə «arvadını razı salmaqdan ötrü» (33-cü ayə) düşündüyünü bildirir[21].
Vicdanlı ər arvadını necə hirsləndirmək barədə düşünmür, Paulun Korinflilərə Birinci məktubun yeddinci fəslinin otuz üçüncü ayəsində aydın şəkildə dediyi kimi, arvadını razı salmağa çalışır. Mən həmişə ərləri tərəfindən sevgi görməyən qadınları ərlərini məhəbbət çatışmamazlığına və sevmək istəmədiklərinə görə mühakimə etməməyə çağırıram. Yoxsa onlar ərləri haqqında pis fikirlər yürüdürlər və bu da çox sərt ittiham və mühakimədir. Həqiqətən, bəlkə də ər arvadına qarşı sevgi göstərə bilmir, lakin o, bunu pis niyyətlə, qəsdən və vərdiş etdiyinə görə etmir. Ər arvadını və arvad ərini incidən zaman Müqəddəs Yazılardan konkret yerləri xatırlamaq çox yaxşı olardı: «Ruh həvəsli, cisim isə gücsüzdür» (Matta 26:41) və “Doğrudan da, yer üzündə elə saleh adam
Ər hirslənən və inadkarlıq edən zaman onun arvadı ərinin qəsdən belə edərək onu incitmək istədiyini düşünməməlidir. O, özünü ağıllı aparmağa çalışır. O, ailəsinin xoşbəxtliyini istəyir. Kişilər ailələrinin xoşbəxtliyini istəyir, buna görə də hörmət sınağını keçən qadınlar onların ailələrində baş verənlərə görə təəccüblənirlər. Kişilərin hörmətə çox böyük ehtiyacları vardır. Bizim konfransımızda iştirak edən qadınlardan biri hörmət sınağını istifadə edərkən nə baş verdiyi haqqında mənə yazmışdı. O, öz ərinə heç nə deməmişdi. Səylə işləyərək ailəni təmin etdiyinə və ona üç qızı ilə birlikdə evdə qalmaq imkanı yaratdığına görə öz minnətdarlığını bildirən mətni açıqcada çap etmişdi. O, açıqcanı onun çantasına qoymuşdu və əri onu ertəsi gün səhər tapmışdı. Əri həmin an ona zəng edərək bütün gün ərzində əhvalını qaldırdığına görə ona minnətdarlığını bildirmişdi.
Hörmət sınağını yoxlayan və ondan qələbə ilə çıxan bir çox qadınların başqa şəhadətlərini də misal göstərə bilərəm. Bəziləri öz hörmətləri barədə birbaşa üzə demişdilər, bəziləri məktub yazmışdılar, digərləri ərlərinin iş yerinə zəng etmişdilər və ya avtocavabda, yaxud da səsli poçtda məlumat yazmışdılar. Qadının hörmət sınağından hansı formada istifadə etməsi mühüm deyil, lakin ondan istifadə etdikdə, bu sınaq nikahda əsl qələbəyə gedən yolda ilk addım olacaq. Bir qadın belə yazır:
Cəmi bir neçə gün bundan əvvəl ərimə ona hörmət etdiyimi deməyi qərara aldım. Bu sözləri dilə gətirmək mənim üçün olduqca çətin olsa da, mən bunu etdim. Onun münasibəti sadəcə ağlagəlməz idi! O, nəyə görə ona hörmət etdiyimi soruşdu. Mən çox şey haqqında danışa biləcəyimə baxmayaraq, onun bir-neçə keyfiyyətini sadaladım və onun üzünün ifadəsi gözlərimin önündə dəyişdi!
Əgər siz qarşılıqlı münasibətlərinizdən razı deyilsinizsə, aranızda olan yaxınlığın hansı anda itdiyini xatırlamağa çalışın. Ola bilsin, ərinizin sizi lazım olan qədər sevmədiyini hiss etdiyiniz üçün sizə çətin olduğunu və buna mənfi yanaşdığınızı xatırlayacaqsınız. O vaxtdan Çıxılmaz dövrə özünün ağılsız dövrəsinə başlayıb. Başqa bir qadın belə deyir:
Biz Çıxılmaz dövrənin əsarətində təsəvvür ediləndən daha çox yaşamışıq. Mən ərimə hörmət edirdim, lakin özümü sevimli hiss etmədiyim üçün hörmətimi ona bildirmirdim. Qorxuram ki, belə etdikdə, mən ondan qisas alırdım. Lakin düzünü desəm, mən bunu başa düşmürdüm. Mübahisə zamanı mən ərimin üzünə baxdıqda, onun üzünün ifadəsindən dəhşətə gəlirdim. Mənim tərəfimdən hörmət edilmədiyini hiss etdiyini görürdüm. Bəs niyə əvvəllər bunu görməmişəm? İndi baş verənlərə göstərə biləcəyim ən uyğun təyinat-ərimədir və həyatımda ilk dəfə ümid yarandı.
Bu qadın Çıxılmaz dövrədən çıxış yolu tapdı! Növbəti fəsillər ərinizin və nikahınızın yeni enerji gücü ilə dolmasından ötrü təcrübədə ərinizə necə hörmət göstərəcəyiniz üçün nəzərdə tutulub. Bu altı prinsip tipik kişilərin tələbatlarını xarakterizə edir. Əlbəttə, burada da istisnalar ola bilər, lakin kişilər adətən belə hesab edirlər ki, ailədə münasibətlərə onlar rəhbərlik etməlidirlər. Bu mövqe siyasi cəhətədən nəzakətsizlik olardı, lakin biz bu kitabda siyasi cəhətdən nəzakətsiz məsələləri müzakirə etməyə hazırlaşmırıq. Biz əşyaların mövcud olan vəziyyətini müzakirə etməliyik, həmçinin qadınların və kişilərin öz qəlblərində nə düşündüklərini izah etməliyik. Qadının nə hiss etdiyini öyrəndik, indi isə kişilərin öz ürəklərində nə hiss etdiklərinə baxmaq lazımdır. Onlardan heç biri xüsusi mövqeyə malik deyillər, sadəcə onlar fərqlidirlər və çəhrayı rəng mavi rəngdən fərqləndiyi kimi bir-birindən fərqlənirlər.
Əksər vəziyyətlərdə kişilər özlərini rəhbər rolunda görürlər. Əlbəttə, kişilərin idarəçi və rəhbər rolunun öhdəsindən nə qədər yaxşi gəldikləri barədə mərc gəlmək olar. Lakin kişilərin özünə qiymət verməsinə gəldikdə isə, onlar bu kreslonu tutmalıdırlar. O özü ilə eyni olanlar arasında özünü yüksəltmək, yaxud da ağalıq etmək məqsədilə birinci olmalı deyil, Allahın onu belə yaratdığına görə bu məsuliyyəti öz üzərinə götürməlidir. Ərə necə hörmət etməyi və hər ikinizin Energetik dövrəyə necə keçməyinizi izah edən növbəti altı konsepsiyanı oxuyanda, bu, çox vacib faktı unutmayın. Bu konsepsiyaları nə dərəcədə mənimsəməyinizdən asılı olaraq, ərinizin kim olduğu və Allahın onu necə yaratdığı barədə daha aydın təsvirə malik olacaqsınız (əgər oğlunuz varsa, onun haqqında da təsəvvürə malik olacaqsınız). Bu konsepsiyaları təcrübədə həyata keçirməyinizdən asılı olaraq, bir çox qadının əldə etdiyi sevinci siz də əldə etmiş olacaqsınız. Məsələn:
Ərimə hörmət göstərməyincə bizim münasibətlərimizdə heç vaxt yaxınlıq və qarşılıqlı anlaşma yox idi. Mən həmişə nəyinsə çatışmadığını hiss edirdim və düşünürdüm ki, bütün problem ondadır (sevgi çatışmamazlığı), qətiyyən məndə deyil (hörmət çatışmamazlığı). İndi mən özümü sevimli hiss edirəm və bilirəm ki, o da özünə qarşı hörmət hiss edir.
Belə ki, həyatımızda olan böyük boşluq artıq dolub. Siz dediniz ki, kişilər üçün arvadlarına hörmət etmək onları sevməkdən daha asandır, qadınlar üçün isə ərlərini sevmək onlara hörmət etməkdən daha asandır.
İndi ərimlə mən incə, bərpa olunmuş münasibətlərimizə görə sevinirik. Mən dediklərimə nəzarət etməyi öyrənmişəm (indi mən hətta üzümün ifadəsi və səsimin tonuna da fikir verməyə başlamışam) və ərim də qarşılığında, onun mənə kifayət qədər məhəbbət göstərmədiyini düşündükdə, bu haqda ona deməyə imkan verir. Mən bu məsələdə Allahın Kəlamına itaətli olmağa qərar verdikdə, biz Çıxılmaz dövrənin ağılsızlığından tamamilə azad olduq. Ürəkdən sizə minnətdarlığımı bildirirəm!
Bunlar mövzuya dair aldığımız onlarla məktublardan yalnız bir neçəsidir. Bir dəfə Deyl Karneqi belə deyib: «Başqa adamlara əsl hörmət ruhlandırma işində tramplindir». Hörməti həm də Çıxılmaz dövrədən çıxmağın açarı adlandırmaq olar. Oxuyun və ərinizi məhəbbətə ruhlandırmağın əvvəllər heç etmədiyiniz konkret yollarını mənimsəyin.
FƏSİL 16.
TABEÇİLİK – ONUN İŞLƏMƏK VƏ UĞUR QAZANMAQ İSTƏYİNİ QİYMƏTLƏNDİRİN
Kişilər üçün qiymətli keyfiyyətlərdın birincisi tabe olmaqdır. Əsasən ailəli qadınlara müraciət etdiyim üçün sizlərdən bir çoxu belə qeyri-romantik söz seçdiyimə görə mənimlə mübahisə edə bilərlər. «Tabeçilik» sözü elə səslənir ki, onun sanki kişilərin qadınları fiziki, seksual, əqli və emosional cəhətdən özünə tabe və zəbt etməli olduqlarını hesab etdikləri qara şovinizm dövrlərindən gəldiyini düşünmək olar. Lakin mən bu sözə tamam başqa cür məna verirəm.
«Tabe olmaq» dedikdə mən kişilərin anadangəlmə, təbii arzualrı olan, gedib bu dünyanın reallıqlarını fəth etmək, daha dəqiq desək, işləyib uğur qazanmaq arzusunu nəzərdə tuturam. Əgər siz bir həyat yoldaşı kimi işin sizin əriniz üçün nə qədər vacib olduğunu başa düşsəniz, ərinizə əsl hörmət və ehtiram göstərmək istiqamətində nəhəng addım atmış olarsınız və o, bu iki şeyi məhəbbətdən daha çox qiymətləndirir.
Kişilərin hörməti sevgidən daha çox qiymətləndirməsini başa düşmək, bir çox qadınlar üçün çox çətindir. Allah sizi məhəbbət üçün yaradıb və siz həyatı ancaq məhəbbətə yönəlmiş çəhrayı eynəklərin şüşələrindən görürsünüz. Siz məhəbbət verirsiniz, məhəbbət istəyirsiniz və buna görə də ərinizin də nə üçün bu cür yaşamadığını başa düşə bilmirsiniz. Kişilərin hörməti sevgidən daha çox qiymətləndirdiyini dedikdə, onların sevgiyə heç dəyər vermədiklərini söyləmək istəmirəm. Əlbəttə, sizin məhəbbətinizi sözlə ifadə edilməyəcək dərəcədə qiymətləndirir, sadəcə olaraq kişilər üçün «sevgi» sözü «hörmət» kimi yazılır.
Gəlin, kişilərin tabe olmaq haqqında nə düşündüklərini başa düşməyimizə kömək edən səhnəni təsvir edək. Təsəvvür edək ki, kiminsə əri elə indi işini itirib. O, evə gələrək bu barədə arvadına deyir. O özünü çaşqınlıq, əhvalı pozulmuş və əzilmiş hesab edir. Qadın ərinə kömək etmək məqsədilə deyir: «Qorxulu heç nə yoxdur. Əsas odur ki, biz bir-birimizi sevirik». Qadının sözlərinin ona kömək edəcəyini düşünürsünüz? Kişi susaraq ona baxır, çiyinlərini çəkərək televizorun qarşısında divanda əyləşir. O, bütün gecəni susaraq danışmaq istəmir. Onun arvadı anlaşılmazlıq içindədir. Qadın ərini sakitləşdirmək istədi, o isə nədənsə arvadından uzaqlaşdı. Cavab isə əslində sadədir. Məsələ yenə də çəhrayıda və mavidədir. Çəhrayı sakitləşdirmək istədi, mavi isə onun müdaxilə etməsindən təhqir olundu. Daha aydın başa düşməyiniz üçün başqa səhnəni təsəvvür edək. Qadın uşaq salıb. Onun əri yaxınlaşaraq deyir: «Əzizim, qorxulu heç nə yoxdur. Axı, biz əvvəlki kimi bir-birimizi sevirik».
Qadınlardan kimsə vacib məsələləri səhv saldığımı deyə bilər. Uşaq itirməklə iş itirməyi necə müqayisə etmək olar? Mən itirilənin əhəmiyyətindən danışmıram, sadəcə olaraq işin sizin əriniz üçün nə qədər vacib olduğunu izah etməyə çalışıram. Onun düşüncəsinə görə həddən artıq əhəmiyyət kəsb edən bir şeyi itirib. İş özlüyündə ərinizin varlığının mənasının bir hissəsini təşkil edir.
Bax, buna görə də əriniz işini itirdikdə, qorxulu heç nə baş verməyib və əsas sizin bir yerdə olmağınızdır deyərək onu sakitləşdirməyə çalışacaqsınızsa, bu sözlər ona kömək etməyəcək. O bilir ki, onun həyatında siz varsınız. O, sizin sevginizə əmindir, lakin eyni zamnda da qəti əmindir ki, işləməli olan, mövqeyə və müəyyən məsuliyyət əhatəsinə malik olmalı olan da odur. Bu anlayış onda haradandır?
Kişilərin işə və uğurlara bu cür cəlb olunmasını başa düşmək üçün biz Yaradılış kitabına, bəşəriyyətin ilk iş təyinatına qayıtmalıyıq: «Rəbb Allah insanı götürüb Eden bağına qoydu ki, oranı becərsin və saxlasın» (Yaradılış 2:15). Allah Həvvanı yaratmazdan əvvəl Adəmi yaratdı və ona iş verdi. Eden bağında istehlakın və ticarətin geniş olmadığını qeyd etmək maraqlı olardı. Ağaclar bəhrə verirdilər, lakin bunun üçün Adəm onları becərməli və qulluq etməli idi. Allah Adəmi elə yerdə yerləşdirmişdi ki, onun üçün tələb olunan hər şey: gözəl mənzərələr, çoxlu yemək və su var idi (Yaradılış 2:10-a bax)[23].
Belə gözəl işdən və yaxşı əmək şərtlərindən Adəm yəqin ki, çox razı idi. Lakin Allah bilirdi ki, onun üçün nəsə çatışmır. Öz çağırışını həyata keçirtmək üçün Adəmə əməkdaş olmaq üçün qadın lazım idi. Buna görə də Allah «ona münasib olan bir köməkçi yaratdı» (Yaradılış 2:18). İbrani sözü olan “köməkçi» hərfi olaraq «cavabında ona kömək» və ya «cavab verəni» mənasını bildirir. Korinflilərə birinci məktubun on birinci fəslinin doqquzuncu ayəsində Paul bu fikri daha da inkişaf etdirir: «Kişi qadın üçün yox, qadın kişi üçün yaradıldı».
Mən belə hesab edirəm ki, qadına nəvaziş göstərəndə o, bütün görünüşü ilə işıq saçaraq sanki kişiyə bu ismarıcı göndərir: «Mən səni sevirəm və mən sənin üçün yaradılmışam. Sənin etmək istədiklərinə və sənin necə olmaq istəyinə hörmət edirəm. Mən sənə kömək etmək istəyirəm. Sevgi məhz bundan ibarətdir işıq saçır». Lakin toydan sonra hər şey dəyişir. Onun kömək etmək tərzi ərinə hörmətdən başqa hər şey göstərir. Məsələn, on altı il ərdə olan və uşaqlarına evdə təhsil verən bir qadın düzgün köməkçi niyyəti ilə hərəkət etdiyini düşünürdü. Lakin o, ərinin onu bu cür qəbul etmədiyini görmürdü. O yazır:
O, mənim ən yaxşı niyyətlə təklif etdiyim köməyi pis niyyətli məqsəd kimi qəbul edirdi. Mən indi başa düşürəm ki, özüm də dərk etmədən ona şikayətlərlə və mənfi münasibətlə yaxınlaşmışam. Ona hörmət göstərməyi qərara aldıqdan sonra mən açıq-aydın xeyir-duaları görürəm, ərim mənimlə daha çox söhbət edir, daha nəvazişli olub və mənə elə gəlir ki, əvvəlki uzun illərlə müqayisədə son bir necə həftədə biz bir-birimizə daha yaxın olmuşuq.
Tamamilə aydındır ki, Yaradılış kitabının ikinci fəslinin on səkkizinci ayəsindən olan parçalar və Korinflilərə birinci məktubun on birinci fəslinin doqquzuncu ayəsi feminist hərəkatı (qadın azadlığı hərəkatı) tərəfdarları arasında asanlıqla qəbul edilmir[24]. Feministlər üçün bu bəyanatlar kişilərin mövqeyindən yazıldığına və sanki Allahın kişilərin tərəfində olduğunu göstərdiyinə görə siyaisi səhv kimi səslənir. Lakin Müqəddəs Yazılara belə laqeyd yanaşmaq olmaz. Lap başlanğıcdan kişi «torpağı becərmək» və öz ailəsini təmin etmək üçün çağırılıb. Kişi macəralarda olmaq və yeni ərazilər fəth etmək üçün dərin ehtiyac hissi duyur. Bu, onun tərəfindən şiltaqlıq deyil; bu, anadangəlmə dərin keyfiyyət və tələbatdır.
Tanışlıq zamanı bir kişinin digərinə verdiyi ilk sual belə olur: «Nə ilə məşğulsan?» Doğru olsa da, olmasa da bir çox kişilər özlərini işləri ilə eyniləşdirirlər. Allah kişini Yer üzündə nə isə etmək arzusu ilə yaradıb. Əllərində olan çubuqlar oxa və silaha çevrilən balaca oğlanlara baxın. Bu yaxınlarda bir ana mənə danışdı ki, o, öz balaca oğluna oyuncaq silah alaraq çubuqdan silah və qılınc kimi istifadə etməyi ona qadağan etdi. Lakin oğlu çörəkdən və pendirdən tapança düzəldib guya güllə atmağa başlayanda, o, daha heç nə demədi.
Analar bu sahədə oğullarına mane olmamalıdırlar, çünki bu keyfiyyətlər kişilərin ikinci təbiəti hesab olunur. O, ovçu, işçi və yaradıcı olmaq üçün çağırılıb. O, həyatda öz ərazisini fəth etmək istəyir. Bunun elmi termini budur: «kişi instrumentalizmi»[25]. Lap uşaqlıqdan hər bir oğlanda onu macəraya və fəth etməyə cəlb edən nəsə var. O, ova çıxmaq və nə isə əldə etmək üçün səyahətə yollanmaq istəyir.
Sevgi və hörmətə həsr olunmuş konfranslarda kişilərin hələ kiçik yaşlarından fəth etmək cəhdlərindən danışarkən mən qadınlara bir sual verirəm. Mən soruşuram: «Gələcək gəlininizdən oğlunuza hansı münasibəti görmək istəyərdiniz? Onun da uğur qazanmaq və işləmək istəyi olacaq. Mən əminəm ki, siz istəyərdiniz ki, ərinizin sizdən necə kömək gözlədiyi kimi oğlunuzun arvadı da ona kömək etsin». Mən oğullarla evləndikdən sonra nə baş verə biləcəyi haqqında xatırladan zaman qadınların bir çoxu şərtsiz hörmət fikrini heç cür qəbul etmədiklərini başa düşürlər. Bir qadın mənə dedi: «Siz məsələni bu tərəfdən işıqlandıranda, mən ona yenidən başqa cür baxdım. Mən istəmirəm ki, gələcək gəlinim ərimə göstərdiyim münasibəti oğluma göstərsin. Belə olmamalıdır».
Kişilərin işləməyə və uğurlar qazanmağa olan anadangəlmə arzularına göstərdikləri yüksək hörməti xərçəng təhlükəsi qarşısında qalan iki dostumun nümunəsində izləyə bilərik. Onlar hər ikisi baş verməli ola biləcək ölümü və sonlarının çatdığını sakitliklə qəbul etdilər. Bütün müalicə və kimyaterapiya kursu boyu onlar imanda möhkəm və optimist əhvali-ruhiyyədə qaldılar. Nəhayət onların heç biri ölmədi, lakin hər ikisi eyni düşməndən əziyyət çəkdi. Onlardan biri öz şirkətini satdı və bütün qalan ömrünü Allaha xidmət etməyi qərara aldı. Lakin şirkətini satdıqdan bir qədər sonra o, indi işi olmadıqda kim olduğunu dərk edə bilmədi. O, mənə dedi: «Xəstəlik zamanı və ölümlə üz-üzə olanda mən bir dəfə də olsun depressiyaya düşmədim, amma mənim ikinci “mənim» olan işimi tərk etdikdə heç zaman hiss etmədiyim depressiyaya düşdüm”.
O biri dostum çox əziyyətlər çəkdi və demək olar ki, ölümün kandarında idi. Lakin o da sağaldı. O, işinə qayıtdı, hər şey yaxşı idi. Amma sonra öz işini itirdi. O, əzilmiş və pərişan halda mənim yanıma məsləhətə gəldi. O dedi ki, işsiz qalmaq ölümdən betərdir. Qəribə olsa da, işlərini itirmək hər iki kişiyə xərçəngdən ölmək təhlükəsindən daha çox təsir etdi.
Bir çox qadınlar kişilərin öz işlərinə nə qədər çox əhəmiyyət verdiklərini başa düşmürlər. Əgər qadın düşünmədən ərinin işinin o qədər də vacib olmadığını deyərsə, o sanki ərini uğursuz adlandırmış olur. Çox uğurlu ticarət işi qurmuş dostumu xatırlayıram. Kimsə bu ticarət işini satmağı təklif etmişdi. Dostumun fikrincə, bu təklif onun ünvanına olan böyük bir kompliment idi. Ona görə ki, belə satış maddi təminat və ictimai nüfuz ola bilərdi. Bu, onun üçün şərtsiz uğur demək idi. Saziş baş tutdu və o, bu yeniliyi arvadına çatdırmaq üçün evə gəldi. O isə ev işləri və qayğıları ilə məşğul idi. Qadın heç fikirləşmədən: «Lap yaxşı, əzizim» dedi və işlərinə davam etdi.
Sonralar bu kişi mənə danışırdı ki, özünü məğlub edilmiş hiss edir. O deyirdi: «Mənə çox ağır idi. Mən qərara aldım ki, bir daha ona nəsə deməyəcəyəm». Mən onun qərarını tərifləmədim, lakin ona yazığım gəldi. Məncə, hadisə tərsinə baş versəydi, qadının da ürəyi yanardı. O, ərinə hamilə olduğu haqqında xəbər verir, əri isə televizorun ekranında baş verənləri diqqətlə izləyərək deyir: «Çox yaxşı, əzizim». Kəskin ziddiyyətlərə nümunə olaraq ərinin tərəfində durmağa qəti qərar verən bir qadının məktubundan:
Ərim çox xoşagəlməz hadisələr yaşamalı oldu. O, sərt tənqidlər və böhtanlara məruz qaldı. Tənqidlərin və dedi-qoduların qarşısında mən onun yanında olmağı, öz hörmət və sadiqliyimi ona göstərməyi qərara aldım. Bütün bu xoşagəlməzliklərə görə biz son on beş-otuz il ərzində tapdığımız yaxın dostlarımızı itirdik, lakin əvəzində özümüz yaxın olduq. İndi o, bütün yenilikləri mənimlə bölüşür, elektron məktubları və sairəni mənə göstərir. O, daha əvvəlki kimi qaraqabaq və qapalı insan deyil. Allah çətin vaxtlarda köməyimə çatan müdriklik verməklə mənə qarşı xeyirxah oldu.
Mən kişilərin işə qarşı anadangəlmə güclü istəklərindən danışdıqda, qadınların bu cür arzulara malik olmadıqlarını demək istəmirəm. Qadınlar həmişə işləyiblər, lakin onlar, adətən, özlərini və işlərini uşaqlara və evin təsərrüfatına həsr ediblər. Son on illiklərdə qadınlar başa düşüblər ki, öz bacarıqlarını evdən kənarda da tətbiq etməklə, yüksək vəzifələr tutaraq, ağlagəlməz uğurlar qazana bilərlər. Lakin qadın işə gedəndə evdə kimin qalması və uşaqlara kimin baxması sualı ortaya çıxır. Belə vəziyyətlərdə uşaqları bağçaya verirlər və şübhəlidir ki, bu qərarı yaxşı halda ideal hesab etmək olar, pis halda isə o, uşaqlara əsl zərər verə bilər.
Maraqlıdır ki, qərb aləmində qadınlar işi azad seçim hesab edirlər. Qadınlara onların işləməli və yaxud işləməməli olduqlarını demək lazım deyil. Onlar evdə oturacaqları və yaxud işə həsr olunacaqları barədə qərarı özləri vermək istəyirlər.
Kişilərin çox hissəsi işi azad seçim variantı hesab etmirlər. Yumor ustası olan Tim Alen qeyd edib ki, qadınların çoxlu seçim variantları var. Kişilərin isə bir alternativi var, ya işləmək, ya da həbsxanaya getmək. Doğrudur, bəzi ailələrdə qadın işləyir, kişi isə evdə uşaqlarla oturur. Bizim oğlanlarımız adətə uyğun olaraq başa düşürlər ki, onlar bu və ya başqa bir sahədə işləməli olacaqlar. Qızlar isə hamilə olmaq və ya xidmətdə inkişaf etmək kimi azad seçimə malik olmaq istəyirlər.
Məsləhətçilik təcrübəmlə bu nəticəyə gəlmişəm ki, adi qadın əgər özü istəyərsə, ona evdə oturmağa icazə verən ər axtarır. Qadın öz gələcəyini kişi ilə düşünəndə, qeyri-iradi olaraq kişidə onun və uşaqların qayğısına qala biləcək qabiliyyəti qiymətləndirir. Vicdanlı qadın pula görə deyil, sevgiyə görə ailə həyatı qurur, çünki o, özünün «yuva» hörmək ehtiyacını tamamilə dərk edir. O, özündən soruşur: «Əgər mən evdə uşaqlarla oturmaq istəsəm, o, bizi kifayət edən dərəcədə təmin edə biləcəkmi?» Özünə bu sualı verən qadın müdrikdir. Mənim qızımın da bu sual üzərində düşünəcəyinə ümid edirəm. Bundan əlavə, qadının ailədə evdarlıqla məşğul olmaqdan xoşu gəlib-gəlmədiyi haqqında da düşünmək lazımdır. Bütün qadınların verdiyi əsas sualı unutmayın: «Onu sevdiyim kimi o da məni sevirmi?» Əslində qadınlar buna tam əmin deyillər. Əgər o, ailəni öz zəhməti ilə dolandırdığı vaxt ər evdə oturursa, onda kişinin hisslərinə qarşı onun əminsizliyi daha da artır. Qadın belə düşünür: «Görəsən, bütün bu pulları qazanmasam, o, mənimlə qalmaq istəyərmi?» Ailənin əsas dolandıranı olmaq rolu qadında gizli qorxu hissi yarada bilər.
Kişi həmişə hansısa işi yerinə yetirmək çağırışını hiss etdiyi halda, qadının təbii çağırışı ailədən ibarətdir. Kişi qeyri-iradi olaraq bilir ki, o, qarşılaşdığı çətinliklərdən asılı olmayaraq işləməlidir. Mənə elə gəlir ki, bu baxımdan kişilərin əksəriyyəti Adəmə, qadınların əksəriyyəti isə Həvvaya oxşayır. Kişi Adəm kimi ailənin rifahı naminə işləmək çağırışını hiss edir. Qadınların bir çoxu Həvva kimi hiss edir. Yalnız o, dünyaya uşaq gətirə bilər və onun uşağı olan kimi öz Adəminin ailənin səadəti naminə işləməsini istəyir.
Adəm Həvvanın uşağı dünyaya gətirərək ərinin tərbiyəsinə tapşırıb işləməyə getməsini gözləmir. Ailədə bərabərliyi müdafiə edən insanlar bu cür ideyalar irəli sürürlər. Lakin mən ailədə ata rolunun effektli icrası haqqında doktorluq dissertasiyamı müdafiə etdikdən sonra onlarla razılaşmıram. Bununla belə, mən qadınların bacarıqlarına və karyera qurmaq arzularına pis baxmıram. Qadınlar çağırış əldə edə və yüksək vəzifələr tuta bilərlər (Hakimlər 4:4-ə bax). Lakin mən onun körpə anası kimi olan rolunun əvəzolunmazlığını vurğulamaq istəyirəm. Atanın körpə ilə olan münasibətini ananın körpəyə olan münasibətilə heç müqayisə etmək olmaz. Mənə elə gəlir ki, heç bir sosial «mühəndislər» atadan «təbii ana» hazırlaya bilməzlər. Adətən, qadınlar uşaq dünyaya gətirməyə və onun qayğısına qalmağa meyillidirlər. Kişi isə arvadının və uşağının rifahı naminə işləməyə meyil göstərir. Əlbəttə, doğrudur ki, bugünki mədəniyyətdə bu qaydadan istisna halları mövcuddur. Lakin tipik qadının arzusu onu karyeraya deyil, evə və ailəyə cəlb edir[26].
Əgər qadın ərinə dayaq ola biləcək və arvadı üçün hər şey edə bilmək qabiliyyətinə hörmət etdiyini göstərə biləcək sadə bir hərəkət etmək istəsə, ona məktub yaza bilər. Məktubun uzun və çoxmənalı olması vacib deyil. Orada yalnız bunları yazmaq lazımdır: «Əzizim, bizə görə işlədiyin üçün çox sağ ol». Əgər məktubun ardıcıl olmasını istəyirsinizsə, sizə evdən kənarda işlədiyinizə və ya evdə uşaqlarla qalmağa icazə verdiyinə görə minnətdarlığınızı və onu necə qiymətləndirdiyinizi yazın.
Mən qadınlarla danışanda onlar ərlərinin işlərinə görə onlara qarşı həmişə minnətdarlıq hiss etdiklərini deyiblər. Lakin buna baxmayaraq, onlar bu barədə tez-tez düşünsələr də bunu heç vaxt dilləri ilə deməyiblər. Mən onlardan ürəyində arvadına qarşı çox böyük məhəbbət gizlənən, lakin bu barədə heç zaman arvadına bildirməyən ər haqqında fikirləşməyi xahiş etdim. Onalrın adi münasibəti şok və təəccüb oldu. «Siz demək istəyirsiniz ki, kişi arvadı ilə yaşayır və öz məhəbbəti haqqında ona heç nə demir?» Bunun ola biləcəyinə inanmaq onlar üçün çətindir.
Gördüyünüz kimi, bu qarşılıqlı əlaqəni başa düşmək asandır. Qarşılıqlı münasibətlər hər iki istiqamətdə işləyir. Əlbəttə, kişi sizə öz sevgisi haqqında deməlidir. Lakin siz də ona tərəf dönüb ailənin rifahı naminə olan gündəlik zəhməti üçün minnətdarlığınızı bildirməlisiniz. Siz bunu sona qədər dərk etmədiyinizi, lakin ailəni təmin etmək məsələsində onun məsuliyyətli münasibətini qiymətləndirdiyinizi və buna görə ona çox hörmət etdiyinizi deyə bilərsiniz.
Ərinizin buna necə münasibət göstərdiyinə baxın. Sizi əmin edirəm, çox heyrətlənəcəksiniz (A və C əlavəsinə bax).
Kollecdə təhsil aldığım vaxtlarda məsihçi kurslarından birində bizə belə bir sual verdilər: «Siz necə bir həyat yoldaşınızın olmasını istərdiniz?» Yadımdadır ki, mən belə dedim: «Həyat yoldaşımın mənə inanan qadın olmasını istərdim». Burada Məsihlə Məbəd arasındakı paralelə nəzər salmaq lazımdır. Məsih bizim Ona inanmağımızı istəyir, buna görə biz Allahın izzəti üçün elə bu cür də edirik. Lakin insan düşüncəsi ilə nikah münasibətlərində kişilər hər şeyi qadınları valeh etmək üçün edirlər. Siz gələcək həyat yoldaşınızı sevdikdə və o, sizinlə evləndikdə, həyat yoldaşınız sizin ona etibar etdiyinizi hiss etdi və o bunu sizin nə vaxtsa başa düşə biləcəyinizdən daha çox qiymətləndirdi. Bu anlayış onun qəlbində çox vacib yer tutduğu üçün sizin etibarınız onun ruhuna toxundu. O, sizinlə evləndi və bütün həyatınız boyu onu beləcə dəstəkləyəcəyinizi düşünür. Lakin illər ötdükcə onun işi ailənin və nikahın rəqibinə çevrilir. Onun işdəki səyini tərifləməkdənsə, bəlkə də siz özünüzü atılmış hiss edirsiniz.
Ola bilsin ki, sizin həyat toldaşınız həqiqətən «işgüzarlar» qrupuna aiddir və sizin tənhalıq hissiniz tamamilə əsaslıdır. Yəqin ki, siz özünüzü bizə bu məktubu yazan qadın kimi hiss edirsiniz: «Mən bir dəfə ona yaxınlaşaraq dedim ki, iş onun üçün məndən vacibdir və o, tamamilə işə həsr olunub. Mən dedim ki, noutbuk bizim evimizdə “ikinci qadına» çevrilib və mən onunla rəqabətə girə bilmirəm”. İşdən asılı olaraq həqiqətən real və ciddi problemdir, lakin mən inanıram ki, əgər ərinizlə birlikdə sevgi və hörmətdə yaşayan cütlük olmağa çalışsanız, o zaman siz ona kömək etməli və işində olan səyini dəstəkləməli olacaqsınız. Əgər sizin əriniz çox işlədiyinə görə ailəsinə vaxt ayıra bilməyən vicdanlı adamdırsa, o, bunu başa düşür və siz yaranan problemi birlikdə müzakirə edərək ondan çıxış yolu tapa bilərsiniz. («İşgüzarlıq» haqqında daha ətraflı bilmək üçün D əlavəsinə bax.)
Birinci vacib işiniz onun sizə görə hər şeyi əldə etmək, yəni işini və uğur qazanmaq cəhdlərini dəstəkləməyiniz olmalıdır. Heç zaman onun səylərini qiymətləndirmədiyinizi və onun sizin üçün yalnız yaxşı qazanan olduğunu hiss etməsinə imkan verməyin. Heç vaxt unutmayın ki, özünüzün çəhrayı eynəkləriniz və eşitmə cihazınıza görə ərinizin göndərdiyi məlumatları düzgün qəbul etməyə bilərsiniz. Onun da mavi eynəyi ilə eşitmə cihazı öz növbəsində sizin məlumatınızı düzgün açmaya bilər və o, sizə yalnız yemək verən və pul qazanan kimi lazım olduğunu düşünə bilər. Bax, buna görə də ona minnətdarlığınızı bildirmək, tərifləmək və dəstəkləmək bu qədər vacibdir. Əgər siz bu sözləri ona deyərsinizsə, sizin məlumatınızı düzgün başa düşməsi üçün onun mavi cihazına kömək etmiş olarsınız. Onun cəhdlərini dəstəkləməyiniz həyat yoldaşınızın sizə qarşı sevgisini daha da alovlandıracaq. Bir qadının qısa məktubu bu barədə daha yaxşı başa salır:
Bir dəfə onun səhər yeməyi üçün olan səbətinin içinə bəzi şeylərə görə minnətdarlıq etdiyim məktub qoymuşdum. Həmin gecə o, mənə məktuba görə təşəkkür etdi. Müqəddəs Valentin günü isə onun işə, ailəyə olan sadiqliyi və mənim bunu nə qədər qiymətləndirdiyim haqqında daha bir məktub yazdım. Bunun onun üçün nəqər vacib olduğunu gözlərinin ifadəsindən gördüm.
• onun işə qarşı olan cəhdlərini qiymətləndirdiyinizi ona yazılı və yaxud şifahi şəkildə bildirsəniz;
• onun özünə və seçdiyi iş fəaliyyətində uğurlarına inandığınızı göstərsəniz;
• siz ailə haqqında danışdıqda onun hansı diqqətlə dinləməsini istəyirsinizsə, o da iş haqqında danışarkən eyni diqqətlə dinləsəniz;
• özünüzü onun köməkçisi və əməkdaşı hesab edərək, hər fürsətdə bu barədə ona desəniz;
• sevgili olan vaxtlarınızda olduğu kimi ona arzulamağa imkan versəniz;
• ailəyə daha çox sevgi göstərməsi üçün heç vaxt onun işini alçaltmasanız və tənqid etməsəniz
əriniz onun işləmək və uğur qazanmaq istəyini qiymətləndirdiyinizi hiss edəcək.
FƏSİL 17.
İYERARXİYA – ONUN AİLƏNİ TƏMİN ETMƏK VƏ QORUMAQ İSTƏYİNİ QİYMƏTLƏNDİRİN
Qədim atalar sözündə deyilir: «O yerdən ki, mələklər qaçır, ağılsızlar ora can atar». Mən bütün ölkə boyunca məhəbbətlə hörmətin vəhdəti haqqında danışmağa başladığım gündən özümü axmaq təsiri bağışlamağa hazırlamışam. Çünki bir çoxları üçün yersiz görünən terminlərdən istifadə edirəm. Belə sözlərdən biri «iyerarxiya»dır. Bəzən qadınlar bu ifadəni eşidəndə dərhal ağıllarına şovinizm gəlir: «Kişi həmişə qadınlar üzərində hökmranlıq edir...», «Bu, kişilərin aləmidir...», «Kişilər həmişə qadınlardan üstün olduqlarını iddia edirlər» və s.
Bu cür düşünən qadınları mühakimə edə bilmərəm. Çünki əsrlər boyu kişilər qadınları alçaltmaq, təhqir etmək və yara vurmaq üçün həqiqətən də Müqəddəs Kəlamdan istifadə ediblər. Beləcə, onlar qadınlara qarşı olan dəhşətli münasibətlərinə «Müqəddəs Kitab belə deyir» deyə haqq qazandırırdılar.
Lakin Müqəddəs Kitab
Bəzi qadınlar belə deyir: «Bəlkə də bütün bunlar yaxşıdır, amma kişinin ailəsini müdafiə və təmin etmək istəyi hansı haqla mənim üzərimdə iyerarxiya pilləsinə qoyula bilər?» Xidmət etdiyim bu illər ərzində mən ərinin onun üzərindəki hökmündən qorxan bir çox qadınlarla söhbət etmişəm. Belə ki, bu cür qadınlar hədlərini aşıb, adəti üzrə kişilərə təhqiredici sözlər söyləməklə öz nifrətlərini biruzə verirlər. Lakin inanıram ki, əgər qadın Müqəddəs Kitab nöqteyi nəzərindən iyerarxiyanın əsl mahiyyətini dərindən dərk etsə, onda tam olmasa da bir çox qorxuları yox olacaq. Müqəddəs Kitabdakı iyerarxiya Efeslilərə məktubun beşinci fəslinin iyirmi ikinci ayəsindən iyirmi dördüncü ayəsinə kimi qeyd olunub: « Ey qadınlar, Rəbbə tabe olduğunuz kimi ərlərinizə tabe olun. Çünki bədənin Xilaskarı olan Məsih imanlılar cəmiyyətinin Başı olduğu kimi ər də arvadının başıdır. Ona görə cəmiyyət Məsihə tabe olduğu kimi arvadlar da hər vəziyyətdə öz ərlərinə tabe olsun».
Bəzi tərcümələrdə «itaətli olsunlar» sözü «tabe olsunlar» kimi tərcümə olunub. Burada yunan sözü olan
Burada «başçının» məsuliyyəti aydın şəkildə qeyd olunur. Belə ki, ərin üzərinə həyat yoladşını Məsih cəmiyyətini sevdiyi və ondan ötrü Özünü fəda etdiyi kimi fövqəladə bir məsuliyyət qoyulur. Bax, elə buna görə bu ayəni dərk edən ədəbli kişi arvadını müdafə etməyi özünə borc bilir. Bu ayələrdə qadını alçaltmaqla kişini yüksəltməkdən söhbət belə getmir. Müqəddəs Kitabın iyerarxiyasının tərifi məhz elə bu cürdür. Kişinin məsuliyyəti ondan ibarətdir ki, o, qadının üzərində dayanıb onu müdafiə etsin. Bu münasibətin həyata keçirilməsi ailədə maraqlı vəziyyətlərə yol aça bilər. Bir qadın yazır:
Uzun müddət idi ki, maşınımın təkərləri buzun üzərində sürüşəndə mən əyləci basırdım. Amma ərim mənə əyləci basmamağı öyrədirdi. Bu yaxınlarda yol gedərkən maşınım yenə buzun üzərində sürüşdü. Mən isə adətim üzrə əyləci basdım. Və birdən qəfildən qulağımda ərimin səsi eşidildi: «Əyləci burax». Bu, mənim həyatımı xilas etdi. Sizin təlimlərinizdən sonra anladım ki, onun məsləhətləri əslində mənim üçün müdafiə idi. Onun mənə qarşı olan ciddi münasibəti müdafiə xarakteri daşıyırdı. Buna görə də evə gəldiyim vaxt ona dedim: «Sən həyatımı xilas etdin». Mən ona minnətdarlıq edərək öz ehtiramımı bildirməyə çalışdım. Əvvəllər onun mənə qarşı bu cür münasibəti məni əzmək təsiri bağışlayırdı. Lakin əslində onun niyyəti başqa imiş.
Ola bilərmi ki, Müqəddəs Kitab iyerarxiyası sui-istifadəyə gətirib çıxartsın? Ola bilərmi ki, kişi ailədəki mövqeyindən istifadə edərək arvadını və uşaqlarını alçaltsın? Bəli, bu mümkündür. Lakin bu, o demək deyil ki, qadın kişini ailədə başçı olmaq hüququndan məhrum etməlidir. Əgər kişi qəddardırsa, onda o, ailədəki vəziyyətdən asılı olmayaraq hər bir şəraitdə ətrafındakılara zərər vuracaq. Onun tutduğu istənilən iyerarxiya mövqeyinin ədəbsiz davranışı ilə heç bir əlaqəsi yoxdur. Qəddar adam həmişə ətrafdakılara yara vurur. Əgər kişi xeyirxahdırsa, arvadının ona bəslədiyi hörmət və ailəsindəki iyerarxiya mövqeyi zorakılığa meyl göstərməsinə səbəb olmayacaq. Çünki o, pislyə meyilli deyil. O, sevdiklərinə və müdafiəsində durduqlarına qarşı ailəsindəki başçı mövqeindən sui-istifadə etməyəcək[27].
Paul Efeslilərə məktubunun beşinci fəslində ailədəki ideal münasibətlərdən söz açır. Arvad ərinə itaət göstərməklə onun müdafiəsi altında olur. Ər isə arvadını sevərək ondan ötrü ölümə belə getməyə hazır olur. Onun hətta düşüncələrində də arvadına zərər vurmaq, onu alçaltmaq, yaxud özünü ondan üstün saymaq kimi niyyəti yoxdur. Məsləhətçisi olduğum bir çox qadınlar bu ideal mənzərə ilə razılaşırlar, lakin müəyyən həddə kimi. Bir qadının dediyi kimi, «mən istərdim, o, başçı olsun, amma əmin olmalıyam ki, o, mənim ehtiyaclarıma biganə deyil».
Qadınların böyük hissəsi deyəndə ki, ərlərini ailədə başçı kimi görmək istəyirlər, onlar bunu nə az, nə də ki, çox dərəcədə nəzərdə tuturlar. Yəni onlara lazım olduğu qədər. Əslində məsihçi qadın Müqəddəs Kitabdakı təlimdən deyil, kişinin həddini aşmasından qorxur. Qadın istəmir ki, ər münasibətlərdə üstünlük təşkil etsin. Eyni zamanda da hər şeyin onun zərif çiyinləri üzərinə düşməsini istəmir.
Lakin dünya mədəniyyəti ilə yaşayan məsihçi ailələr çox vaxt zidiyyət və çaşqınlıq içində olurlar. Çox vaxt ailənin hər iki başçısı xərcləri ödəməkdən ötrü işləməli olurlar. Bir çox hallarda arvad da ər kimi eyni əməkhaqqı alır, bəzən isə daha çox. Bu da böyük imtahana gətirib çıxarır. Çünki arvada elə gəlir ki, ər ona eyni hüquq nöqteyi nəzərindən yanaşmır. Müasir fəal ailədə həm kişinin, həm də qadının ailəyə gətirdiyi gəlir konsepsiyası tezliklə köhnə dəbli kimi görsənməyə başlayacaq.
Məsihçi qadınlar da daxil olmaqla əksər müasir qadınların problemi ondan ibarətdir ki, onlar ərlərinin onlara qarşı şəhzadə kimi yanaşmalarını istəyirlər. Lakin özləri qəlbin dərinliyində ərlərinə qarşı şəhzadə kimi yanşamağı istəmirlər. Onlar etiraf etmək istəmirlər ki, hər bir kişi daxilən təminatçı və müdafiəçi arzusundadır. Belə ki, o, müdafiə çətiri olmağa, lazım gələrsə arvadından ötrü özünü qurban etməyə də hazırdır.
Təzə ailə qurduğumuz vaxtlarda Sara bizim maliyyə problemlərinin öhdəsindən gələ bilməyəcəyimizdən qorxduğunu etiraf etmişdi. O, anasının himayəsində böyüdüyündən ehtiyacın nə olduğunu yaxşı bilirdi. Mən Saraya dedim: «Buna görə mən məsuliyyət daşıyıram. Mən sənin qayğına qalacam. Buna görə sən narahat olmamalısan». O, sonralar etiraf edirdi ki, mənim bu sözlərim onun çiyinlərindən ağır yükü götürmüş və onu pis düşüncələrdən azad etmişdi. Beləliklə də, o, bu barədə düşünməyə son qoymuşdu. O, mənə etibar etməyə qərar vermişdi. Əgər o, buna görə narahat olmağa davam etsəydi və münatəzəm olaraq mənim pulumun çatıb-çatmayacağını soruşsaydı, bu, mənə stress yaşadardı.
Ailəni təmin etmək istəyi yaradılışdan bəri hər bir kişinin ürəyinə Allah tərəfindən qoyulmuşdur. Buna görə kişilər bu sahəyə aid təhqiredici iradlara qarşı çox həssasdırlar. Sevgi və hörmət mövzusuna həsr olunmuş növbəti konfransların birindən sonra Sara ilə mənə bir cütlük yaxınlaşaraq öz hadisələrini danışdılar. Onlar tikib başa çatdırdıqları evi yeni ailə qurmuş cütlüyə satmaq istəyirdilər. Xoşbəxt alıcılar evi satın almağa razılaşmışdılar. Bu cütlük isə evi alamq istəyənləri tam rahatlıqla evdə gəzdirməyə başlamışdlar. Onlar xərclədiyi pula heyifsəlnməmişdilər.
Evi nəzərdən keçirdikdən sonra pilləkənlərlə enərkən alıcı qadın ərinə tərəf çönüb «Sən özünə ikinci bir iş də tapmalısan» dedi. Evi satanlar qadının bu sözündən mat qalmışdlar. Onlar bu qdının ərinin necə ruhdan düşdüyünün şahidi olmuşdular. Bir neçə dəqiqədən sonra alıcılar çıxıb getdilər.
Burada vacib olan odur ki, bu qadın ərinə bildirdiyi iradla əslində nə etdiyini çətin ki, başa düşsün. O, evin gözəlliyini vurğulamaqla heç ağılna belə gətirmədi ki, ərinə necə böyük bir zərbə vurdu. O, ərinin hörmətə və ehtirama ehtiyacı olduğunu dərk etmədən ona dərin yara vurdu. Yaxşı olardı ki, hər bir qadın özünə belə bir sual versin: «Mənim davranışım və sözlərim ərimə qarşı hörmətsizlik deyil ki?» (A Əlavəsinə bax).
Ərə hörəmət gösətrməyin bir neçə yolu var. Onun sizi qorumaq və təmin etmək istəyini qiymətləndirmək üçün fürsət axtarın. Xüsusilə də onun işləri qaydasında getməyəndə.
Los-Anclesdəki «Sion Dağı» baptist məbədinin baş pastoru və fəal xidmətçisi doktor İ. V. Hill bir neçə il bundan qabaq həyat yoldaşı Ceyni uzun sürən xərçəng xəstəliyindən sonra itirmişdi. Onun dəfn mərasimində doktor Hill arvadının onun özü haqqında olan özünüqiymətləndirməni necə qaldırdığı barədə danışmışdı. Hill cavan və təcrübəsiz vəzçi olduğu vaxtlarda ailəsini layiqincə təmin edə bilmirdi. Bir gün Hill evə döndüyü vaxt işıqların söndüyünü gördü. Qapıdan içəri girəndə Ceynin şam işığnda iki nəfərlik şam yeməyi hazırladığını gördü. Belə romantik şam onun ürəyincə olmuşdu. Dərhal əllərini yumaq üçün vanna otağına getdi. O, işığı yandırmağa cəhd etdi. Divardan tuta-tuta yataq otağına tərəf gedib işığı yandırmaq istədi. Lakin işıqlar yanmadı. Cavan pastor yemək otağına qayıdıb arvadından soruşdu ki, işıqlar niyə yanmır. Qadın ağlayaraq dedi: “Sənin bu qədər işləməyinə, bu qədər çalışmağımıza baxmayaraq, işlər heç yaxşı getmir. İşıq pulunu ödəməyə pulumuz çatmayıb. İstəmirdim ki, sən bu barədə biləsən. Ona görə də şam yeməyini şam işığında hazırladım»[28].
Doktor Hill bu hadisəni həyacan içində nəql edirdi. «Əslində Ceyn deyə bilərdi: “Mən əvvəllər heç vaxt belə bir vəziyyətlə qarşılaşmamışam. Mən doktor Karutersin ailəsində böyümüşəm və bizim heç vaxt işığımızı söndürməyiblər». O, məni ruhdan sala, məni aşağılaya bilərdi. Lakin bunun əvəzində o dedi: «Bizim işıqlarımız yenə də yanacaq. Ancaq gəl, bu gün yeməyimizi şam işığında yeyək».
Bu həssas hekayə qadının öz ərinin müdafiə və təmin etmək istəyini qiymətləndirməyə dair gözəl nümunədir. Bəlkə də xanım Hill bu davranışı ilə Müəqddəs Kitabın iyerarxiyasına əsaslanmamışdı. Lakin o, instinktiv olaraq ərinə dayaq olmaq və onun təmin və müdafiə etmək istəyini necə qiymətləndirmək lazım olduğunu bilirdi. Doktor Hillin qeyd etdiyi kimi, o, tənqidi sözlərlə onu incidə bilərdi. Kişilər özlərini ailənin «üzərində» olduqlarını hiss edirlər. Buna görə də kişilər alçalmalara və münaqişələrə qarşı bu qədər həssas olurlar. Çəhrayı eynəkli qadnlar maliyyə məslələrindən mübahisə düşəndə ərlərini necə alçaltdıqlarının fərqində olmurlar. Onlar sadəcə nə hiss etdiklərini ərlərinə bildirir və istəiyrlər ki, onlara qarşı sevgi və hörmətlə qarşılıq verilsin. Lakin kişinin tünd eynəyi və iyerarxik təfəkkürü sayəsində qadının iradları ona təhqir təsiri bağışlayır. Bunu yadda saxlayın. Kişilərin ailədəki başçılıq söhbəti açılanda, onlar tənqidə qarşı daha çox həssas olurlar[29].
Elə təsəvvür edək ki, siz ərinə etibar edən qadınsınız. O, bir ailə başçısı kimi kamil olmaya bilər. Lakin siz onun başçı mövqeyinə itaət göstərərək onun öz vəzifəsini icra etməsinə şərait yaradırsınız. Bəs haqqında danışdıqlarımı necə həyata keçirtmək olar? Siz ailənin başçısı və lideri mövqeyinə hörmət göstərə bilərsinizmi? Qadınlara təklif etdiyin ən sadə üsullardan biri ərinə ünvanlanan «hörməti bildirən açıqca»dır. Mənim tədqiqatlarıma görə, kişilər nadir hallarda arvadlarının onlara ünvanladığı sevgi açıqcalarını (ürəkcik açıqcalar və s.) qoruyub saxlayırlar. Lakin sizi əmin edirəm ki, o, «Mən bütün vaxtı sənin məndən ötrü ölməyə hazır olmağın barədə düşünürəm. Mənim üçün bu ən əsrarəngiz və qəlbimi titrədən açıqlamadır» sözləri yazılan açıqcanı qoruyub-saxlayacaq. Sonda belə imzalayın: «Hörmətlə, səninlə fəxr edəndən».
Yadda saxlayın ki, «sevgi ilə» deyə imzalamayın. O bilir ki, siz onu sevirsiniz. İmzalayanda – «böyük hörmətlərlə» yazın. Həyat yoldaşınız həmişəlik bu açıqcanı qoruyub saxlayacaq. Uzun illər keçsə belə, siz onu bu açıqcanı tez-tez oxuduğunu görə bilərsiniz. Nə üçün? Çünki siz öz minnətdarlığınızı ona doğma və anlayışlı olan dildə demisiniz. Ərinə onun doğma dilində müraciət – olduqca böyük qüvvəyə malikdir. Bir kişi bizə yazmışdı:
Mən öz arvadımdan «hörmət bildirən məktub» almışdım. Mən elə heyrətlənmişdim ki... Onu qoruyub saxladım. Məktub mənə dərin təsir bağışlamışdı. Mən nəinki onu qoruyub saxlamışam, hətta dəfələrlə dönə-dönə oxumuşam. Düşünürəm ki, əgər mən kiminsə mənə pərəstiş etməyini istəsəydim, ancaq və ancaq o kəsin həyat yoldaşımın olmasına üstünlük verərdim. Bu məktub mənim seçimimdə yanılmadığıma bir daha sübut idi. Onun mənim fədakarlığımı etiraf etməsi mənim üçün xoş idi. Ancaq elə düşünməyin ki, mən şəhid təsiri bağışlamaq istəyirəm. Lakin sizin haqqında danışdığınız sevgi və hörmət silsiləsi, həqiqətən də, təsirlidir.
Bu insanın hiss etdiyi hörmət indi danışacağımız digər bir hekayədən yerlə-göy qədər fərqlənir. Conun artıq doxsan yaşı var idi. O, ölüm yatağında idi. Onun yaşlanmış uşaqları atasının çarpayısı önünə toplaşmışdılar. Birdən o, arvadının mətbəxdə bişirdiyi alma piroqunun qoxusunu hiss etdi. O, güclə qızına dedi:
— Meri, mən sənin ananın bişirdiyi piroqun qoxusunu duyuram. Qadına bax e! Onunla evli olduğum bu yetmiş ilin xatirinə ondan bir tikə mənim üçün xahiş et.
Meri mətbəxə gedib piroqsuz geri qayıtdı. Qoca Co soruşdu:
— Qızım, Meri, bəs piroq hanı?
Meri isə cavabında dedi:
— Bu, sənin üçün deyil. Bu, yas mərasimi üçün nəzərdə tutulub.
Cəfəng hadisədir, elə deyilmi? Lakin burada söhbət ərə öz evində sonadək hörmət qoyulmasından gedir. Əgər siz sevgi və hörmətlə idarə olunan nikahda yaşamaq istəyisinizsə, onda iyerarxiya barədə mübahisə etməyin. Bundan başqa, diqqət yetirin ki, tədricən səlahiyyəti öz əlinizə keçirməyəsiniz. Conun arvadı o qədər başqalarının ehtiyacına diqqətini yönəltmişdir ki, özü də hiss etmədən ailnənin başçısına çevrildi. Nəticədə, onun əri alçaldılmış, hörmətdən düşmüş və diqqətdən kənar qalmışdı. Bu nümunə qadının öz ailəsinə olan məhəbbətinin ərinə qarşı hörmətsizliklə nəticələnməsini göstərir. Bax, elə buna görə də mən qadınları daima ərlərinin təminatçı və müdafiəçi olması barədə Allahın açıqlamasına, həmçinin onların hörmətə ehtiyacı olmasına qarşı diqqətli olmağa çağırıram. Bəlkə də bu qadının məktubu məsələyə daha da aydınlıq gətirər:
İnanmaq çətindir, amma mən əvvəllər heç vaxt şərtsiz hörmət barədə eşitməmişəm. Mənim atam pastor olub. Biz nikahdan əvvəl məsləhət xidməti aparırdıq. Mən böyük bir ştatın məbədində işləyirdim. Məbədimizdə mən qadınlarla Müqəddəs Kitab araşdırması ilə məşğul olurdum. Mən yaşlı və daha müdrük qadınlardan məsləhət alırdım. Biz ailə və nikah haqqındakı mövzulara öz aramızda aydınlıq gətirirdik. Və onu deməliyəm ki, sizin kitabınız sayəsində mənim gözlərim açıldı. İndi başa düşürəm ki, ərim özünə qarşı hörmət tələb edəndə, bu, onun qürurlu olmasından irəli gəlmir. Bu, onun sevgi dilidir. Mən eləcə də dərk edirəm ki, ona hörməti qazanıb-qazanmadığına, layiq olub-olmadığına görə deyil, Allahın onu bizim ailəmizə müəyyən mövqeyə qoyduğuna görə hörmət etməliyəm. Mən ərimə həm də ona görə hörmət etməliyəm ki, Allah mənim Kəlama itaət etməyimi istəyir. O, mənim üçün nəyin yaxşı olduğunu bilir. Və ONUN yolları ən yaxşıdır.
• ərinizin ailəni müdafiə və təmin etmək istəyinə heyrətinizi bildirəndə ( o bilməlidir ki, siz bunu onun borcu hesab etmirsiniz);
• onun digər insanlar arasındakı, xüsusilə də, işdəki kişi mövqeyinə, statusuna analayışla yanaşsanda;
• Ona müdafiəçiniz kimi baxdğınıza görə heç vaxt gülməsəyəndə, heç vaxt ona yuxarıdan aşağı baxmağa cəhd etməyəndə, heç vaxt nə sözlərlə, nə əməllə, nə də ki, işarələrlə onun işini, yaxud nəyi necə edəcəyini alçatmayanda;
• Siz həmişə məcazi mənada desək, İ. V. Hillın arvadının elektrikə görə pul ödəyə bilmədikləri vaxtda etdiyi kimi, «şamlarla axşam yeməyi» təşkil edərək hazır olanda;
• Siz çox nəzakətlə və sakit halda maliyyə ilə bağlı problemləri müzakirə etmək və problemin həlli üçün bəzi qənaətləri təklif edəndə
əriniz onun təmin və müdafiə etmək istəyini qiymətləndirdiyinizi hiss edəcək.
FƏSİL 18.
AVTORİTET – ONUN XIDMƏT VƏ İDARƏ ETMƏK İSTƏYİNİ QİYMƏTLƏNDİRİN
Sevgi və hörmət mövzusunda olan konfranslarımızın birində sual-cavab məqamına gəlib çatdıq. Müzkirə etdiyimiz mövzu «Ərin evdəki nüfuzu» haqqında idi. Bir gənc emosional qadın dedi: «Mən onun evdə başçı, lider olmasını istəyirəm. Həm də mənim istəklərim əsasında qərar qəbul etməsini də istəyirəm».
Zalı gülüş səsləri bürüdü. Onun bu sözləri həm kişiləri, həm də qadınları çox güldürmüşdü (yəqin ki, kişilərin böyük əksəriyyəti bu qadının nəyi nəzərdə tutduğunu yaxşı bilirdi). Qadın qulaqlarına kimi qızardı. O, bu bəyanatı düşünmədən söyləmişdi. O, kişilərin əleyhinə deyildi, ürəyində kin saxlamır və öz mövqeyində israrlı deyildi. O, sadəlövhlüklə və dürüstcəsinə öz fikirlərini söyləmişdi. Məni də qeyri-iradi gülmək tutdu. Onun bu sadəlövh fikri mənə bir hadisəni xatırlatdı. Amma o vaxt mən onu danışmaq istəmədim, çünki onun xətrinə dəyməkdən ehtiyat etdim. Bu hadisə təzə ailə quran cütlük haqqında idi. Belə ki, bu cütlük toydan sonra qərara gəlmişdi ki, ciddi və böyük qərarlara cavabdehlik kişinin, nisbətən əhəmiyyətsiz qərarlara cavabdehlik isə qadının üzərinə düşəcəkdi. İyirmi il keçəndən sonra belə məlum oldu ki, onların ailə həyatında heç vaxt bir dəfə də olsun, ciddi qərar olmayıb.
Feminist mədəniyyəti üstün olan müasir dövrdə evdə kimin ağa olduğu barədə sual ya gülüş, ya da münaqişəyə səbəb ola bilər. Bir çox kişilər qadınların və kişilərin bərabər olduğunu və eyni nüfuza malik olduğunu iddia edən feminist əsasları küncə sıxışdırıblar.
Lakin məsihçi cütlüklər üçün sual başqadır: Müqəddəs Kitab evdəki hakimiyyət barədə nə öyrədir? On yeddinci fəsildə gördük ki, Paul ailədə Müqəddəs Kitabın iyerarxiyasını qoyur: ər başçı, qadın isə ona tabe olandır (Efeslilərə 5:22,23-ə bax). Biz həmçinin gördük ki, vicdanlı ər arvadını və uşaqlarını alçaltmaq üçün öz mövqeyindən dəyənək kimi istifadə etmir. O, Allahın planına görə evdə başçı olmaq üçün hər şeyə məsuliyyət və sevgi ilə yanaşır.
Lakin buna baxmayaraq kişinin ailədəki başçılıq və hakimiyyət məsələsi çox incədir. Həmin o – ailədə kişinin başçı olduğunu iddia edən, amma qərarları onun istəyinə uyğun şəkildə verməli olduğunu deyən qadın əslində tək deyil. Bu cür düşünən qadınlar çoxdur. Başqa sözlə desək, bir çox qadınlar ərlərindən daha yaxşı qərar verdiklərini deyə bilərlər. Çox vaxt da elə belə olur. Bir çox məsələlərdə qadınlar kişilərdən daha yaxşı məntiqə malikdirlər. Lakin onları ərinə tabe olmaq və onları evdə başçı kimi qəbul etmək fikri narahat edir.
Bir çox məsihçi qadınlar başçılıq və itaət mövzusunu çətinliklə qəbul edirlər. Paulun Efeslilərə məktubunun beşinci fəslinin iyirmi ikinci və iyirmi üçüncü ayələri qadın fobiyasının notları kimi səslənir. Xüsusilə də kişilərin üzərində hakimlik edən qadınlara qarşı. Timoteyə məktubun ikinci fəslinin on ikinci ayəsi belə təsəlli vermir: «qadının öyrədib kişiyə ağalıq etməsinə izin vermirəm, qadın sakit olsun». Son illər məbədlərdə müəllimlər və alimlər arasında yeni fikir formalaşıb. Belə ki, Müqəddəs Kitab «qarşılıqlı itaət»dən danışır, yəni kişilər və qadınlar bir-birinə tabe olmalıdırlar. Bu mövqeyi təsdiqləmək üçün Efeslilərə beşinci fəsil iyirmi birinci ayədən istifadə olunur: «Məsih qorxusu ilə bir-birinizə tabe olun».
Efeslilərə məktubun beşinci fəslinin iyirmi ikinci ayəsində qeyd olunan qarşılıqlı itaət prinsipi əslində «hər bir məsihçi istənilən başqa bir məsihçiyə — kişiyə, qadına, xüsusilə də bir-birinə tabe olmalıdır» mənasını verə bilər”[30]. Qarşılıqlı itaət iddiasının arxasında belə bir fikir dayana bilər ki, qadın ərinə itaət etməyə borclu deyil. Əgər bu fikir düzdürsə, onda Efeslilərə məktubun beşinci fəslinin iyirmi ikinci ayəsində olan «
Yaxşı, belə olan halda Paul məsihçilərin bir-birinə tabe olması ilə bağlı nəsihət verəndə nəyi nəzərdə tuturdu? Həm qadınlar, həm də kişilər üçün bu sualın cavabını hörmət və məhəbbətin birliyində axtarmağı tövsiyə edirəm. Məsələn, əgər ər-arvadın arasında pulları necə xərcləmək barədə münaqişə yaranırsa, bu halda ər arvadının sevgiyə olan tələbatını ödəmək məqsədilə ona «tabe» olur. Ər arvadının sevilmək təlabatına tabe olur (Efeslilərə 5:21,25-ə bax). Digər tərəfdən qadın mübahisənin həll olunmamasına baxmayaraq münaqişə zamanı ərin hörmətə olan tələbatını ödəyərək ona tabe olur (Efeslilərə 5:22 və 1 Peter 3:1-ə bax).
Diqqət yetirin ki, Paulla Peter hər ikisi müzakirəni nikahda olan itaətlə başlayır (Efeslilərə 5:22 və 1 Peter 3:1-ə bax), amma bu mövzunu hörmət barədə olan söhbətlə yekunlaşdırırlar (Efeslilərə 5:33 və 1 Peter 3:7-ə bax). Əsas odur ki, əgər ərlə arvad nikahda bir-birlərinə qarşı sevgi və hörmətlə yanaşsalar, onda hətta çətin vəziyyətlər yaransa belə onların nikahında hər şey qaydasında olacaq. Sevgi və hörmət konfransında iştirak edən bir qadın bizə məktub yazmışdı:
Kiminsə «yaxşı, Emerson, tutaq ki, ailədə sevgi və hörmət var, ər arvadını sevməyə, arvadı isə ona hörmət etməyə hazırdır. Bəs qərarları hansı tərəf verəcək? Bu məsuliyyəti kim üzərinə götürəcək?» kimi etiraz bildirməsi tamamilə təbiidir. Mən düşünürəm ki, sevgi və hörmət olduğu halda, ər və arvad çox vaxt münaqişənin həllini asanlıqla tapa biləcəklər. Bir-birinə qarşı sevgi və hörmət bəsləyən iki ədəbli insan münaqişələrin həllində həmişə alternativ yol tapacaqlar.
Nikahda sevgi və hörmət olanda ər və arvad problemlərin öhdəsindən daha müdrikliklə gəlməyi bacarırlar. Onlar ailədə müəyyən hallarda münaqişələrin qaçılmaz olması faktını qəbul edirlər. Söz-söhbət zamanı heç kəs öz dediyində israr etməyəcək. Heç biri emosional məğlubiyyətə uğramayacaq. Münaqişənin həll olunması üçün təkliflər irəli sürüləcək. Dəqiqlik və qeyri-dəqiqlik olacaq. Ər-arvad bir-birlərinin təkliflərini qəbul edəcəklər. Nəticədə onların bütün davranışları düşünülmüş və bir-biriləri üçün qəbul edilmiş olcaq.
Biz gördük ki, Paul açıq-aydın şəkildə qadının ərinə ailə başçısı kimi itaət göstərməli olduğunu öyrədir (Efeslilərə 5:22,23-ə bax ). Lakin bu o deməkdir ki, ərinə itaət göstərən qadın qeyri-qanuni, günahlı və qeyri-düzgün olanlara da itəat etməlidir? O, ərinin onu döyməsinə susmalı, ya da uşaqlarını döyməsinə seyrçi qalmalıdır? O, ərinin əxlaqsız və murdar planlarına tabe olmalıdır? Müqəddəs Kitab nöqteyi nəzəri aydın şəkildə «xeyir» deyir, çünki bu, absurd və ağlasığmazdır. Əgər bir nəfər belə hərəkətlərə yol verirsə, onda onu ədəbli ər adlandırmaq olmaz. Beləcə o, ailədə başçı olmaq və ona tabe olmaq hüququnu itirir. Qdının Allahına göstərdiyi itaət ərinə göstərdiyi itaətdən üstün olmalıdır. Ərinə itaət etsin deyə, o, Məsihə qarşı günah etməməlidir (Həvarilərin işlərindən 5:1–11-dən Hananya və Şafira haqqında oxuyun). Təssüflə qeyd edim ki, belə vəziyyətlərdə arvad hətta fiziki halda ərindən ayrılmalıdır (1 Korinfililərə 7:11), yaxud xəyanətə görə ondan boşanmalıdır (Matta 19:9).
Beləliklə, biz gördük ki, ərlə arvadın həyatında bir-birlərinə sevgi və hörmətlə itaət göstərməli bir çox sahələr mövcuddur. Əgər nə vaxtsa kimsə təşəbbüs göstərməlidirsə, onda bu, mütləq ər olmalıdır. Lakin arvad hansısa məsələdə əri ilə qətiyyən razı deyilsə, bəs onda nə etməli? Timoteyə birinci məktubun ikinci fəslin on ikinci ayəsi bizə konkret məsləhət verir. Paul yazır: «qadının öyrədib kişiyə ağalıq etməsinə izin vermirəm, qadın sakit olsun». Əgər Paul hardasa arvaddan qorxan kimi görünürsə, onda bu ayə tamamilə əksini göstərir. Lakin Müqəddəs Kitab arvaddan qorxan kişilərin tərəfində deyil. Müqəddəs Kitab bizimlə yəhudilərin düzgün hesab etdiyi mentaliteti bölüşür. Birinci hissədə qeyd etdiyimiz kimi, qadın öz ərini səssiz-səmirsiz, yalnız «ismətli, ehtiramlı həyat tərzi» ilə əldə edə bilər (1 Peter 3:1,2). Paul burada qadınların heç bir əhəmiyyət daşımadığından danışır? Əlbəttə ki, yox. O deyir ki, sizin sakit və həlim ruhunuz istənilən kişinin ürəyini əridəcək.
Əgər mübahisə zamanı siz ehtiramla sakit dursanız, özünüzü ələ alsanız, və öyüd-nəsihət vermədən tənqid etməsəniz, sizcə, o, nə edəcək? Bu, bir çox vəziyyətlərdən asılıdır. Əgər siz həlimliyinizi düzgün, hörmətcil, üzünü turşutmadan, dodaqlarını büzmədən qoruyursunuzsa, onda o, sizə yaxınlaşaraq, sizi sakitləşdirmək və sizə qayğı göstərmək istəyəcək. Əslində isə o, sizə öz sevgisini göstərmək istəyəcək. Qadının sakitliyi və ərinə qarşı hörmətcil müansibəti onun ədəbli ərini maqnit kimi özünə doğru çəkəcək.
Feministlər iddia edirlər ki, Müqəddəs Kitab qadının ləyaqətini aşağı salır. Əslində isə Müqəddəs Kitab qadınları yüksəldir və əlçatmaz arzulara yetişməyin yollarını onlara göstərir. Sizə mübarizə aparmaq lazım deyil. Onu başa düşmək, ona yaxınlaşmaq qarşılığında ərinizin sizdən necə soyuduğunu görəndə iztirab çəkmək lazım deyil. Onun məhəbbətini qazanmaq üçün başqa bir üsul mövcuddur və Müqəddəs Kitab bizə bu yolu öyrədir. Sizin sakit və ehtiramlı münasibətiniz onun ürəyini əridəcək. Bu gücə malik olmğın açarı bundadır –
Ər istəyir ki, siz onun liderliyi və nüfuzu ilə hesablaşasınız. Bu, sizi istisamr etmək, yaxud da yuxarıdan aşağı baxmaq üçün lazım deyil. Bu ona görə lazımdır ki, Allah sizin ərinizin üzərinə məsuliyyət qoyub (Efeslilərə 5:25:33-ü xatırlayın). Deməli, ona bu məsuliyyətin öhdəsindən gəlmək üçün nüfuz lazımdır. Heç bir uğurlu təşkilat eyni zamanda iki rəhbərə itaət edə bilməz. İki eyni hüquqa malik olan insanın qurduğu nikah ancaq uçuruma gedə bilər. Bu günki boşanmaların əksəriyyətinin səbəbi məhz bununla əlaqəlidir. Ümumiyyətlə, bu gün nikahda ailənin məsuliyyətini öz üzərinə götrüən insan yoxdur. Allah bu məsuliyyəti kimin üzərinə qoymaq lazım olduğunu yaxşı bilirdi. Məhz buna görə Müqəddəs Kitab öyrədir ki, əgər ailədə bütün işlərinizin uğurlu getməsini istəyirsinizsə, qadın ərinə itaət göstərməlidir.
Qadınlar çox vaxtı mənə deyirlər ki, əgər onlar ərlərinə itaət göstərsələr, onda öz istedadlarını torpağa basdırmış və qapı ağzında sərilmiş əsgiyə dönəcəklər. Əgər siz ortaq məxrəcə gəlmək üçün ərinizlə birlikdə işləmək istəyirsinizsə, bu prinsiplərə əməl etməlisiniz.
ƏRİNİZƏ DAYANMADAN TƏKRARLAYIN Kİ, SİZİN FİKRİNİZCƏ EVDƏ OLAN MƏSULİYYƏTİN ƏLLİ BİR FAİZİ ONUN ÜZƏRİNDƏDİR. BU İSƏ O DEMƏKDİR Kİ, AİLƏDƏ ƏLLİ BİR FAİZ HAKİMİYYƏT ONA MƏXSUSDUR.
Ona deyin ki, onun nüfuzu və ailədki hakim mövqeyi daha üstündür, çünki Allah qarşısında onun üzərinə böyük məsuliyyət qoyulub, xüsusilə də, lazım gələrsə uğrunuzda canını qurban vermək kimi məsuliyyət qoyulub. Mən sizi əmin edirəm ki, münaqişələrinizin tərzi tamamilə dəyişəcəkdir. Siz onun nüfuzunu yuxarı qaldran kimi o, sizi onun lider mövqeyini əlindən alan rəqibi kimi görməyəcək. Siz ona itaət göstərən kimi (bu isə Allahın ona verdiyi nüfuzu etiraf etməkdir) qapıdakı əsgi olmayacaqsınız. Bundan başqa, siz məsələni öz xeyrinizə daha tez həll edəcəksiniz, nəinki öz hüquqlarınız uğrunda mübarizə aparanda. Adətən, bu mübarizəni kişilər özlərinə qarşı hörmətsizlik kimi qəbul edirlər.
Bir çox qadınlar öz hisslərində və qorxularında o qədər cəmləşiblər ki, ərlərinin qorxularını və hisslərini tamamilə rədd edirlər. Təssüf ki, qadın öz istedadlarını basdırmaqdan qorxduğu vaxt, ərində onu kənardan axmaq imiş kimi görünəcək deyə onda təlaş yaratmağa çalışır. Qapı ağzında əsgi olmaqdan qorxanda isə ərində onu tapdalaycaqları ilə bağlı qorxu yaradır. Bir çox kişilər qadınların istəyinə ona görə qarşı çıxırlar ki, onlara «Sən mənim üzərimdə ağa olmayacaqsan» deyə mesaj göndərə bilsinlər.
Bizim feminist, dünyəvi mədəniyyətimiz kişilərin evdə ağalıq etdiyini iddia etməyi xoşlayır. Doğrudan da bəzi kişilər ağalıq edirlər. Çox vaxt əgər ədəbli ailələrdə üç ay ərzində ailəyə aid yüz qərar qəbul olunursa, onda arvad bu qərarların doxsan doqquzunda öz qəti qərarını vermiş olacaq. Onun fikrinə hörmətlə yanaşılacaq və o, son qərara böyük təsir etmiş olacaq. Təəssüf ki, bir çox ailələrdə ər-arvadın hər ikisi xoş niyyətə malik ola bilər, amma bu niyyətlər heç də həmişə ağıllı olmaya bilər. Ər despotizm nümayiş etdirə bilər. Qadın isə özünü evdə həddindən artıq aqressiv və inadkar göstərə bilər. Ailədən kənar qadın heç də elə deyil. Lakin ailədə əri ilə ünsiyyət quranda o aqressivləşir. Bir çox qadınlar üçün digər pozitiv strategiya ərə daha çox göstərilən itaətdir. Mən çox vaxt qadınların ərlərinin onlardan uzaq olduğunu və ailə məslələrində soyuqqanlı olduğundan şikayət etdiklərii eşidirəm. Bəs nə üçün onlar soyuqqanlıdırlar? Çox güman ki, o, nəvaxtsa ailə məslələrinin həllində cəhd göstərib. Lakin hər dəfə qadın daha yaxşı ideyalar irəli sürüb. Bir müddət sonra o qarışmamağa və bütün məsələləri həll etməkdə qadına şərait yaradır. Əgər sizin probleminiz bundan ibarətdirsə, bir-birinizə yaxınlaşmağınız, ərinzin ailədə fəal olmanız üçün sizin ona itaət gösətərməyiniz və hörmətiniz kömək olacaq.Bu cür davranış sizi heç də alçaltmayacaq və hüquq bərabərliyinizdən məhrum etməyəcək. Əksinə, bu cür davranış eyni hüquqlu münasibətlər yaradacaq.
Siz ərinizin ailədə əlli bir faiz məsuliyyət daşıdığını etiraf etdiyiniz vaxt onda sizin mövqeyiniz ən dəyərli fikirlərinizi onunla bölüşməyə imkan verəcək. Yadda saxlayın ki, əgər ər ailədə ağalıq etməyə çalışırsa, deməli, o, hər şeyi öz nəzarəti altında saxlamağa çalışır. Onun ağılsız fikirləri belə bir qənatə gətirib çıxaracaq ki, əgər o, ailədə hər şeyi öz nəzarəti altında saxlasa, ona hörmət olunacaq. Qəribə olsa da, əgər qadın onun istədiyi hörməti ona göstərərsə, ər geri çəkiləcək və ailə üzərində nəzarət etməyə çalışmayacaq. İnanın mənə. Allah öz xalqına nəyi açdığını yaxşı bilir. Əgər siz ona hələ də onun əlli bir faizlik məsuliyyəti barədə deməmisinizsə, elə indi söyləyin[31]. (Öz münasibətinizi yoxlamaq istəyirsinizsə, B-əlavəsinə baxın).
Təbii ki, ərinə tabe olmaq qadın üçün heç də asan deyil. Xüsusilə də qadın hiss edəndə ki, əri onun hörmətinə layiq deyil. Bir qadın mənə yazırdı ki, o, ərininin sevgisinə ehtiyac duyduğunu ona hiss etdirmək üçün həmişə ona qarşı hörmətsizlik edirdi. O elə dşünürdü ki, əri ilə bu cür davranmaqla özünü ona daha çox sevdirəcək. Bu müddət ərzində qadın ərinin fikirlərini bəyənmirdi, onun bacarıqlarını aşağılayırdı, qərar verməkdən qaçırdı, məsləhətlərə xor baxırdı, mehribançılıq göstərmirdi və onu intim həyatdan məhrum edirdi. O deyir: «Mən elə fikirləşirdim ki, ərim bütün bunları görüb mənim qəlbimdəki ağrıları başa düşəcək. Mənim məys və ona qarşı qəzəbli olduğumu görəcək. Onda mənə anlayış və sevgi ilə yaxınlaşacaq». Qadın başa düşəndə ki, ərinə dərin yara vurub, belə ki, əri onunla yatmaqdan da imtina edir, hönkür-hönkür ağlamışdı. Ərinin yenidən ona qarşı səmimi olmasına isə illər lazım idi.
Müqayisə üçün başqa bir hekayə danışacam. Mən bu hekayəni intim həyatı sahəsində ərinə nüfuz qazandıran bir qadından eşitmişdim. O yazır:
Mənim ərim işə səhər tezdən gedir. Mən əvvəllər heç vaxt tez yatmırdım. İndi isə o, uşaqlarını tez yatızdırır. Mən həmişə onun tərəfini saxlayıram ki, o, rahat yatıb yuxusunu ala bilsin. Mən başa düşürəm ki, uşaqlara gecə yarıya kimi oturmağa icazə verəndə, nəinki ərimin nüfuzunu aşağılayır, ona qarşı hörmətsizlik edirdim, həm də onun zəhmətinə qarşı laqeyid yanaşırdım. Belə olan halda o, elə düşünürdü ki, onun ağır iş günündən sonra olan yorğunluğu mənim heç vecimə də deyil.
İndi ciddi məsələlərdə ərimin qərar verməsinə şərait yaradıram. Bəzi vaxtlar onun gizli şəkildə mənim fikrimi öyrənməyi mənə maraqlı gəlir. Belə olan hallarda biz yaranan vəziyyəti araşdırırıq. Və mən ona deyirəm ki, onun istənilən qərarına hörmətlə yanaşacam. Ötən həftə o, mənə söylədi ki, mən onun nüfuzunu qaldrımışam. Mən ona hörmətlə yanaşmağa başlayandan o, mənə son bir neçə ayda öz məhəbbətini daha çox etiraf edib, nəinki on il ərzində.
Ərinizin sizə xidmət etmək və ailəni idarə etmək istəyini qiymətləndirin və hörmətlə yanaşın. Lakin bunun üçün sizdən iman, cəsarət və güc tələb olunacaq. Mən sizi əmin edirəm ki, sizdə alınacaq. Bir qadın mənə söyləmişdi: «Düşünürəm ki, Allah heç də mənə şəkildəki kimi ideal ailə hazırlamayıb. Nəhayət, dərk etmişəm ki, mən Allahın nəzarətinə iatət etməyə başlayanda və öz dediyimdən bərk yapışmayanda, hər şey yolunda olur».
Müqəddəs Kəlamda yazıldığı kimi, ərinizin ailədəki nüfuzunu etiraf edin. Belə olduqda hər şey öz yoluna düşəcək. Əgər siz onun nüfuzunu aşağılayaraq ona qarşı çıxacaqsınızsa, Çıxılmaz dövrə baş qaldıraraq həyatınıza öz məhvedici təsirini göstərcək. Məbəddə qadınlar üçün nikah məsələlərinə aid məşğələlər aparan qadın bu barədə daha yaxşı sözlər söyləyir:
Mən inanıram ki, ərinizə olan hörmətsizlik və itaətsizlik Allaha etibar etməkdən imtina deməkdir. Əgər biz inanırıqsa ki, Allah həm kişilərin, həm də qadınların həyatında hərəkət edir, əgər biz özümüzü Onun nüfuzuna tabe etdirə biliriksə, onda ərlərimizə iatət gösətrib onlara hörmətlə yanaşa bilərik.
• Ona söyləsəniz ki, onun gücünə görə minnətdarsınız və lazım olan anda ona arxalana biləcəyinizə sevinirsinizsə;
• Ona dəstək durur və özünü başçı kimi hiss etməyinə kömək edirsinizsə;
• Heç vaxt ona söyləmirsiniz ki, baxmayaraq bütün məsuliyyət onun üzərindədir, lakin siz eyni hüquqa maliksiniz və siz olmadan onun qərar qəbul etmək haqqı yoxdur;
• Onu düzgün qərarlarına görə tərifləyirsinzisə;
• Düzgün qərar qəbul etməsə belə ona qarşı mehriban olursunuzsa;
• Öz narazılığınızı təkbətək olanda bildirir, uşaqların yanında isə onu dəstəklədiyinizi bildirir, onun nüfuzunu qaldırırsınızsa;
• Öz narazılığınızın səbəbini çox sakit və düşüncəli şəkildə izah edərək onun idarəçiliyinə şübhə təlqin etmirsinizsə;
• Geriyə çəkilərək nəyin bahasına olursa-olsun, onu dünyanı sizə bağışlamasına manipulyasiya etmirsinizsə
Əriniz sizin onun nüfuzuna və idarəçiliyinə hörmət etdiyinizi hiss edir.
FƏSİL 19.
UZAQGÖRƏNLİK – ONUN TƏHLİL ETMƏK VƏ MƏSLƏHƏT VERMƏK İSTƏYİNİ QİYMƏTLƏNDİRİN
O, ərinə həddindən az hörmət edirdi. Ərinin arxasınca onu alçaldır, onun fikirlərinə və baxışlarına rişxəndlə yanaşırdı. Günlərin bir günü mağazada alış-veriş edərkən birdən ərinin ofisinə getmək, onun iş şəraitinə baxmağı ağlından keçirtdi. O, ərinin əl telefonuna zəng edəndə əri cavab verdi: «Əlbəttə. Düzdür, bir az məşğulam, amma gələ bilərsən».
Qadın ərinin iş yerinə çatanda, o doğrudan da məşğul idi. Buna görə də ərinin digər adamlarla söhbətini bitirənə qədər bir az gözləməli oldu. Qadın bu müddət ərzində iş yoldaşlarının ərinə necə böyük hörmətlə yanaşdıqlarını görməyə bilməzdi. Həmçinin müdir və onun cavan, gözəl katibəsi də eyni hörməti edirdilər. Sonra masaya həmin şirkətdə uzun illər işləyən və böyük təcrübəyə malik olan, amma ərinin idarəçiliyi altında işləyən yaşlı bir kişi yaxınlaşdı. Qadın həmin yaşlı adamın ərinə «bəli, cənab» dediyini eşidəndə, özü də bilmədən ürəyi sıxıldı. Bundan sonra ərinə incə və baxımlı katibə yaxınlaşıb ona hansısa sənədləri verdi. Bu vaxt katibənin ərinə necə heyranlıqla baxdığını görəndə qadın bir qədər utanıb qorxuya düşdü.
Nəhayət, ərinin qəbuluna düşə bildi. Amma orada çox vaxt itirmədən, axşam görüşəcəklərini söyləyib çıxdı. O, maşına əyləşərək hönkür-hönkür ağladı. O, ərinin arxasınca necə rişxənd etdiyini və onu necə alçaltdığını yadına saldı. Və birdən dərk etdi ki, onun ərinə qarşı hörmətsizliyi ərinin ona qarşı münasibətindən və ya pis ər olmasına görə deyil. O, başa düşdü ki, problemin kökündə ərini necə görmək istədiyi durur[32].
Bu qadın ərində ən azı iki məqamı ötürmüşdü. (1) Əri yüksək bacarığa və uzaqgörənliyə malik idi. Arvadı isə təssüf ki, bunları rədd edirdi. (2) Ər işdə olduğu kimi evdə də özünə qarşı hörmət görmək istəyirdi.
Bu qadını nadir hal kimi qiymətləndirmək olmaz. Mən ona oxşar bir çox qadınlarla söhbət etmişəm. Belə qadınlar elə düşünür ki, əri ona heç nə öyrətmək gücündə və arvadı ilə məsləhətləşmək müdrikliyinə malik deyil. Nəhayət, qadın belə hesab edir ki, evi idarə etmək, uşaqlara tərbiyə vermək və evin problemlərini həll etmək onun səlahiyyətində olan işlərdir. Bu cür qadınlar sevgi və hörmətə həsr olunmuş konfranslara gələndə, yaxud mövzularımızı oxuyanda, həqiqəti görmək üçün onların gözləri açılır. Budur, sonda hər şeyi dərk edən bir qadının şəhadəti:
Nikahımızın iyirmi üç ili ərzində ərimdən həmişə isti münasibət gözləmişəm. Lakin düşünmürdüm ki, mənim tərəfimdən olan hörmətsizlik arzuma çatmaqda böyük maneə olacaq. Qürurumla bağlı böyük problemlərim var idi. Həmişə düzgün olduğuma əmin idim. Və onun fikirlərini müzakirə etməyi lazımlı bilmirdim. Və elə düşünürdüm ki, bacarıqsız ərimə kömək edirəm. Maraqlıdır ki, bir dəfə Rəbb məni küncə sıxışdırdı. Mən öz dediyimdən vaz keçib onun fikirlərini bölüşməsinə şərait yaradanda, möcüzə baş verirdi. O, öz ürəyini mənə açmağa başladı. Mənim əvvəlki monoloqlarımın əvəzində bizim ünsiyyətimiz yarandı. Ona qarşı sevgi və hörmətim artmağa başladı. Qarşılığında o, get-gedə mənim arzularımdakı ərə çevrildi.
Yuxarıda haqqında danışdığımız qadının məktubundakı sözlər mənim əvvəllər əmin olduğum əqidəyə ziddir. Əqidələrimdən biri onunla bağlıdır ki, kşilərin əksəriyyəti özünə əmin, qərəzli və diqqətsiz insan təsiri bağışlayırlar. Uzun illər boyu məsləhət verdiyim qadınlardan tez-tez bu sözləri eşidirəm: «O, sevməyi və qayğı göstərməyi bacarmır. O, pis ərdir». Lakin indi oxuduğumuz məktubda biz başqa bir hekayənin şahidi oluruq. Qadın etiraf edir ki, əvvəllər ərinin fikrinə etinasız yanaşırdı. O, öz qururunu və ərinin öz fikrini söyləməsinə imkan vermədiyini etiraf edir. Rəbb onu «küncə sıxışdıranda» və o, ərinə ağzını açamağa imkan verəndə onun nikahı çiçəklənməyə başlamışdı.
İndi dəstəkləmədiyim digər bir əqidə isə qadının unikal və qeyri-adi intuisiyasıdır. İyirmi il ərzində mən təbliğ etmişəm: «Kişilər, arvadlarınızın intuisiyasına güvənin. Allah qadınların vasitəsilə sizinlə danışmadığı kimi danışacaq. Çünki sizin ölü sahələriniz var. Allah sizi arvadlarınız vasitəsilə öyrədəcək». O vaxtlar yalnız onu öyrədirdim ki, ərlər öz arvadlarını sevib hörmət etsinlər. Sonra dərk etdim ki, tərəzinin bir gözü həmişə daha ağır gəlir. Düzdür, qadınlar güclü intuisiyaya malikdirlər və kişilər də bunu nəzərə almalıdırlar. Lakin qadınların da ölü sahələri var və onlara da ərlərinin uzaqgörənliyi lazımdır. Bir qadının etiraf etdiyi kimi: «O, ömrü boyu nəyisə düzgün söyləməyəcəyi və edə bilməyəcəyi qorxusu ilə yaşadı. Bir halda ki, o deyil ancaq mən düz edirdim, onda o, tamamilə susmuş vəziyyətdə qaldı».
Bütün zehni məsələləri yerinə yetirməli və sualları cavablandırmalı olduğunu düşünən qadın Müqəddəs Kitabı diqqətlə oxumalıdır. Hamımız Eden bağında baş verənləri bilirik. Allah bir ağacdan başqa bütün ağacların meyvəsindən yeməyə icazə vermişdi. Qadağan olunmuş ağacın meyvəsindən yediyi halda o, «hökmən öləcəkdi» (Yaradılış 2:17). Həvva yaradıldıqdan sonra Adəm Allahın əmrini ona bildirmişdi. Lakin ilan Həvvanı təkləyəndə və «doğrudanmı Allah dedi?» hiyləgər sualı ilə imtahana çəkəndə, Həvva bu imtahanın qarşısında tab gətirə bilmədi. Qadağan olunmuş ağacın meyvəsi gözə xoş görünür və ona müdriklik vəd edirdi. Tamamilə aldadılmış Həvva qadağan olunmuş meyvədən yedi. Sonra isə Adəm gəldi (bəlkə də Həvva onu tapdı). Həvva meyvədən ərinə də verdi və o da yedi (Yaradılış 3:1–6-ya bax). Sizcə, Adəm də aldadılmışdı? Müqəddəs Kitab onun aldandığını demir, lakin əmrə
Adəm uzaqgörənliyə malik idi və dərk edirdi ki, qadağan olunmuş meyvədən yemək olmaz. Və buna baxmayaraq o, meyvədən yedi. Ola bilərmi ki, bu, tarixdə qadının ərinin burnundakı halqadan yapışaraq öz arxasınca apardığı ilk hadisədir? Yoxsa ki, Adəm də Həvvanın sahib olduğu biliyə malik olmaq istəyirdi? Bizim bu barədə məlumatımız yoxdur. Paul Timoteyə birinci məktubunun ikinci fəslinin on dördüncü ayəsində qadınların məbəddəki vəzifəsini izah edəndə, belə bir nəticə çıxarır: «Aldadılan da Adəm deyildi, qadın aldadılıb əmri pozdu».
Göründüyü kimi, Həvva belə bir nəticəyə gəlmişdi ki, özünə və ərinə nə lazım olduğunu daha yaxşı bilir. Beləcə, Həvva ərini dalınca sürüklədi. Adəm «Arvadının sözünə qulaq asdığı üçün» lənətlənmişdi ( Yaradılış 3:14–19-a bax).
Paul Həvvanın ilan tərəfindən aldadıldığını söyləməklə (1 Timoteyə 2:14; 2 Korinfililər 11:3-ə bax) feministlərin də iddia etdiyi kimi qadınları alçaltmaq üçün şovinist mövqe göstərmir. Burada biz dərin bir həqiqət görürük və onun üzərində düşünməliyik. Bəli, kişilər arvadlarını dinləməlidir, onlar həqiqətən də dərin intuisiyaya malikdirlər. Lakin qadınlar da Allahın onların ərinə bəxş etdiyi uzaqgörənliyi qiymətləndirməli və onların məsləhətlərini rədd etməməlidirlər. Həvva Adəmə itaət göstərməli idi. Həvva Adəmin sözünə qulaq asmalı idi. Amma bunun əvəzində o, ərinə üstün gələrək onu öz iradəsinə tabe etdirdi. Baxmayaraq ki, Adəm nə etməli olduğunu yaxşı bilirdi.
Bu günki gündə bunu hadisələrə necə tətbiq etmək olar? Qadınlar ərlərinə üstün gəlirlərmi? Onların rəyləri həlledicidirmi? Bəlkə də həmişə belə olmur, amma təhlükə hər zaman var. Müqəddəs Kitabdakı hüquq bərabərliyinə çağırış edirəm.
Biz hamımız aldana bilərik. Lakin qadınlar həyatlarındakı bəzi sahələrə xüsusi diqqət yetirməlidirlər. Belə ki, ilan bu gün də o sahələrdə incə yalan təlqin edə bilər. Bu sahələrdən biri tənqidlə əlaqədardır. Qadınlar ərlərinin üstünə düşərək onları ailədəki ruhani idarəçiliyi təmin edə bilməməkdə ittiham edirlər. Evli cütlüklərlə bu illər ərzində keçirdiyim məsləhətləşmələr zamanı əksər qadınların daha çox öz ərləri barəsində ailədə ruhani lider kimi nə etməli olduqları barədə söylədikləri iddiaları eşitmişəm. Həmçinin mən qadınlardan çoxlu sayda məktublar almışdım ki, onlar ərlərinin «ailədə ruhani lider ola bilməmələri» barədə yazırdılar. Buna aid bir neçə nümunə göstərmək istəyirəm:
Mən məni və uşaqlarımızı sevən ərimə hörmət etmək istəyirəm. Amma o, bütün işləri — planları, təhsili və bu kimi məsələləri mənimlə müzakirə etmədən üstümə atır. O, pul qazanır, axşamlar isə bizimlə oynayır. O, bizim ailəvi dualarımızı aparır. Lakin ruhani məsələlərdə nə uşaqlarla, nə də ki mənimlə şəxsi münasibət qurmur. Çox vaxt mənə elə gəlir ki, mənim beş uşağım var və sadəcə, onlardan biri böyükdür. Bu məslələrin üstündən keçdiyinə görə ona necə hörmət edim?
Birgə həyatımızın altı ilindən sonra ərimin ailədə ruhani idarəçilik bacarığının olmadığını dərk etmək mənim üçün ağır idi. Mən ərimin Allaha dah çox vaxt ayırdığını və Ona yaxınlaşmaq istədiyini görmək istəyirəm. Onun necə dua etdiyini və həyatında Allahın idarəçiliyini axtardığını görmək istəyirəm. Əmin olmaq istəyirəm ki, O, Rəblə ünsiyyət qurur. Bu barədə çox yaza bilərəm, amma düşünürəm ki, əsas fikrimi başa düşdünüz.
Əgər siz də bu qadınlar kimi düşünürsünzsə, mən deyə bilmərəm ki, siz səhvsiniz, yoxsa düzsünüz. Amma onu deyə bilərəm ki, ərinizi mühakimə edib ona tənqidi yanaşırsınızsa, Allahın qəlbinə böyük zərbə endirmiş olursunuz. Sizin əqidəniz Allahı razı sala, tənqidiniz isə Onu kədərləndirə bilər. Allah sizi sevir, eləcə də qəlbinizin istəklərindən və məqsədlərindən xəbərdardır. Bizim Abba Atamız sizinlə birgə əqidənizə görə ağlayır. Lakin Səmavi Atanız sizə açıqlayır ki, mühakimə və tənqid ruhu sizin «itaətsiz» ərinizin qəlbini əldə etməyə və əqidənizi qəbul etməyə məcbur edə bilməz. O, hətta ürəyiniz boşa çıxan ümidlərdən ötrü ağrıyanda da, sizi «ismətli, ehtiramlı həyat tərzinə» sevə-sevə yönəldir. Ərinin liderliyindən narazı olan qadın özünə bu sualları verməlidir:
Mənim ərim nə vaxtsa nikahda idarəçiliyi öz üzərinə götürməyə cəhd edibmi, amma ki, mən onunla razılaşmayıb bunun axmaqlıq olduğunu düşünmüşəm.
Əgər o, mənim düzgün hesab etdiyim qərarlara zidd qərar verəndə, onunla həmrək olduğumu ona hiss etdirirəmmi?
Yalnız mənim arzularımı dəstəklədiyi və yerinə yetirdiyi halda onun lider mövqeyi ilə razılaşdığımı ona hiss etdirirəmmi?
Ərimin masuliyyəti öz üzərinə götürməsini istəyirəmmi? Yoxsa, mənim fikrimcə, o, özünü məsuliyyətsiz aparanda, mən öz veto hüququndan istifadə edirəm?
Mənim sözlərim və hərəkətlərim onun məsuliyyət daşıdığını, amma ailənin idarəçiliyinin mənim əlimdə olduğunu göstərirmi?
Yuxarıda qeyd olunan suallar ailədəki liderliyin bütün sahələrinə tətbiq oluna bilər. Onları növbəti fikirdə cəmləşdirmək olar: özünüzdən soruşun, hansısa bir halda, hansısa bir mənada özünüzü öz gözünüzdə saleh hesab edirsinizmi? Mən demirəm ki, siz pis niyyətlisiniz. Siz ərinizi çox sevirsiniz. Amma siz onun səhvlərini, zəifliklərini və çatımamazlıqlarını görürsünüz. Siz əksər qadınlar kimi düşünə bilərsiniz ki, ərinizdən üstünsünüz və ona dəyişmək lazımdır.
Bir çox ailələrdə görürəm ki, qadın günah etmədiyini hesab edir. Bir çox ailələrdə qadın yalnız bir günahını etiraf etməyə hazırdır — ərini sevə bilmədiyini və uşaqlarına qarşı səbirsizliyə görə göstərdiyi mənfi reaksiyasını. Bu günahdan başqa onlar digər günahlarını görə bilmirlər. Baxmayaraq ki, onlar pis vərdişlərini və qeyri-düzgün münasibətləri etiraf etməyə hazırdırlar. Onlar bu şeyləri kimyəvi disbalans, hormonal problemlər və ya böyüyüb boya başa çatdıqları ailədəki çatışmamazlıqlarla əlaqələndirirlər.
Məsələn, ər arvadına — «sən bir balaca kökəlmisən» — deyəndə, qadağan olunmuş sahəyə müdaxilə etmiş olur. Əslində o, nəinki bir balaca, həddindən çox kökəlib. Və ər düşünür ki, bunu deməyin vaxtı çatıb. Cavabında isə adətən eşidir: «Sən məni necə görünməyimdən asılı olmayaraq sevməlisən». Yaxud ona deyilə bilər ki, onun maddələr mübadiləsinin pozulmasından başı çıxmır və yaxşı olardı ki, öz qarnına baxsın. Əgər ər arıqdırsa (çox vaxt arıq kişilərin kök arvadları olur), onda qadın ona gözündəki tiri çıxartmalı olduğunu xatırladacaq və bu dəfə onu internetdə pornoqrafik şəkillərə, yaxud da həddindən artıq spirtli içki qəbul etməkdə ittiham edəcək.
Məsələ bundadır ki, qadın ərinin onunla bağlı səsləndirdiyi iradlara laqeyid yanaşaraq onları rədd edir. Halbuki onların həllinə ehtiyac var. Hətta, o, öz fikrini incə və yumşaq şəkildə bildirsə belə, o dəqiqə onu susmağa vadar edirlər. Qadın özünü onun sözlərindən təhqir olunmuş, yaralanmış və qəzəblənmiş hiss edir. Beləliklə də, ər şəfqətsiz və anlayışsız olduğuna görə günahlandırılır. Onun fikir bildirməyə haqqı yoxdur. Çox vaxt bu vəziyyət ərə nifrət baslənməsi ilə bitir.
Sevgi və hörmət konfranslarında bu mövzu barədə danışanda, çoxlu fikirlər səsləndirilir. Və onların əksəriyyəti heç də müsbət olmur. Yuxarıda qeyd etdiyim psixoloji və tibbi model bəzi məsihçilərin fikirlərinə o qədər hopub ki, çox vaxt belə məktublar alıram: «Siz doğrudan da iddia edirsiniz ki, qadınların böyüyüb boya-başa çatdıqları ailələrdə problem olmur? Yaxud da onlar maddələr mübadiləsinin pozulmasından əziyyət çəkmir? Ya da onlarda kimyəvi disbalans baş vermir?». Bu suallara çox sadə bir cavab verirəm: mən hər vəziyyəti düzgün qiymətləndirməyə bilərəm. Lakin məhəbbəti təbliğ edən həvari Yəhyanın məktubundan sitat gətirə bilərəm: «Əgər günahsız olduğumuzu iddia ediriksə, özümüzü aldadırıq və daxilimizdə həqiqət yoxdur» (1 Yəhya 1:8).
Bir çox ailələrdə qadın ərinin uzaqgörənliyindən və onun məsləhətlərindən asanlıqla imtina edir. Çünki elə düşünür ki, onun bu məsləhətlərə ehtiyacı yoxdur və ərinin ona məsləhət vermək hüququ yoxdur. Lakin əminəm ki, ər və arvad düzgün nəticəni əldə etmək üçün istənilən vəziyyəti
Konfraslarımda məruzə etdiyi mövzulardan biri də kişilərin böyük hissəsinin özünü günahkar, arvadlarını isə saleh hesab etməsi ilə bağlıdır. Bu, yalnış yanaşmadır. Və nikahda elə bir an yaranır ki, qadın ərini günahkar kimi qəbul edir. Bir halda ki, qadın bütün idarəçiliyi öz əlində saxlayır, uşaqlara tərbiyə vərərək tənbeh edir (hətta ərini belə), özü də hiss etmədən özünü saleh hesab etməyə başlayır. Çox vaxt bu, şüuraltı yanaşmadır. Belə olan halda, qadın gizli mühakimə ruhuna tutulur. Əksər qadınlar etiraf edirlər ki, «ərləri üçün Müqəddəs Ruh rolunu oynamağı» təzəlikcə tərgidiblər. Mən tamamilə onlarla razılaşıram, çünki Allahın Üçlüyünda vakansiya yoxdur. Amma mən heç vaxt eşitməmişəm ki, hansısa kişi öz arvadı üçün Müqəddəs Ruh rolunu oynasın.
Müqəddəs Kitab modelinə əsaslanaraq, İsa Məsihin Marta və Məryəm bacılarının evinə gəldiyi səhnəyə diqqət yetirək. Marta süfrənin hazırlanması üçün qayğı çəkirdi. O, İsa Məsihə dedi: «Ya Rəbb! Görmürsən ki, bacım işləri tək mənim üstümə yığıb? Ona de ki, mənə kömək etsin». (Luka 10:40). Marta burada heç nə haqqında soruşmur. O, fakt hesab etdiyini iddia edir. O, Məhəbbətin təcəssümünün gözlərinə baxaraq bəyan edir ki, O, onu başa düşmür və onun qayğısına qalmır. Çünki onun vacib hesab etdiyi şeylər Məsih üçün maraqlı deyil. Amma İsa Məsih qəti irad bildirmir, əksinə, məhəbbətlə Martanı narahatlığına görə sakitləşdirir. Çünki məhz o, vacib həqiqəti – Onunla ünsiyyəti əldən buraxır. Burada daha çox söz söyləmək olar. Bu mövzuda mən çox təbliğlər etmişəm. Amma məsələ bundadır ki, Marta haqlı deyildi. O, dünyaya çəhrayi eynək modelindən baxır, buna görə də qeyri-düzgün nəticə çıxardırdı. Necə düşünürsünüz, siz də eyni səbəblərə görə səhv edirsinizmi? Və əriniz sizi tənqid etmək əvəzinə köməyə cəhd edərmi?
Kişilərin təhlil etmək və məsləhət vermək istəyinin qiymətləndirilməsi ondan ibarətdir ki, o doğrudan da, uzaqgörənliyə malikdir. Burada diqqətli olmaq lazımdır ki, özünü saleh hesab etmək hisslərinə qapılmayasan. Yoxsa siz onun uzaqgörənlik bacarığını pərdələmiş olarsınız. Sizin özünüzü saleh hesab etməyiniz digər günahlara nisbətən sizi daha çox aldada bilər. Əgər siz özünüzü ərinizdən daha yaxşı olduğunuzu, xüsusilə da ruhani sahədə üstün hesab edirsinizsə, o, ruhani sahədə, bəlkə də digər sahələrdə sizdən uzaqlaşacaq. İllər keçdikcə, əriniz bütün sahələrdə sizinlə məsləhətləşməkdən əl çəkəcək. Həmişə özünü doğru və saleh hesab edən adama nə demək olar ki? Ona yuxarıdan aşağı baxan arvada nə demək olar ki? O, özünü bütün problemlərlə yüklənmiş gördüyü halda, qadının heç bir problemi yoxudur. Buna görə o, daha ciddi senzuraya məruz qalmamaq üçün susmağa üstünlük verir. Onun susduğuna qəzəblənən qadın deyir: «Nə üçün sən həmişə susursan?». O isə içində doğrana-doğrana qalaraq fikirləşir: «Əgər nəsə desəm fəlakət baş verəcək. Susuram, bu da pisdir. Ancaq susmağım yaxşıdır. Məncə, bu, daha yaxşıdır». Bu vəziyyətin kədərli yekunu belədir. Amma kişilərin böyük əksəriyyəti bu cür düşünür.
Başqa bir əhvalatda isə Qretel qəzəbli halda ərinə deyir: «Qans, sən həddindən artıq mübahisə edib deyişirsən. Gör, nə deyirəm. Gəl, Rəbbimizə dua edək ki, mübahisəyə kim səbəb olursa, onu göylərə aparsın. Sən də dua et ki, Rəbb ikimizdən birimizi Öz yanına aparsın, mən də bu cür dua edəcəm. Onda mən bacımgilə köçəcəm».
Bu, xüsusilə siz qadınlar üçün gülməli hadisədir. Özünüzə diqqət yetirin ki, bütün problemlərin səbəbini ərinizlə əlaqələndirməyəsiniz. Etiraf edin ki, siz də günahkarsınız. Sizin də problemləriniz və zəiflikləriniz var (xüsusilə da onun güclü olduğu sahələrdə). Və siz kamil olmadığınıza görə nə təqsirləndirə, nə da mühakimə edə bilməzsiniz. Məhz o zaman ərinizin güclü olduğundan təəccüblənəcəksiniz. Ərinizə yaxınlaşdıqca və Allahın onun üçün təyin etdiklərini, xüsusilə də hörməti ona verdikcə görəcəksiniz ki, onun ürəyi sizə qarşı böyük məhəbbətlə dolur. Bir qadın yazır:
Mən, o, məndən istəməyənə kimi ona məsləhət verməyi dayandırdım. Beləliklə də o, sanki sözün əsl mənasında çiçəkləyir və gözlərim qarşısında əminliyi artmağa başlayırdı. Bir bilsəniz, üstümdən necə ağır bir yük götürüldü! Mən indi ikimizin yerinə düşünüb özümə əziyyət vermirəm! Əvvələr məni özümdən çıxardan şeylər (çünki o, mənim kimi düşünmürdü), indi mənim üçün sevinc mənbəyinə çevrilmişdi. Çünki Allah mənim gözlərimi açaraq Özünün yaradıcılığını göstərmişdir. O – mənim ərimi olduğu kimi yaratmışdır. Bu, möcüzədir!
• Onun sizi dinləməsini istədiyinizi əvvlcədən ona izah edəndə və onun hər şeyi öz bildiyi kimi etmək istəyinə gileylənməyəndə;
• İncikliyinizi göstərmədən və sizin hisslərinizə laqeyd olduğuna görə onu günahlandırmadan məsləhətinə görə təşəkkür edəndə;
• Siz onun problemin həllinə kişilərə xas yanaşmasını qəbul edəndə;
• Siz kişilərlə münasibətdə öz zəifliyinizi etiraf edib onun müdafiəsini qiymətləndirəndə;
• Onun ideyaları ilə razılaşmadığınız vaxt siz öz fikrnizi çox yumşaq və nəzakətlə bildirəndə; (bəlkə də, nədəsə haqlısınız, lakin səsinizi qaldırmağa haqqınız yoxdur).
• Hərdənbir ona icazə verəndə ki, öz bildiyi kimi hərəkət etsin və onun problemlərin həllinə yönəlmiş variantlarını alqışlayanda;
• Ona bildirəndə ki, siz Allahın kişi və qadını müəyyən bir məqsədlə yaratdığını dərk edirsiniz və başa düşürsünüz ki, bir-birinizə lazımsınız;
• Etiraf edəndə ki, siz də günah edirsiniz və buna ramən sizi qəbul etdiyinə və gözəl məsləhətlərinə görə ona təşəkkür edəndə
Sizin əriniz onun üzaqgörənliyini və məsləhətlərini qiymətləndirdiyinizi görəcək.
FƏSİL 20.
MÜNASİBƏTLƏR – ONUN SADİQ DOSTLUĞA OLAN CƏHDLƏRİNİ QİYMƏTLƏNDİRİN
Onlar kömək üçün mənə müraciət edəndə cəmi-cümlətani yeddi il idi ki, evlənmişdilər. Onların həyatında «böyük müharibə» baş vermişdi.
— Münaqişələr nədən başladı? – deyə soruşdum.
Qadın izah etməyə başladı ki, mətbəxdə yemək hazırlayarkən, yaxud da otağı yığışdırarkən əri qəzet oxuduğu, yaxud da televizora baxdığı otaqdan onu səsləyir:
— Əzizim, bəlkə bir yerdə oturaq?
Onunla danışmaq üçün bunu yaxşı fürsət kimi qiymətləndirən qadın yaxınlaşıb söhbət etməyə cəhd edir.
— Yox, yox, danışma, sadəcə yanımda əyləş – deyə əri etiraz edir.
Qadın əsəbləşir:
— Sən özün məni bura çağırdın. Doğrudan da mənimlə danışmaq istəmirsən?
— Yox, mən istəyirəm ki, sən sadəcə yanımda əyləşəsən. İstəmirəm ki, danışasan.
— Mənimlə danışmaq üçün sənin heç bir sözün yoxdur? – deyə qadın təkid edir. – Sən axı, özün məni bura çağırdın.
Bu andan başlayaraq vəziyyət surətlə dəyişdi. Və az bir vaxtdan sonra deyişmə alova çevrildi. Bu səhnə dəfələrlə təkrarlanırdı. Onlar bilmək istəyirdi ki, mən bu vəziyyəti düzəldə bilərəm, ya yox?
Onlara bildirdim ki, mən nikahları «bərpa etmirəm», sadəcə nə baş verdiyini aydınlaşdırmağa çalışıram. Qadına söylədim ki (ər diqqətlə qulaq asırdı), o, yalnız sənin yanında güc və enerji alır. Sonra əlavə etdim:
— Əgər o, qəzet oxuyursa, televizora baxırsa və ya çöldə işləyirsə, siz isə stul gətirib onun yanında əyləşirsinizsə və onun necə işlədiyini izləyirsinizsə, onun müsbət enerji ilə necə dolduğunu görəcəksiniz.
Mən cavan qadının üzündəki heyrəti sezdim. Sonra davam etdim:
— Kişilər məhz bu cür münasibətdə olur və hissləri ilə bölüşürlər. Qadınlar öz hisslərini bir-birinə danışmaqla bölüşürlər. Vəziyyəti araşdırıb təcrübə və fikirləri ilə bölüşərək emosiyalarını üzə çıxardırlar. Kişilər başqa cür yaradılıb. Onlar öz hisslərini bir-biri ilə bu və digər hərəkət formasında bölüşürlər. Əriniz sizdən məhz bunu almaq istəyirdi.
Söhbətimizi qurtaran kimi bu cütlüyə bildirdim ki, mən məbədlərimizin birində sevgi və hörmət mövzusunda konfrans keçirdirəm. Və onlara təklif etdim ki, sevgi və hörmətin vəhdətinin necə bir təsir gücünə malik olduğu haqqında təsəvvürə sahib olmaq istəyirlərsə, bu konfranslara gələ bilərlər. Onlar belə də etdilər. Və ikinci dəfə mənimlə görüşməyə gələndə, qadın ərinin sadəcə onunla birlikdə olmaq istəyini tamamilə başa düşmüşdü.
— Siz haqlı idiniz – qadin dedi. – Əvvələr mən onun danışmaq istəməməyini çətinliklə qəbul edirdim. Amma hansısa naməlum səbəbə görə bu variant təsirlidir. Məsələ bundan ibarətdir ki, o, həqiqətən də mənim onun yanında oturmağımı istəyir.
Əriniz deyəndə ki: «Əzizim, gəl, yanımda otur, birlikdə “Discovery” kanalına baxaq», onda nə baş verir? Siz onunla birlikdə oturub onun sevdiyi kanala baxaraq vaxtaşırı ekranda göstərilənləri şəhr edirsiniz. Amma o, bütün diqqətini televizordakı verilişə yönəldir. Əgər siz tipik qadınlardansınızsa, onun yanında əyləşə-əyləşə belə fikirləşəcəksiniz: «Paltarları ipdən yığmalıyam, yemək hazırlamalıyam, uşaqların sabah üçün məktəbə götürəcəkləri yemək hələ hazır deyil...». Nəhayət, ayağa qalxıb bütün bu işləri görmək üçün gedirsiniz. Onsuz da ərinizlə televizorun qabağında oturmaqla heç nə etmirsiniz. O, sadəcə televizor seyr edir, siz isə səssizcə onun yanında əyləşirsiniz. Siz danışmırsınız. Buna görə də sizin səssizlyiniz ikiniz arasında necə münasibət yarada bilər?
Lakin qadınlar onlarla da belə halların baş verdiyinə dair məktublar yazmağa davam edirlər. Bir qadın əri ilə birlikdə maral ovuna çıxmağa qərar vermişdi. Bu ovda ox və yaydan istifadə edilir. O, ərinə pusqu qurmaqda kömək etmiş və onlar saatlarla oturaraq maralın qəfil gəlişini gözləyirdilər. Onlar heç nə görmədilər, heç nə vurmadılar və heç nə danışmadılar. Nəhayət, onlar öz pusqusunu dağıdıb maşına tərəf getdilər. Bu ana qədər onlar bir kəlmə olsun belə danışmamışdılar. Amma maşında oturarkən əri onun tərəfə dönüb dedi: «Bu, doğrudan da əla idi!» Ərinin iş yerində bir daha oturmayacağına dair söz verən digər bir qadın isə, yenə də ərinin emalatxanasında əyləşib onun öz işini necə yekunlaşdırmasına tamaşa etmişdi. O, heç nə etmədən, sadəcə seyrçi olmaqla oturmuşdu. Əri arvadına təbəssümlə baxır, arvad isə ona cavabında təbəssüm göstərirdi. Bir neçə dəqiqə keçir və eyni vəziyyət bir daha təkrarlanır. Beləcə, bu vəziyyət qırx beş dəqiqə davam edir. Nəhayət, əri dilləndi: «Düzünü desəm, bilmirəm sən nə edirsən, amma bu cür davam elə!»
Kişilərin yanında qadınların sükutla əyləşməsi nə üçün onların xoşuna gəlir? Dəqiq bilmirəm. Ancaq etiraf etməliyəm ki, bu, qeyri-adi bir şeydir. Unutmayın ki, siz çəhrayı, biz isə mavi rəngə boyanmışıq. Əgər siz, qadınlar hər şeyi yalnız və yalnız çəhrayi rəngdə, kişi də hər şeyi yalnız və yalnız mavı rəngdə təsvir edirsə, onda vacib olanı nəzərdən qaçırdır. Siz bir-birinizi təbii ki, sevməlisiniz. Eyni zamanda yaxın və sadiq dostlar da olmalısınız. (Çəhrayi və mavi rənglərin müqayisəsi üçün «C» əlavəsinə baxın).
Müqəddəs Kitab sevgi və dostluğun vacibliyi barədə danışırmı? Sevgi ehtirasının xəstəlik həddinə qədər təsvirini verən Süleyman peyğəmbərin Nəğmələr Nəğməsi kitabında, Rəbb beşinci fəsildə bu cür cütlüklərə söyləyir: «Ay dostlar, yeyin, ay sevgililər, için, doyunca için!» (1-ci ayə). Sonra isə elə həmin fəsildə qadın ərinin gözəl və gözqamaşdırıcı olduğunu diqqətə çatdırır («O, on minlərin arasından seçilir»). Sevgi nəğməsini isə bu sözlərlə bitirir: «Şirindillidir, təpədən dırnağadək gözəldir... sevgilim budur, mənim
Əhdi-Cədid də bizə nikahda dostluq barədə öyrədir. Yunan sözü olan
Ötən fəsillərdə qeyd etdiyim kimi, kişilərdən arvadlarının onları sevib sevmədiyi barədə soruşanda, onlar qətiyyətlə cavab verirdilər. Soruşanda ki, arvadları onları oduğu kimi
Sara təsdiqləyə bilər ki, bizim münsibətlərimizdə tez-tez gərgin anlar yaşanırdı. Belə vaxtlarda mənə qarşı mənfi hisslər keçirdiyini başa düşürdüm. O, məni öz standartlarına uyğun şəkildə, xüsusilə də səliqə-səhman sahəsində dəyişməyə çalışırdı. O, masadakı hər qırıntıya, döşəmədəki başmağa, çarpayıda atılıb qalmış nəm məhrəbaya və zibil qutusuna atılmayan hər kağız parçasına görə şikayətlənirdi. O, bizə, xususilə də mənə və iki oğluma göstərməyə çalışırdı ki, biz səliqəli olsaq, daha xoşbəxt adamlar olarıq. Düzünü deyim, bu, onda yaxşı alınmırdı.
Bir gün Sara qonşu şəhərdə yaşayan anasına baş çəkmək qərarına qəlir. Və bu səfər üçün yalnız qızımız Coyu özü ilə aparır. Mən iki oğlumla, Conatan və Devidlə evdə qalası oluram. Bir həftədən sonra Sara və Coy evə qayıdırlar. Biz uşaqlarla birlikdə onları hava limanında qarşılayanda Saranın ilk sualı bu oldu:
— Deyin görüm, vaxtınızı necə keçirtdiniz?
Mən cavab verdim:
— Hər şey yaxşı idi.
— Sizi mənim üçün darıxırdız? – deyə arvadım maraqlandı.
Mən yalan danışmayıb dedim:
— Bilirsən, biz vaxtımızı çox yaxşı keçirtdik. Harada istəyirdik, orada da yeyirdik. Yatağımızı istədiyimiz vaxt yığışdırırdıq.
Sara məni başa düşdü. O, başa düşdü ki, biz yatağımızı yalnız o, evə qayıdan günün səhərisi yığışdırmışıq. O, həm də başa düşdü ki, biz onun üçün o qədər də darıxmamışdıq. Bəli, biz onu əvvəlki kimi, bir ana və həyat yoldaşı kimi sevirdik. Amma biz onun tənqidləri və giley-güzarı üçün heç darıxmamışdıq.
Onda Sara belə qərara gəldi ki, pintiliyimizə baxmayaraq, bizi olduğumuz kimi qəbul edəcək. O, başa düşdü ki, biz bir-birimizi bəyəndiyimiz üçün evlənmişik. Biz dost olmuşduq. Və o başa düşdü ki, mənə qarşı sevgi və mehribanlıqla yanaşmalıdır.
Ərini xoşlayan, onu özünə dost hesab edən qadın ərinin «sadəcə birlikdə əyləşmək» istəyinə səbirlə yanaşacaq. O, əri ilə birlikdə televizora baxacaq, nə etdiyini seyr edəcək və onunla danışmağa cəhd göstərməyəcək. Ər arvadını onunla birlikdə oturmağa dəvət edəndə, o, müəyyən mənada qarşılıqlı münasibətin qurulmasında iştirak edir. Bəlkə də bu, qadın üçün əhəmiyyətli görünməyəcək. Amma əslində bu, həddindən artıq vacıbdir. Kişilərin ünsiyyət qurmaq usulu məhz bu cürdür. Kişilər üz-üzə danışmaqdansa çiyin-çiyinə durmağı üstün tuturlar. Belə bir ünsiyyət, demək olar ki, ən sadə növdür. Buna misal olaraq, evliliyimizin birinci ilində biz Sara ilə evdə oturmuşduq. Mən kitab oxuyur, o isə taxtın üstündə əyləşmişdi. Bir qədər keçdikdən sonra o soruşdu:
— Sən danışmaq istəmirsən?
— Sadəcə yanımda oturmağın mənə xoşdur – deyə cavab verdim.
Tədqiqatlar göstərir ki, kişilər ünsiyyəti çiyin-çiyinə oturub az danışmaqda və ya heç danışmamaqda görürlər. Alimlər ikinci, altıncı, onuncu sinif şagirdləri və iyirmi beş yaşlı gənclər arasında araşdırmalar aparıblar. Oğlan və qız cütlükləri üçün göstəricilər tamamılə eyni idi. Onlar otağa daxil olub istədikləri halda danışa bilərdilər.
Təcrübə vaxtı yaş qrupundan aslı olmayaraq, hər bir qız cütlüyü özünü tamamilə eyni aparırdı. Yəni, onlar həmsöhbəti ilə üz-üzə oturub söhbətə başlamışdılar. Oğlanlarda reaksiya isə fərqlı idi. Onlar umümiyyətlə, heç bir-birinin üzünə baxmamışdılar. Onlar böyür-böyürə, çiyin-çiyinə əyləşmiş önə doğru baxırdılar. Yalnız nadir hallarda bir-birinə nəzər salırdılar.
Qızlar üz-üzə oturub danışdıları vaxt tədqiqatçılar belə bir nəticəyə gəliblər ki, onlar çox səmimi və intim söhbətlərə meyillidirlər. Əslində dəvət olunanlardan onuncu sinif oğlanları daha səmimi təsir bağışlamışdır[33]. Bu nəticə məni təəccübləndirmədi. Mən müəyyən etmişəm ki, kişilər çiyin-çiyinə birgə fəaliyyət sayəsində bir-birinə yaxınlaşırlar. Qarşılıqlı maraqlar və ümumi yaşantılar hansısa dövrdə birliyə səbəb olur. Bu qruplarda şikayət və mənfi yanaşmalar az idi. Bu uşaqlar diqqəti qarşılıqlı münasibətlərinə yönəltmir və nadir hallada bir-birlərinə qarşı hiss etdikləri barədə danışırdılar. Onlar dostlaşanda isə bir şeyi dərk edirdilər: dost – kömək lazım olduğu halda həmişə yanında olmaq üçündür.
Əksər kişilər uşaqlıqda və ya məktəb illərində olan yaxın «qan» dostluqlarını xatırlayırlar. İki damla qanın qarışması əbədi dostluğu tərənnüm edirdi. Dostlar lazım gələrsə çiyin-çiyinə durub ölümcül döyüşdə belə sadiq olacaqlarına dair bir-biriniə söz vermişdirlər. Onlar dostluq qalasını qurmuş və birgə mübarizəyə və ölümə hazır idilər. Hətta indi, bu sətirləri yazanda belə, mən hər bir az yaşlı oğlanın öz qan qardaşına qarşı hiss etdiyi emosiyanın gücünü hiss edirəm.
Bununla mən nə demək istəyirəm? Bir oğlan böyüyüb boya başa çatdıqdan sonra kişiləşir, daha sonra isə xususi gənc bir qadınla rastlaşır. O, qadına evlənmək təklifi edir və onlar ailə həyatı qururlar. O, öz kişi düşüncəsinə əsasən elə hesab edir ki, onlar uşaqlıqda oğlan dostları ilə olduğu kimi həmişə birlikdə, çiyin-çiyinə olacaqlar. Onun arvadından istəyi çox sadə olur: «Gəl, birlikdə nəsə edək».
Əvvəllər onun arvadı onunla birlikdə hərəkət edərdi. Lakin bir qədər sonra üç uşaq, tonlarla çirkli paltarlar və digər vacib işlər onun diqqətini yayındırır və artıq o, əri ilə nə balıq tuta bilir, nə də ki, əri ilə yanaşı otura bilir. Bundan əlavə, onların təklikdə qalmaq üçün boş vaxtları olanda, qadın söhbətə üstünlük verirdi. Onun üçün söhbət münasibət üsulu idi. Birlikdə olub heç danışmamaq isə — sadəcə absurddur!
Beləliklə, nikahların əksəriyyətində cütlüklərin tələbatı sahəsində müxtəlifliklər mövcuddur. Doqquzuncu fəsildə gördüyümüz kimi, qadın əri ilə yaxınlaşmaq üçün danışmağa ehtiyac görür. Bu fəsildə isə biz görürük ki, kişi üçün təbii meyillilik çiyin-çiyinə əyləşib az danışmaqdır.
Təbii ki, bu mənanda nikahın bütün sahələrində olduğu kimi vermək və götürmək prinsipinə riayət etmək lazımdır. Buna görə də, ərinizin sizinlə üz-üzə oturmaq üçün göstərdiyi cəhd kimi, siz də onunla çiyin-çiyinə oturmaq üçün səy göstərməlisiniz. Əriniz sizə heç danışmadan onunla birlikdə oturmağı xahiş edirsə, onu bu zövqdən məhrum etməyin. Beləliklə görəcəksiniz ki, sizin hüzurunuz onu güclü və enerjili edir.
Kişilərin bu qəribə xüsusiyyətləri ilə razılaşmağa dəyərmi? Yadımdadır: kiçik yaşlarımda İllinoys ştatının Peori şəhərində yaşadığım vaxt çox vaxt küçədə o baş bu başa, yuxarı-aşağı velosiped sürərdim. Həmin vaxtlar tez-tez gördüyüm bir cütlüyü xatırlayıram. Ər yolun kənarındakı maşınını təmir edir, arvadı isə onun yanında kiçik bir stulda əyləşib ya siqaret çəkər, ya dırnaqlarını səliqəyə salar, ya da ki, sadəcə saqqız çeynəyərdi. Yanlarında heç vaxt başqa qadın olmazdı. Ər maşını təmir etdiyi vaxt arvadı sadəcə susardı.
Nədənsə, mən həmişə bu cütlüyü xatırlayıram. Düzü, illər keçdikdən sonra onları xatırlayanda nəsə başa düşdüm. Bizim küçəmizdə yaşayan əksər cütlüklər boşandılar. Lakin həmin cütlük isə ömürlərinin sonunadək birlikdə yaşadılar. Hansısa mənada qadın başa düşürdü ki, əri işlədiyi vaxt heç nə danışmadan onun yanında əyləşmək münsabibət üçün pozitiv usul idi. Qadın hətta danışmadıqları vaxtda belə ona bağlı idi.
Əgər ərinizlə çiyin-çiyinə oturub sadəcə səssiz qalmağınız sizə qəribə təsir bağışlayırsa, onda aldığımız məktublardan növbəti parçaları oxuyun:
Şənbə günləri ərim işlədiyi vaxt öz-özümə danışa-danışa ona kömək edərək böyründə oturmağım onun xoşuna gəlir. Mən bunu etməyə başladım və bu, onun XOŞUNA gəldi! O, hətta öz fikirlərini belə mənimlə bölüşməyə başladı. Bu, asanlıqla və təbii olaraq baş vermədi. Lakin buna baxmayaraq, ona hörmət bəslədiyim üçün o, özünü sevimli hiss edir. Qarşılığında isə mənə daha çox sevgi göstərirdi.
Çiyin-çiyinə münasət haqqında danışdığınız vaxt sizin nəyi nəzərdə tutduğunuzu yaxşı başa düşürdüm. Ərim bu yaxınlarda mənə bildirdi ki, bəzən o, sadəcə onun yanında oturmağımı istəyir. O, hətta mənim onun yanında əyləşərək dəftərləri yoxlamağımla da razılaşırdı (müəllimənin işi qurtarmır). Mən başa düşdüm ki, paltarların yuyulmasının qurtardığını, yaxud da hansısa bir işi yoxlamaq üçün otağı tərk edəndə onu bu barədə xəbərdar etməliyəm. O, mənim nə etdiyimi və tezliklə qayıdacağımı biləndə, sakitləşirdi.
Mən on illər boyu səmimi qəlbdən bir-biri ilə münasibət qurmayan çoxlu cütlüklərlə iş aparmışam. Qadın nə etməlidir? Onun çiyin-çiyinə olan dostluğa ehtiyacını duymağa çalışın. Əgər o, sizdən uzaqlaşıb özünə qapanırsa, sizə sadəcə onun yanında oturub öz işinizlə məşğul olmaq qalır. Danışmayın. Sadəcə onun yanında əyləşin. Bunu üç ay ərzində davam etdirin və nəticəyə baxın. Sizə zəmanət verirəm ki, o, sizinlə danışmağa başlayacaq. Bu müddət ərzində onun sizin üzünüzə baxması vacibdirmi? Bəlkə də, yox. O, bəri başdan danışmağa başlayacaqmı? Bəlkə də, yox. Siz bu vəziyyətdən enerji ala biləcəksinizmi? Çox güman ki, yox. Bəs, o, nəticədə güc və enerji ilə dolacaqmı? Əlbəttə! İnanın mənə. Sizin ərinizdə sizdə olmayan bir təlabat var. Və bu tələbatı sizin üçün qeyri-təbii yolla təmin etməyiniz lazım gəlir. Siz ərinizlə birlikdə çiyin-çiyinə olduqda onun sizə olan sevgisi və bağlılığı inanılmaz şəkildə artacaq! Bunu izah etmək çətindir. Amma sadə bir həqiqət bundan ibarətdir ki, siz ona yanında lazımsınız.
• ona deyəndə ki, onun etdiyi hər şeyi bəyənirsiniz və bunu praktikada tətbiq edəndə (o bilir ki, siz onu sevirsiniz. Amma bəzən bir şəxsiyyət kimi sizin onu bəyənib-bəyənmədiyiniz haqqında düşünür);
• Siz onun birlikdə hansısa bir işi görmək təklifinə razılıqla cavab verəndə ya da sadacə gəlib onun nə işlə məşğul olduğunu kənardan seyr edəndə (bunu tez-tez etmək lazım deyil. Lakin sizin hüzurunuz vaxt keçdikcə onu sizin zənn etdiyinizdən daha böyük enerji ilə dolduracaq);
• Onunla çiyin-çiyinə hansısa bir işi birlikdə gördüyünüz vaxt onun sizinlə açılışmasına və danışmasına kömək edəndə;
• Müəyyən vaxtlar onu tək buraxın. Bu isə onun sizinlə birləşmək istəyini daha da artıracaq.
• Sizinlə üz-üzə daha çox vaxt keçirtsin deyə, ona dostları ilə münasibət qurmasına mane olmayanda, Onun dostları ilə olan münasibətinə hörmətlə yanaşanda, (Belə olan halda, o, sizinlə çiyin-çiyinə birləşməyə daha çox ehtiyac görəcək)
Əriniz sizin onunla çiyin-çiyinə olan dostluğunuzu qiymətləndirəcək.
FƏSİL 21.
SEKSUALLIQ – ONUN İNTİM YAXINLIĞA OLAN CƏHDLƏRİNİ QİYMƏTLƏNDİRİN
Həkimin arvadı ilə olan nikahı uğurzuluqla nəticələndi. Onlar Çıxılmaz vəziyyətə düşmüşdülər. Hər şey onun (qadının) illər əvvəl qoyduğu qəti tələbinə yönəlmişdi: qadın onun emosional ehtiyaclarını ödəməyincə, əri ilə cinsi yaxınlıq etməyəcəkdi. O, emosional rahatlıq istəyidi. O, istəyirdi ki, əri onunla üz-üzə danışsın və bu, emosional tələbat ödənilməyincə, onun cinsi tələbatına cavab verməyəcək. Lakin məhəbbət elə bundan ibarətdir, elə deyilmi?
Bir neçə müəyyən hadisədən sonra Rəbb qadınla danışdı: «Sizlərdən hansınız daha ruhani yetkinsiniz? O, yenicə iman etmiş, sən isə artıq neçə illərdir ki, Məsihdəsən». Qadın bu müraciəti başa düşdü. O, qərara gəldi ki, intim sahədə də ərinə xidmət edəcək. Bunu öz istədiyinə görə deyil, Məsihə görə edəcəkdi. O, bu sahədə çox soyuqqanlı idi. Lakin ərinin buna ehtiyacı olduğunu yaxşı başa düşürdü. Rəbb ona ilk öncə ərinin tələbatlarını ödəməyi öyrətmişdi. O zaman qadın Rəbbə dedi: «Yaxşı, Rəbb, mən ərimə xidmət edəcəm və ərimin bu tələbatını sevinclə ödəyəcəm». O dediyi kimi də etdi. Bəs, bundan sonra nə baş verdi? O, emosional rahatlıq tapdımı? Əri ilə üz-üzə ünsiyyətə nail oldumu? O, bu barədə mənə belə dedi: «Biz bundan sonra yatağa girəndə ərim dil boğaza qoymurdu!»
Uzun illər düzgün olmayan düşüncələrə görə xoşbəxt olmayan bu cütlük birdən-birə qələbə vəziyyətinə gəldilər. Qadın ərinin fiziki ehtiyaclarını ödəməyə başlayan kimi, əri də onun emosional tələbatlarını ödəməyə başladı. Kimsə demişdi: «İlis
Əgər problem mövcuddursa, bu, — seksdir. Bəlkə də bunu problem adlandırmaq düzgün olmazdı. Uzun illər ərzində mənə münasibətlərini aydınlaşdıra bilməyən onlarla ər-arvad müraciət edirdi. Çox vaxt problem ondan ibarət olurdu ki, qadın cinsi akt olmadan isti münasibət istəyirdi, kişi isə qadına heç bir nəvaziş göstərmədən seks istəyirdi. Sizin üçün nəvaziş, onun üçün isə seks. Bu, ikitərəfli hərəkətlilik yoludur. O, sizin bədəninizə sahib olmaq üçün qəlbinizə yol tapmağa çalışdığı kimi, siz də onun qəlbinə yol tapmaq üçün onun bədəninə xidmət etməlisiniz. Məsləhətləşmə zamanı bir qadın dedi ki, o, seksi kişilərin başlıca tələbatı hesab edir. Mən izah etmələ çalışdım ki, seks kişinin ən dərin ehtiyacının — hörmətin simvolik ifadəsidir. Anoloji olaraq qadınlar isə söhbət vasitəsilə emosional rahatlığa ehtiyac duyurlar. Qadının bu ehtiyacı ödəniləndə, o, özünü sevimli hesab edir. Kişi ünsiyyətdən imtina edəndə isə, bu, qadın üçün onun sevilmədiyini və ehtiyaclarının qayğısına qalmadığını xarakterizə edir. Kişilər fiziki rahatlığı cinsi yaxınlıq vasitəsilə hiss edirlər. Əgər qadın cinsi yaxınlıqdan imtina edirsə, bu, kişi üçün hörmətsizlik və laqeydlik əlamətidir. Qadın deyəndə ki «Mən istəyirəm ki, sən ancaq mənim haqqımda düşünəsən», ancaq onun intim istəklərinə laqeyd yanaşaraq özündən itələyəndə, bu vəziyyətin kənardan necə haqsız göründüyünü düşünməlidir.
Cinsi yaxınlıq sahəsində kişilərin baxışları iki cürdür. Birincisi, başa düşün ki, onun seksuallığı sizdən fərqlidir. Süleymanın məsələlərinin beşinci fəsil on doqquzuncu ayəsində deyilir: «Sevimli maralın, gözəl ceyranın həmişə səni öz döşləri ilə doydursun, onun eşqi ilə məst ol». Təsadüfi deyil ki, Müqəddəs Kitabda qadınlar üçün ərinin sinəsindən zövq almaq əmri yoxdur. Bu, gülünc səslənərdi. Yaxşı, bəs, nə üçün yoxdur? Süleymanın məsələlərinin beşinci fəsil on doqquzuncu ayəsində deyilir ki, məsələ seksə çatanda kişilər gözləri ilə idarə olunurlar. O, qadının gözəlliyini, üzünü, bədən quruluşunu görəndə stimul alır. Qadınlara qalanda isə, seks məsələlərində onlar vizual obrazlara əsaslanmırlar. Hər halda kişilər qədər yox.
Siz də, əriniz də hamamdan çıxdığı vaxt hər iki halda baş verən səhnəni gözləriniz önündə canlandırın. Siz hamamdan çıxanda o, hər şeyi unudaraq bərəlmiş gözlərlə sizə baxır. Lakin o, hamamdan çıxanda nə baş verir? Çox güman ki, siz heç də romantık olmayan bir şey deyirsiniz: «Zəhmət olmasa, xalçanın üstündə dayan!» ya da «Ehtiyyatlı ol! Mən elə indicə döşəməni təmizləmişəm!». Beləcə, siz vizual obrazlara heç də diqqət yönəltmirsiniz.
İkinci baxış ondan ibarətdir ki, siz emosional rahatlığa nə qədər ehtiyac duyursunuzsa, o da cinsi yaxınlığa bir o qədər ehtiyac duyur. Paul Korinfililərə ünvanladığı birinci məktubunun yeddinci fəsil beşinci ayəsində qeyd edir: «Müvəqqəti olaraq razılıqla, dua üçün vaxt ayırmaqdan savayı bir-birinizi ər-arvadlıq təminatından məhrum etməyin. Bundan sonra yenə də bir yerdə olun ki, nəfsinizə hakim olmadığınıza görə Şeytan sizi sınağa çəkməsin». Söhbət cinsi münasibətə gəlib çatanda ər və arvad bir-birinin tələbatını ödəməlidir. Paul deyir ki, hər iki tərəfdaş üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Kişilər arvadları tərəfindən cinsi yaxınlıqdan məhrum edilərsə, şeytanın böyük təzyiqi ilə üzləşə bilərlər. Qadınlar təsəvvür etsələr ki, ərləri onlarla nə danışmaq, nə də münasibət qurmaq istəyir, onda bu vəziyyətin kişilər üçün nə demək olduğunu yaxşı başa düşərlər. Qadının emosional rahatlıqdan məhrum edilməsi, onun özünü əhəmiyyətsiz və bədbəxt hiss etməsinə səbəb olur.
Konfransların birindən sonra qadınlardan biri Saraya belə bir hekayə danışmışdı. Hər həftənin bazar günü onlar valideynlərinə baş çəkirdilər. Bir bazar günü qadın anasına zəng edib ona xəbər verir ki, onlar gəlməyəcək. Anası səbəbini soruşanda, o, cavab verdi:
— Çünki ərimin əhval-ruhiyyəsi pisdir.
— Nəyə görə onun əhval-ruhiyyəsi pisdir? – deyə anası maraqlandı.
— Məncə, bu ona görədir ki, biz bir həftədir bir yerdə yatmırıq.
Anası dərhal ciddi və yumşaq şəkildə bu barədə nə düşündüyünü dedi:
— Buna görə utanmalısan. Nə üçün sən onu bundan məhrum edirsən? Bir şey ki, bu qədər az vaxt aparır, amma onu bu qədər xoşbəxt edir!
Qızı utandığından telefonda qışqırdı:
— Ana, inana bilmirəm ki, sən belə şeylər danışa bilərsən!
Lakin gənc qadın öz hekayəsini belə tamamladı:
— Mənim anam atamla qırx yeddi il ömür sürüb. Mən onlardan xoşbəxt ikinci bir ailə tanımıram.
Bu ana qızına həqiqətən də faydalı məsləhət vermişdi. Təəssüf ki, əksər cütlüklər Çıxılmaz dövrədə öz ağılsız hərəkətlərini davam edirlər. Çünki kişilər intim münasibətin yoxluğunu özlərinə qarşı hörmətsizlik kimi qəbul edirlər. Və onların buna qarşılıqlı cavabı, qadını da özünü sevimli olmayan hiss etməsinə səbəb olur. Qadın kişini incikliyinə görə özünü uşaq kimi aparmasında ittiham edir. Beləcə, dairədə fırlanırlar! Ancaq bu, belə olmamalıdır. Sara bu barədə bizim konfranslarda yaxşı açıqlamalar verir:
— Qadınlar, əgər əriniz sizinlə üç gün, üç həftə, üç ay danışmasaydı, nə baş verərdi? Siz bunu tamamilə qəbuledilməz davranış hesab edərdiniz. Düşünürəm ki, siz məni başa düşdünüz. Əksər qadınlar istəyirlər ki, onların emosional ehtiyacları təmin olunsun. Amma nədənsə, ərlərinin cinsi yaxınlıq sahədə ehtiyaclarını nəzərdən qaçırırlar. Yadda saxlayın ki, sizin oğlunuzun da belə bir ehtiyacları olacaq. Gəlininiz tərəfindən ona qarşı hansı münasibəti görmək istəyərdiniz? Sizin qızınız və ya gəlininiz davamlı olaraq isti və yaxın münasibətə tələbatları ilə doğulduğu kimi, oğlunuz da belə bir tələbatla doğulub. O, bunu özü sifarış etməyib.
Məsələ bundadır ki, ərinizin fiziki anotomiyası sizinkindən fərqlənir. Onların cinsi rahatlığa duyduğu ehtiyac, eynilə sizin emosional rahatlığa duyduğunuz ehtiyac kimidir. Bax, buna görə həyatın bu sahəsi onun xoşuna gəlir. Onun üçün bu akt zövqvericidir və məmnunluq gətirir. Bir qadın olaraq siz hesab edirsiniz ki, normal intim həyat üçün hisslərə malik olmalı və bir-birinizə yaxın dost olmalısınız. Lakin onun üçün hər şey əksinədir: siz yalnız cinsi akt vasitəsilə yaxınlaşırsınız.
Yadda saxlayın ki, Energetik dövrəyə aid digər sahələr kimi cinsi yaxınlıq da həmin kateqoriyaya aid olur. Yəni siz ona, o da sizə xidmət edir. Bu qayda dəyişməzdir
İşə qəbul ərizəsini dolduran kişinin intim həyatla bağlı suala «Qənaətbəxş deyil» cavab verməsi haqqında belə bir köhnə hekayə var. Bu hekayə bəlkə də bəzilərinə gülməli gələcək. Lakin acı həqiqət bundan ibarətdir ki, çox vaxt qadınlar özləri ərlərini nikahdan kənar münasibətlərə sürükləyir. Çünki kişilərin evdəki bu gündəlik tələbatı arxa plana keçir. Adətən, xəyanətin günahı kişinin üzərinə düşür. Halbuki, əksər hallarda kişilər arvadlarının onları sürüklədiyi imtahanların qurbanlarıdır. Süleymanın məsəlləri ikinci fəsildə biliyi, hikməti və yaxşını pisdən ayırmaq qabiliyyəti əldə etmək barədə geniş təsvir olunur. On altıncı ayədə isə bu hikmət «səni yad arvaddan, şirin dilli əxlaqsız qadından qurtar»ması ilə bağlıdır.
Əxlaqsız qadının toruna düşən bir kişinin arvadı ərinin bu yola getməsinin səbəbini başa düşəndən sonra mənə məktub yazmışdı. O, anlamışdı ki, ərindən məhəbbət gözlədiyi kimi, əri də ondan xoş münasibət gözləyirdi. Kişi imtahan qarşısında acizlik göstərdiyindən başına bu hadisə gəlmişdi. Baxmayaraq ki, iyirmi il ərzində insanlar onların nikahını ideal hesab edirdilər (dörd üşaq, məbəddə fəal iştirak, uğurlu biznes və s.), o, yenə də büdrədi. Onlar hansısa vaxta qədər ayrı yaşadılar. O zaman arvadı başa düşdü ki:
Mənim başım gündəlik qayğılara, uşaqlara o qədər qarışdı ki, ərimi bu sahədə boş buraxdım. Nəticədə o, düşmən tərəfindən gələn hücumların qarşısında aciz qaldı. O deyirdi ki, onun nəyisə çatmır. Bunun nə olduğunu həmin əxlaqsız qadın ona verəndən sonra başa düşdü. Onun bu sahədə təlabatı o qədər böyük idi ki, ayrı yaşadığımız vaxt o, bəzi anlarda nikahımızı, ailəmizi, biznesi, məbəddəki nüfuzunu, hətta, Rəblə olan münasibətini qurban verməyə hazır idi. Təki, özünə qarşı həmin əxlaqsız qadın tərəfindən hörmət və xoş münasibət hiss etsin. Bu an o, böyük mübarizədən keçirdi. Çünki nəyin düz olub-olmadığını yaxşı dərk edirdi. Lakin eyni zamanda o, qadından aldığını da əldən buraxmaq istəmirdi. Allah mənə bizim ayrılığımızdakı günahımı göstərdi. Mənim ərim tərbiyəli insandır. Bilirəm ki, o, məni sevir. Həmçinin o da mənim onu sevdiyimi bilir.
Məktubun davamında deyilirdi ki, qadın ərinə hörmət testini tətbiq etdi və müsbət nəticə əldə etdi. O, əri ilə böyük ehtiramla danışmağa başladı. Əri həmin an arvadına bildirdi ki, onunla bu cür rəftar onu ruhlandırır. Qadın danışır: «Biz həmçinin qeyri-adi intim aktı yaşadıq. Görünür, hörmətin miqdarı xəyanəti effektli dərəcədə azaldır!»
Təəssüf ki, bütün xəyanətlər heç də belə yaxşı sonluqla bitmir. Cinsi yaxınlıqdan məhrum olan bir kişi sonda arvadına xəyanət edərək belə yazır:
Mən arvadıma qarşı işlətdiyim günahıma bəraət qazandırmıram. Amma arvadım da özünü heç nə də günahkar hesab etmir. Onu ittiham etmirəm, ancaq günahsız olduğunu da demək olmaz. O, bu problemə tamamilə səbəbkar olduğunu etiraf etmir. Mən bunu unutmaq istəyirəm. Ancaq o, buna imkan vermir. Mən günah etmişəm. Amma mənim ona başqa bir qadınla xəyanət etmək qərarım bir günün içində baş verməyib. Əgər mən onun tərəfindən özümə qarşı hörmət hiss etsəydim, çox güman ki, bu səhvə yol verməyəcəkdim. Bəzən mənə elə gəlir ki, o, məni tamamilə uğursuz hesab edir. Buna görə mənə deyiləndə ki, mən heyrətamizəm, bu, çox xoşuma gəlmişdi. Arvadım deyirdi ki, mən yüngül sarışın qadının əsirinə çevrilmişəm. Amma həmin o sarışın qadın məni xoşbəxt edə bilmişdi. Və bizim münasibətimizin sekslə heç bir əlaqəsi yoxdur. Sadəcə kimsə məni yaxşı insan hesab etmişdi. O qadın nə qədər ki, çox yaxşı insan olduğumu deyirdi, məni bir o qədər də özünə cəlb edirdi.
Cinsi münasibət çox vaxt insanların bir-birinə nə üçün yaxınlaşa bilmədiklərinin səbəbi olur. Lakin bu, elə hiss olunmadan baş verə bilər ki, özünüz də nəyin çatıb-çatışmadığının fərqində olmayacaqsınız. Kişilər həmişə arzulayır ki, arvadları ilə açıq olsun. Amma təhlükəli görünən sahələrdə açıq olmağa hazır olanda, bəzi qadınlar özlərini narahat hiss edir. Bəzən isə açıq şəkildə narazıçılıqlarını bildirirlər. Qadın ərinin onunla açıq olmadığını başa düşmür. Ancaq, məsələ bundadır ki, qadın özü ərindən bunu etməməsini xahiş etmişdi.
Adətən, qadın əri ilə onun arasında sevgi hisslərini gücləndirən sahələrdə daha çox emosional yaxınlıq axtarır. Lakin əri arvadı ilə özünün «qaranlıq tərəfləri», problemləri və imtahana uğradığı sahələr barədə danışdığı vaxt, qadın hirslənə və özünü alçaldılmış hiss edə bilər. Qadın ərindən susmağı xahiş edə və dəyişilməsini məsləhət görə bilər. Başqa sözlə desək, qadın belə deyir: «Bizim kimi ol. Biz kişilərin bədənini gördükdə ethtiraslanmadığımız kimi, sən də qadın bədənini görən kimi ehtiraslanma».
Qadın qorxuları, nigarançılığı, artıq çəkisi və gözəl bədən quruluşuna malik olmaq üçün etdiyi cəhdlər barədə əri ilə rahatlıqla danışa bilər. Əri onu dinləməli və bütün bu məsələlərdə onu başa düşməlidir. Belə söhbətlərdən sonra o, özünü yaxşı hiss edir. Çünki onun fikrincə, bu cür münasibət onların arasındakı sevgini gücləndirir. Lakin təbii olaraq problem bundadır ki, arvadının bədəni, artıq çəkisi və qorxuları əri maraqlandırmır. Onun başqa problemləri var. Amma qadın ərinin problemlərini yaşamadığı üçün onun qorxuları və narahatlıqları emosional yaxınlaşma üçün səbəb hesab olunmur. Buna görə də, kişi özünə qapanır. Xusüsilə ona irad tutulanda. O zaman qadın bir daha əmin olur ki, əri onunla emosional yaxlnlıqdan qaçır. Baxmayaraq ki, qadın bilmədən ərini özünə qapanmağa vadar edir. Qadın tələb edir ki, emosional yaxınlıq onların arasındakı sevgini artırmağa və qadının yukdən azad olmasına kömək etsin. Əgər ərinin sözləri arvadını sevgi enerjisi ilə doldurmur və ya əksinə, onu yükləyirsə (məsələn, kişi cazibədar qadınları gördükdə seksual imatahana uğrayır), onda qadın bu söhbətlərdən vaz keçir. Belə olanda, qadın təəccüblənir: «Başqa qadınlar onu necə imtahana çəkə bilər? Məgər, o, məni sevmir?».
Qadın başa düşmür ki, açıq dekolte geyinmiş cazibədar qadının gəlişi ərini ehtiraslandıra bilər. Buna görə də qadın belə nəticə çıxarır ki, əri onu aldadır. O, belə hesab edir ki, başqa qadın əri üçün daha cazibədardır, bəlkə də, onlar artıq uzun müddət birlikdədilər (yaxud da, ən azı əri onunla vaxt keçitrmişdir). Ola bilsin ki, onlar artıq tanış olmuş, bir-birilərinə yaxşı bələddirlər, yaxınlaşmışlar və s. Qadın heç cürə başa düşmək istəmir ki, əri bir dəfə gördüyü qadının xarici görünüşündən belə ehtiraslana bilər. Qadın təlqin edir ki, başqa qadınlarla ehtiraslanmaq olmaz. Hətta, belə halların təkrarlana biləcəyini eşitmək belə istəmir.
Çox güman ki, qadın bir daha bu barədə eşitməyəcək. Baxmayaraq ki, əri əvvəlki kimi vizual meyillilikdən əziyyət çəkəcək və arvadı ilə öz imtahanları barədə bölüşmək istəyəcək. Süleymanın məsəlləri beşinci fəsil on doqquzuncu ayədə ərlərə ünvanlanmış nəsihəti xatırlayırsınızmı? Ərlər həmişə yalnız öz arvadlarının döşlərindən zövq almalıdırlar. Başqa heç kəsin. Süleymanın məsəllərinin beşinci fəslinin böyük hissəsi kişiləri xayanət barədə xəbərdarlığa yönəlib. Nə üçün? Çünki bu açıqlamaları yazan müdrik müəllim kişiləri sağlam cinsi münasibətə yönəltmək istəyir. Arvadını sevən kişi yalnız Allahın ona verdiyi qadınla intim münasibətdən zövq almalıdır. Bu isə o deməkdir ki, seks yalnız nikah çərçivəsində ola bilər.[34]
Həmçinin İsa Məsihin xəbərdarığını xatırlayın: «Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur» (Matta 5:28). Rəbbimiz bildirir ki, kişilər baxışlarla belə stimul alır. Seks kişilərin düşüncəsində birinci yerlərdən birini tutur. Və hər dəfə vizual cəlbetmə görəndə, o, ehtiraslana bilir.
Sadə sözlərlə desək, kişilər gördüklərinə biganə qala bilmir. Kişiyə lazımdır ki, arvadı da onun cəlbetməklə bağlı mübarizəsinin reallığını başa düşsün. Əgər əri ona xəyanət etmək istəsə, heç vaxt bu mövzuya toxunmaz. Qadın öz əri ilə səmimiliyə, onun açıqlığına və onu başa düşməyə can atır. Buna iki yolla nail olmaq olar: 1) Gücünüz daxilində ona fiziki rahatlıq bəxş edən hər şeyi edin ki, o, ehtiyac duyduğu cinsi yaxınlığa nail olsun. Bunu hətta, sizin istəyiniz olmadıqda belə edin. 2) Yaxud ərinizin bu cinsi imtahanla mübarizə apardığını, onun reallığını və sizin heç vaxt bu cür imtahanla rastlaşmadığınızı başa düşdüyünüzü ona bildirin. Əgər siz ona bu barədəki mübarizələri haqqında danışmağa imkan versəniz, onda sizin onun həm yaxın dostu, həm də sevdiyi qadına çevrilmək şansınız artacaq.
Əriniz səciyyəvi kişilərdəndirsə, deməli, onun sizdə olmayan tələbatları var. Əgər siz onu utandırmağa, cəzalandırmağa və ya müxtəlif zövqlərdən məhrum etməyə başlasanız, o, özünü belə olduğuna görə rusvay olunmuş hiss edəcək. Əgər əriniz görsə ki, siz onu danlayır, onun mübarizəsinə, sizinlə yaxın olmaq istəyinə və kişi cinsinə aid olduğuna laqeyd yanaşır, onda o, sizdən uzaqlaşacaq. Lakin siz ona lazımsınız. Və bunu nikaha qədər bilirdiniz. Siz onun tələbatlarını dərk edəndə və onları ödəməyə çalışdığınız vaxt görəcəksiniz ki, əriniz də sizə qarşı laqeyd deyil. Zənnimcə, Çıxılmaz dövrəni zərərsizləşdirmək və böyük gücə malik müsbət enerji verən Energetik dövrəyə keçmək üçün başqa daha effektli üsul yoxdur.
• Siz daim onun cinsi istəyinə müsət cavab versəniz və bəzən intim yaxınlığa təşəbbüs gəstərsəniz;
• Siz başa düşsəniz ki, sizin emosional rahatlığa ehtiyacınız olduğu qədər onun da cinsi rahatlığa ehtiyacı var;
• Siz onun xəyanət etməsindən qorxmadan və buna görə onu utandırmadan apardığı cinsi mübarizəni etiraf etsəniz;
• Siz onu intim yaxınlıqdan məhrum edərək sizinlə səmimi və açıq olmağınızı tələb etməsəniz
Əriniz sizin onun cinsi yaxınlığa cəhdlərini qiymətləndirdiyinizi görəcək.
FƏSİL 22.
ƏGƏR SİZ HƏRƏKƏT ETSƏNİZ, ENERGETİK DÖVRƏ DƏ HƏRƏKƏT ETMƏYƏ BAŞLAYACAQ
Bir dəfə mən onun e-mailinə ona nə üçün hörmət etdiyimdən bəhs edən məktub göndərmişdim. O, cavab verdi ki, həmin gecə çox təsirlənmişdi. Mən məktubdan əvvəl sadəcə dua etmiş və nə deyəcəyimlə bağlı məni istiqamətləndirməsi üçün Allaha imkan vermişdim. Və hər şey çox yaxşı alınmışdı. Bundan başqa, müəyyən vaxt ərzində biz bir-birimizə qarşılıqlı sevgimizi etiraf edən məktublar göndərirdik. Mən öz məktublarımda daha çox ona olan hörmətimdən danışırdım. Və bu, onun çox xoşuna gəlirdi. Növbəti həftə ərim günorta vaxtı mənə zəng edib məni nə qədər çox sevdiyini demişdi. Biz demək olar ki, on ildir evliyik. Və o, əvvəl heç vaxt belə bir şey etməyib.
Bu məktub cütlüklərin nikahda təsirli olan Energetik dövrənin qaçış meydanına düşməsinə dair nümunə göstərə biləcəyim onlarla məktubdan biridir. Nikahın xoşbəxt olması üçün qadının sevgiyə, kişinin isə hörmətə ehtiyac oduğunu dərk etmək vacib şərtlərdən biridr. Energetik dövrənin terminləri ilə desək, sevgi hörməti, hörmət isə sevgini əsaslandırır.
Kitabın əvvəlində danışdığımız kimi, qadınlara qarşı sevgi altı xüsusiyyətlə biruzə verilir. Aşağıda bu altı xüsusiyyətin qısa xülasəsini verirəm. Əgər ər hər gün bunlardan birini və ya ikisini istifadə etsə, o, Energetik dövrənin işə düşməsi üçün öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş olur. Ərlər özlərinə növbəti sualı verməlidirlər:
1. Yaxınlıq. Mənim sevgimə əmin olması üçün daim ona yaxınlaşmaq, onun bölüşmək ehtiyacını dərk etməyi yadda saxlayırammı?
2. Səmimilik. Onunla öz fikirlərimi bölüşür və mənə yaxınlaşmaq istəyinə mane olmadığıma əminəmmi?
3. Anlayış. O, öz qayğıları və problemlərindən danışdığı vaxt ona irad tutmamağa çalışırammı? Onun bütöv şəxiyyət olduğunu, baş verənlərin ona bütövlikdə, xüsusilə emosional sahəyə təsir etdiyini dərk edirəmmi?
4. Sülhpərvərlik. Mən problemləri həll etməyə həmişə cəhd edirəmmi, yoxsa ki, «hər şeyi unutmağı» tövsiyə edirəm?
5. Sadiqlik. Ona ömürlük sadiq olduğumu, onun həyatımın yegənə sevgisi və qadını oduğunu söyləmək üçün hər zaman fürsət axtarırammı?
6. Hörmət. Mən onu bir şəxsiyyət kimi qiymətləndirdiyimi ona həmişə hiss etdirirəmmi? Onun düşüncələrinin və hərəkətlərinin mənim üçün nə qədər vacib olduğunu ona göstərə bilirəmmi? Onsuz yaşaya bilməyəcəyimi o bilirmi?
Qadın ərinə hörməti nümayiş etdirmək və ərinin onun üçün nə qədər vacib və həyat qədər əhəmiyətli olduğunu ona hiss etdirmək üçün altı konsepsiyadan istifadə edir. Qadınlar özlərinə növbəti sualları verməlidirlər:
İtaət. Ona dayaq olduğumu, işində və həyatdakı məqsədlərinə çatmaqda onu dəstəklədiyimi ərimə hiss etdirirəmmi?
İyerarxiya. Onun məni, eləcə də ailəni müdafiə və təmin etmək istəyinə hörmət etdiyimi, həm də qiymətləndirdiyimi ona hiss etdirirəmmi? Ona olan münasibətimi sözlrlə təsdiqləyirəmmi?
Nüfuz. Bir halda ki, o, mənə görə məsuliyyət daşıyır (hətta, mənə görə ölməyə belə hazırdır), onun rəhbərlik nüfuzu ilə hesablaşdığımı ona göstərə bilirəmmi? Ailədə lider olması üçün ona şərait yaradırammı? Son vaxtlar bu münasibətdə ona necə kömək etmişəm?
Uzaqgörənlik. Yalnız öz intuisiyama güvənmədən onun vəziyyəti təhlil etmək və qərar vermək bacarığına etibar edirəmmi?
Münasibət. Fürsət düşdükdə onunla çiyin-çiyinə vaxt keçirirəmmi? Sevgilisi qədər onun dostu olduğumu ona hiss etdirirəmmi?
Cinsi yaxınlıq. Hətta, istəyim olmadan belə, onun cinsi rahatlığa olan təlabatına hörmət edirəmmi?
Ər arvadına sevgisini altı vacıb amillə, qadın isə ərinə hörməti heç də əhəmiyyətsiz olmayan altı askpetlə göstərirsə, onda onlar bir-birinə olan tələbatı qarşılıqlı ödəmiş olurlar. Bu konsepsiyaların əsası ondan ibarətdir ki, siz yarınızın ehtiyaclarını ödədiyiniz vaxt, sizin də ehtiyaclarınız ödənmiş olunur. Bunun sirri ondadır ki, öz həyat yoldaşınıza xidmət etməyə həmişə hazır olursunuz. Necə ki, bir qadın məktubunda qeyd edir:
Düşünürəm ki, mən hələ indi vacib olanları başa düşməyə başlamışam. Məsələ onda deyil ki, ərim mənə sevgi göstərməyib və məni başa düşməyə çalışmayıb. Sadəcə, mən özümü yenə də elə aparırdım ki, ərim mənim istəklərimi tamamilə yerinə yetirmədiyi halda, pisliklər ondan uzaq olmayacaq. Düzdür, mən özümü axmaq kimi aparırdım. O mənə qarşı sevgi ilə, mehribançılıqla davranır və buna davam etdiyi halda mən həmişə fikrimi xoşuma gəlməyən bir məqama cəmləmiş olurdum. Ərimin məni sevməsinə görə sevinməliydim, bunu da qiymətləndirdiyimi ona hiss etdirməliydim. Xahiş edirəm, mənim üçün dua edin ki, mən məhz bu cür edim. Tənqid və mənfi ruh əvəzinə məndə hörmət yaransın. Bu da
Bu qadının səmimi məktubu mənim xoşuma gəlir. Hələ onun bu sahədə olan anlayışını demirəm. O etiraf edir ki, bu cəhətdən cənnətə sahib ola-ola daha çox şeylər istəyən Həvvaya oxşayır (Yaradılış 3-ə bax). Süquta uğramış dünyada heç də həmişə «cox şey» əldə etmək olmur. Həmişə imkanımız xaricində olan müqəddəs kamillik Qraalı (İsa Məsihin anma gecəsində içdiyi Kasa) əldə etmək mümkün deyil. Lakin siz sevgi və hörmətin vəhdətinin sirlərini əldə edə bilərsiniz. Bu, münasibətlərinizi güc və enerji ilə təmin etməkdən
Üçüncü hissədə biz sevgi və hörmət prosesinin necə tamamlandığı barədə danışacağıq. Bu, sizin nikahınızı uğursuzluqdan uğura, uğurdan isə xoşbəxt nikaha doğru aparacaq. Mən sizə imanınızı öyrəndiklərinizlə necə birləşdirməyi göstərəcəm ki, siz xoşbəxt nikahdan zövq ala biləsiniz. Bu prinsipi mən Qələbə dövrəsi adlandırıram:
KİŞİNİ SEVGİSİ QADININ HÖRMƏTİNDƏN ASILI OLMADAN BƏXŞ EDİLİR; QADININ HÖRMƏTİ İSƏ KİŞİNİN SEVGİSİNDƏN ASILI OLMADAN BƏXŞ EDİLİR.
Qələbə dövrəsi sizə həyat yoldaşınızın ehtiyac duyduqlarını ona verməyin ən yaxşı yollarını göstərəcək. Bunun üçün İsa Məsihə olan imanınızı birbaşa sevgi və hörmətə bağlamaq lazımdır. Siz görəcəksiniz ki, ərinizin şərtsiz sevgisi Məsihin Cəmiyyətinə olan sevgisini ifadə edir və qadının ərinə olan şərtsiz hörməti Məbədin Məsihə münasibətini əks etdirir. Mən həmçinin, Qələbə dövrəsinin sizin daxili yetkinliyinizi və ruhunuzun azadlığını necə inkişaf etdirdiyini, ətrafdakı insanlar üçün sizi nümunə edəcəyinin və müdrikliklə həyat yoldaşınızın qəlbini əldə etməyin yollarını göstərəcəm.
ÜÇÜNCÜ HİSSƏ.
QƏLƏBƏ DÖVRƏSİ
Mən bu kitabın əvvəlindən axırına kimi izah edirdim ki, əgər ər və arvad ədəbli insanların sırasındadırlarsa, onda onlar bədbəxt nikahı xoşbəxt nikaha çevirməkdən ötrü sevgi və hörmət prinsiplərinə riayət edə bilərlər. Mən vurğulayırdım ki, siz həyat yoldaşınıza etibar etməli və onu ehtiyaclarından məhrum etmədən birinci addım atmalısınız. Məhz o zaman ehtiyac duyduqlarınızı əldə edəcəksiniz. Ötən fəsillərdə biz gördük ki, Allah nəinki kişiyə arvadını sevməyi, arvadına isə ərinə hörmət etməyi əmr edir, eyni zamanda O, bunları
Bəs, siz ərinizə tamamilə hörmət etdiyiniz halda, o, sizə sevgi göstərmirsə, onda nə etməli? Yaxud siz arvadınıza sevgi ilə yanaşdığınız halda özünüzə qarşı hörmətsizlik görürsünüzsə, nə etməli? Əgər siz sevgi və hörmət prinsiplərinin nəticələrini görmürsünüzsə, ondə nə üçün cəhd etməli?
Qələbə dövrəsi bu kimi suallara cavab tapmaqda sizə kömək edəcək. Müəyyən mənada Qələbə dövrəsi bu kitabın ən vacib hissəsini təşkil edir. Oxuyun, özünüz də bunun şahidi olacaqsınız.
FƏSİL 23.
HÖRMƏT VƏ SEVGİ ÜÇÜN HƏQİQİ ƏSASLANMA
Zənnimcə, cütlükləri Çıxılmaz dövrə ilə Energetik dövrə arasında saxlayan əsas problem odur ki, insanlar sevgi və hörmət prinsiplərinə riayət etsələr belə, müsbət nəticə əldə edə bilməyəcəklərindən qorxurlar. Konfranslarda şəxsi görüş zamanı, yaxud e-mail vasitəsilə aldığım bir neçə tipik cavablar: «Qorxuram ki, imanda irəliləsəm də, ərim yenə də mənə qarşı pis rəftar edəcək». «Mənim arvadım mənə qarşı hörmətsizlik etməyə davam edəcək. Fərq onda olacaq ki, o, indi daha dözülməz olacaq». «Mənim ərim mənə qarşı sevgisizliyinə davam edəcək. Bu dəfə o, çəkilməz olacaq».
Təbii ki, həmişə hər şeydə istisna hallar var. Kimsə hörmət göstərməyə qorxur, çünki müsbət nəticə görməyəcəyindən ehtiyat edir. Bir qadın bizə yazır:
Ərimdən üzr istəmək və ona hörmət etmək təklifiniz çox yaxşı səslənir. Böyük məmnuniyyətlə bunu etmək istərdim. Amma içimdə qorxu var ki, o, müsbət reaksiya verər. Mən isə bilmirəm ki, bu gün malik olduqlarımdan daha yüksəyini qəbul etməyə hazırammı? Məni qorxudan odur ki, onun mənə olan marağına hazır olmaya bilərəm.
Adətən, belə sualla qarşılaşırıq: «Bir halda ki, əks tərəf sevgi və hörmət göstərmirsə, nə üçün bunu etməliyəm?». Bir cütlük bizim konfranslara gəlib-gedirdi. Qadın ərinə qarşı hörmət göstərməyə cəhd etmək üçün razılaşmışdı. Amma əri bu cəhdləri şərh edirdi:
Hər şey su kmi duruldu. O, öz mövqeyinə qayıtdı. Arvadım atasından pis münasibət gördüyü üçün mənə etibar edə bilmirdi. Əvvəllər, o, ümumilikdə bütün kişilərə qarşı mənfi fikir və düşüncələrini dilinə belə gətirirdi. Doğma evimdə mən özümü əvvəlki kimi yetim hiss edirəm. Bəzən mənə elə gəlir ki, mən arvadı olmayan kişiyəm. Arvadımın yanında mən özümü tənqid və muhakimə olunmuş düşmən kimi hiss edirəm. Mənim hisslərim hər gün tapdalanmış olur. Çünki arvadım daim məni alçaldır və özümü kişidən başqa nə desəm kimi hiss edə bilirəm. Mənə arvadımı başa düşmək və onun hücumlarına necə cavab vermək üçün müdriklik lazımdır.
Yuxarıda nümunə gətirdiyim məktublara dair oxşar vəziyyətlər qəlbi sındıra bilər. Amma mən həmişə eyni məsləhət verirəm.
Nümunə üçün bir qadının məktubunu göstərmək istəyirəm: qadın deyirdi ki, bir gün əri gecə növbəsində işlədiyi vaxt zəng edib onu mükafatlandırdıqlarını dedi. Qadının isə «Şükür Allaha!» deməsi ərini qıcıqlandırdı. Sonra əri şikayətlənməyə başladı ki, onun işi çox ağırdır. Arvadı isə ona başa salmağa çalışırdı ki, onlara əlavə xərclər üçün pul lazımdır və buna görə onlar Allaha minnətdar olmalıdırlar. Əri öz həyatından gileylənməyə davam edirdi. Arvadı isə ona notasiya oxumamağa qərar verdi ki, ərinin özünə yazığı gəlməsin. Baxmayaraq ki, o, buna meyilli idi. Bunun əvəzinə o, ehtiram göstərərək susurdu. Arvadı susduqca, əri deyirdi: «Sən yaxşı olar ki, susmayasan. Mən ciddi deyirəm. Sən isə heç özünə oxşamırsan və məni əsəbləşdirirsən. Burada nəsə var. Mən sənə heç vaxt susmağı əmr etməmişəm. Mən həmişə məni dinləməyi və öz fikirlərinlə sözümü kəsməməyi xahiş etmişəm. Odur ki, susma!»
Qadın bizə yazanda ki, onun hörmətcil susqunluğu fayda vermir, mən əslində bunun necə faydalı olduğunu bildirdim. Hazırki vaxtda onun əri pis vərdişləri tərgidir və artıq ifşa olunmağa başlayır. Çox güman ki, arvadının susqunluğu ərinə özünü eşitməyə imkan yaratdı və o da öz eşitdiklərindən xoşlanmadı. Buna görə də o, düşünməyə başladı. Onun susqunluğu böyük
Bir neçə ay keçəndən sonra, qadın yenidən bizə yazdı: «Ərimlə münsibətlərimiz demək olar ki, çox yaxşıdır. Biz daha mübahisə etmirik». Onun ərinin ruhani həyatı tamamilə dəyişmişdi. Qadın da buna görə Allaha şükür edirdi. Sonra o, öz məktubunda yazır: «Bütün bunar mənim yeni münasibətimin – sözlərimdə və işlərimdə olan susqunluq və hörmətim sayəsində mümkün oldu». Bu qadın işlər yaxşılığa doğru dəyişmədikdə bundan asanlıqla şübhələnməyə dair yaxşı nümunədir. Hər şey üçün vaxt lazımdır və çox hallarda nəyinsə dəyişməsi üçün bəzən aylar lazım olur.
İlk addımlarında heç bir dəyişiklik görməyən, sonra isə daim heyrətlənən qadına dair başqa bir nümunə göstərək. O, öz keçmiş ərinə zəng edib onun evədəki mövqeyinə qarşı həmişə hörmətsizlik etdiyinə görə üzr istəmişdi. Qadın məsihçidir, kişi isə yox. Xəttin o biri başında bir qədər susqunluqdan sonra, kişi dedi «Çox sağ ol». Söhbət bununla da bitdi. Lakin bir neçə gündən sonra əri gecəyarı göz yaşları içində zəng edərək arvadının bu hərəkətindən necə təsirləndirdiyini bildirmişdi. Qadın izah etdi ki, layiqli qadın ola bilmədiyi üçün üzr istəməli idi. Bu dəfə də söhbət kəsildi. Bir həftə keçdikdən sonra əri yenə də gecəyarı zəng etdi. O etdikləri barədə çox fikirləşmişdi. İndi isə təəssüf hissi keçirirdi. O, yol verdiyi səhvləri bir-bir etiraf edərək qadının heç vaxt eşitmədiyi xoş sözlər deyirdi.
Digər bir vəziyyətdə isə qadın ərini tərk edib özünə başqa ev almışdı. Mən ərinə arvadına qarşı necə sevgi göstərmək lazım olduğunu məsləhət görmüşdüm. Onlar ünsiyyət qurmağa davam edirdi. Lakin əri onların münasibətində heç bir dəyişiklik görmürdü. Bir gün arvadı ona dedi: «Sən gözləyirsən ki, mən evə qayıtmaq üçün sənə yalvarım?»
Bütün bunlar baş verəcək vəziyyətlərə dair kiçik nümunədir. Əgər həftələr, hətta, aylar ərzində belə heç bir nəticə görmürsünüzsə, yenə də təslim olmayın. Vaxtın uzanmasını məğlubiyyət kimi qəbul etməyin. Düşünməyin ki, etdikləriniz əbəsdir. Çox vaxt sizin partnyorunuza qarşı göstərdiyiniz sevgi və hörmət düşündüyünüzdən də artıq təsir edir. Çunki insanın qəlbində nəsə baş verir. Allahın gücünə və daha böyük təsir edəcəyinə iman edin.
Siz nikahda daha çox nədən qorxursunuz? Bir kişi kimi siz arvadınıza qarşı sevgi göstərəcəyiniz halda nifrətlə üzləşəcəyinizdən qorxursunuzmu? Sizin yaxınlaşmaq üçün olan xoş məramınızın, səmimi və anlayışlı olmaq, sülhpərvərliyiniz, sadiqliyiniz və minnətdarlığınız qarşılığında o, əvvəlki kimi hörmət göstərməyə bilər.
Bir qadın kimi sizin ərinizə qarşı ehtiramlı münasibətinizin əvəzində onun əvvəlkindən də az sizi sevməsindən qorxursunuzmu? Siz ərinizin işinə, onun sizi müdəfiə və təmin etmək, uzaqgörənliyindən istifadə edərək xidmət və idarə etmək istəyinə minnətdarliğinizi bildirərək sizin üçün «yad olan» hörmətin dilini öyrənmisiniz. Həmçinin, çiyin-çiyinə olan dostluğunuzu göstərərək intim sahəsində yaxınlığa can atırsınız. Amma bütün bunlara baxmayaraq, o, yenə də sizə qarşı sevgi göstərməməyə davam edir. İman sahəsində siz yetkin məsihçi kimi hərəkət etməyə başlayırsınız. Lakin sizin əriniz dəyişmək istəmir.
İsa Məsih, Onun adı naminə imanlı insanın həyatında müxtəlif imtahanlar və çətinliklər barədə danışanda, həmçinin qeyd etmişdir ki, «insanın düşməni onun evindəkilərdir» (Matta 10:36). Siz buna öz təcrübənizdə əmin ola bilərsiniz. Belə olan halda, bəlkə etiraf edək ki, sevgi və hörmətin vəhdəti təsirsizdir? Lakin məsələ bundadır ki, siz şərtsiz sevdiyiniz və ya hörmət etdiyiniz halda Allahın iradəsinin ardınca getmiş olursunuz. Beləliklə, bu məsələdə ərinizin və nikahınızın sizin davranışınızla heç bir əlaqəsi yoxdur. Siz sadacə olaraq, həyat yoldaşınıza sevgi və hörtmət göstərmək çətin olduqda belə, öz itaətinizi və etibarınızı nümayiş etdirirsiniz.
Əninəm ki, Paul da Efeslilərə məktubunun altıncı fəslinin yeddinci və səkkizinci ayələrini yazanda, sizin nikahınızı nəzərdə tuturdu: «İnsanlara deyil, Rəbbə qulluq etdiyiniz kimi ürəkdən qulluq edin. Bilin ki, istər qul, istərsə də azad – hər bir kəs gördüyü yaxşı işin əvəzini Rəbdən alacaq». Ayədə qulların ağalarına xidmət göstərməsi barədə yazılıb. Lakin fikir verin ki, həvari bu ayəni azad insan fikri ilə yekunlaşdırır. Başqa sözlə desək, bu ayə bütün imanlı insanlara aiddir. Bir neçə ayə əvvələ getsək, siz bu prinsipin uşaqlar və valideyn (Efeslilərə 6:1–4-ə bax), həmçinin ər və arvad (Efeslilərə 5:22, 33-ə bax) münasibətlərinə də aid olduğunu görəcəksiniz. Paul bildirir ki, əgər biz hər şeyi Rəbb üçün edirmiş kimi etsək, Rəbdən də mükafat alacağıq. Nikahda sizin etdiyiniz hər şey əhəmiyyətlidir, hətta, sizin partnyorunuz bunu görməzdən gəlib inkar etsə belə. Qələbə Dövrəsinin mahiyyəti budur:
ƏRİN SEVGİSİ ARVADININ HÖRMƏTİNDƏN ASILI OLMAYARAQ BƏHRƏ GƏTİRİR; QADININ HÖRMƏTİ İSƏ ƏRİNİN SEVGİSİNDƏN ASILI OLMAYARAQ BƏHRƏ GƏTİRİR
Mən nikaha dair Müqəddəs Kitabın bu həqiqətlərini öyrətməyə başladığım vaxt, insanların bunu necə qəbul edəcəyini bilmirdim. Təəccüblüdür ki, çoxları Qələbə Dövrəsi haqqında məlumatları açıq qəlblə qəbul etdi. Özlərini köməksiz hiss edən insanlar dərk etdilər ki, Allah onların göstərdikləri cəhdlərə qarşı etinasız yanaşmır və
Bütün cütlüklər ehtiyyatlı olmalıdırlar. Кim ayaq üstə durduğunu düşünürsə, ehtiyatlı olsun ki, yıxılmasın. Məhz buna görə bir çox nikahlar gözəl və heyrətamiz göründüyü halda, qəflətən
Uğurlu nikahın Qələbə Dövrəsinin daha bir imtiyazı ondan ibarətdir ki, bir-birinizə məhz bu cür münasibət qurmanızın səbəbini dərk etməyə başlayırsınız. Beləliklə də, siz nikahda olan digər cütlüklərə sevgi və hörmətin prinsiplərini izah edə bilərsiniz. Digər cütlüklər sevgi və hörmətin vəhdətini dərk edəndə, mukafat yüksəlir. Bəs, bu mükafat nədir? Onlardan bəzilərini biz hələ yerdə ikən alacağıq, lakin göylərdə bizi ağlasığmaz mükafatlar gözləyir.
Mən bu barədə serebral iflic olan bir imanlının necə bölüşdüyünü eşitmişəm. O, çox dərin düşüncəli idi: «Allah məni göylərə hazırlayır... Belə desək, mən Onun qaz sobasındayam. Məni əbədi məqsədlər üçün hazırlayır. Amma mən hələ bir az çiy qalmışam. Mən öləndə və Onun qarşısında dayandığım vaxt O deyəcək: “Afərin, yaxşı və sadiq qulum!”». Onun sözlərindən təsirlənib gülümsədim və göz yaşlarımı saxlaya bilmədim.
İsa Məsih bizi Ondan «Yaxşı!» müraciətini eşitməyə hazırlayır. O, bizə bu sözləri demək istəyir: «Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!» (Matta 25:21).
Nə vaxtsa «Ağanın sevincinə şərik ol!» fikrinin hansı mənaya malik olduğu üzərində düşünmüsünüzmü? Bu, həddi-hüdudu olmayan sevincdir. Buraxılış gecənizi, toy gününüzü, ad günlərinizi, uşağınızın doğulmasını, yay tətillərini, hərbi xidmətdə yüksəlişinizi, təqaüdə çıxmağınızı, dostlarla əyləncələrinzi, valideynlərinizdən aldığınız sürpizləri, ailə üzvlərinizin Məsihi qəbul etməsini, sağlmağınızı yadınıza salın. Əgər siz hər günün hər saatını bu hadisələrin sevincinin tamlığı ilə yaşamış olsaydınız, nə baş verərdi? Təsəvvür edin ki, siz «Ağanızın sevincinə şərik!» olduğunuz vaxt bu tamlıq milyard dəfələrlə çox olacaq.
Sevincin bu ilk anlarını sonsuzadək hiss etmiş olsaydınız, nə baş verərdi? Yadınızdadır, siz Milad bayramı üçün velosiped istəmişdiniz, amma valideynləriniz bunu verib-verməyəcəyi barədə heç nə deməmişdilər. Siz intizarda qalırsınız. Və budur, Milad gününün səhəri gəlib çatır. Və siz yolkanın altında parıldayan təzə velosiped görürsünüz. Və siz yalnız «ay... nə yaxşı...» deyə bilirsiniz!
Yaxud da almaz qaşlı üzüyə heyrətlə baxan qadını təsəvvür edin. O, dərindən heyrətlə ah çəkir. Mən bir dəfə Uol-Stritin investorları ilə söhbət etdiyim vaxt onlardan nə baxtsa «ah» deyə dərindən içlərini çəkdikləri hissini yaşadıqlarını soruşdum. Onlardan biri dedi ki, gözləmədiyi halda yüz min dollarlıq qəbz aldığı vaxt bu hissi yaşayıb. Mən həyacandan udqunuraq «Həəə!» dedim.
Başa düşürsünüzmü ki, sizin ən gözəl və ən heyrətamiz sevinciniz hələ irəlidədir? Rəbb sizi tamlığı ilə mükafatlandırmaq üçün diqqətlə izləyir. «Hər kəs Allahdan ona düşən tərifi alacaq» (1 Korinflilərə 4:5). Bizi nələrin gözlədiyini Efeslilərə məktubun altıncı fəslinin yeddinci və səkkizinci ayələrindən öyrənə bilərsiniz: «İnsanlara deyil, Rəbbə qulluq etdiyiniz kimi ürəkdən qulluq edin. Bilin ki ...hər bir kəs gördüyü yaxşı işin əvəzini Rəbdən alacaq». Gözləriniz önündə elə təsəvvür edin ki, imanlılar göylərə gedən pilləkənlə qalxır və Məsihin qarşısında dayanırlar. Bir kişiyə O deyəcək: «Afərin, yaxşı və sadiq qulum! Sən sənə qarşı hörmətsizlik edən arvadına sevgi ilə yanaşmısan. Sən ona qarşı göstərdiyin sevginin hər anına görə əvəz alırsan! Qadına isə deyəcək: “Afərin, yaxşı və xeyirxah qadın! Sən sənə qarşı sevgi göstərməyən ərinə hörmətlə xidmət etmisən. Mən hər şeyi görürdüm. Sən ona qarşı göstərdiyin hər hörmətin hər anına görə mükafat alırsan!».
Sonra isə İsa Məsih sizi cənnət adlanan yerə aparır (Luka 23:42-ə bax). O, «Öz Səmavi Padşahlığı üçün xilas edəcək» (2 Timotey 4:18). Siz Məsihlə həmin yerə daxil olduqda xüsusi heyranlıq yaşayacaqsınız. Siz «izzətli hüzuruna böyük sevinclə nöqsansız çıxarılacaqsınız» (Yəhuda 24). Bu an gözləmədiyiniz halda sizə elə bir qiymətli hədiyyə təqdim olunur ki, siz ancaq «Aaahhh!» deyə heyrətlənəcəksiniz. Gördüyünüz bu şeylər sizin ən ülvi arzularınızdan da yüksək olacaq. Və qəflətən siz sevgi və izzət buluduna bürünəcəksiniz. Siz, demək olar ki, Rəblə sizi heç vaxt tərk etməyən izzətə bürünəcəksiniz. (Koloslelilərə 3:4)[35] .
Göyləri təssəvvür etmək təsvir olunmayan şeylərlə müqayisə etmək kimidir. Hətta Paul deyir ki, «müvəqqəti, yüngül əziyyətlərimiz bizə heç bir şeylə müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır». (2 Korinflilərə 4:17; həmçinin Romalılar 8:18-ə bax).
Gəlin, Mattanın Müjdəsinin iyirmi beşinci fəslinin iyirmi birinci ayəsinə qayıdaq: «Sən xırda işlərdə sadiq oldun». Bəs, «xırda» nədir? Əlbəttə, bu anlayış Paulun Efeslilərə məktubunun beşinci fəslində aydın təsvir edilir «arvadlarınızı sevin... ərlərinizə hörmət edin» (33-cü ayəyə bax). Siz nikahda öz partnyorunuzu sevmək və ya hörmət etməyə qərar verəndə, onda özünüz üçün sonu olmayan qazanc hazırlayırsınız. İsa Məsih belə təklif edir. Bu dünyada bir neçə əmri yerinə yetirin və siz əbədiyyətdə daha artığını alacaqsınız.
Bəlkə də dünya gözündə qadına qarşı kobud və ədəbsiz rəftar edən ərə hörmət göstərmək qadın üçün mənasızdır. Ona qarşı hörmətsiz yanaşan qadını sevmək də kişi üçün mənasızdır. Amma bu, Allah üçün vacibdir. İlk baxışdan əhəmiyyətsiz görsənən bu cəhdlər Allah üçün çox vacibdir. Çünki O, belə xidməti mükafatlandırır. Allah üçün hikmətli görünən, dünya üçün ağılsızlıqdır. (1 Korinfililərə 3:19-a bax).
İmanlılar dünya gözündə ağısızlıqları edəndə, göylərdə baş verən «Oooo!» effektini təsvir etməyi sevirəm. Təsəvver edək ki, milyonlarla mələklər əllərində böyük bir qulp tuturlar. Və hər dəfə siz həyat yoldaşınıza qarşı hörmət və sevgi ilə yanaşaraq düzgün hərəkət edəndə, mələklər bu qulpu dartır. Onda «Oooo!» gizli hədiyyə qızıl qaba qoyulur. Baş mələk izah edir: «O, bunu bir daha təkrar etdi! O, bir daha bu təkəbbürlü qadına qarşı məhəbbət göstərdi!» yaxud da əksinə, «Afərin bu qadına! O, bu zəhlətökən ərə hörmət göstərir! Qulpu çək!».
Etiraf edək ki, bu, uydurulmuş bir səhnədir. Amma həqiqətdən heç də uzaq deyil. Müqəddəslərin duaları «qızıl kasaya» yığılır. Rəbb bizimlə baş verənləri diqqətlə izləyir. Paulun dediyi kimi, «hər bir kəs gördüyü yaxşı işin əvəzini Rəbdən alacaq» (Efeslilərə 6:8). Allahın məğlub olmayan sistemi işləyir. Və hər şeyin hesabını aparır. Bütün əməllər kitabı açılacaq və insanlar öz əməlinə görə mühakimə olunacaq. (Vəhy 20:12-ə bax).
Sizcə, mən demək istəyirəm ki, biz öz xilasımızı qazanırıq? Əlbəttə ki, yox. Paul aydın şəkildə deyir ki, biz lütflə iman vasitəsilə xilas olunmuşuq. Bu, «sizin naliyyətiniz deyil, Allahın hədiyyəsidir. 9Əməllərlə deyil ki, heç kim öyünə bilməsin» (Efeslilərə 2:8,9). Lakin Efeslilərin məktubu ikinci fəsil onuncu ayəyə nəzə salaq. Biz əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq. Nə üçün? Ona görə yox ki, biz xilasımıza görə Rəbbə az da olsa odəniş edək. Ona görə ki, Ona məmnun edək. Və biz Onu məmnun edəndə, O da bizi mükafatlandırır.
Paul Konrinfililərə birinci məktubun üçüncü fəslinin on birinci ayəsindən on beşinci ayəsinə kimi xilas ilə mükafat arasında dəqiq fərqi izah edir. Hər bir imanlı yeganə real və möhkəm təməl – İsa Məsih üzərində diqqətlə qurulmalıdır. «Bu bünövrənin üstündə qızıldan, gümüşdən, qiymətli daşlardan, taxtadan, samandan, küləşdən kim nə isə inşa edərsə, onun əməli bəlli olacaq və qiyamət günü onu ortaya çıxaracaq, çünki odla aşkar olunacaq. Od da hər birinin əməlinin keyfiyyətini sınaqdan keçirəcək» (12–15-ci ayələr).
Bizlərdən hansımızsa büdrəyib deyə bilər: «Mənim üçün mükafat maraqlı deyil. Mən sadəcə Rəbbin ardınca getmək və göylərdə olmaq istəyirəm». Amma bir anlıq dayanıb düşünün. Bir halda Məsih deyir ki, O, bizi mükafatlandırmaq istəyir, bəs, onda siz kimsiniz ki, «Mənə mükafat lazım deyil» deyəsiniz? Bu sözlərdə yanlış təvəzökarlıq var. Sanki mükafat sizin üçün heç bir əhəmiyyət kəsb eləmir. Mükafat çox vacibdir. Çünki Məsih onu vacib hesab edir. Mən Allahın Oğlu ilə mübahisə etməyi ağılsızlıq hesab edirəm.
Bəli, bizi Allahın mükafatı gözləyir. Etdiyimiz heç bir əməl
İyirmi beş illik cütlüklərlə məsləhətləşmələr, sevgi və hörmət barədə aparılan konfransların sayəsində belə bir nəticəyə gəldim ki, məsihçi cəmiyyətlərində biz «nikah böhranından» çox «iman böhranı» ilə rastlaşırıq. Məsələ ondadır ki, hər birimiz belə bir sualla qarşılaşırıq: «Mən Məsihin dediklərinə inanıram, yoxsa yox?». Məsələ ondadır ki, biz sevgi və hörmət prinsiplərini İsa Məsihə edərmiş kimi etməyənədək onların prinsiplərinə riayət edə bilməyəcəyik. Əgər siz Məsihin mövcud olmasına şübhə ilə yanaşırsınızsa və Məsih həyatınızın həqiqi Rəbbi deyilsə, onda sizdə heç nə alınmayacaq.
Əksər kişi və qadınlar bu vəziyyəti o qədər dərk etməlidirlər ki, bu sözləri deyə bilsinlər: «Rəbb, iman edirəm! İmansızlığıma kömək et! Mən Sənin ardınca gedib Sənin iradəni Sənə görə yerinə yetirmək istəyirəm». (Mark 9:24; Efeslilərə 6:7,8-ə bax). Bu həqiqəti dərk edən bir qadın bizə yazırdı:
Zaman keçdikcə mən həddindən artıq tez inciyən və kişilərlə münasibətdə daima qorunmaq mövqeyini tuturdum. İndi dərk edirəm ki, mənim bütövlüyüm Məsihdədir. Mənim baxışlarım, təhlükəsizlik və əhəmiyyətlilik hisslərim yalnız Məsih vasitəsilədir. Bütün məsələlər məndən deyil, Məsihdən asılıdır. Mən kiməsə nəsə sübut etməyə borclu deyiləm... Mən rahatlanıb Müqəddəs Ruhun mənim üzərimdə və mənim vasitəmlə iş görməsinə icazə verməliyəm.
Bəli, elə anlar olacaq ki, bu, sizdə alınmayacaq. Lakin Süleymanın məsəlləri iyirmi dördüncü fəsil on altıncı ayədə deyilir: «Saleh yeddi dəfə yıxılsa belə, yenə qalxar». Heç kəs kamil dərəcədə sevə bilmir və heç kəs kamil səviyyədə hörmət göstərə bilmir. Amma biz bunu Rəbb üçün edirmiş kimi etsək, yıxılsaq belə, qalxacayıq. Uğurlu və uğursuz cütlüklər arasındakı fərq ondadır ki, uğurlu cütlüklər qalxmağa davam edir və yaranan problimi həll etməyə çalışırlar. Uğursuz cütlüklər isə hər şeyi asanlıqla və tezliklə əldə etmək istəyirlər. Onlar uğuru dərhal görmək istəyirlər. Onlar ehtiyaclarının tez bir zamanda təmin olunmasını istəyirlər, vəssalam. Onlar mübahisə istəmir, sadəcə xoşbəxt olmaq istəyirlər. Bu cür yanaşma kal yanaşmadır.
Yetkin ər etiraf edir: «Mən məğlubiyyətə dözdüm. Mən haqsız idim. Məndə həll olunmalı problemlər var». Yetkin qadın deyir: «Bilirsən, mən sənə qarşı çox vaxt hörmətsizlik göstərmişəm. Həmişə düşünmüşəm ki, məsələ sevgidədir. Lakin “hörmət” sözünü ağlımdan belə keçirtməmişəm».
Bir qadın mənimlə söhbət zamanı dedi:
— Xahiş edirəm, bu sözü bir daha təkrarlayın.
Mən təkrar etdim: — Hörmət.
Qadın dedi:
— Bəli, özüdür ki, var.
Xoşbəxtlikdən, «hörmət» anlayışını dərk edən və həyata keçirən qadınlar çoxdur. Bir qadın biləndə ki, onun imansız əri başqa bir qadınla roman yaşayır, ona qarşı duyduğu hörmət hissini həmin anda itirmişdi. Bir qədər keşdikdən sonra ər iman etdi, onlar barışdılar və indi ər ailədə ruhani lider kimi böyüməyə cəhd edir. Eyni zamanda da qadın yaxşı həyat yoldaşı olmaq üçün can atır. Onların qarşısında uzun bir yol var. Lakin bu yolda onlar dayanmır və uğur qazanırlar. Qadın yazır:
Mənim üçün Allah xatirinə ərimə hörmət göstərmək daha asandır, nəinki lazım olduğuna, yaxud da onun özünü hörmətə layiq şəkildə apardığına görə. Təşəkkür edirəm ki, siz mənə kişi eqosunun nə qədər zərif olduğunu görməyimə kömək etdiniz. Heç ağlıma gəlməzdi ki, onun bir kişi kimi ləyaqət hissi qadının hörmətindən asılıdır. Mən həmişə mübahisə vaxtı sizin sözlərinizi xatırlayıram. Dəfələrlə olub ki, mən emosiyalarıma uymayıb hörmətlə danışmaq üçün özümə təzyiq göstərmişəm. Mən onu yaralamamağı bacardım. Mübahisəmizdə nə kobud, nə də qəlbə dəyən sözlərə yer olmadı.
Digər bir qadın isə əri tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalırdı (mən bu vəziyyətləri yolverilməz hesab edirəm və belə hallarda kömək və müdafiə axtarmağı məsləhət görürəm). Əri tövbə etdikdən sonra qadın onunla barışdı. O, tezliklə anladı ki, ərini hələ də bağışlaya bilmir. Ona görə də ona hörmət göstərə bilmirdi. Bizim vəsaitlərlə tanış olduqdan sonra, qadın mübahisələr və dava-dalaşın əvəzinə təmkinliyi və ləyaqətini qoruyaraq ərinə hörməti nümayış etditməyə başladı. Onların qarşılıqlı münasibəti getdikcə yaxşılaşırdı. Və qadın danışır:
Mən daha çox mənim ehtiramlı davranışım sayəsində ərimin Məsihə gəlməsini istəyirəm. Etiraf etməliyəm ki, mən çox vaxt sizin öyrətdikləriniz üzərndə düşünürəm. Görürəm ki, təliminiz Müqəddəs Kəlam üzərində qurulub. Müqəddəs Ruh mənim üsyankar davranışmı, nifrəti və itaətsizliyimi göstərərək ifşa etməyə davam edir. Sizin dediklərinizi həyata keçirtmək üçün Rəbdən həmişə güc istəyirəm. Və O, sadiqdir!
Qələbə Dövrəsi sizin Məsihi sevib Ona ehtiram göstərməyinizdən asılıdır. Xüsusilə də, siz həyat yoldaşınıza Rəbbə edirmiş kimi sevgi və hörmət göstərəndə. Hökm günü barədə məsəldə (Matta 25:31–49-a bax) salehlər soruşur: «Ya Rəbb, biz Səni nə vaxt ac görüb yemək verdik və ya susamış görüb su verdik? Nə vaxt Səni qərib görüb qəbul etdik və ya çılpaq görüb geyindirdik? Nə vaxt Səni xəstə və ya zindanda görüb yanına gəldik?» (37–39-cu ayələr). Padşah da cavab verib onlara deyəcək: «Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz» (40-cı ayə).
Biz bu məsəldən əsas prinsipi öyrənə bilərik: mən nikahda öz partnyorum üçün nə edirəmsə, Məsih üçün edirəm. Ərinin arvadına olan şərtsiz sevgisi Məsihə olan sevgisinin sübutudur. Allahı sevən ər arvadını da belə bir məhəbbətlə sevməlidir. Əgər siz arvadınızı sevmirsinizsə, onda özünüzə belə bir sual verməlisiniz: «Həqiqətənmi, mən Məsihi sevirəm?»
Qadının ərinə olan şərtsiz hörməti onun Məsihə olan hörmətini göstərir (Eefeslilərə 5:21,22; 6:6,7-ə bax). Allaha hörmət göstərən qadın ərinə də belə hörmət göstərməlidir. Əgər siz ərinizə hörmət göstərməyi bacarmırsınızsa, onda özünüzə belə bir sual verməlisiniz: «Həqiqətənmi, mən Məsihi sevirəm?». Ər və arvad üçün nəticə eynidir və belədir:
ƏSLİNDƏ, SİZİN NİKAHINIZIN HƏYAT YOLDAŞINIZLA HEÇ BİR ƏLAQƏSİ YOXDUR. MƏSƏLƏ, SİZİN MƏSİHLƏ OLAN MÜNASİBƏTİNİZDƏDİR.
Düzdür, bəlkə siz kamil səviyyədə sevgi və ya hörməti nümayiş etdirə bilmirsiniz. Amma bu, o demək deyil ki, siz Məsihi sevmirsiniz. Ancaq sizin Məsihə olan sevginiz hər şeyi yenidən başlamanıza imkan verir. Siz ehtiyaclarınızın qarşılığını həyat yoldaşınızdan gözləmədiyinizi etiraf edərək tövbə edib günahlarınızı etiraf etməlisiniz. Həyat yoldaşınıza qarşı sevgi və hörməti sizin təlabatlarınızı ödəmək və Çıxılmaz dövrədən çıxmaq məqsədilə etməyin. Ən sonunda, siz hörmət və sevgini ona görə nümayış etdirirsiniz ki, həyat yoldaşınızın simasında Məsihi görürsünüz. Əslində nikahınızın Məsihə olan sevgi və itaətinizi nümayiş etdirmək üçün bir sınaq olduğunu dərk edərək hökm günündə Rəbbin önündə dayanmaq üçün hazırlaşırsınız.
Hər dəfə siz həyat yoldaşınıza hörmət və sevgi bildirəndə, göylər sizi diqqətlə izləyir. Milyardlarla mələklər qulpu çəkərək «Afərin!» deyir.
Mən məşhur bir televiziya şirkətinin vitse-prezidenti işləyən dostumla danışırdım. O, bizim Qələbə Dövrəsi haqqında olan təlimimizi eşidəndə demişdi: «Deməli, belə! Sən demə, məsələ nə məndə, nə də ki, arvadımdadır. Məsələ məndə və Məsihdədir. Heç vaxt bu barədə eşitməmişdim!». Mənim dostum imanlıdır. Amma o, əvvəllər belə bir təsəvvürə malik olmamışdır ki, məsələ onunla arvadında deyil. Məsələ onunla Rəbb arasındadır.
Lakin Qələbə Dövrəsində daha bir vacib məqam var. Bu məqam «yetkinlik» adlanır. Yəni siz uşaqlarınız və ətrafdakılarınız, xüsusilə də həyat yoldaşınız üçün nümunəyə çevriləndə, Məsihdə dolub-daşan dolğunluğa və azadlığa malik olursunuz. Biz bu mükafatları kitabımızın sonuncu fəslində araşdıracağıq.
FƏSİL 24.
HƏQİQƏT DOĞRUDAN DA SİZİ AZAD EDƏ BİLƏR
Beləliklə, Qələbə dövrəsi yaxşıdır. Siz səmavi mükafatın hədsiz olacağı ilə razılaşırsınız. Göylərə düşdüyünüz an sizin ilk təəssüratınız içinizi çəkərək heyrətlə «Aaahhh!» deməyiniz olur. Çünki heyrətinizi təsvir etmək qeyri-mümkündür. Bu heyrətin, hədsiz sevincin və həzzin əbədi sürəcəyini dərk etmək – ağlasığmazdır. Və siz başa düşürsünüz ki, sizin nikahınızın ilk növbədə nə sizinlə, nə də ki həyat yoldaşınızla əlaqəsi yoxdur. Sizin nilkahınız sizinlə və İsa Məsihlə əlaqəlidir.
Nikah – bu, sizin Rəbə itaət etmək və Onu məmnun etmək prosesində şərtsiz sevginin və hörmətin sınanmasıdır. İlk növbədə siz nikahda sevgi və hörməti nə qədər vacib olsa da, həyat yoldaşınızın tələbatlarını təmin etmək üçün göstərmirsiniz. Sizin birinci və əsas məqsədiniz – Məsihə itaət göstərib Onu məmnun etməkdir. Bunu etməyə başlayanda, çox vaxt (lakin həmişə yox) sizin ehtiyaclarınız ödənməyə başlayır. Və bu, gözəldir və böyük xeyir-duadır. Lakin sizin əsas məqsədiniz Rəbbə itaət göstərib Onu məmnun etmək istəyi olmalıdır.
Qələbə Dövrəsində daha bir imtiyaz var. Orada sizin problemlərinizi günü elə bu gün həll edə biləcək mükafatlar mövcuddur. Göylər gözləyər. Allah vaxtı tamamilə idarə edir. Lakin siz kamil olmayan həyat yoldaşınızı başa düşmək üçün daha böyük köməkdən istifadə edə bilərsiniz. Mən öz həyatlarında sevgi və hörmətin vəhdətini sınaqdan keçirən cütlüklərdən çoxlu sayda nümunələr gətirə bilərəm. Amma bu prinsiplər onlarda lazımı bəhrələr verməyib. Onların həyatında Çıxılmaz dövrənin hərəkətinin dayanmasının səbəblərini başa düşən çoxlu cütlüklər var. Amma onlar Energetik dövrənin prinsiplərini başa düşməyiblər. Elə cütlüklər də var ki, öz həytlarında Çıxılmaz dövrənin dağıdıcı təsirinə güclə dözürlər.
Bir cütlük bizim sevgi və hörmət barədə olan təlimimizdən bəhs edən kasetlərə qulaq asmışdı. Ər bizə yazdığı məktubunda etiraf edirdi ki, o, arvadını Allahın istədiyi kimi sevmirmiş. O, həmçinin qeyd edirdi ki, onun arvadının xasiyyətində də oxşar problemlər var. Daha sonra o, məktubunda yazır:
Sizmi, yoxsa ki, Allahmı, deyə bilmərəm, amma nöqtəsindən vurdunuz. Mən arvadımın mənə dediyi və qəlbimə dəyən sözlərini yazmağa başladım. Mən bu barədə ona deməmişdim və onun əleyhinə istifadə etmək fikrində deyildim. Sadəcə təəccüblənirdim ki, mənim şəxsiyyətimə hər gün nə qədər hücumlar olunur. Arvadımı mühakimə etmək istəmirəm. Sadəcə qeyd etmək istəyirəm ki, hörmət həqiqətən də vacib məqamdır. Kişilərə xas ən real reaksiya «özünə qapanıb susmaqdır». Xahiş edirəm, arvadımı onun davranışından asılı olmayaraq, şərtsiz sevə bilməyimdən ötrü mənim üçün dua edəsiniz.
Bəzən sevgi və hörmətin vəhdəti əks təsir göstərir. Necə ki, bir qadının əri ona göstərilən hörməti arvadının bunu düz edib-etmədiyinə əmin olmaq məqsədilə ölçürdü:
İndi mənim ona, hətta belə olmasa da, hörmətsizliyimi hiss edən kimi, ərim keşmişi xatırlayır və qəzəblənməyə başlayır. Çoxdandır onu belə qəzəbli görmürəm. Əslində, sizdən aldığım məlumatları onunla bölüşdüyümə görə peşmanam. Çünki o, bunu hər dəfə mənə qarşı istifadə edir. Onun tənqidinə dözə bilərəm. Düşünürəm ki, tənqidi qazanmışam. Lakin tənqidlə yanaşı elə bir qəzəbə məruz qalıram ki, harasa qaçmaq və gizlənmək istəyirəm.
Mən bu qadının hisslərini başa düşürəm. Demək olar ki, mən də onun təsvir etdiyi mühitdə böyümüşəm. Atam tez-tez hiddətlə anamın üstünə düşürdü. Öz təqsir hissini siğortalamaq üçün anamın istəmədən etdiyi şeylərə irad tuturdu və özündən çıxırdı. Amma anam heç vaxt özünü qurban hesab etmirdi. Ömrümdə heç vaxt eşitmədim ki, anam atam haqqında nəsə pis bir söz desin, ya da onunla dalaşsın. Mən öz narazıçılığımı bildirəndə isə, anam həmişə deyərdi: «Sənin atan hələ üç aylığındı ikən öz atasını itirib. Buna görə də o, atalıq hissini dərk etmir».
Mənim anam özünə bəraət qazandırmaq və atamı aşağılamaq, həm də məni özünə çəməkdən ötrü atamın hiddətindən istifadə edə bilərdi. Ancaq o, bunu etməyi düşünmürdü. Yalnız illər keçəndən sonra səbəbini başa düşdüm. Anamın valideynləri ömür boyu iztirab çəkiblər. Anamın bir neçə qardaş və bacısı ölmüş, atası isə ömür boyu əlil arabasına məhkum olmuşdu. Anam asanlıqla qurban mövqeyini tuta bilərdi. Amma o, başa düşürdü ki, bu mövqeyi ilə heç nəyi dəyişdirə bilməyəcək. O, pozitiv mövqeyi tutmağı qərara almışdı. O bilirdi ki, əgər istənilən münaqişədə alternativ yanaşma tapsa, heç vaxt köməksiz və ümidsiz qalmayacaq. Buna görə də bu, heç vaxt baş vermirdi. Və nəhayət, anamın məhz bu mövqeyi atamın Məsihə gəlməsinə işıq saçan bir ulduz oldu.
Düşünəndə ki, əksər kişi və qadınlar öz həyat yoldaşlarının qəzəblərindən və alçaldıcı tənqidlərindən əziyyət çəkir, ürəyimdən qara qanlar axır. Mən onları başa düşürəm. Lakin eyni zamanda dərk edirəm ki, onlara mənim anlayışım lazım deyil. Onlar başa düşməlidir ki, daxili azadlığı və ruhun yetkinliyini əldə etməyin yolu Qələbə dövrəsindən keçir. Bəlkə deyəcəyim sözlər həddindən artıq ağır, hətta mühakimə edirmiş kimi səslənə bilər. Ancaq xahiş edirəm, mənə qulaq asmağa cəhd edin. Mən sadəcə əlinizi sıxmq deyil, sizə kömək etmk istəyirəm. Sizin problemlərinizin həlli
Birincisi, siz qətiyyətlə qərar verib deməlisiniz: «Arvadımın davranışlarına qarşı göstərdiyim reaksiyalara mən özüm şəxsən məsuliyyət daşıyıram». Mənim vəziyiyyətmdə belə olmağıma Sara səbəkar deyil. O, sadəcə iç üzümü açmağıma kömək edir. Mən ona sevgi göstərməyəndə etiraf edirəm ki, həll edilməmiş problemlər var. Mənim xasiyyətimdə və qəlbimdə hələ də kifayət qədər sevgi yoxdur. Bunu etiraf etməliyəm. Bəlkə də onun bu məsələdə günahı yetmiş faiz, mənimki isə otuz faizdir (təktrar edirəm, bəlkə də”. Amma məsələ ondadır ki, mən bu otuz faizlə nə etməliyəm?
Həyat yoldaşınızın faizləri ilə oynamayın. Problemdən qaçmaq asandır. Amma onda siz ruhani böyüməyəcəksiniz. Əslində, o, belə vəziyyətlərdə özünü qurban hiss edir və ya onda qurban mentaliteti inkişaf edir. O istəyir ki, onu xilas etsinlər. O, cənnəti yer üzündə istəyir. O, həyat yoldaşını və digər adamları özündən uzaqlaşdırmağa başlayır. Çünki onlar onun yaralarını sağaltmamış və ona təsəlli verməmişdilər. Qurban mentalitetindən qurtulun! Anlayın ki, hansı çətinlik olursa olsun, siz öz vəziyyətinizdə həqiqi şəfanı və təsəllini yalnız Rəbbə üz tutmaqla və Ona güvənməklə əldə edə biləcəksiniz. Özünü başqa cür aparmaq günah etmək deməkdir. Bunu eturaf etmək çətindir. Çünki sizə qarşı günah edilib. Əslində isə, siz elə düşünürsünüz ki, hamı sizin əleyhinizədir. Buna baxmayaraq, növbəti prinsipi öyrənməlisiniz:
HƏYAT YOLDAŞIMIN DAVRANIŞI NƏ DƏRƏCƏDƏ QƏZƏBLİ OLURSA OLSUN, BU DAVRANIŞA GÖSTƏRDİYİM REAKSİYALARA GÖRƏ ÖZÜM MƏSULİYYƏT DAŞIYIRAM.
Qələbə Dövrəsində önəmli uğurlar qazanan bir kişinin məktubunu sizə oxumaq istəyirəm:
Arvadımın reaksiyasını və davranışını düzgün qəbul etmədiyimi başa düşürəm. O, mənim istədiyim kimi cavab verməyəndə incimirəm. Yaxşı olardı ki, mən qarşı tərəfi düşünüm. Biz indi daha az mübahisə edirik. Konfranslara gələnə kimi bizim münasibətlərimiz dözülməz idi. İndi ona daha çox sevgi göstərəndə, o da mənə qarşı mehriban münasibət göstərir. Lakin o, hələ də öz günahını etiraf etmir. Buna görə də bizim münasibətlərimiz çox vaxt Çıxılmaz dövrənin yelləncəyində bitir. Dua edirəm ki, vaxtı çatanda o, bunu etsin. O, əvvəlki kimi öz emosiyalarında və hisslərində qalır. Mən ona qəlbimi başa düşməsində kömək edirəm. Amma o, əmindir ki, mübahisələrə görə günahı kişilər boynuna götürməlidir. Onun bu əminliyi ilə razılaşmaq mənim üçün çətindir.
Qum dənəciyi təsvir edin. Əgər bu qum dənəcəyi adamın gözünə düşərsə, o, qıcıqlandırma yaradacaq, sonra iltihaba səbəb olacaq və əgər ona bir çarə edilməzsə, görmə qabiliyyətinin itirilməsi ilə nəticələnəcək. Lakin bu qum dənəsini balıq qulağının içinə qoyun. Orada da qıcıqlandırma baş verəcək. Sonra sekresiya və nəhayət, balıq qulağında mirvari əmələ gələcək. Gözdə baş verənlərin əsas səbəbi qum dənəsi idi? Bəs, mirvarinin əmələ gəlməsinə səbəb qum dənəsi idi? Xeyr. Əks halda, hər iki vəziyyətdə nəticə eyni olardı. Qum dənəsi gözün və balıqqulağının daxilində baş verənlər üçün bir faktor idi. Real həyatda həyat yoldaşınla münasibət qıcıqlandırma yaradırsa, siz bu qıcıqlandırmanı ya iltihaba, ya da ki mirvariyə çevirə bilərsiniz.
Daha bir nümunə isə öz şüalarını yağa və gilə salan günəşdir. Yağ yumşalır, gil isə bərkiyir. Günəşin temperaturu yağın və gilin daxili xüsusiyətlərini üzə çıxardır.
Sizin yarınız çox vaxt qıcıqlandırıcı kimi hərəkət edir. Belə hallar mövcuddur. Biz bunun üzərində dayanmayacağıq. Kişi və ya qadın sizi sıxma-boğmaya salaraq hansısa tələblər irəli sürür. Sizə istilik gəlir və boğulmağa başlayırsınız. Belə sıxıcı vəziyyətdə seçim arasında qalırsınız: ya imanlı kimi ya da günahlı adam kimi cavab vermək lazım olur. Həyat yoldaşını ittiham etmək asandır. Sizinlə baş verənlərdə sonda həmişə o, günahkar olur, elə deyimi? Əgər siz ittiham yolu ilə gedirsinizsə, siz özünüzü qurbana çevirib Allahın bütün mükafatlarını əldən buraxacaqsınız.
Siz təzyiqə məruz qalanda, hətta ətrafınızda hərarət yüksələndə özünüzə bunları deməyi unutmayın: «Daxili azadlığa malik yetkin insan kimi bunu öz məsuliyyətim kimi dərk edərək cavab verəcəm». Belə yaşamaq asan deyil. Bir kişi mənə demişdir ki, özünü qapı ağzına sərilmiş əsgi kimi hiss edir. Lakin buna baxmayaraq o deyir: «Arvadıma görə münasibətdə Məsihin iştirak etməsini və buna görə mükafat alacağımı dərk etmək çox xoşdur. Başqa sözlə desək, mən öz cavablarıma görə məsuliyyət daşıyıram. Bunları dərk etdikcə, heç nəyə baxmayaraq, arvadımı sevmək mənim üçün asandır».
Çox güman ki, haqqında danışdıqlarım böyük ruhani yetkinlik tələb edir. Siz deyə bilərsiniz: «Mən o qədər də ruhani böyüməmişəm və o qədər də güclü deyiləm». Lakin İsa Məsih güclüdür. Və O, kömək edə bilər. Yəhyanın Müjdəsi səkkizinci fəsildə İsa Məsih fərisey və qanunşünaslara Kim oduğunu və insanların Onun ardınca nə üçün gəlməli olduqlarını izah etmək üçün qızğın bir mübahisədə iştirak edir. Gördüyümüz kimi izdiham içərisində olan bir çox adamlar Ona iman etdilər (30-cu ayəyə bax). Sonra İsa Məsih dedi: «Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən, Mənim şagirdlərimsiniz. Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək» (31, 32-ci ayələrə bax). Bu sözləri eşidəndə etiraz səsləri yüksəlməyə başladı. Yəhudilər Məsihi başa düşmədilər. Belə ki, onlar İbrahimin övladları idi və heç kəsə qul olmamışdılar. Azadlıq anlayışı altında Məsih nəyi nəzərdə tuturdu. Məsih cavab verir: «Doğrusunu, doğrusunu sizə deyirəm: günah edən hər kəs günahın köləsidir. Kölə evdə daim qalmaz, oğulsa daim qalar. Buna görə də əgər Oğul sizi azad etsə, həqiqətən də, azad olacaqsınız» (Yəhya 8: 34, 36).
Azadlıqla bağlı Məsihin söylədiyi sözlərin sizin və nikahınızla nə əlaqəsi var? Birbaşa əlaqəsi var. Məsih «həqiqətən azad olacaqsınız» söyləyəndə siyasi azadlığı nəzərdə tutmurdu. O, daxili, ruhani azadlığı — günahdan olan azadlığı nəzərdə tuturdu. Baxmayaraq ki, yarınızın sizə qarşı olan dözülməz münasibətinə tab gətirmək sizin üçün çətindir, Məsih özünüzü ləyaqətli aparmağınıza və məhəbbətlə davranmağınıza kömək edəcək. Necə çətin bir insanla yaşamalı olduğunuz vacib deyil. Həyat yoldaşınızı günahlandıraraq mənfi emosiyalarınızı onun üzərinə tökmək olmaz. Əks halda, siz bu mənfi reaksiyalarınızla daxilinizi idarə etməyə imkan yaradacaqsınız. Həyat yoldşınız sizə sevgi və ya hörmət göstərməyəndə və siz bunu mənfi qarşılayanda, özünüzü növbəti bədbəxtliklərə düçar edirsiniz. Lakin İsa Məsihin sözlərinə əsasən, siz yalnız azad olmaq istəyəndə, azad olacaqsınız. Həyat yoldaşınız sizə təsir edə bilər. Lakin sizi idarə etmək gücündə deyil. Siz məyus ola bilərsiniz, lakin sevgi və hörməti təcəssüm etdirməyi özünüz seçirsiniz. Bu prinsipi yadda saxlayaraq ona əməl edin:
MƏN AĞRI HİSS EDƏ BİLƏRƏM, AMMA NİFRƏT ETMƏYƏ ÖZÜM QƏRAR VERİRƏM.
Bir qadın söyləyir ki, o, daxili azadlıqla xarakterizə olunan yanaşmaya qərar verir. Lakin əri əvvəlki kimi ona sevgi göstərmir. Qadın yazır:
Mən ərimə qarşı hörmətsizlik edən kimi Müqəddəs Ruh məni İFŞA edir. Və mən ərimdən üzr istəməli oluram. Bax belə! Lakin üzr istəyəndən sonra özümü yaxşı hiss edirəm. Bunu etməyə dəyər! Bilirəm ki, mən üzürü ərimdən deyil, Məsihdən istəyirəm. Dua edərək ümid edirəm ki, Müqəddəs Ruhun sayəsində ərimin gözləri açılsın. Mən bütün bunları Allahın öhdəsinə buraxıram. Çünki bilirəm ki, ancaq O, insanın ürəyini dəyişə bilər.
Peterin birinci məktubunun ikinci fəslinin on altıncı və on yeddinci ayələrində həvari çətinliyə məruz qalan məsihçilərə müraciət edir. İmanlı, yaxud dünyəvi kimi hərəkət etməyə qərarı onlar verir: «Azad insanlar kimi yaşayın... Hamıya hörmət edin. İmanlı bacı-qardaşları sevin». Burada Qələbə Dövrəsinə düşmək istəyənlər üçün iki həqiqət var. Birincisi, «Azad insanlar kimi» (16-cı ayə) kəlməsi İsa Məsihin Yəhyanın Müjdəsi səkkizinci fəsildə haqqında danışdığı azadlığı nəzərdə tutur. Peterin öz məktubunun üçüncü fəslində göstərdiyi kimi, həyatın digər sahələrində oduğu kimi, nikahda da bu daxili azadlıqla yaşamaq lazımdır. Mühitdən və vəziyyətlərdən asılı olmayaraq, siz bu daxili azadlıqda yaşaya bilərsiniz[36].
Ailəsinə qarşı şiddət göstərdiyinə görə həbs olunan kişini (beşinci fəsil) xatırlayırsınızmı? Yarım gecə həbsxana kamerasında qalmaqla o, Allahın hüzuru deyilən bir şeyi hiss etmişdi. O, tövbə edəndə və günahlarını etiraf edəndə Allahın qüdrətinin ifadə olunmaz hüzurunu hiss etmişdi. Bu insanın daxilində nə isə baş vermişdi. Həbsxanada olmasına baxmayaraq o, heç vaxt duymadığı böyük bir azadlıq hiss etmişdi. Bəziləri bunu yaşayan Allahla real görüş adlandırır. Biz nə baş verdiyini dərk edə bilmərik, amma qəlbimizdə nəyinsə işlədiyini anlayırıq. Paulun yazdığı kimi, «Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq» (Filiplilərə 4:7).
İkincisi, biz başqa adamlara sevgi və hörmət göstərəndə daxili azadlığımızın şəhadətini görürük. Peter Birinci əsrdə öz məktubunu yazdığı vaxt çoxlu sayda müxtəlif – hakimiyyətlə, qonşusu və bir-biri ilə problemləri olan imanlılara kömək etmək istəyirdi. Mən əminəm ki, onlar Peterə belə deyirdilər: «Bilirsən, mən məni incidən adamları nə sevə, nə də ki, hörmət edə bilərəm». Siz eşidirsiniz ki, bir qadın Peterə deyir: «Mən məni sevməyən ərə hörmət edə bilmərəm». Yaxud da kişi ona deyir: «Mən mənə hörmət etməyən qadını sevə bilmərəm». Əslində Peter deyir ki, əgər siz daxili azadlığa maliksinizsə, mümkünsüz kimi görünən şeyi edə bilərsiniz. Əgər siz bu cür hərəkət edə bilmirsinizsə, bununla da sizin probleminiz aydınlaşır: siz azad deyilsiniz.
Mən həmçinin daxili azadlıqda yaşayan, yaxud da hər halda təzə-təzə yaşamağa başlayan ər və arvadlardan çoxlu sayda məktub alıram. Bir qadın bizə yazırdı ki, o, on bir il birlikdə yaşadığı ərinin ona dəfələrlə xəyanət etdiyni bu yaxınlarda öyrənib. Bunu bildiyi vaxt yer onun ayaqlarının altında tərpənmiş, həmçinin Allahla olan qarşılıqlı münasibəti də sarsılmışdı. Sevdiyi insan ona belə bir dəhşətli, acı ağrını necə vura bilərdi? Əri konsultasiyalar barədə razılığa gəlmişdi. Qadın isə məsihçi psixoloqlarla yarım illik görüşmədən sonra ürəyindəkiləri, həm də hiddətini açıb boşaltdı. Konsultasiyalar onun ərini öz arvadını sevən, mömin, daxilən azad və Allahın həqiqətinə əsaslanaraq yaşayan bir insana çevirdi. Lakin arvadı ona qarşı qəzəblənməyə davam edir və hiddətlə dolub daşırdı. Qadın başa düşürdü ki, bu əsrlik zənciridir, amma heç nə edə bilmirdi. Arvadı ona hörmət edə bilmirdi və ər də onun hörmətini qazana bilmirdi.
Tamamilə təsadüfən həmin qadın mənim dostlarımdan birinin evində bizim materiallarımızla tanış olur. O, «hörmət» sözünü eşidən kimi «Hə, yenə başlandı. Yenə onlar, kişilər haqqında... Onlar mənim ərim və onun əməlləri barədə heç nə bilmirlər, ona görə də bütün bunların mənə heç bir dəxli yoxdur» deyə düşünmüşdü. Lakin qadın bizim materialları oxudu və indi buna görə Allaha minnətdarlıq edir. O yazır: «Qəflətən mənim gözlərim açıldı və qəlbimə azadlıq gəldi. Mən ona onun davranışlarına görə hörmət etməli deyildim, əslində ona kişi olduğuna və Allahın surətində yaradldlğına görə hörmət edə bilərəm. Mən əvvəllər bu haqda heç nə eşitməmişdim!».
Digər qadınlar da daxili azadlığı hiss etməklə nifrətə qalib gəlməyi bacarıblar
Budur, daha iki məktub:
Allah mənim ürəyimdə iş görür. Mən ərimə qarşı nifrət duyurdum. Bunu etiraf etmək çətin olsa da, yüngüllük hiss edirəm.Mən bunu Allah qarşısında etiraf edib ərimdən məni hər şeyə görə bağışlamasını istədim.
Ərimə hörmət göstərməklə faktiki olaraq Allaha hörmət və sevgi görətmiş oluram. Bunu dərk etməyim mənə kömək edir, həmçinin ərimin dərin ehtiyaclarını ödəməyə çaılşıram. Xüsusilə, sizin bizimlə bölüşdüyünüz Peterin birinci mətkubu ikinci fəslin on altıncı ayəsi məni buna həvəsləndirirdi. Mən Məsihdə azad olduğum üçün Rəbbə ehtiram göstərə bilərəm. Çünki O, mənim təhlükəsizlik və sevgi ehtiyaclarımı təmin edir.
Bəzən hər şeyi yenidən başlamaq lazım gəlir. Nəticələr də həmişə ürəkaçan olmur. Müəyyən həqiqətlər azadlıq tapmaqda sizə kömək edəcək. Bəli, sizin həyat yoldaşınız kobud və çox vaxt sevgi və ya hörmət göstərməyə bilər. Amma yadda saxlayın ki, onlar əslində mehriban adamlardır və bu zaman siz sizi Qələbə Dövrəsinə yönəldən yolda olacaqsınız. Bir kişinin yazdığı kimi «düşünəndə ki, arvadım əslində çox mehriban qadındır və mənə qarşı yaxşı davranır, elə rahatlanıram ki».
Qələbə Dövrəsi sizə daha bir imtiyaz bəxş edir. Çünki yetkin kişi və ya qadının davranışları uşaqların diqqətindən yayınmır. Siz həqiqəti dərk etdiyiniz və ona əsaslanaraq şərtsiz sevgi və ya şərtsiz hörmət nümayış etdirdiyiniz vaxt sadəcə düşünün ki, uşaqlarınıza necə bir miras qoyursunuz.
Sizin uşaqlarınız sizin haqqınızda nə düşünür? Siz onlarla olmadığınız vaxt onların sizdən miras almasını istəyirsinizmi? Bəzi uşaqlar miras əldə etməyə elə can atırlar ki, hətta buna görə valideynlərinin ölməyini səbirsizliklə gözləyirlər. Valideynlər nə edib ki, uşaqlar onlara qarşı bu cür münasibət göstərirlər? Valideynlər istəyir ki, övladları onları sevib və hörmət etsin. Lakin valideynlər bir-birinə sevgi və hörmət göstərmirlərsə, onda özlərindən sonra uşaqlarına hansı mirası qoyacaqlar?
Kişi uşqlarının anasını şərtsiz məhəbbətlə sevəndə, uşaqlarına gözəl bir nümunə göstərir. O, İsa Məsihə iman etmiş və Məsihdə daxili azadlıq qazanmış bir adamın necə hərəkət etməli olduğunu nümayiş etdirir. Belə bir insanın uşaqları onun dəfnində nə deyəcəklər? Məncə, onlar deyəcək: «Mənim atam dahi insan olub. Mən gənc olanda bunu başa düşmürdüm. Amma indi mən yetkin insanam və mənim arvadım, uşaqlarım var. Mən başa düşürəm ki, atam anama qarşı hətta, onunla yola getmək çətin olduğu vaxtlarda belə, sevgi göstərib. Ümid edirəm ki, az da olsa, atama oxşayacam».
Eyni prinsipi qadına da aid edək. Sizin uşaqlarınınz sizin dənfninizdə nə deyəcək? Ömür boyu sizin onların atalarına necə bir hörmətlə yanaşdığını görüblər və onlar deyəcəklər: «Anam çox gözəl insan idi. Atamla yola getmək heç də həmişə asan olmurdu. Amma anam həmişə ona hörmət edirdi. Çünki bilirdi ki, məsələ onun ərində deyil. O, bunu Məsihə olan sevgisindən və hörmətindən edirdi. Hətta, mən ərköyünlük edəndə və anama qarşı təzyiq göstərəndə, o, məni həmişə sevə-sevə bağışlayardı. Anam kimisi yoxdur!»
Həvari Yəhya bizim uşaqlarımızın həqiqətdə yaşadıqlarına görə olan böyük sevincdən yazırdı (2 Yəhya 4-ə bax). Həqiqətdə yaşamaq Allahın Sözünə əsasən yaşamaq deməkdir. Əgər biz uşaqlarımızın həqiqətdə yaşamalarını istəyiriksə, onda özümüz də onların gözü qarşısında eyni həqiqətdə yaşamalıyıq[37].
Biz hər gün uçurumla üzbəüz və ya yol ayrıcında qalırıq. Bu gün bizim üçün dönüş nöqtəsi ola bilər. Və biz buna hazır olmalıyıq. Xüsusilə, daxili azadlıqla bərabər yetkinlik əldə etməliyik. Uşaqlarınız görəndə ki, siz Məsihin «həqiqət sizi azad edəcək» sözlərinə əsasən yaşayırsınız, onda onlar da Məsihin ardınca gedəcək. Məgər valideynlər üçün bundan böyük sevinc varmı?
Lakin siz məğlubiyyətə uğramısınızsa, bəs, onda nə etməli? Ola bilsin ki, sizin uşaqlarınız artıq yeniyetmədir. Siz isə sevgi və hörmətin vəhdəti haqqında indi-indi eşitməyə başlamısınız, Qələbə Dövrəsinin nə olduğunu hələ indi-indi dərk etməyə başlayırsınız. Siz başqalarına örnək ola biləməyəcəyiniz vaxtlarda etdiyiniz səhvləri və həyat yoldaşınıza qarşı sevgi və hörmət göstərmədiyiniz saysız-hesabsız səhnələri xatırlayırsınız. Ruhdan düşməyin. Keçmiş günahları silmək üçün Allahda unikal vasitə var. Harada ki, günah var, orada Onun lütfü sonsuzdur. Allah sizin səhvlərinizi silir və onların yerinə Öz lütfünü daha böyük həcmdə tökür. Bir qadın bu haqda yazır:
Biz ərimlə bir məsələni müzakirə edirdik və bu vaxt o dedi ki, mənim tərəfimdən özünə qarşı hörmət hiss etmir. O, haqlı idi. Bu, tamamilə göz qabağında idi. Çünki bizim altı və üç yaşında iki qızımız var. Onlar da ona qarşı hörmət göstərmir. Bu, ərimə hörmət göstərmədiyimə işarə edən bir fakt idi. Beləliklə, mən sizin kitabınızı əldə etdim. Kitabı oxuduqdan sonra, mümkün olduğu qədər ona hörmət göstərməyə çalışırdım. Bu ideyanı praktikada tətbiq etdiyim vaxtlarda onun həm mənə, həm də uşaqlarımıza qarşı sevgisi artmağa başladı. O bilir ki, mən hər şeyi daha yaxşı etmək istəyirəm. O da mənim həyatımı yüngülləşdirmək üçün əlindən gələni edir. Mən işdə olduğum günlərdə, alış-veriş etmək üçün qızları özü ilə aparır. Peterin birinci məktubunun birinci fəslinin birinci və ikinci ayələrinin nikahımıza necə təsir etdiyini görmək mənim üçün xoşdur.
Digər bir qadın isə otuz səkkiz il bir yerdə yaşayan valideynlərinin xoşbəxt olmayan nikahının şahidi olduğunu yazır. Onun anası bizim materiallardan bəzilərini götürüb öz ailəsində tətbiq etməyə başladı. O, Allahın ondan nə istədiyini hər zaman dərk edirdi. Amma bunu reallıqda necə tətbiq edəcəyini bilmirdi. Qızı görəndə ki, anası ərinə və nikahına qarşı münasibətini ciddi şəkildə dəyişir, bu nümunə ona da təsir göstərdi. On beş ildən artıq ərdə olan qızı bu vəziyyəti belə izah edir:
Ərimlə münasibətlərim çox da yaxşı deyildi. Hər ikimiz güclü şəxsiyyətik. Amma valideynəlirimin nikahında müsbətə doğru dəyişiklik görəndə və bu dəyişikliyin valideynlərimin qarşılıqlı münasiətində deyil, anamın atama qarşı münasibətində görəndə, tez-tez məsləhət almaq üçün anama müraciət etməyə başladım. Həmişə bilirdim ki, Allahın iradəsini yerinə yetirmək sonda mənə sevinc gətirəcək. Anamın bu sahədə etdiyi hər şeyə görə, xüsusilə də onun həyatına sülh gətirən bu ideyalara görə minnətdaram.
İyirmi bir yaşlı oğlu və on bir yaşlı bir qızı olan qadın bu təlimdən bəhs edir. O, belə yazır: «Mən onları atalarına hörmət etməməyə öyrətmişdim. İndi isə bu vəziyyəti heç nədən asılı olmayaraq dəyişməyə cəhd göstərirəm. Mən Allahdan, ərimdən və uşaqlarımdan günahımı bağışlamalarını istərdim».
Biz artıq Peterin birinci məktubunun üçüncü fəslinin birinci və ikinci ayələrini araşdırmışıq. Sevgi və hörmətin başa düşməyin nə qədər vacib olduğunu dərk edirik. Peter yazır: «Ey arvadlar, siz də eyni tərzdə öz ərlərinizə tabe olun. Əgər onlardan bəzisi Allahın kəlamına itaət etməzsə, siz arvadların ismətli, ehtiramlı həyat tərzinizi müşahidə etsinlər; beləcə onları dinməz-söyləməz qazana bilərsiniz». Burada Peter Allahdan uzaq düşmüş itaətsiz və hissiyatsız əri, arvadının hörməti sayəsində Allah üçün qazandırmağı aydın şəkildə yazır.
Rəbbə itaət edərək ərinə hörmət göstərməyi tətbiq edən Qələbə Dövrəsinin prinsiplərinin nümunəsi sayəsində əri Məsih üçün qazanmaq olar. Burada böyük bir güc var. Bu güc eyni zamanda ər üçün keçərlidir. Rəbbə itaət etmək və Ona xidmət etmək istəyindən yaranan şərtsiz sevgi, arvadınızı Allah üçün qazandıra bilər.
Homeri özünə arvad alan Huşə peyğəmbəri nümunə göstərmək olar. Homer fahişə idi və Huşə ondan bir müddət uzaq qaldı. Sonra Allah dedi: «Get yenə də aşnasının sevdiyi zina edən qadını sev» (Huşə 3:1). Şərtsiz sevgi budur! Huşə Homerin arvadlıq mövqeyini bərpa etmək üçün hətta, onu satın aldı (o dövrün qayda-qanunlara əsasən) (Huşə 3:2-ə vax)[38].
Bu günümüzdə olan bir Huşə onun vəziyyətini başa düşmək üçün bizdən kömək istəmişdi. O, çətin nikahına olan bütün ümidlərini itirmişdi. Necə etməli, arvadını necə sevməli olduğunu bilmədən Allaha müraciət etmişdir.
Məbəddə mən yalnız «sev, sev, sev» deyən çağırışları eşitmişəm — deyə həmin adam yazırdı. – Bələcə, mən dəfələrlə cəhd edirdim, amma məndə heç nə alınmırdı”
Lakin o, bizim konfranslarda iştirak etməklə, rədd olunma və məyusluq hisslərini keçirməyinin səbəblərini başa düşmüşdü:
Mən bunu sözlərlə ifadə etməmişdim. Amma arvadımın mənə hörmət etməsini və dostum olmasını istəyirdim. Ancaq arzuladığım heç nəyi əldə edə bilmirdim. Başa düşürdüm ki, onu sevə bilmirəm (bəlkə də məndə sevmək daha çətin alınırdı, nəinki onun mənə hörmət etməsi). Məni Məsihi sevməyə və Ona xidmət etməyə yönləndirən məlumata görə Allaha şükürlər olsun! Düşünürəm ki, məni qarşıda imtahanlar və sınaqlar gözləyir. Arvadım mənim tərəfimdən çoxlu yaralar alıb. Çünki uzun müddət sevgi göstərməmişəm. Lakin indi hansı yolla gedəcəyimizi bilirik.
Həyat yoldaşlarını Məsih üçün qazanmaq istəyən adamlardan hər gün məktublar alırıq. Belə məktublardan birini öz işlərində uğur qazanan otuz dörd yaşlı bir qadından almışdım. Bu qadın kişilərə hörməti dünyəvi anlayışla Allahın planı arasında səhv salmışdı. O, bizim materiallarımızı oxumağa başlayanda onları bir kənara qoya bilmədi. O deyir: «Həqiqətin dərk olunması sayəsində, sanki, nəhayət, azadlıq gəldi. Hər şey çox sadə və aydındır».
Digər bir qadın isə yazır ki, əri tərəfindən olunan təkliflərə cəhd edir, amma bizim disklərdə olan yazılarımızı dinləyəndə çox ruhlanmışdı:
Mən başqa cür hərəkət etməyə başladım. Münasibətimi dəyişdim. Səsimin tonunu və üzümün ifadəsini dəyişdim. Hətta, başqa cür dua etməyə başladım. «Mənə xeyir-dua ver və onu dəyiş» sözlərini «ona xeyir-dua ver və məni dəyiş» sözləri ilə əvəz etdim. Yeni anlayışlar sayəsində məndə ərimə qarşı əvvəllər olmayan təzə, güclü hisslər yaranmağa başladı. Çünki mən indi ona başqa bir gözlə baxıram. Artıq indi mən bu dəyişikliyin bəhrələrini görürəm.
Qələbə Dövrəsi həmişə sizin daxilinizdə baş verənləri açıqlayır. Yetkin insan olmaq nə deməkdir? Bu konsepsiyanı dərk etmək daha asandır, nəinki yaşamaq. Aşağıda yetkin insan kimi yaşamaq və hərəkət etmək üçün nümunə göstərilir:
Adamların əksəriyyəti sözün gücünü yaxşı dərk edirlər. Lakin özünə qarşı dağıdıcı təsirə malik hörmətsiz münasibət də eynilə bu cür diqqət və ehtiyat tələb edir. Allah həqiqətən bu sahədə mənə dözümlülük və möhkəmlik verib. Düşünürəm ki, əgər Məsihdə olan tamlığımızı və bizim şəxsiyyətimizin ərimiz tərəfindən formalaşmadığını dərk etsək, bizim üçün hörmət və sevmək asan olacaq.
Mənim evdə şəraitim rahat deyil. Ərim artıq neçə ildir ki, Rəbdən uzaq düşüb. Lakin mən ümidsizlik hissinə qapılmıram. Buna görə son sözü demək səlahiyyəti özümdə saxlamıram, öz hüquqlarımı tələb etmirəm, mübahisədə üstünlük qazanmağa çalışmıram, bütün məsələri özüm həll etməyə cəhd etmirəm və s. Mən yalnız Məsihdəki həyatı seçirəm və öz həyatımın xeyir-duasını görürəm. Hətta, ərim heç vaxt dəyişməsə belə, mənim Rəbbim istəyir ki, mən ona hörmətlə yanaşım. Bilirəm ki, bəzi qadınlar küsməklərini bəhanə gətirib ərlərindən nəsə qopartmağa çalışırlar. Lakin mən bir məsihçi qadın kimi bağlşlamağa üstünlük verirəm.
Bu qadın yetkinliyə doğru vacib addım atan və mənim sitat gətirdiyim əksər qadınlardan biridir. Onun etdiklərini siz də etməlisiniz. Lakin proses zamanı yadda saxlayın ki, qarşıda sizi sınaqlar gözləyir. Çünki sizin nikahınız Məsihə olan sadiqliyinizin sınağıdır. Bəzi insanlar Allahın sınaqlarından qorxur. Onlar hesab edir ki, Allah onları hansısa bir şəkildə azdıracaq, yaxud onların hər hərəkətinə irad tutacaq. Siz Allahın sınaqları barədə vacib olan məqamları başa düşməlisiniz. Allah insanı onun nə qədər axmaq, qeyri-səmimi və günahlı olduğunu göstərmək üçün sınağa çəkmir. O, sizin daha çox işlər görə biləcəyinizi və bu işləri gördüyünüz vaxt daxili azadlığınızın daha da artacağını göstərmək üçün sizi sınaqlara çəkir (Yaqub 1:2–12-ə bax). Allahın sınaqlarından qorxmayın. Bu addımı atmağa hazır olduğunuzu Allaha bildirən kimi, yeni düşüncələri qəbul etməyiniz üçün sizin hazırlıq sahəsinə daxil olmağınıza icazə verəcək.
Beləliklə, gələcəyə doğru necə addımlayacağınızı gözünüz önündə canlandırın. İlk sınağınızla harada və nə vaxt qarşılaşacağınızı görməyə çalışın. Bu vaxt sizin həyat yoldaşınız nə deyəcək və necə hərəkət edəcək ki, bu, sizin üçün real imtahan olacaq? Bu, baş verdiyi vaxt Rəbb sizinlə sakitcə danışacaq. O, sizə kömək edib sizi möhkəmləndirəcək. Lakin indi dəyişmək üçün qərar qəbul etmək vaxtdır. Bunu elə indi edin və heç vaxt geriyə nəzər salmayın!
YEKUN.
ÇƏHRAYİ VƏ MAVİ RƏNGLƏRİ ALLAHIN AL-QIRMIZI RƏNGİNƏ ÇEVİRMƏK OLAR
Biz sevgi və hörmətə həsr olunmuş konfranslarımızda kişi və qadınları mavi və çəhrayı rənglə müqayisə etməyə üstünlük veririk. Auditoriya dərhal canlanır. Çünki mən qadının çəhrayi eynəkdən baxdığını, çəhrayı eşitmə aparatı ilə eşitdiyini, eyni zamanda kişinin dünyasının mavi çalara boyandığını deyəndə, bu obrazlar hamı tərəfindən başa düşülür. Kişi dünyaya mavi eynəklə baxır və qadının danışdıqlarını mavi eşitmə aparatı ilə dinləyir.
Əlbəttə, sevgi və hörmətin vəhdətinin əsas məğzini yalnız bu illustrasiya ilə təsvir etmək mümkün deyil. Lakin çəhrayı ilə mavi rəng arasındakı fərq – gözəl başlanğıcdır. Bir halda ki, ər və arvad müxtəlif cür görür və eşidir, onlar bir-birinə göndərdikləri siqnalları asanlıqla ayırd edə bilmirlər. Nəticədə sevginin olmadığı Çıxılmaz dövrə meydana çıxır (qadının dərin ehtiyac duyduğu) və beləliklə, qadın kişiyə qarşı hörmətsizlik göstərir (kişinin dərin ehtiyac duyduğu). Çıxılmaz dövrədə hörmət (kişinin dərin ehtiyac duyduğu) yoxdur. Buna görə də kişi qadına sevgi ilə (qadının dərin ehtiyac duyduğu) qarşılıq vermir.
Bu kitabın birinci hissəsini biz Çıxılmaz dövrənin dağıdıcı təsirini zəiflətməyə yönəltmişdik. Lakin biz öyrəndik ki, Çıxılmaz dövrədən tamamilə qurtulmaq mümkün deyil. Nə qədər ki, çəhrayı və mavi rəng insan irqini müəyyənləşdirir, belə olan halda Çıxılmaz dövrə də hər zaman cütlüyü öz axmaq dövrəsində dövr etdirmək üçün fəaliyyətdədir. Nə qədər ki, pislik kök atmayıb onu əvvəlcədən müəyyən etməyin açarı Çıxılmaz dövrəni öz qəfəsindən buraxmamaqdır.
İkinci hissədə biz Çıxılmaz dövrə üzərində nəzarəti daha aydın şəkildə izah etməyə çalışdıq. Belə ki, bu, qadının kişiyə hörmət, kişinin isə qadına sevgi göstərməsi sayəsində mümkün olur. Biz münasibətin bu dövrəsini Energetik dövrə adlandırırıq: kişinin sevgisi qadının hörmətini əsaslandırır.
Biz müxtəlif nümunələrlə rastlaşdıq, eyni zamanda bu məsələlərin Müqəddəs Kitab həlli variantını da nəzərdən keçirtdik. Kişi və qadın üçün altı vasitə var. Bu üsülların hamısı tamamilə yararlıdır. Lakin nikahda xeyir-dua qazanmaq üçün effektli metodların köməyi ilə iş bitmir. Bir kişi öz məktubunda yazırdı ki, sevgi və hörmət konfranslarında iştirak etməsi ona təmiz havada nəfəs almaq təsiri bağışlamışdı.
Kitabamızıda istifadə etdiyim ayənin bu yaxınlarda yeni mənasını aşkar etdim. Efefslilərə məktubun beşinci fəslinin otuz birinci ayəsindən otuz üçüncü ayəsinə kimi deyilir: «Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq. Bu sirr böyükdür, mən bunun Məsihə və cəmiyyətə dəxli olduğunu söyləyirəm. Sizə gəlincə, qoy hər kəs öz arvadını özü kimi sevsin, arvad isə ərinə ehtiram etsin».
Paul deyəndə ki, nikah böyük bir sirrdir, tamamilə haqlıdır. İki nəfər bir bədən necə ola bilər? Riyaziyyatda bir üstəgəl bir heç vaxt bir etmir. Siz düşünün: siz nə vaxtsa görmüsünüzmü ki, kişi və qadın ikisi də eyni bir varlığa çevrilsin? Gözünüz önündə hansı mənzərə canlanır? Hansısa bir qeyri-cinsi fiqur? Yaxud da özümüzdən soruşmalıyıq: «Bəlkə hər kəs əks cinsin xüsusiyyətlərinə malik olsun? Arvad əri ilə necə bir ola bilər, halbuki əri də onunla bir olmalıdır». Bəlkə ər daha incə və çəhrayı olmalıdır. Gəlin, bu suala başqa bir tərərfdən baxaq. Ər arvadı ilə necə bir bədən ola bilər, halbuki arvadı da onunla bir bədən olmalıdır. Bəlkə indi də deyə bilərsiz ki, qadın da kişiyə bənzəməlidir və mavi çalarlara malik olmalıdır?. Lakin nə kişilərə qadınlara bənzəmək, nə də qadınlara kişilərə bənzəmək lazım deyil. Bəs onda onlar necə bir ola bilər?
Paul bu sualın cavabını otuz üçüncü ayədə açıqlayır. İki nəfərin bir bədən olmasının ən effektli və təcrübi üsulu sevgi və hörmətin vəhdətindən ibarətdir. Bu cür birlik gündəlik problemlərdən deyil, sevgi və hörmətin yoxluğundan pozulur. Başqa sözlə desək, əgər iki nəfər hər bir problemin həllində razılığa gəlib lakin bir-birinə qarşı sevgi və hörmət göstərmirlərsə, onlar heç vaxt bir bədən ola bilməzlər. Lakin ər xüsusilə mübahisə zamanı öz sevgisini göstərməyə başlasa, onda qadın hiss edəcək ki, o, əri ilə həqiqətən bir bədəndir. Qadın xüsusilə eyni vəziyyətlərdə ərinə hörmət göstərməyə başlasa, ər özünü arvadı ilə bir bədən kimi hiss edəcək. Bəlkə də fikir ayrılığı yaranacaq, amma onlar özlərinə qarşı birlik hiss edəcəklər. Qadın hiss etsə ki, onun sevgiyə olan ehtiyacı ödənilib, o, ərinə daha möhkəm tellərlə bağlanmış olacaq. Ər hiss etsə ki, onun hörmətdə olan ehtiyacı ödənilib, ər arvadına daha möhkəm tellərlə bağlanmış olacaq. Bu, eyni vaxtda baş verir. Və o vaxt onlar həqiqətən bir bədən olurlar.
Bu kitabda informasiya bolluğu var. Bir çox adamlar deyirlər ki, onlar nikahla bağlı problemlərə bu cür yanaşma ilə heç vaxt rastlaşmayıblar. Ancaq bütün bu dəyərli informasiya Rəbbə göstərilən etibar, sevgi və hörmət olmadan heç nədir. Möhkəm sevgi və hörmətə uzanan yol bir ömür boyu sürür. Bu yolu öz gücü ilə getmək mümkün deyil. Çünki bu məsələ insan üçün həll olunmazdır. Buna görə də ürəklərinzi duyan səmavi Atanın köməyi mütləqdir. Əgər nikahınızın Allaha məqbul olmasını istəyirsinzsə, onda Məsihdən kömək diləməlisiniz. Məsihin sözlərini yadınıza salın: «çünki Mənsiz heç nə edə bilməzsiniz» (Yəhya 15:5).
Mən çox vaxt cütlüklərə öyrədirəm ki, onlar dua etməyə cəhd göstərməlidirlər. Bu, artıq çeynənmiş ifadədir. Lakin bir daha təkrarlayacam – dua etməyə cəhd göstərin. Allahla danışın. Çox təəccüblüdür ki, insanlar dua haqqında çox düşünür, amma heç vaxt həqiqətən dua etmirlər. Müqəddəs Kitab qeyd edir: «Əldə edə bilmirsiniz, çünki diləmirsiniz» (Yaqub 4:2).
Mən adəti üzrə siyahıda duran ehtiyacların Allaha bildrililməsi haqqında danışmıram. Yaqubun məktubunun dördünücü fəslinin ikinci ayəsi sağlamlıq və var-dövlət diləməyi nəzərdə tutmur. Orada deyilir ki, biz həyatdakı real problemlərin öhdəsindən gəlmək üçün Allahdan güc istəməliyik. Əgər göylərdən nəsə bir əks-səda eşitmiş olsaq, bu, Allahın ürəyinə toxunan mənfəət güdmədən etdiyimiz dualardır. Adamların əksəriyyəti belə dua edir: «Rəbb, ürəyimdə olanlar, bax, bunlardır, xahiş edirəm, arzularımı həyata keçirt». Amma biz belə dua etməliyik: «Ya Rəbb, Sənin ürəyindəkiləri mən bilirəm. Xahiş edirəm, ürəyində olan arzularını məndə həyata keçirt».
Allahın ürəyində olan arzular Müqəddəs Kitabda aydın yazılıb: ər və arvad bir bədən olsun. Mənə deyiblər ki, mavi ilə çəhrayı rəng bir-birinə qarışanda al-qırmızı rəng alınır. Bu, Allahın rəngidir, padşahlığın rəngidir. Çəhrayı rəngi mavi rənglə necə qarışdırmaq lazım olduğu Efefslilərə məktubun beşinci fəslinin otuz üçüncü ayəsində göstərilir: «qoy hər kəs öz arvadını özü kimi sevsin, arvad isə ərinə ehtiram etsin». Bu ayədə bir-birimizin birliyi vasitəsilə Allahın obrazının təcəssüm olunmasının sirri açıqlanır. Bu ayədən sitat gətirmək asandır, lakin bunu hər gün həyata keçirtmək üçün qərar və sadiqlik lazımdır. Şəraitə baxmayaarq sevgi və hörmət prinsiplərinə əasasən yaşamağa qərar verən bir neçə kişi və qadınların fikirlərinə diqqət yetirək:
Mən yenidən Allahın qarşısına gəldim. Nəticədə əmin oldum ki, bu cür imtahanlar yaxşı bəhrə gətirir. Mən qərara gəldim ki, nəyin bahasına olursa-olsun, nikahımı bərpa edəcəm.
Nikahımızın iki ili həyatımın ən ağır illəri oldu. Mən Allaha yalvarırıdım ki, bu nikahı bitirməyimə izin versin, amma mən öz andıma sadiq qalacaqdım. Lakin indi
Bilirəm ki, bizim nikahımız heç vaxt xoşbəxt olmamışdı və boşanmaq üçün Müqəddəs Kitabın bütün əsasları məndə var idi. Lakin mən nikahımızı qorumağa qərar verdim. Mənim ərim deyir ki, o, indi bizim nikahımıza əmindir və onu qorumaqdan ötrü hər şey etməyə hazırdır.
Biz Rəbbə o qədər sadiqik ki, boşanmanı ağlımızdan belə keçirtmirik. Biz talehin amansız zərbələrinə tab gətirdik. Mənim ərim həkimdir, mən isə təhsilli tibb bacısıyam. Beləliklə, boşanmaların üstünlük təşkil etdiyi tibbi nikah. Uşaqlrımızdan birində fiziki çatışmamazlıq var. Belə vəziyyətlərdə boşanma ehtimali daha yüksəkdir. Digər uşağımız isə ölüb. Bu da boşanma ehtimalını artırır. Biz Məsihə və nikahımıza sadiq idik. Lakin bir-birimizə qarşı münasibətdə dözülməz idik. Bizim ilk ailə məsləhətçimiz bizi «qarqabağ cütlük» adlandırmışdı. İndi biz artıq iki nəvənin nənəsi və babasıyıq. Bu isə münasibətlərimizin gərginliyini daha da artırır. Bütün bunları ona görə deyirəm ki, biz ailə münasibətlərinə dair çoxlu proqramlar keçmişik. Anacaq onların heç biri Efeslilərə məktubun beşinci fəslinin otuz üçüncü ayəsi qədər bizə kömək etməyib. Ömrümdə birinci dəfədir ki, ərimlə sakit danışa bilirəm. Ömrümüzün qalan hissəsini bir-birimizi sevməklə keçirtmək istəyirik. Biz biri-birimizə sevgi və hörmət yolunu tutmuşuq.
Ərimlə necə rəftar etmək lazım olduğunu dərk etdim (üzümün ifadəsi və səsimin tonu daxil olmaqla). Ərim qarşılıqlı münasibət göstərərək öz hissləri ilə mənimlə bölüşməyə başlayır. Mən bu məsələdə tamamilə Allaha itaət göstərdiyim andan, biz Çıxılmaz dövrədən tamamilə azad olmuşuq.
Bu məktubların hamısı bizi çox narahat edir. Xüsusilə də ərinin xəyanəti ilə üzləşən bir qadının məktubu qəlbimizə toxundu. O, boşanma vaxtı və sonra ciddi sindrom, depressiya və «havalanmaq» həddinə gəlib çatmışdı. Onun kişilərə qarşı münasibəti sıfır dərəcəsinə enmişdi. O, iki oğlunun xatirinə keçmiş əri ilə barışmağa cəhd göstərdi. Lakin onun yaxşı bir nikah üçün heç bir ümidi yox idi. Sonra isə o, xalasının tədris etdiyi sevgi və hörmət prinsipləri haqqında eşitdi. Məbəddə itaətin vacibliyi haqda çox eşitsə də, hörmətin vacibliyi haqqında heç vaxt eşitməmişdir. Bu dərslər onun həyatını həmişəlik dəyişdi. O, əvvəlki yükdən imtina etməyin zəruriliyini başa düşdü və ömründə ilk dəfə kişilərə qarşı hörməti və itaətin həqiqi mənasını başa düşdü. Qadın qərara gəldi ki, kişilərlə mübarizə aparmağa son versin. Beləcə, o, dərk etdi ki, kişilər Allahın səhvi yox, Onun kamil planının bir hissəsidir. O, məktubunu bu sözlərlə bitirir:
Nikah – Allahın iradəsini dərk etməyimiz üçün biizm həyatımızda bizə verilmiş bir sınaqdır. Biz bunları ailə qurduğumuz insanın xatirinə görə deyil, Allaha görə etməliyik. Bəli,
Məncə, bundan yaxşı sonluq ola bilməz. Sevgi və hörmətin prinsiplərinin öyrədilməsinin genişlədiriməsi prosesində atılan hər bir addım milyardlarla mələklərin qulpu dartaraq «Əhsən!» deyə səslənməsinə gətirib çıxarır.
Əlavə A.
Sevgİ və hörmət lüğətİ: sİzİn nİkahınızda sevgİ və hörmətİn hökm sürməsİ üçün nə deməlİ, nə etməlİ və nə düşünməlİ olduğunuzu xatırladır
• Demək və etmək istədiyim şey ona qarşı sevgisizlik və ya hörmətsizlik kimi görünməyəcək ki?
• Hətta, onun tərəfindən özünüzə qarşı hörmətsizlik hiss etsəniz belə, elə edin ki, ona qarşı sevgi hiss etdirəsiniz.
• Hətta, onun tərəfindən özünüzə qarşı sevgisizlik hiss etsəniz belə, elə edin ki, ona qarşı hörmət hiss etdirəsiniz.
• Qadın sizə qəzəblənəndə və sizi tənqid edəndə, onun qəlbi sizə sevgi üçün fəryad edir; o, heç də öz hörmətsizliyini nümayiş etdirmək istəmirdi.
• Kişi kobudluğa yol verəndə, yaxud aranızda daş divar ucaldanda, bununla o, hörmətə olan ehtiyacını bildirir; o, heç də öz sevgiziliyini nümayiş etdirmək istəmirdi.
• Əgər siz sevgi göstərmədiyinizə görə özünüzə haqq qazandırsanız, arvadınız özünü sevilməyən hiss edəcək.
• Əgər siz hörmət göstərmədiyinizə görə özünüzə haqq qazandırsanız, əriniz qərara gələcək ki, siz həqiqətən ona hörmət etmirsiniz.
• Siz arvadınızın sizə hörmət göstərmədiyini zənn edəndə, özünüz də hiss etmədən arvadınıza qarşı sevgi göstərməməyə meyilli olacaqsınız.
• Siz ərinizin sizi sevmədiyini zənn edəndə, özünüz də hiss etmədən ərinizə qarşı hörmətsizlik etməyə meyilli olacaqsınız.
• Siz özünüzə qarşı hörmət görməyəndə, arvadınızı sevgidən məhrum etmək tamamilə təbiidir. Lakin Məsihə itəatiniz sayəsində arvadınızı sevməlisiniz.
• Siz özünüzə qarşı sevgi görməyəndə, ərinizi hörmətdən məhrum etmək tamamilə təbiidir. Lakin Məsihə itəatiniz sayəsində ərinizə hörmət göstərməlisiniz.
• Arvadınızı şərtsiz sevgi ilə sevdiyiniz vaxt, əslində Məsihə sevgi bəsləmiş olursunuz. Yox, əgər arvadınızı şərtsiz sevgi ilə sevmirsinizsə, onda Məsihi sevməmiş olursunuz.
• Ərinizə şərtsiz hörmət göstərdiyiniz vaxt, əslində Məsihin önündə ehtiram göstərmiş olursunuz. Yox, əgər ərinizə şərtsiz hörmət bəsləmirsinizsə, onda Məsihə ehtiram göstərmirsiniz.
• Əgər arvadınıza sevgi göstərə bilməmisinizsə, onda sevginizi hiss etdirəcək bir şey edin.
• Əgər ərinizə hörmət göstərə bilməmisinizsə, onda hörmətinizi hiss etdirəcək bir şey edin.
• Yaxşı olardı ki, arvadınızı ruhlandırmaq üçün siz onun sevgiyə olan ehtiyacını ödəyəsiniz.
• Yaxşı olardı ki, ərinizi ruhlandırmaq üçün siz onun hörmətə olan ehtiyacını ödəyəsiniz.
• Heç vaxt arvadınıza deməyin ki, onu Allahın surətində yaradılmış insan kimi sevməyiniz üçün o, bu sevgiyə layiq olmalıdır.
• Heç vaxt ərinizə deməyin ki, ona Allahın surətində yaradılmış insan kimi hörmət etməyiniz üçün o, bu hörmətə layiq olmalıdır.
• Heç vaxt deməyin: «Bu qadın mənə hörmət etməyənə qədər onu sevə bilmərəm».
• Heç vaxt deməyin: «Bu adam məni sevməyənə qədər ona hörmət edə bilmərəm».
• Heç vaxt deməyin: «Bu qadını sevmək qeyri-mümkündür!».
• Heç vaxt deməyin: «Bu adama hörmət etmək qeyri-mümkündür!».
• Heç vaxt arvadınıza qarşı sevgisizliyinizə onun sizə olan hörmətsizliyi ilə haqq qazandırmayın. Sevgi göstərməmək istəyiniz Efeslilərə (5:33) yazılmış əmrə ziddir.
• Heç vaxt ərinizə qarşı hörmətsizliyinizə onun sizə olan sevgisizliyi ilə haqq qazandırmayın. Hörmət göstərməmək istəyiniz Efeslilərə (5:33) yazılmış əmrə ziddir.
«Biz səninlə Çıxılmaz dövrəyə düşmüş sican kimiyik».
«Sən bir daha Çıxılmaz dövrədə dövrə vurmaq istəyirsən?»
«Necə bəyəm, tərifnamə almağımız üçün Çıxılmaz dövrədə bir də dövrə vurmalıyıq?»
«Xahiş edirəm, mənim mavi (çəhrayı) eşitmə aparatını tax və məni dinlə».
«Sənin mavi (çəhrayı) eşitmə aparatını icarəyə götürmək olar? Sənin nə demək istədiyini heç cürə başa düşə bilmirəm».
«Sən hər şeyi çəhrayı, mən isə mavi rəngdə görürəm. Gəl, fikir ayrılığımıza bir yol tapaq».
«Sən hər şeyi mavi, mən isə çəhrayı rəngdə görürəm. Gəl, fikir ayrılığımıza bir yol tapaq».
«Biz artıq iyirmi dəqiqədir ki, işığı yandırıb söndürməklə məşğuluq. Gəl, başqa işlə məşğul olaq».
«Bağışla, amma sən nəfəs borumun üstündə durmusan və nəfəsimi kəsirsən!»
Əlavə B.
SEVGİ VƏ HÖRMƏT ÜÇÜN VACİB OLANLARIN ŞƏXSİ SİYAHISI
• Ərim tərəfindən sevgi görmədiyimə görə ona qarşı münasibətdə hörmətsizlik edirəmmi?
• Arvadım tərəfimdən özümə qarşı hörmətsizlik gördüyümə görə ona qarşı münasibətdə sevgisiz davranırammı?
• Ərimə deməkdən qorxurammı: «Sənin hərəkətlərin (sözlərin) məni özümü sevilməyən hiss etməyə vadar edir. Bəlkə mən sənə qarşı hörmətsizlik edirəm?»
• Arvadıma deməkdən qorxurammı ki: «Sənin davranışın (sözlərin) hörmətsizlik təsiri bağışlayır. Bəlkə, mən haradasa sənə sevgi göstərməmişəm?»
• Ərim deyəndə ki, mənim tərəfimdən özünə qarşı hörmətsizlik hiss edir, bu zaman üzr istəməkdən imtina edirəmmi?
• Arvadım deyəndə ki, mənim tərəfimdən özünü sevilməyən hiss edir, bu zaman üzr istəməkdən imtina edirəmmi?
Ə• rimə qarşı ilk addım atıb, ona daha çox hörmət göstərmək üçün özümü həddindən artıq məğrur zənn edirəmmi?
• Arvadıma qarşı ilk addım atıb, onu daha çox sevmək üçün özümü həddindən artıq məğrur zənn edirəmmi?
• Demək olarmı ki, mən ərimin hörmətə olan tələbatını ödəyə bilmədiyim üçün onu güclü və enerjili edə bilmirəm?
• Demək olarmı ki, mən arvadımın sevgiyə olan ehtiyacını ödəyə bilmədiyim üçün onu güc və enerji ilə doldura bilmirəm?
• Deyirəmmi ki: «Ərim məni sevməyənə qədər ona heç bir halda hörmət göstərməyəcəm?»
• Deyirəmmi ki: «Arvadım hörmətimi saxlamayana qədər ona heç bir vəziyyətdə sevgi göstərməyəcəm?»
• Özümü ərim tərəfindən sevilməyən hiss etdiyim vaxt onu mənə qarşı sevgisiz davranmaqda təqsirləndirirəmmi?
• Özümə qarşı arvadım tərəfindən hörmət görməyəndə mənə qarşı hörmətsiz davranmaqda onu günahlandırırammı?
• Demək olarmı ki, siz əriniz tərəfindən özünüzə qarşı sevgi görmədiyiniz halda ona şərtsiz hörmət göstərmək barədə Allahın çağırışı haqqında az düşünürsünüz?
• Demək olarmı ki, siz arvadınız tərəfindən özünüzə qarşı hörmət görmədiyiniz halda ona şərtsiz sevgi göstərmək barədə Allahın çağırışı haqqında az düşünürsünüz?
• Siz ərinizə qarşı hörmətsizlik etdiyinizə görə özünüzə bəraət qazandırırsınızmı və bu günahınıza görə Allahın qarşısında etiraf etmirsiniz?
• Siz arvadınıza qarşı sevgi göstərmədiyinizə görə özünüzə bəraət qazandırırsınızmı və bu günahınıza görə Allahın qarşısında etiraf etmirsiniz?
• Siz ərinizə hörmət göstərməklə Allaha ehtiram göstərmək bəradə qərarlarınızı təxirə salırsınızmı?
• Siz arvadınıza sevgi göstərməklə Allaha ehtiram göstərmək bəradə qərarlarınızı təxirə salırsınızmı?
Əlavə C.
HƏYAT YOLDAŞINIZDAN SİZİN EHTİYACLARINIZI ÖDƏMƏSİNİ NECƏ İSTƏMƏLİ?
Həyat yoldaşınızın hər şeydən çox ehtiyac duyduğu sevgi və ya hörməti ona vermədiyiniz halda, sizə lazım olan şeyi alacağınıza ümid etməyiniz əbəsdir. Lakin biz yarımızın ehtiyaclarını təmin etməyə çalışdığımız halda, bizim ehtiyaclarımız ödənilmirsə, bəs, onda nə baş verir? Energetik dövrə öz işini dayandırıb Çıxılmaz dövrənin yenidən işə düşməsinə şərait yaradırmı? Heç bir söz söyləmədən həyat yoldaşınızın sizin düşkün əhval-ruhiyyənizi hiss etməsini və məsələnin nə yerdə olduğunu dərk etməsinə ümid edirsiniz? Bu kitabda ər və arvadlara öyrətmək istədiyim əsas məsələlərdən biri onların öz ehtiyaclarını bir-birinə demək bacarığıdır. Ər və arvadların bir-birinin nə hiss etdiklərini başa düşməsi üçün istifadə edə biləcəkləri bir neçə ünsiyyət köməkçilərini sizə təqdim edirəm:
Əlavə Ç.
SEVGİ VƏ HÖRMƏTİN ALTERNATİVİ VARMI?
Bəzən mənə göndərilən məktublarda, yaxud da konfranslarda şəxsi görüş zamanı belə bir sualla qarşılaşıram: «Biz sizin təsvir etdiyiniz ər-arvad modelinə uyğun gəlmirik. Məhz arvadım problemlərdən qaçır, mən isə bütün problemləri həll etməyə çalışıram». Bunun cavabında mən deyirəm ki, mədəni və şəxsi xüsusiyyətlər şəklini dəyişə bilər. Buna nümunə olaraq valideynlərimi göstərə bilərəm. Mənim atam anamla ünsiyyət qurmaq istədiyi vaxt ona hay-küylə və qəzəblə müraciət edirdi. Anam isə sakitcə dayanırdı. Belə olanda atam özünə qapanırdı və evdə bir neçə saat, bəzən isə günlərlə buz kimi sakitlik hökm sürürdü.
Valideynlərimin hər ikisi bir-biri ilə ünsiyyət qurmaq istəyirdi. Lakin bunu kobudluğa yol verməmək, yaxud da qorxduqları üçün biruzə vermirdilər. Anam atamla yaxın münasibət qurmaq istəyirdi (necə ki, hər bir qadın əri ilə yaxın münasibət qurmaq istəyir). Amma atamın qəzəbindən qorxduğu üçün geriyə çəkilirdi. Atam da, eyinlə, anamla yaxın münasibətdə olmaq istəyirdi. Lakin anam tərəfindən özünə qarşı hiss etdiyi hörmətsizliyə görə (uzun illər ailəmizi təmin edən o idi) məyusluğa və qəzəbə qapanırdı. Lakin anam qəlbinin dərinliyində özünə qarşı həmişə sevgi, atam isə hörmət axtarırdı.
Biz istisna vəziyyətlərlə bağlı digər araşdırmalar da apardıq. Məsələn, bir qadın bizə yazırdı ki, onun əri bəzi sahələrdə «mavidən» çox «çəhrayı» özü isə «çəhrayıdan» çox «mavi» çalarlara malikdir. O, atasının dəyərlərinin – təhsil, intellekt, güc, təkəbbür və emosiyaların qorunmasının üstünlük təşkil etdiyi bir ailədə boya-başa çatmışdı. Qadın yazır:
«Təbii ki, mən həddi-buluğa çatdıqdan sonra sevimli olmaq üçün (mən qəlbimin dərinliyinə toxunan sevgini nəzərdə tuturam) düşünrdüm ki, nüfuz qazanmalıyam. Halbuki, bu xüsusiyyət daha çox kişilərə aiddir».
Digər tərəfdən isə onun əri isti münasibət, mehribanlıq və şərtsiz sevginin hökm sürdüyü bir ailədə böyümüşdü. Qadın davam edir: «Buna görə də, ərim təbii ki, özünü bütöv hiss etdirən və tamamilə sevilən “çəhrayı» tendensiyaları yüksək qiymətləndirərək böyüyüb.”
Qısası, bu qadın sevgini əldə etmək üçün hörmətə yönəlib. Onun əri isə hörmət qazanmaq üçün sevgiyə üstünlük verir. Mən onlara bu tapmacanın cavabını tapmaqda kömək edənə qədər qadın düşünürdü ki, onun ən böyük ehtiyacı hörmət, kişi isə düşünürdü ki, onun üçün həyatda ən böyük dəyər sevgidir. Əslində isə, hörmətə nail olmaq üçün həmişə «çəhrayı» işlər görür, qadın isə sevgiyə nail olmaq üçün «mavi» işlər görürdü.
Əgər sizin sevgi və hörmət tezislərinə dair digər nümunələriniz və suallarınız varsa, xahiş edirəm, mənim elektron ünvanıma www.loveandrespect.com, «ask emerson» yazasınız.
Əlavə D.
Əgər sİzİn ərİnİz İşə həsr olunubsa, bəs, onda nə etməlİ?
Mən ərlərini bu və ya digər mənada işə həsr onunan adlandırıla bilən qadınlara məsləhət vermişəm. İlk növbədə xəbərdarlıq edirəm — mən bunları deməklə vadar etmirəm ki, insan vaxtının böyük hissəsini ailəsi ilə keçirtməkdən ötrü iş saatını azaltsın. Lakin mən sizə təklif edirəm ki, üç məqama diqqət yetirəsiniz. Çünki bu məqamlar qadınlara qarşılaşdıqları vəziyyətlərə daha müsbət tərəfdən yanaşmağa kömək edir.
Birincisi, əksər kişilər evə nisbətən işdə daha çox hörmət hiss etdiklərinə görə çox işləyirlər. Əgər qadın mənfiyə köklənirsə, şikayət edib ərinə hörmətsizlik göstərirsə, hansı kişi evə getmək istəyəcək? Mən bir kişi tanıyıram ki, bazar ertəsi səhərlər fit çala-çala işə getməyə hazırlaşır. Cümə günləri evdə istirahət günlərini keçirtməyə hazırlaşanda isə, nə fit çalır, nə də züm-zümə edir. Mən ondan bunun səbəbini soruşanda, o cavab verdi: «Mən bütün istirahət günümü evdə arvadımla keçirirəm». Çox güman ki, əvvəllər, arvadı onu işdə daha çox vaxt keçirtməyə məcbur etmirdi. Lakin vaxt keçdikcə, arvadının zəhlətökən giley-güzarı artmağa başladı. Və arvadının bu davranışına olan mənfi reaksiyası kişini işdə gecəyə qədər qalmağa vadar edirdi. Qadın kişinin üzərinə və onun işinin üstünə gələndə, kişi qadının qəlbinin dərinliyində olan fəryadını eşitmir. O, «məni xilas et» sözlərini eşitmir. Əvəzində «sənə nifrət edirəm» sözlərini eşidir. Buna görə o, daha çox işə qapanmağa üstünlük verir.
İkincisi, əgər siz bu vəziyyətin dəyişilməsini istəyirsinizsə, nəzərə alın ki, şikayət və nifrət onu evə tələsməyə vadar etməyəcək. Onun işdə etdiklərini tərifləmək lazım deyil. Düşünməyin ki, siz zərər gətirə biləcək asılılığa hörmət etməyə məcbursunuz. Əksinə, ona hörmətinizi nümayiş etdirə biləcəyiniz və işi ilə əlaqəsi olmayan sahələri tapın. Bu kitab sizə bu sahələri tapmaqda kömək etmək və öz ehtiramınızı bildirmək məqsədilə yazılıb. Yadda saxlayın ki, ailəsini və evini daha çox qiymətləndirməsi üçün onun işdə etdiklərini aşağılamaq lazım deyil. Belə düşünməsinə şərait yaratmayın ki, o, ailəsinə və uşaqlarına kömək etməyənə kimi siz ona hörmət etməyəcəksiniz. Bu ona bənzəyir ki, sanki o, sizə deyir — siz onun işinə hörmət etməyənə kimi, o, nə sizə, nə də ailəsinə sevgi göstərməyəcək.
Üçüncüsü, ona təsir etmək üçün birbaşa hörmətlə deyin: «Sən uşaqlarına evdə də lazımsan. Çünki onlara böyük təsir göstərirsən. Bəzi sahələrdə onlara səndən daha yaxşı heç kəs kömək edə bilməz. Bəlkə, sən bunu hiss etmirsən, amma sənin müsbət rəftarın gücə malikdir və bu, uşaqları formalaşdırmağa kömək edir. Bilirəm ki, işin başından aşıb-daşır və vaxtın demək olar ki, yoxdur. Ancaq onu da bilirəm ki, sən onlara heç kəsin verə bilməyəcəyi sevgini verə bilərsən. Çox sağ ol!»
Bu sözləri deyəndən sonra, bunları on və ya iyirmi gün ərzində təkrarlamayın. Sonra bunu sakit və müsbət şəkildə təkrarlayın. Bu barədə danışanda elə təsvir yaradın ki, «sadəcə bunun vacib olduğunu ona xatırladırsınız». Həmişə düzgün sözləri seçin. Heç vaxt onun belə düşünməsinə şərait yaratmayın ki, sanki sizin sözlərinizin arxasında belə bir fikir dayanıb: «Sən axmaqsansa, dəyişilməyəcəksən. Beləcə də mənə və uşaqlara zərər yetirirsən».
Allahın Sözünə etibar edin. Kişilər üçün sakit şəkildə deyilən sözlər tənqiddən və qışqırıqdan daha güclü səslənir. Zərif və yumşaq ruh centlemenə ayaq üstə durmağa kömək edəcək. Hörmətə əsaslanan dəstək və ərinizin ailəniz üçün unikal dəyərə mailk olduğunun etiraf edilməsi zaman keçdikcə ona müsbət təsir göstərəcək. Təmkinli emosiyalarla xoş rəftar istənilən ədəbli insana böyük təsir bağışlaya bilər. Yuxarıda söylənən məsləhətlər, etiraf edirəm ki, bir çox qadınlar üçün asan məsləhətlər deyil. Qadınlar ailədəki problemə həmən reaksiya göstərməyə meyillidirlər. Kişilər isə, nəylərisə yalnız müəyyən vaxt keçdikdən sonra dəyişməyə başlayırlar. Qısa və müsbət bildirişlərinizdə qalın və zaman keçdikcə əriniz öz gəmisini lazım olan səmtə çevirəcək. Lakin unutmayın ki, gəmilər kiçik qayıq deyil. Ərinizə vaxt verin. Müqəddəs Ruh hər şeyi lazım olduğu kimi edəcək. Nə qədər çətin olsa da, bu proektin ən azı bir il çəkəcəyinə özünüzü hazırlayın. Ərinizə bəzi işləri bitirməsinə və işə «yox» deməsinə vaxt verin. Öz evində uşaqları ilə ünsiyyət qurmasına və ailədə hansı nüfuza malik olduğunu dadmaq üçün ona vaxt verin.
Ailə məsələlərini həll etməsi sahəsində sizi dovşanla, ərinizi isə ilbizlə müqayisə etmək olar. Siz qəfil start edib ərinizi arxada qoyursunuz. Lakin bu yarışda qələbəni əldə etməyəcəksiniz. Yalnız sizin ona olan hörmətiniz onu öz çanağınağından çıxmağa və hərəkətə gətirməyə kömək edə bilər. Onun hərəkət etməsi sizin istəyinizdən zəif ola bilər. Lakin sizin onun ətrafında səbirsizliklə fırlanaraq mühakimə taxtası ilə çanağına taqqıldatmağınız fayda gətirməyəcək. Səbirli olun və bu sözləri şüarınıza çevirin: «Əgər mən hörmətə layiq bir söz deyə bilmirəmsə, yaxşısı budur ki, susum».
Sevgi və hörmət mövzusunda daha ətraflı məlumatvə materialları www.loveandrespect.com ünvanından əldə etmək olar.
Siz öz hekayənizi doktor Emerson Eqqeriha bu ünvan vasitəsilə göndərə bilərsiniz: story@loveandrespect.com
Qeyd
1
Düşünürəm ki, ilahiyyatla nəzəriyyə arasında sərhəd qoymaq çox vacibdir. Mənim Müqəddəs Kitabda Efeslilərə məktub (5:33) barədə olan fikirlərim çox sadədir: kişilərə şərtsiz olaraq arvadlarını sevmək, qadınlara isə şərtsiz olaraq ərlərinə hörmət etmək əmr edilib. Müqəddəs Kitab belə deyir, vəssəlam. Sevgi və hörmətin uyğunluğu (mənim nəzəriyyəm) otuz üçünü ayədən götürülüb. Xüsusilə də mənim üzərlərində işlədiyim cütlüklər bu və ya digər cəhətdən Çıxılmaz dövrənin axınına düşürlər. Efeslilərə məktub açıqlayır ki, qadın sevgiyə, kişi isə hörmətə ehtiyac duyur. Bu ehtiyacalar təmin edilmədikdə isə ər-arvad eyni dərəcədə təsirlənir. Mənim nəzəriyyəm elan edir ki, qadın təsir göstərməyə meyillənir, kişi onun münasibətini özünə hörmətsizlik kimi qəbul edir (kişilərə hörmət etmək əmri buradan yaranır). Kişinin təsiri də ondan ibarətdir ki, qadın sevilmədiyni hiss edir (qadınları sevmək əmri də buradan yaranır).
2
Gottman. Why Marriage Succeed or Fail. New York: Simon & Schuster, 1994. P. 61.
3
Paul Efefslilərə yazdığı məktubunda (5:33) sevgini qəti şəkildə ifadə edən yunan sözündən (agape) və praktik cəhətdən qəti şəkildə hörməti bildirən (phobetai) sözündən istifadə edir. Bu mətndə verilmiş hər iki vəziyyət qəti şəkildə nəzərdə tutulur. Elə buna görə NIV tərcüməsində «vacib» sözü hər iki cümlədə var.
4
NİV variantında hina sözü «vacib» kimi tərcümə olunur. Beləliklə, bu əmrin Allahın qəlbi tərəfindən olduğu heç bir şübhə doğurmur.
5
Mən feminist hərəkatı haqqında danışanda daha radikal elementləri nəzərdə tuturam. Feminizm qadınlara bir çox müsbət nümunələr gətirib. Lakin bu fakt ciddi narahat edir ki, feminist hərakatı kişilər haqqında mənfi rəy formaşdırmışdı. Bu rəy onlara məhz kişi olduqlarına görə nifrət təlqin edir. Məsihin ardıcılı kimi mən dərk edirəm ki, kişilər də, qadınlar da Allahın surətində yaradılıblar. Mən Allahın yaratdığını sevməli və ona hörmət etməliyəm. Halbuki kişilər də, qadınlar da günah etmiş və Məsihə ehtiyac duyurlar. Rəbb Özü istəyir ki, hər bir qəlb Onun sevgisini və izzətini (həmçinin yüksək hörməti) hiss etsin. Kişilərə qarşı kişi olduqları üçün göstərilən aşağılayıcı münasibət, oğullar, qardaşlar, babalar, atalar və dostlar üzərində də özünü həddindən artıq tərifləmək deməkdir. Bunu isə Allah heç vaxt etmir.
6
Bu peşəkar tədqiqat Feldhahn Sh. For Women Only: What You Need to Know about the Inner Lives of Men. Portland, Ore.: Multnomah, 2004 kitabında aparılmışdır. Bu tədqiqat «Decision Analysts, Inc.» analitik bürosunun işçisi Shaunti Feldhahn üçün aparılmış və «Analytic Focus» təşkilatı tərəfindən qeydə alınmışdır. Shaunti Feldhahn – bestseller müəllifi, Harvard Universitetini bitirdikdən sonra dövlət siyasəti sahəsində magistr dərəcəsinə malik, Nyu-Yorkun Federal ehtiyat bankında maliyyə analitiki, eyni zamanda da «Atlanta Journal-Constitution» jurnalında qadın suallarını cavablandıran həftəlik rubrikanın aparıcısıdır. «Decision Analysts, Inc.» təşkilatı isə Dallas, Texas ştatlarında geniş yayılmış və ölkədə ən çox tələb olunan tədqiqat şirkətlərindən biridir. «Analytic Focus» isə Alabamada yerləşən ABŞ məktublar departamentində tədqiqatın planlaşdırılması şöbəsinin keçmiş rəisi Çak Kouenin başçılıq etdiyi ayrı bir şirkətdir Daha ətraflı məlumatı analyticfocus.com saytından əldə etmək olar.
7
Mən qadınların ordudakı xidmətlərini xüsusilə qiymətləndirirəm. Amma düşünürəm ki, ordu daha çox kişilərin təbii mühitinə uyğundur. Xüsusilə də döyüş vaxtlarında. Əslində, hərbçilərin siyasətinə əsasən, hansı sahədə olursa olsun, hərbi əməliyyatlar zamanı qadınların xidmətlərindən istifadə olunmur. Bu məsələyə dair siyasətlə aşağıdakı ünvandan daha çox məlumat əldə etmək olar: http://www.Marines.com/officer_programs/FAQ.asp, həmçinin hərbi hazırlıq mərkəzindən. Düşünürəm ki, kişilər təbiətcə xidmət, döyüş və lazım gələrsə, ölüm üçün daha hazırlıqlıdırlar. Eyni təkan kişinin müdafiəçi rolunu gördüyü evdə və ailədə də keçərlidir.
8
Peşəkar tədqiqatların məlumatları Shaunti Feldhahn-da (bax üçüncü fəslin, üçüncü qeydi) qeyd olunmuşdur.
9
Gottman J. Why Marriage Succeed or Fail. P. 152.
10
Gottman J. Why Marriage Succeed or Fail. P. 152.
11
Gottman J. Why Marriage Succeed or Fail. P. 159.
12
Gottman J. Why Marriage Succeed or Fail. P. 159.
13
Kişilərin özünə qapanmasını və qadınların inteqral yanaşmasının daha dərin müzakirəsinə Clark S.B. Man and Woman in Christ. Ann Arbor: Servant Books, 1980. –nəşrində baxa bilərsiniz. Kişilərlə qadınlar arasındakı fərqin dərin araşdırmasını aparan Klark, kişi və qadın davranışının xarakter xüsusiyyətlərini özündə birləşdirən iki peşəkarın işini xatırladır. Hildebrand F. Man and Woman. Chicago: Henry Regnery, 1965, и Stein E., The Writing of Edith Stein. London: Peter Owen, 1956. Klark yazır: Hildebrand və Şteynin hər ikisi iddia edir ki, kişilər və qadınlar bir-birindən düşüncə, emosiya və bədənlərinin funksiyalarına görə fərqlənirlər. Kişilərə nisbətən qadınların emosiyaları, intellekti və bədən quruluşları daha çox inteqral şəkildə formalaşıb. İstər problemin həllində, istərsə də fəaliyyət növündə və münasibətdə qadının şəxsiyyəti bütövlükdə iştirak edir, yəni bütün emosiyaları, düşünəsi və bədəni vəhdət şəklində iştirak edir. Digər tərəfdən kişinin emosiyaları intellekti və bədəni bir-birindən asılı deyl. O, öz «şəxsiyyətinin elementlərini asanlıqla ayırd edir. Onlara öz «mən»inin amili kimi nəzər salır. Halbuki bəzən onları rədd edir.
14
Simbiotik — iki orqanizmin bir-birindən istifadə edərək müştərək yaşaması.
15
Yeşaya peyğəmbərin kitabında (54:6) Yəhudanın əsirlikdə olan taleyi əri tərəfindən rədd edilmiş qadının taleyi ilə müqayisə olunur.
16
Bax.: Barclay W. The Daily Study Bible. The Letters to the Corinthians. Edinburgh: The St. Andrew Press, 1965. P. 67.
17
Mattanın müjdəsində (19:1–6) İsa Məsih fəriseylərin sualına cavab verir: «İnsanın öz arvadını hər səbəbə görə boşamağa icazəsi varmı?» İsa məsih din xadimlərinin nə liberal, nə də konservativ mövqeyinə tərəf çıxmadı. O, öz diqqətini Yaradılış Kitabının (2:23–24) və «bir bədən» konsepsiyasına yönəltdi. Nikah «dərin fiziki və ruhani birlik» olmalıdır». Bax. Rye С. Е. The Ryrie Study Bible. Chicago: Moody, 1976. P. 1478.
18
İndiki Beynəlxalq Kolumbiya Universiteti
19
McQuilkin R. A Promise Kept – The Story of an Unforgettable Love. Wheaton, 111.: Tyndale, 1998. P. 21–23.
20
McQuilkin R. A Promise Kept – The Story of an Unforgettable Love. Wheaton, 111.: Tyndale, 1998. P. 21–23.
21
Korinfililərə birinci məktubunda (7:25–38) Paul korinfililərə «müdriklik» məsləhət görür. O, etiraf edir ki, «müdriklik» İsa Məsihin Müjdəsində vacib əmr deyil. O, elə hesab edirdi ki, insanları Məsih üçün əldə etmək üçün vaxt azdır. Ona görə məsihçiləri evlənməməyə və bütün diqqətlərini tamamilə Rəbbin işinə yönəltmələrinə üstünlük verirdi. Paul nikahı aşağılamırdı. O, sadəcə olaraq ədəbli kişi ilə qadının evlənməsindən sonra baş verənlər barədə danışır. Yəni onlar diqqətlərini bir-birini razı salmaq üçün yönəldəcəklər. Lakin Paul həmçinin qeyd edir ki, evli adamlar da Rəbbə xidmət edə bilər.
22
Sevən qadın ərinin səhvlərinə və çatışmayan cəhətlərinə fikir verməməyə çağırılıb. Çünki «məhəbbət çox günahı örtər». (1 Peter 4:8). Həmçinin kişi də arvadının hörmətsiz kimi görünən davranışlarına fikir verməməyə çağırılır. Çünki «Uzaqgörən şərəfsizliyin üstünü örtər». Süleymanın məsəlləri (12:16).
23
Pfeiffer С. F. ed. The Wycliffe Bible Commentary. Chicago: Moody, 1987. P. 5.
24
Mahiyyətcə feminstlərin mövqeyi Paulun Korinfililərə birinci məktubundakı (11:3–16) təlimindən bir qədər fərqlidir. Paul Korinf cəmiyyətindəki problemlərdən söz açanda qadınlara toplantılara başlarını bağlayraq getməyi məsləhət verirdi. Göründüyü kimi, bəzi qadınlar öz adət-ənənələrinə görə bunu etmirdilər. (11:2-ci ayə. Paul qeyd edir: «Beləliklə, kişiyə Allahın surəti və izzəti olduğuna görə başını örtmək olmaz. Qadınsa kişinin izzətidir». (1 Korinfililrə 11:7). Feministlərin nöqteyi nəzərindən bu ayə qadınların ləyaqəti baxımından kişinin «eqo»sunu məmnun edir. Sevgi və hörmət nöqteyi nəzərindən isə qadınların özlərini sevilən hiss etməsi vacib olduğu kimi, kişilər də özlərini hörmət və ehtiramlı hiss etmələri vacibdir. Növbəti fikir haqqında düşünün: «Qadınlar ondan ötrü yaradılıb ki, kişilər onları Məsih cəmiyyətini sevdiyi kimi sevsinlər. Kişilər buna görə yaradılıblar ki, qadınlara bu sevgini bəxş etsinlər». Bu fikirə etiraz edən qadın azdır. Lakin Paulun Korinfililərə birinci məktununda (11:7) yazılanları qəbul etmək daha çətindir. Paul bununla dərin həqiqəti açıqlayır. Kişi öz kimliyinə qarşı hörmətlə yanaşmalıdır. Çünki O, Allahın izzəti və surətidir, çünki Allah onu belə yaradıb. Bu şovinistcəsinə olan bir eqoistlik deyil. Bu, Yaradan tərəfindən kişilərin təbiətinə qoyulan bir ehtiyacdır. Bəli, kişilərin arasında da şovinistlər var, necə ki, qadınların arasında təkəbbürlü və özündən razı qadınlar var. Bu, qayda deyil, istisnadır. Düşünürəm ki, feminstlərin təsiri altına düşən mədəniyyətimiz Allahın planının gözəlliyini nəzərdən qaçırtmışdır.
25
Simon Baron-Cohen özünün «Тhе Essential Difference: The Truth about the Male and Female Brain» kitabında iyirmi il ərzində cinslər arasında fərqliliyin araşdırılmasına yönələn iyirmi illik təqdiqatların nəticəsindən bəhs edir. O, belə bir qənatə gəlir ki, qadının beyni empotiyaya (Başqa insanın emosional vəziyyətini, yaşantılarını öz vəziyyətin kimi hiss etmək, özünü həmsöhbətinin yerinə qoya bilmək bacarığı.), kişinin beyni isə anlayışa və yaradıcılğa çətinliklə köklənir. Beron Kohen öz nəzəriyyəsini beşikdəki körpələrin izlənməsi ilə inkişaf etdirib. O xüsusilə də uşaqların reaksiya verdiyi stimullaşdırcı növlərə diqqət yetirirdi. Qız uşaqları başın üzərindəki üzlərə daha çox reaksiya verirdilər, oğlan uşaqları isə hərəkət edən əşyalara. Beron Kohenin kitabının xülasəsinə Carolyn See «His and Hers» (Washington Post, 5 October 2003) məqaləsində rast gələ bilərsiniz.
26
Ailənin sosiologiyasını müzakizə edən Talkott Person və Robert F. Beyls əsas model olaraq uşaqları ilə yaşayan iki yetkin valideyndən (ər-arvad) nümunə göstərir. Qadın daha çox ev işlərini, kişi isə evin xaricində olan işləri həyata keçirir. Müəlliflər bu vəziyyəti əks instrumental orientasiyanın təsiri adlandırırlar. Bax: Parson Т. and Bales R. F. Family, Socialization and Interaction Process. Glencoe, 111.: Free Press, 1955. Baxmayaraq ki, bəziləri bu model ilə razılaşmır, amma o, yenə də öz qüvvəsini saxlayır. Mən bu iddianı kişi və qadınların əsas təbiətinin və maraqlarının ifadəsi hesab edirəm. Adətən, qadınlar sevginin möcüzəsini göstərməklə ailədəki münasibətlərə yönəliblər. Baxmayaraq ki, müasir mədəniyyətdə karyera qadınlar üçün vacibdir, amma yenə də görürük ki, qadın uşaq istəyəndə karyera onun üçün alternativ varianta çevrilir. Karyera qadın üçün azad seçimdir. Halbuki, kişilər özlərini evdən xaric işləməyə məcbur hesab edirlər.
27
Bax: Bloesch D. G. Is the Bible Sexist? Westchester, III: Crossway, 1982. P. 36, 37. Bloyş qeyd edir ki, Müqəddəs Kitab heç bir yerdə qadınların təhqir və istismar olunmasına haqq qazandırmır. Əksinə, qadınların müdafiə olunmasının və qayğısına qalmağın zəruriliyini önə çəkir. Bəzi feministlər bu münasibəti iltifat adlandırırlar. Lakin kişilər tərəfindən qadınlara göstərilən hörmət təbiətin mahiyyətindən irəli gəlir, necə ki, qadının kişidən asılı olması onun qadınlığının mahiyyətini vurğulayır.
28
«Family News from Dr. James Dobson, February 1995».-dən. Bu hekayə doctor Dobsonun informasiya büllitenində yer almişdir. Hekayə mərhum doktor Hillin dilindən sözbəsöz yazılmışdır.
29
Bax: Tannen D. You Just Don’t Understand – Women and Men in Conversation. New York: Ballantine, 1991. P. 24, 25. Tannen öz kitabı üçün materiallar hazırlayanda hesab edirdi ki, onun əri «özünü bu dünyada digər kişilər kimi qəbul edir. Belə ki, onlar istər yuxarı, istərsə də aşağı vəziyyətlərdə özlərini iyerarxik sosial təbəqədə görürlər. Bu dünyada insanlar özlərini başqalarının onlardan üstün olmasından müdafiə etməyə çalışırlar».
30
Bax: Grudem W. Systematic Theology: An Introduction to Biblical Doctrine. Grand Rapids: Zondervan, 1994. P. 465,466.
31
Bəzi mədəniyyətlərin təsirindən özünüzü qoruyun. Bəziləri iddia edir ki, itaət köləlikdən başqa heç vaxt heç bir institutun möhkəmlənməsinə səbəb olmayıb. Bəziləri isə deyir ki, itaət yalnız birinci əsirdə keçərli olub. Və bu iddiaları razılaşmadıqları istənilən Əhdi-Cədidin təliminə aid edirlər. Yaxşı olardı ki, hamımz Kəlamın Sözlərinə itaət edək: «Çünki, xüsusilə, sünnət tərəfdarları arasında bir çox itaətsiz, boşboğaz və saxtakar insanlar var. Onları sakitləşdirmək lazımdır. Çünki onlar haqsız qazanc əldə etmək üçün lazımsız şeyləri öyrədərək bəzi ailələri tamamilə alt-üst edirlər» (Titə 1:10,11).
32
Berry J. Beloved Unbeliever. Grand Rapids: Zondervan, 1981. hekayayə əsaslanıb.
33
Bax: Tannen D. Gender and Discourse. New York: Oxford University Press, 1994. P. 96.
34
Bax: Ryrie С. С. The Ryrie Study Bible. Chicago: Moody, 1976. P. 944. Məsəllər kitabı (5:19) ayəni yazan müdrik müəllim, çox güman ki, mindən artıq məsəli və mindən artıq nəğməni yazan padşah Süleyman olub (bax: 1 Padşahlar 4:32). Məsəllər kitabının böyük hissəsini, birinci fəsili doqquzuncu fəsil daxil olmaqla, Süleyman peyğəmbər yazıb. Təəssüf ki, Süleyman həyatı başqa ölkələrdən olan bütlərə sitayiş edən yeddi yüzdən çox arvad və üç yüz kənizlə almaqla bitirdi. Bu qadınlar onun ürəyini Allahdan uzaqlaşdırmışdı (bax 1 Padşahlar 11:1–8). Padşah Süleyman cinsi bağlılıqla verdiyi məsləhətlərə əməl etmədi. Lakin bu vəziyyət, onun Allahdan ilham alaraq yazdığı müdrik sözlərin təsir qüvvəsini azaltmır.
35
Desək ki, biz göylərdə gördüklərimizdən heyran olacağıq, deməli, bu möcüzəni dərk etmədiyimizi təstiqləyəcəyik. Ekstaz necə olurusa olsun, bunu milyard dəfə artırın. Bunu da sonsuzadək təsvir edin. Cənnətin və göylərdə əbədiyyən Allahla birlikdə olmağın təxmini təsvirini vermək üçün Romalılara 8:17, 30; 1 Korinflilərə 13:12; 2 Korinflilərə 12:4; Filipililərə 3:21; 2 Saloniklilərə 4:17, İbranilərə 7:25, 1 Yəhya 3:2, Vəhy 2:7, Vəhy 21:4 ayələrə diqqət yetirin.
36
Peterin birinci məktubunun (2:13–3:7) ayələrində Peter 8-ci ayədə olan əsas məqamı dəqiqliklə vurğulayır. Peter əsas məqamları müxtəlif sözlərlə ifadə edir. Lakin mənası eynidir – «itaətli olun» (Bax 1 Peter 2:13, 2:18, 3:1). O, ər-arvada müraciət edərkən daha bir təkrarlamaya diqqət yetirin. Burada o, «həmçinin siz də» ifadəsini istifadə edir «(1 Peter 3:1,7). Onun haqqında danışdığı və prinsiplərini izah etdiyi dörd əsas kateqoriya aşağıdakılardır: vətəndaşlar, qullar, ərlər və arvadlar. Bu qrupun hər biri kiməsə tabe olmalıdır. Peterin fikrincə, itaətin ən böyük şəhadəti sevgi və hörmətin vəhtətidir: “Azad insanlar kimi yaşayın. Amma azadlığınızı pislik etmək üçün bəhanə saymayıb Allahın qulları olaraq yaşayın. Hamıya hörmət edin. Imanlı bacı-qardaşları sevin, Allahdan qorxun, padşaha hörmət edin» (Peter 2:16,17). Başqa sözlə desək, daxili azadlığa malik qadın ərinə hörmətlə itaət edir. Peter bu barədə çox aydın deyir (3:2). Həmçinin daxili azadlığa mailk olan kişi sevgi ilə arvadına itaət edir, yəni onu başa düşərək özünə bərabər qəbul edir.
37
Bax: Ryrie С. С. The Ryrie Study Bible.
38
Bax: Ryrie С. С. The Ryrie Study Bible.